Təkrarlanan Uşaq Salmalar və Səbəbləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 030
Səs ver:
(səs: 2)
İki və yaxud ikidən daha çox uşaq salma hallarına təkrarlanan uşaq salma hadisəsi deyilir. Sonsuzluqdan çox fərqli bir rahatsızlıq olub buna bir çox amillər səbəb ola bilər. Təbii ki dəqiq nəticəsini müəyyən etmək üçün sizin həkim tərəfindən tez-tez müayinə olunmanız vacibdir. Günümüzdə qan testi ilə müəyyən edilən hamiləliklərin 75 %-i uşaq salma ilə nəticələnir. Kliniki olaraq müəyyən edilən bütün hamiləliklərdə orta hesabla 25%-dir. Hətta qadınlar bəzi aylarda hamilə olduqlarını hiss etmədən aybaşı dövründə belə uşaq sala bilər ki, buna da səssiz uşaq salma deyilir. Müəyyən edilən uşaq salma hadisəsi mütləq araşdırılmalı və səbəbi öyrənilməlidir. Cütlüklərdəki uşaq salma təkrar baş verirsə bu zaman tibbi dəyərləndirmə aparılmalı, ehtiyac olarsa psixoloji kömək göstərilməlidir. Yuxarıda qeyd etdiyimiz kimi təkrarlanan uşaq salma hadisəsinin bilinən müxtəlif səbəbləri vardır və onlardan bir neçəsi aşağıdakılardır:

Anadangəlmə yaranan səbəblər (Anatomik səbəblər):
Qadının anadangəlmə bətn ilə bağlı ən təsirli səbəblərdən biridir. Normalda bətn uşağın böyüməsində nisbi şəkildə böyüyür , lakin ana bətnində hər hansı bir problem mövcuddursa o zaman genişlənməz və uşaq salma ilə nəticələnir. Qadında bətn ilə bağlı anormallıq varsa və belə vəziyyətdə doğum həyata keçiriləcəksə bu o zaman qadın üçün təhlükəli ola bilər və vaxtından əvvəl doğuş riskini artırır. Vaxtından əvvəl doğuş zamanı uşağın ciyərləri tam inkişaf etmədiyi üçün ciddi tənəffüs problemləri yarana bilər, lakin bununla kifayətlənməz və vaxtından əvvəl doğuş bir çox xəstəliklər yol açacaq, hətta ölüm riskini artıracaqdır. Ana bətni anormallıqlarının bir çoxu cərrahiyyə yolu ilə müalicə edilir.

Yaş ilə bağlı səbəblər:
Qadınlarda yaş nə qədər çoxdursa uşaq salma riski də bir o qədər yüksəkdir, Xüsusən də bu özünü 40 yaşından böyük qadınlarda 40%-dir.

Hormonal səbəblər:
Qadınların sağlam şəkildə hamiləlik keçirtmələri üçün yumurtalıq tərəfindən formalaşdırılan progesteron hormon çox vacibdir. Hamiləliyin davam etməsi üçün bu hormon bəlkə də əsas hormondur. Progesteron hormonu daha sonra formalaşır. əgər yumurtalıq kifayət qədər progesteron hormonunu formalaşdıra bilməsə və aşağı səviyyədə olacaqsa hamiləlik uşaq salma ilə nəticələncəkdir. Progesteron səviyyəsində uşaq salma təsbit edilibsə bu zaman xaricdən verilərək hamiləliyin sağlam davam etdirilməsini həyata keçirə bilər.

Genetik səbəblər:
Qadınlarda təkrarlanan uşaq salma ya səbəb olan genetik səbəblər 3-4% nisbətindədir. Genetik səbəblərdən biri xromosomun bir hissəsinin başqa bir xromosomla birləşməsi kimi tanınan Translokasiya-dır və xromosom anormallıqların ən geniş formasıdır. Vaxtından əvvəl uşaq salmaya baxmayaraq hər hansı bir genetik səbəbi aşkar olunmayıbsa uşaq salmaların 60%-i təsadüfi hal olduğu üçün və yaxud cüt xromosomum meydana gəlməsindən yaranır.

Şəkər:
Şəkər uşaq salma faktoruna təsir edən əsas cəhətlərdən biridir, sağlam hamiləlik keçirtmək üçün hamiləlikdən əvvəl və dövründə qadının qan şəkəri tez-tez yoxlanılmalıdır. Həddən artıq kök olan qadınlarda uşaq salma riski daha yüksəkdir.

Nəticə:
Təkrarlanan uşaq salma izah edilməyibsə bir sonrakı hamiləlikdə hamilə qalma şansı 60-70% ola bilər. Əlbəttə ki bu şansı əldə etmək üçün hamiləlikdən əvvəl folik turşusu qəbulu və həyatınızda edəcəyiniz dəyişikliklər çox vacibdir, məsələn:
Sağlam hamiləlik üçün ilk əvvəl siqaretdən imtina edin. Hətta siqaret çəkilən yerlərdən uzaq durmağa çalışın.
Kofein tərkibli içkilərdən uzaq olun.
Spirtli içki istifadə edirsinizsə imtina etməyinizi məsləhət edilir.
Kilonuza diqqət edin. Bunun üçün yüngül hərəkətlər edin və hər gün yürüyüşlər edə bilərsiniz.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 6 030
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri