Hamiləliyi yarıda kəsə biləcək içki hansıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 583
Səs ver:
(səs: 1)
Danimarkalı alimlər hamilə qadınların gündə 3 fincandan artıq qəhvə içməsinin təhlükəli olduğunu bəyan ediblər.
Danimarkada 88 min 500 qadın üzərində 6 il müddətində aparılan araşdırma zamanı alimlər bu qənaətə gəliblər ki, gün ərzində 3 fincandan artıq qəhvə içmək hamilə qadınların bətnindəki körpəsini itirməsinə səbəb ola bilər. Səkkiz fincan qəhvə içmək isə bu riski daha da artırır.
Hamiləlik zamanı qəhvənin tərkibindəki kofein bədəndən çətin xaric olunur. Ancaq çayın orqanizmə belə mənfi təsir göstərmədiyi aşkarlanıb. Lakin çay sevməyənlərə kofeinsiz qəhvə içmək tövsiyə edilmir. Belə ki, kofeinsiz qəhvə ürək xəstəliklərinə yol açır. Bu mülahizə üç ay müddətində aparılan tədqiqatlar nəticəsində təsdiqini tapıb. Alimlər söyləyirlər ki, kofeinsiz qəhvə içən şəxslərin qanında yağların və xolesterinin miqdarı artır ki, bu da ürək xəstəliklərinin yaranma ehtimalını yüksəldir.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 583
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri