Hamiləlikdə ağrılar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 10 868
Səs ver:
(səs: 2)
Hamiləlik zamanı gələcək anaların diqqət obyekti qarınları olur. Qarının  aşağısında istənilən diskomfort onları təşvişə salır. Amma məyus olmazdan əvvəl, hamiləlik vaxtı qarının aşağısındakı ağrıların səbəblərini anlamaq lazımdır. Qarının aşağıdakı ağrıların müxtəlif intensivliyi ola bilər. Qarının aşağısındakı ağrılar hər  hamiləda yaşana bilər həmişə  patologiya deyil.   

Ağrıların növləri:
Hamiləlik zamanı qarının aşağıdakı ağrıları hamiləliyə bağlı və hamiləliyə aid olmayanlara bölmək olar. Təhlükə nə ola bilər?


Hamiləliyə bağlı ağrılar:
Düşük təhlükəsi,
Uşaqlıq xarici hamiləlik
Ciftin laylanması

Hamiləliklə əlaqəsi olmayan ağrılar:
həzm yolunun problemləri
qarının əzələlərinin dartılması
mədə bağırsaq problemləri
kəskin cərrahi  patologiyalar

1. Düşüksük təhlükəsi vaxtı qarında necə ağrılar olur. Düşük təhlükəsi vaxtı qarının aşağısında sızıldayan və ya dartıcı ağrılar yaranır, bel nahiyəsində ağrı hiss olunur. Uşaqlıq yolundan qanlı axma görünür. Belə ağrılar adətən başqa sahələrə yayılmırlar. Daha sonra sancıyabənzər ağrılar yaranır, qanaxma güclənir, uşaqlığın boyunu yığılır nəticədə isə spontan abort və ya vaxtından əvvəl doğum baş verə bilər.

2. Uşaqlıqdan kənar hamiləlikdə isə –  ağrı daha çox qarının bir tərəfində olur.  Ara-sıra ağrıyır və sancı verir. Ağrı vaxtı siz qısamüddətli və əhəmiyyətsiz qanlı axıntı görə bilərsiz. Ağrı olmayan vaxt hamilə özünü tamamilə sağlam hiss edir. Uşaqlıq  borusunun partalması isə hamiləliyin 8-12- cihəftəsində yaşanır. Kəskin, sancıyabənzər ağrılarla, hətta huşun itməsinə qədər gəlib çıxa bilər. Uşaqlıq xaricində hamiləlik vaxtı ağrıların ayağa, qabırğaaltı və ya körpücük sümüyünün üstünə qədər yayılır.

3. Ciftin vaxtından əvvəl ayrılması vaxtı uşaqlıqdaxili hipoksiya və daxili qan axma olur. Uşaqlıqdan qan gəlməyə də bilər. Ağrı asta-asta artmağa başlayır, uşaqlıq gərginləşir. Hətta uşağın bətndə ölməsi də mümkündür.

Həzm yoluyla bağlı ağrılar
Hamilələrdə qarında köp, qəbzlik və  disbakterioz tez-tez yaranır. Dügün olmayan qidalanma, ağır şam yeməyi  və ya hərəkətsizlik buna  səbə b ola bilər. Ağrılar küt və ya sızıldayan olur. Hamiləliyin ikinci dövründə olur.  Ürək bulanması, qusma, mədə qıcqırması və gəyirmə yaşanır. Bu hallarda da hamiləliyin kəsilməsi təhlükəsi  var.

Qarın əzələlərinin dartılması
Uşaqlığın böyüməsi nəticəsində  kiçik çanaqda onu saxlayan bağlar gərginləşir. Hamiləlik zamanı qarın əzələlərinin, çanağın yükü artır, onlar dartılır və bir az aralanır. Buna görə də əhəmiyyətsiz  və mülayim ağrılar yaşanır.

Kəskin cərrahi patologiyas olanda
Appendisit, bağırsaq keçilməzliyi, pankreatit və başqa fəsadlar ola bilər. Əgər bu fəsadlar yaşanırsa, temperatur yüksəlir, zəiflik və halsızlıq başlayır.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 10 868
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri