Hamiləlik dövrü - 12. Həftə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 924
Səs ver:
(səs: 0)
Təxminən 84-cü gün (döllənmədən 63 gün sonra)
Diş ətlərində 20 dişin də yerləri müəyyən olmuşdur. Üz insan görünüşündədir, ağız içində isə üst damaq birləşməyə başlamışdır. Dölün qırtlağında səs telləri meydana gəlməsi tamamlanır və nəzəri olaraq döl səs çıxara bilər. Qarın boşluğunda isə bağırsaqlar qarın içinə girmişdir və hərəkətləri başlamışdır. Qaraciyər öd işləməyə başlayır və sekresiyalanan öd öd kisəsində depolanır. Qalxanabənzər və mədəaltı vəzi inkişafını tamamlayır. Mədəaltı vəzidən insülin ifraz olunur. Hər iki cinsdə də xarici cinsiyyət orqanları inkişafını tamamlamamışdır, ancaq qızlarda böyük və kiçik dodaqlar, kişilərdə isə penis və xayalar diqqətli müşahidə ilə ayırd edilə bilər. Əllərdə və ayaqlarda dırnaqlar uzanmağa başlayır. Sinir sistemi bir az daha təkmilləşir və döldə reflekslər inkişaf edir. Bu dövrdə dəri olduqca həssasdır. sümüklərdən bəziləri sərtləşməyə başlamışdır. Bu həftənin sonunda uşaqlığınız kiçik çanaqdan qarın boşluğuna doğru böyüməyə başlayır. Artıq sidik kisəsi üzərinə təzyiq etmədiyindən tez-tez sidiyə çıxma istəyi bir qədər azalır. Bu vəziyyət son 3 aya qədər bu şəkildə davam edir. Bu həftələrdə başağrısı və başgicəllənmə şikayətlərinə sıx-sıx rast gəlinir. Düşük təhlükəsi çox böyük ölçüdə azalmışdır. Həkiminizin sizə bunu ifadə etməsi ilə hər gələcək anada olduğu kimi siz də psixoloji baxımdan rahatladığınızı hiss edəcəksiniz. Diş ətləri hamiləlikdən mənfi istiqamətdə təsirləndiyi üçün diş həkiminizlə görüşməyiniz tövsiyyə olunur. 
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 924
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri