Hamiləlikdə UZM..

Müəllif: Onun_Mələyi
Şərhlər: 9
Baxılıb: 2 576
Səs ver:
(səs: 0)
Tibb aləmində belə hesab olunur ki, USM hamiləlik zamanı tam ziyansızdır və qadın və gələcək uşağa mənfi təsir etmir.Lakin Boston Universiteti alimlərinin son araşdırması bunu təkzib edib. Araşdırmanın nəticələri JAMA Pediatrics jurnalında dərc olunub.

Alimlər 420 autizm xəstəliyi olan uşağın sağlamlıq haqqında məlumatlarını araşdırdıqdan sonra aşkar ediblər ki, bu uşaqlar sağlam uşaqlarla müqayisədə bətn daxilində daha tez-tez orta və güclü US şüalanmanın təsirinə məruz qalıblar. Söhbət ilk növbədə hamiləliyin 1-ci və 2-ci üçaylığından gedir.Alimlərin fikrinə görə, bu şüalanma dölün neyronlarına (beyin hüceyrələri) təsir edir ki, daha sonra uşaqda autizmin inkişafının riski xeyli artır.Son zamanlar bütün dünyada uşaqlar arasında autizm halları artmaqdadır. Həmçinin hamiləlik zamanı USM- dən istifadə də xeyli artıb. Alimlər buna ciddi fikir verməyi tövsiyə edir.Heyvanlar üzərində aparılmış araşdırmalar sübut edib ki, USM neyronlara mənfi təsir edə bilər.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 576
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri