Körpənizi necə çimdirməli

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 989
Səs ver:
(səs: 2)
Körpənizi çimizdirmək üçün sizə lazım olanlar
Bəzi valideynlər xüsusi körpə vannası almağa üstünlük verirlər, lakin standart çimizdirmə vannası da kifayət edir. Adi sabunlar və şampunlar adətən körpənizin həssas dərisi üçün çox sərtdirlər: körpələr üçün xüsusi hazırlanmış təmizləyici vasitələr isə daha həssasdırlar.  Sizə həmçinin, körpə süngəri, biraz pambıq, yumşaq dəsmal və təmiz bez lazım olacaq

Körpəni necə çimdirmək lazımdır
Körpə çimizdirmə vaxtı körpəniz və sizin üçün gözəl istirahətlə vaxt keçirmək imkanı olmasına baxmayaraq, yeni doğulmuş körpəni ilk dəfə çimizdirmək biraz qorxuducu ola bilər. Sürüşkən körpəni necə saxlamaq, sizə lazım olan əşyanı necə götürməyi və eyni zamanda körpəni düşürməməyi necə etmək olar? Əgər hər şey əlçatan yerdədirsə, bu çox da çətin deyil. Bir müddət sonra körpəniz çimməyi xoşlamağa başlayacaq. Otağın isti olduğunu və suyun da ilıq  (körpənizin bədənindən biraz artıq isti) olduğundan əmin olun. İlk dəfə körpənizi çox uzun müddətə çimizdirməyin: yalnız bir neçə dəqiqə kifayətdir. Hər iki vəya üç gündən bir çimizdirmək kifayətdir, həmçinin,  hərdən körpəni süngər ilə çimizdirmək də lazımdır:

Körpəni çimizdirməyin mərhələləri:  
Körpənizi vannaya qoyarkən və çıxardarkən həmişə iki əlinizdən istifadə edin.
Ehtiyatla körpənizi körpə vannasına qoyun. Bir qolunuzu ehtiyatla körpənin belini, başını və boynunu tutmaq üçün və digərini isə körpənizi təmizləmək üçün istifadə edin.
Pambıq istifadə edərək körpənizin gözlərinin, burnunun, yanaqlarının və ağzının ətrafını yuyun. Körpənizin çənəsinin altını və qulaqlarının arxasını təmizləməyi unutmayın.
Göbəkbağı ətrafını təmizləyərkən çox ehtiyatlı olun.
Süngərdən istifadə edərək körpənizin əllərini, ayaqlarını və qarnını təmizləyin və əmin olun ki, dəri qatlarının arasını da yuyursunuz. Bez sahəsini sonda yuyun. Əgər körpəniz qızdırsa, öndən arxaya doğru təmizləyin.
Körpənizi iki əllə vannadan qaldırın, onun dəyişmə yerinə qoyun və qurulayın.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 989
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri