Körpə dərisinə qulluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 910
Səs ver:
(səs: 1)
Körpənizin dərisi o qədər yumuşaq və hamardır ki, ona toxunmaqdan özünüzü çəkindirə bilmirsiniz! Bunu belə saxlamaq üçün, dərini qurumağa qoymamaq və günəş şüalarından qorumaq üçün bəzi məsləhətləri nəzərdən keçirin. Körpə dərisinə qulluq haqqında daha artıq məlumat əldə edin.
Körpənizin dərisindən mükəmməl nə var? Ona toxunmaqdan və oxşamaqdan əl çəkə bilmirsiniz. Davam edin! Körpəniz də bundan sizin qədər həzz alır.

Həssas dərini zərərdən qorumaq valideynin vacib borcudur. Aşağıda bilməli və etməli olduqlarınız yazılıb:

Yumuşaq toxunuş
Körpənizin dərisi yumuşaq və hamar olduğu kimi, həm də güclü və dayanıqlıdır. Dəri bədənin ən böyük orqanıdır. O hüceyrə qruplarını bir yerdə cəmləşdirən, nazik, lakin, bərk səddir. Dəri həyatımız boyunca özünü müntəzəm olaraq yeniləyir. Bu proses hətta doğulmamışdan əvvəl başlayıb.

Yeni doğulmuş körpənin dərisi mükəmməldir. Doğuşdan sonrakı bir neçə gün ərzində baş verəcək dəri soyulması, qızartı və qabıq verməsindən qorxmayın. Hava ilə əlaqədə olduğu üçün biləklər, dizlər və ayaqlar qanaya bilər. Bunların hamısı adi haldır. Dərini yağlandırmaq və çat və ya qanamaları sağaltmaq üçün yumuşaq dəri mazından istifadə edin. Körpənizin dərisi tezliklə yenidən yaranacaq və daha hamar olacaq.

Uşaq bez səpgisinin qarşısını almaq və ya müalicə etmək üçün daha artıq məlumatı bura klik edərək əldə edin.

Nəmləndirici kremlər
Körpənizin dərisini sağlam saxlamaq üçün, onun təbii yumuşaqlığını və dözümlülüyünü qorumalısınız. Körpənizin dərisi soyulmasa belə, nəmləndirici kremlərin dəriyə xeyri var. Gündəlik nəmləndirmə üçün vazelin, Aquaphor, Eucerin, Moisturel və ya Cetaphil istifadə edin. Tərkibində mineral yağ və vazelin olan qoxusuz məhsullar ala bilərsiniz. Körpəniz üçün istifadə etdiyiniz gündəlik nəmləndirici kremlərin tərkibində alfa-oksidli turşular və günəş şüalarına qarşı krem olmamalıdır.

Fakt ki, həmişə bir-birinizə toxunduğunuzu nəzərə alaraq, öz bədəniniz üçün istifadə etdiyiniz nəmləndirici kremi körpəniz üçün də istifadə etmək ən yaxşı üsuldur. Seçiminizdən asılı olmayaraq, çalışın eyni nəmləndirici kremi istifadə edəsiniz ki, körpənizin dərisi hər dəfə müxtəlif məhsullarda olan müxtəlif maddələr qarışığına yenidən uyğunlaşmasın.

Günəş şüaları haqqında faktlar
Yaşından asılı olmayaraq, körpələr günəş şüalarından uzaq olmalıdırlar. Hətta buludlu günlərdə belə, körpənizin dərisi 10 və ya 15 dəqiqə ərzində günəş şüalarından yana bilər.

Birinci növəbə geyimlərinə fikir verməlisiniz. İsti günlərdə, körpənizə əllərini və ayaqlarını qapayan yüngül yun parçadan hazırlanmış geyimlər geyindirin. Çölə çıxardarkən isə kənarları uzun papaqlar geyindirin. Səhər saat 10-dan günorta saat 3-dək, günəş şüalarının çox olduğu vaxtlarda çalışın onu evdən çölə çıxarmnayasınız.

Amerika Pediatrlar Akademiyası körpələr və günəş şüalarına qarşı kremlər haqqında normaları yeniləyiblər. Əvvəllər, 6 aydan az yaşı olan körpələr üzərində günəş şüalarına qarşı kremlərin istifadəsi məsləhət deyildi. Lakin indi, körpələrdə günəş şüalarına qarşı kremlərin az miqdarda istifadə olunmasının, onlara ziyanlı olması haqqında heç bir sübut yoxdur. Buna baxmayaraq, günəş şüalarına qarşı kremlərə qoruyucu geyimlərin əvəzedicisi kimi güvənməyin. Bunu körpənizin görünən hissələri olan üzünü, əllərini və ayaqlarını qorumaq üçün istifadə edin.

Dırnaqlara qulluq
Körpənizin əl barmaqlarındakı dırnaqlar nazik və itidir, və gözlənilməz dərəcədə tez uzanırlar! Onları həftədə ən azı iki dəfə kəsməli olacaqsınız. Bu çox vacibdir, çünki yeni doğulmuş körpələr dırnaqları ilə üzlərini cıza bilərlər.

Dırnaqları qısaltmaq üçün yumuşaq hamarlayıcıdan, dırnaqtutandan və ya körpə dırnaqları üçün qayçılardan istifadə edin. Bunu köpəniz yuxulayarkən etsəniz, daha asan olar. Baramq uclarındakı dərini kəsməmək üçün, körpənizin barmaqlarını ehtiyatla tutun və dırnağını kəsdikcə dırnaq yatağını sıxaraq dırnaqdan aralayın. Biraz qanadsanız narahat olmayın (çox çalışsanızda, bu azı bir dəfə baş verəcək). Sadəcə olaraq biraz barmaq ucunu biraz bərk sıxın.

Ayaq barmaqlarındakı dırnaqlar daha yavaş uzanır və adətən çox yumuşaq olur. Onları əl barmaqlarındakı dırnaqlar kimi qısa saxlamaq vacib deyil. Ayda bir və ya iki dəfə kəssəniz yetərlidir. Bu dırnaqların natamam uzanmasına baxmayaraq, körpələr nadir hallarda bundan əziyyət çəkirlər. Ayaq barmaqlarındakı dırnağın ətrafındakı dəri qızararsa, bişərsə və ya bərkiyərsə, həkiminizlə əlaqə saxlayın.

Sünnət
Nə etmək lazım olduğunu bilirsinizsə, yeni doğulmuş körpənizi sünnət etmək çətin olmayacaq. Sünnətdən sonra ilk həftə ərzində penis qızarmış ola bilər və kənarında sarı qasnaq yarana bilər. Hər bez dəyişikliyindən sonra bu hissəni su və yumuşaq sabunla təmizləyin. Penisi qoruyacaq üçün başına vazelin sürtün və tənziflə ehtiyatla bağlayın. Həkiminiz tənzifi nə qədər saxlamaq lazımdır haqda sizə məlumat verəcək. Əgər infeksiya olduğundan şübhələnsəniz, həkiminizə bunu bildirin.

Körpəniz sünnət olunmayıbsa, digər bezin tutduğu hissələr kimi penisi də yumuşaq sabunla və su ilə təmizləyin. Üst dərisini datrmayın. Üç yaşında bu dəri özü yığılacaq.

Geyimlər
Körpənizə onu isti və rahat saxlamaq üçün özünüzün geyimindən bir qat artıq paltar geyindirin. İsti iqlimlər çıxmaq şərtilə, yeni doğulmuş körpələrə alt geyim olan mayka və ya pijama geyindirin. Havanın temperaturu 75 F-dən yuxarı qalxarsa, geyimi bir qat azaldın. Körpənizin dərisində narahatçılığı müəyyən etmək üçün, tez-tez ona toxunun. Əlləri və ayaqları soyuyarsa geyimini qalınlaşdırın. Dərisi isti və tərli olarsa geyimini azaldın.

Körpəniz tam inkişaf etməyibsə və ya bədənin piyi azdırsa, o öz bədən temperaturunu sabit saxlaya bilməyəcək və isti qalmaq üçün əlavə geyimlərə ehtiyacı olacaq. Saçları az olan körpələrin papağa ehtiyacı var, xüsusən gecələr.

Körpənizin dərisi yeni paltarlarda olan və yuyulmadan sonra paltarda sabun və ya yuyucu vasitələrdən qalan kimyəvi maddələrə qarşı həssas ola bilər. Bu problemlərlə üzləşməmək üçün:

Bütün yeni alınmış paltar və alt geyimlərini istifadə etməzdən əvvəl yuyun.

İlk bir neçə ay ərzində, körpənizin paltarlarını öz paltarlarınızdan ayrı yuyun.

Zəif yuyucu maddədən və tam yaxalama dövründən istifadə edin.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 910
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri