Körpələr üçün yemək reseptləri

Müəllif: emis
Şərhlər: 10
Baxılıb: 1537
Paylaş:
Səs ver:
(səs: 0)
Bu yeməklər 1 yaşına qədər uşaqlar üçün nəzərdə tutulub. Əlavə qidalar körpənin yalnız 6-aylığından sonra (ət, baliq isə 8 aylığından sonra) onun pəhrizinə əlavə oluna bilər.
Yeni qidaların əlavə edilməsi prosesi tədricən və düzgün şəkildə həyata keçirilməlidir ki, uşağın səhhətində problemlər yaranmasın.
Bu haqda daha ətraflı məlumat saytımızın "Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi"

Düyü sıyığı ətlə
2 x.q. düyü, 3 stəkan su, 100 q çiy mal əti, 1/2 ç.q. kərə yağı.
Yumşaq yağsız mal ətin üzərinə soyuq su töküb vam odda hazır olana qədər bişirin. Əti bulyondan çıxarıb 2 dəfə ətçəkən maşınından keçirin. Düyü suda hazır olana qədər bişirin, ət və duz əlavə edin, yaxşı qarışdırın. Sonra sıyığı 3-4 dəq. ərzində vam odda bişirin və sonda kərə yağı əlavə edin.

Sup-püre
1 dənə orta ölçüdə kartof, 1 ç.q. manna yarması, 1/2 ç.q. kərə yağı, 1 yumurtanın sarısı, 1/4 stəkan süd (uşaqlar üçün olan xüsusi quru süddən hazırlanır), 2/3 stəkan su.
Kartofu təmizləyin, doğrayın və vam odda bağlı qabda hazır olana qədər bişirin. Hazır kartofu ələkdən sıxın, kartof bişirilən suyu əlavə edin və yenə bir neçə dəqiqə qaynadın. Manna yarmasını soyuq suda həll edin və püreyə əlavə edib 10 dəqiqə ərzində vam odda bişirin. Yumurtanın sarısını qaynanmış soyuq süd ilə qarışdırın və sup-püreni qarışdıra-qarışdıra ona əlavə edib 1-2 dəq. ərzində qaynadın. Sup-püreni oddan götürüb ona kərə yağı əlavə edin.

Toyuq püresi
80 q. toyuğun yağsız əti ("broyler" toyuqlarından yox, "kənd" toyuqlarından istifadə olunur), 2 x.q. süd, 1/2 stəkan su, az miqdarda cəfəri və xırda doğranmış baş soğan, 1/2 ç.q. kərə yağı, 1/2 ç.q. un.
Toyuq əti suya cəfəri və soğan əlavə edilib hazır olana qədər vam odda qapağın altında bişirilir. Ət ətçəkən maşınından 2 dəfə olmaqla keçirilir, ona bulyon, un və kərə yağı əlavə olunur və 2-3 dəq. ərzində qaynadılır. Daha sonra püreyə isti süd və duz əlavə olunur, yenə 1-2 dəq. ərzində qaynadılır.

Balıq küftəcikləri
100 qr. balıq filesi (treska), 1 tikə çörək, 2/3 stəkan su, 1 yumurtanın sarısı, 1/2 ç.q. kərə yağ.
Balıq filesi soyuq suda isladılmış çörəklə birlikdə 2 dəfə ətçəkən maşınından keçirib, yumurta sarısını və kərə yağı əlavə edin. Qiymə (farş) yaxşı qarışdırılır və xırda küftəciklər formasına salınır. Küftəciklər qaba yığılır, üzərinə su əlavə olunur və vam odda divarları qalın olan bağlı qabda bişirilir.

Toyuq kotletləri
100 qr toyuq əti, 1 tikə ağ çörək, 1/4 stəkan süd, 1/2 ç.q. kərə yağı, 1 dənə yumurta.
Toyuq əti süddə isladılmış çörəklə birlikdə 2 dəfə ətçəkən maşınından keçirilir. Yumurta, duz, yumşalmış kərə yağı əlavə olunur və yaxşı qarışdırılır. Qiymədən kotletlər formalanır və buğda hazır olana qədər bişirilir.

Ev kəsmiyi
Uşaqlar üçün olan kefir (dükanlarda satılır) təmiz minalanmış qaba tökün və su hamamında kəsmik əmələ qələnə qədər qızdırın. Suyu tökün, kəsmiyi ələkdən sıxın.

loading...
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 1537
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
bebesqasi olan annelercin yaxsi meslehetdi
13 avqust 2015 12:06
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Dosta_inam
Bu yollardan artiq kecmisem men.
13 avqust 2015 08:09
9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Ayan
Men bunlarin hamsinu verirem yalnız mannilidan basqa mannu 3 yasa dek ysaga verilmemelidi.ama inu da deyim k 1 2 üy vele yeyurler indi oglum her seyi yeyir xengel lobya supu 1sozle allah nü veribsə onu
13 avqust 2015 01:35
8
Her gulusun arxasında bır keder vardır
Offline
BARBI
Analarcun faydali meslehetlerdi. Adeten duyuden hazirlanan suplara ustunluk verirler
13 avqust 2015 01:33
7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Ayten666
Bunlari yemezler ..qarisiqdiye..men hefdenin iki gununu terevezli yemeklere ayiriram..yalniz terevezler ve sumuklu et bulyona gore..
13 avqust 2015 00:15
6
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Offline
Seher
Menim usagim hele 4 ayliqdi
12 avqust 2015 23:50
5
1
Offline
Gul_Konul
Tam teseptnen olmasada vermiwem coxusun
12 avqust 2015 22:07
4
Offline
Catwoman666
Uşaqlara uyğun yeməklərdir. Uşaqların qidasına fikir vermək lazımdır.

...666...
12 avqust 2015 21:11
3
Viking
Offline
amaril
Usaqlar ucun hazirladigim olub.tskler.
12 avqust 2015 20:15
2
Offline
Fialka
Gənc analar üçün onların övladları üçün faydalı xəbərdir, təşəkkür.
12 avqust 2015 19:29
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv