Körpədə sancıların əmələ gəlməsi

Müəllif: adsiz-a
Şərhlər:
Baxılıb: 765
Paylaş:
Səs ver:
(səs: 0)
Uşağın ani narahatçılıqları və ağlamalarının adətən səbəbi bağırsaq sancılarının. "Sancı" termini altında əsasən yüksək qaz yaranması fonunda bağırsaq spazması nəticəsində qarında əmələ gələn tutma şəkilli ağrılar başa düşülür. Sancının əsas növü funksional sancının, yəni ciddi xəstəliklə əlaqəli olmayan, adətən sağlam körpələrin həyatlarının ilk 3 ayında rast gəlinən sancıları.

Tutma bir qayda olaraq gözlənilmədən baş verir, uşaq uca səslə və bərkdən (şiddətlə) ağlayır. Bu cür tutmalar uzun müddət sürə, üzün qızarmasına və ya ağız-burun nahiyəsinin solğunlaşmasına səbəb ola bilər. Qarın şişir və gərgin olur, ayaqlar qarına doğru gərilmiş olur və ani olaraq dik şəkildə düzələn bilər, ayaqların alt pəncələri əllə hiss ediləcək dərəcədə soyuq olur, əllər bədənə doğru qısılmış olur. Adətən nəzərə çarpan yüngülləşmə dərhal səbəb olan qüsurların aradan qalxmasından sonra və ya qazın ayrılmasından sonra yaranır.

"Üçlük qaydası" qanunauyğunluğu adlanan sancının baş verməsi müşahidə olunur:

• Sancılar həyatın ilk 3 həftəsində başlayır;
• Gün ərzində təqribən 3 saat davam edir;
• Əksər hallarda həyatın ilk 3 ayında rast gəlinir.

Sancılar bu və ya digər səviyyədə demək olar ki, bütün uşaqlarda erkən yaşlarda müşahidə olunur, lakin əksər hallarda bu hər hansı ciddi xəstəliyə dəlalət etmir. Buna baxmayaraq əgər uşaqda sancı tutmasına bənzər tutma halı baş veribsə, yaxşısı budur həkimə müraciət edəsiniz.

Sancılar bir qayda olaraq, qusma ilə müşayiət olunur ki, bu da adətən qazın mədədə yığılması ilə şərtləndirilir. Bu vəziyyət aerofagiya adlanır. Fizioloji qusma yedirmədən sonra ilk 15-20 dəqiqədə baş verir.

Bu vəziyyətin yüngülləşməsi zamanı fəaliyyət ardıcıllığı mövcuddur, lakin istənilən halda ciddi xəstəliklərin yaranma imkanlarının qarşısının alınması üçün həkim-pediatrla məsləhətləşmək lazımdır.

Birinci mərhələ - sancılar zamanı ağrıların azaldılması üçün fiziki metodlar vardır: ənənəvi olaraq uşağı vertikal vəziyyətdə tutmaq və ya isti qrelka və ya qundaqda qarnı üstə ayaqların diz oynaqları istiqamətdə əyilmiş halda uzanma qəbul edilmişdir, həmçinin qarın nahiyəsində saat əqrəbi istiqaməti boyunca masaj da faydalıdır.

İkinci mərhələ - qaz ayırma borusu və ya imalə vasitəsilə qazların və nəcisin pasajı.

Üçüncü mərhələ - yuxarıda şərh edilən metodların müsbət nəticəsi əldə olunmazsa, dərman preparatları da təyin edilir ki, yalnız həkim müəyyən edə bilir.

Sancıların profilaktikası üçün döş ilə əmizdirmə zamanı analara yağın miqdarını məhdudlaşdırmaq şərti ilə pəhrizə əməl etmək tövsiyə olunur. Razyana və çobanyastığı əsaslı bitki tərkibli preparatların istifadəsi da effektivdir.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 765
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv