Parlaq zəkaya doğru bir neçə addım

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 1 703
Səs ver:
(səs: 0)
Gələcək riyaziyyatçıları siz evinizdən və gündəlik məşğuliyyətlərinizdən ayrılmadan yetishdirə bilərsiniz. Bunun üçün bir az diqqət və əlinizin altında olan əşyalardan istifadə etmək yetərlidir.

Bir-birini tamamlayan əşyalar seçin. Məsələn qazan və qazanın qapağı, bir cüt corab, qaşıq və çəngəl və sairə sizin işinizə yarıyar. Uyğun əşyaları iki qrupa bölün və ikinizdən biriniz bir əşya seçin, qarşıdakı tərəf bu əşyani tamamlayacaq ikinci əşyanı seçməlidir. Corabı cütü ilə, qazanı qapağı ilə tutuşduraraq oyunu növbəli şəkildə əşyalar bitənədək davam edin.

Su ilə sərbəst oynaya biləcəyi bir mühitə düşdüyü zaman (bu evdə yaxud dənizdə çimərkən rahat ola bilər) övladınıza müxtəlif ölçülü qablar verin. Qablardan birini doldurun, bu hərəkəti izahinizla müşaiyət edin –“Bax, mənim qabım doludur”. Qabınızı boşaltdıqca-“Bax, mənim qabım boşalır və artıq tam boşdur” –sözləri ilə övladınızın həcm anlayışını formalaşdırmağa, dolu ilə boş arasında fərqi görməyə kömək edəcəksiniz. Oyunu müxtəlif ölçülü qablarla davam etməklə qazbların ölçüsünə uyğun həcmi olduğunu onun diqqətini cəlb edə bilərsiniz.

Bir neçə sadə şəkilləri toplayın və onları növbə ilə övladınıza göstərin. Şəkildə göstərilən obyektin əksini söyləməsini istədiyinizi ona bildirin. Məsələn, əgər şəkildə günəş varsa o ay (yaxud gündüz əvəzinə gecə) deməlidir.

Bu oyun övladınızın lüğət tərkibinin və yaxud nitqinin inkişafına uyğun gəlmirsə o zaman onu ritm oyunu ilə əvəz edə bilərsiniz. Taxta qaşıqla stolun (toqquşduğu zaman yaxşı səs çixara biləcək istənilən digər iki obyekt də istifadə oluna bilər) üzərinə bir dəfə vurun və övladınıza cavab olaraq iki dəfə vurmasını gözlədiyinizi bildirin.

Bu oyunlar övladınıza aldığı siqnala cavab vermək üçün dayanıb düşünməyə və sonra təkrar deyil, müvafiq cavab verməyə stimul yaradacaq. Nəticədə övladınızın daha güclü riyazi bacarıqları və beynin icraçı funksiyası inkişaf edir ki, sonuncu planlaşdırma və məqsədyönlülük kimi mühüm xüsusiyyətlərə açardır. Bu oyunları siz 3 yaşından sadə və qısa formada başlayaraq övladınızın inkişafına uyğun olaraq yaş artdıqca daha da mürəkkəbləşdirə və öz əlavələrinizi edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 703
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri