Yeriməyə başlayan körpələrə savad verilməsi üzrə məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 1 945
Səs ver:
(səs: 0)
Yeriməyə başlayan körpələrlə kitab oxuma mərhələsinə başlamaq çox əyləncəli ola bilər. Birlikdə siz kitabxanaya getmək, şeir və mahnılar öyrənmək və yataqda nağıllar danışılması kimi çox işlər görə bilərsiniz. Kitab oxumaq barədə daha ətraflı məlumat əldə edin. 

Kitab oxumağa doğru gedən yol körpəlikdən başlayır. Bu zaman uşaqlarda sözlərə qarşı sevgi, nağıl danışmaq həyəcanı və sözlərdən istifadə edərək həyatdakı təcrübələri bölüşdürmək istəyi yaranır. Ailə üzvləri bu bacarıq və maraqları yaradan fəaliyyətlər vasitəsilə kitab oxuma sevincini böyüdə bilər. Aşağıdakı məsləhətlər kitab oxumağı övladınızın həyatının əsas hissəsinə çevirməsinə kömək edəcək: 

Xəbərlər şərhçisi olun. Gününüz barədə, övladınızla nə etdiyinizi və hətta onun yanında nə oxuduğunuz barədə ona qısa məlumat verin. Siz sözlərlə hadisələr arasında əlaqə yaradırsınız; siz ona hadisənin elementlərini öyrənməyə kömək edirsiniz. 

* Birlikdə şəkilli kitablara baxın. Övladınız hələ körpə ikən kitabları ona əyləncə və maraqlı əşya kimi təqdim edin. Övladınız az diqqət yetirsə də bunu qəbul edin; hər bir qarşılıqlı qısa əlaqə kitablara qarşı sevgi hissini artırır. 

* Bax, göstər, sonra adını qoy. Uşaqlar öz həyatında savad almağı əvvəlcə kitabı səhifələməklə, sonra ümumi şəkillərə baxmaqla, sonra şəkillərin adlarına baxmaqla, sonra adlandırılmış şəkilləri göstərməklə və sonda özləri şəkillərə ad verərək öyrənirlər. Sizi övladınız bu yolun hansı mərhələsindədir? Onu növbəti addımı atmağa məcbur edə bilərsinizmi? O hazır olmasa, siz buna təkid edə bilməzsiniz, ancaq əgər o hazırdırsa onu dəstəkləyə biləcəksiniz. 

* Övladınıza gündəlik rast gəlinən hər şeyi - ərzaq dükanındakı etiketləri, yoldakı işarələri və restorandakı menyuları oxuyun. Övladınızda sözlərin əhəmiyyətinə qarşı maraq oyanır. 

* Kitabları özünüzlə götürün. Körpə və ya yeriməyə başlayan uşaqlar üçün bez çantasına və ya maşına bir-iki nağıl kitabı qoyun. Həyatdakı boşluqları kitablarla doldurmaq vərdişi və həmişə əl altında kitabın olması kömək edir ki, uşaqlar onların həyatın daimi hissəsi olduğunu anlasınlar. 

* Birlikdə kitabxanaya gedin. Belə səfərləri müntəzəm olaraq edin. Övladınızın bir və ya iki kitab seçməsinə icazə verin, özünüz də bir neçə kitab götürün. Nağıl vaxtını da bildirməyi unutmayın. Bütöv hadisələrə oturub qulaq asmağı öyrənməzdən əvvəl o, bunun xüsusi və əyləncəli olduğunu öyrənəcək. 

* Kitabxana kartı əldə edin. Övladınızın 2 yaşı olan kimi kitabxanada onun üçün kart açdırmağa gedin. Karta bir mükafat kimi münasibət göstərin və onu xüsusi bir yerdə saxlayın. 

* Şeir və mahnılar öyrənin. Uşaqlar dildəki səsləri şeirlə təcrübədən keçirirlər və bu da onlarda sözlərə və səslərə qarşı maraq oyadır. Şeirləri jestlərlə demək hərəkətləri sözlərlə birgə əlaqələndirməyə kömək edir. Uşaqlar üçün olan şeirlər dil ilə tanışlıq və sevgi yaradır. 

* Kitablar verin. Hər bir önəmli hadisələrdə ona bildiyiniz bir kitab verin və sonra ona birlikdə baxın. Həmin kitabxananı xüsusi, lakin əlçatan yerdə saxlayın. 

* Suallar verin. Uşaqlara suallar verdikcə onların dili daha asanlıqla inkişaf edir. Sual verdikdən sonra övladınız onu cavablandırana qədər gözləyin; ona vaxt verin. Cavabı onun bilməyəcəyi bir neçə sözlə ifadə edin. Konkret sözlərdən daha çox onun mənasına diqqət yetirin. 

* Müntəzəm olaraq söhbət saatı təyin edin. Söhbət saatının eyni vaxtda keçirin. Gününüz haqqında danışın və övladınızın günü necə keçdiyi barədə suallar verin. Bunun özü də hekayə danışmağın xüsusi bir növüdür. 

* Maşını söhbət məkanına çevirin. Övladınızın pəncərədən nə gördüyünü, hara getdiyinizi, maşına minmədən öncə nə etdiyini soruşmaqla onunla söhbət edin. Birlikdə keçirdiyiniz bu müddət dil bacarıqlarının inkişafına yardım edir. Sonralar bura sirrlərin, qorxuların, narahatçılıqlar və ümidlərin aşkar ediləcəyi bir məkan olacaq. Bu zamanı dəyərləndirmək üçün radio və mobil telefonunuzu söndürün. 

* Axtarışda olun. Filmin saat neçədə başlayacağı və ya havanın necə olacağı kimi suallar verildikdə yeriməyə başlayan körpəniz üçün bu məlumatları tapıb ona oxuyun. Bu, bizim oxumaqla necə hər şeyi tapıb problemləri həll etdiyimizi göstərir. 

* Hərflərin əlaqələrini öyrədin. Üç yaşlı övladınıza "öz” hərfini öyrənməsinə kömək edin: məsələn "C” Ceyson. Çap edilmiş yazılarda öz hərfini və gündəlik işlənən əşyalarda həmin səsi tapmasına kömək edin. Cem sözündəki C və s. O, özünü yaşına uyğun olaraq hər şeyin mərkəzində olduğunu düşündüyünə görə "onun” hərfinə digər hərfləri də əlavə etmək olar. 

* Yatmazdan əvvəl nağıllar danışın. Lap körpəlikdən başlayaraq yatmazdan öncə yüksək səslə hekayələr oxuyun və danışın ki, bu bir adət halını alsın. Övladınızı cəzalandrmaq üçün heç vaxt onu bu hekayələrdən məhrum etməyin; onlar müqəddəs olmalıdır. 

* Övladınızın öz hekayəsini danışın. Şəkildə əks edilən hadisələri təsvir edib danışa bilməsi üçün övladınızın öz şəkilləri olan albomu götürün. Sizin yay tətiliniz və nənəgilə səfərlər kimi hadisələr uydurma əsərlər ola bilər, lakin bu, hekayə danışma hissini inkişaf etdirir. 

* Mirzəlik edin. Övladınızın sizə dediyi hekayələri yazın, yaxud dostuna və ya qohumuna məktub yazmağa kömək edin. Qoyun o öz imzasını və ya mümkün qədər öz adını cızma-qara etsin. Yazma bacarığı onun təxəyyülündən bir neçə il geri qalacaq, ona görə də bunun övladınızı ruhdan salmasına icazə verməyin. Ona öz düşüncələrini yazmağa kömək edin. Bu zaman o, yazıların çox dəyərli olduğunu və yazılı sözün onun ideyalarını başqalarına çatdırmaq üçün bir vasitə olduğunu anlayacaq. 

* Səsyazmadan istifadə edin. Məktəbəqədər uşaqlar üçün kitabdakı sözlərlə bərabər müşaiyət olunan səsyazmalar kömək edir ki, o sözlərin yazılı və şifahi formaları arasındakı əlaqələri görsün. Lakin bütün bunların onun oxuma bacarığını əvəz etməsinə icazə verməyin. 

* Övladınızı da cəlb etməklə oxuyun. Sonra nə baş verəcəyini, obrazların nə üçün belə etdiyini və onların hansı hisslər keçirdiyini soruşun. Övladınızdan uzun cavablar gözləməyin, ancaq hekayə və ya süjet xəttini saxlamasına kömək edin. Hekayəni dəyişmək istəyib istəməyəcəyini ondan soruşun. Əgər hekayə barədə məlumatı varsa xahiş edin onu sizə "oxusun”. O yardım istəməyənə qədər düzəlişlər etməyin. 

* Komputerdən ehtiyatla istifadə edin. Müxtəlif keyfiyyətli bir çox proqram paketləri oxumağı öyrətmək üçün hazırlanır. Sadəcə təlimat verən proqramdan deyil, nümunələr verən, fiqurlar və hərfləri öyrədən proqramları seçin. Digər dəyərli paketlərə uşaqlara hekayə qurmağa kömək edən şəkillər, öz kitabını hazırlaması üçün hərfli markalar və hekayəni oxuduqca ekrandakı sözləri işıqlandıran audio vəsaitlər daxildir. 

* Uşaqlara qayğı mərkəzlərində savad verilməsinə diqqət yetirin. Bilavasitə uşaqlarla söhbət edən, suallar verən, müntəzəm olaraq onlara kitab oxutduran və kitablar verən yüksək prioritetli yerlər axtarın. Övladınızı mərkəzə qoymadan öncə bu keyfiyyətləri aşkar etmək üçün orada bir az vaxt keçirin. 

* Yaxşı nümunə olun. Özünüz də kitab oxuyun və kitabxanadan kitablar seçin. Bütün ev kitablar, jurnallar və qəzetlərlə zəngin olmalıdır. 

* Bir gününüz də kitabsız keçməsin. Kitablar övladınızın hər gününün bir hissəsi olmalıdır. Bir gün olsa belə kitab, şeir və ya hekayə oxumadan keçirməyin.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 945
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri