Ailə tərbiyəsi necə olmalıdır?

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 312
Səs ver:
(səs: 0)
Biz, demək olar ki, bütün yazılarımızda fürsət düşdükcə əxlaq məsələsinə toxunmağa çalışmış, gərəkli bildiyimiz mühüm məqamlara aydınlıq gətirmiş, oxucuları bu istiqamətdə ciddi düşünməyə dəvət etmişik və heç vaxt da ortaq məxrəc tapmaq üçüm əlimizdən gələni əsirgəməmişik. Hər kəs üçün əhəmiyyətli olan bu vacib məsələlərə: "Ümumi vəziyyət haqqında qənaətiniz nədir? Ətrafınızda cərəyan edən hadisələri necə qiymətləndirirsiniz? Qəbul etmədiyiniz qeyri-əxlaqi davranışlara münasibətiniz nə cürdür? Əxlaqi problemlərin həlli barədə nə düşünürsünüz?" kimi suallarla diqqətinizi cəlb etməyə çalışmışdıq.
Dünyanın mövcud vəziyyətindən məmnun deyiliksə, bəzi xoşagəlməz hadisələr bir xəncər kimi içimizi dəlirsə, bu şəraiti hazırlayan, sonra da bütün bunlara nəzarəti öz əlinə alan adamlardan narazıyıqsa, o zaman həll yolu kimi hansı təkliflərimiz var? Bəli, bütün bunları bilmək bir zərurətdir.

Möminlər namaz qılmamağı və namaza ciddi yanaşmamağı, oruc tutmamağı və onu əziyyətli saymağı, küçələrdə avara-avara gəzib ona-buna söz atmağı (bəziləri bunu azadlıq hesab etsə də) əxlaqa zidd davranışlar sayırlar. Buna görə də biz Qurani-Kərimin işığı altında və onun prinsipləri çərçivəsində əxlaq, əxlaqsızlıq və tərbiyə haqqında danışmağa çalışacağıq.

Əxlaqın ən mühüm əsası inanc və əqidədir. Ancaq hər şey təkcə əqidədən ibarət də deyildir. Əgər əqidəni əməli həyat, yəni əməli fəaliyyət tamamlamırsa və insan inandığı dəyərlər istiqamətində bir yol tutmursa, o inanc bir qənaət, bir fikir olaraq qalır. Bu səbəbdən də fərdin istər şəxsi həyatında, istərsə də ailə və ictimai həyatında effektiv və istiqamətverici amil rolunu oynamır. İman bir işıq və güc mənbəyi, imansızlıq da bir zəiflikdir, bir boşluqdur. Həqiqi iman da öz gücünü əməllə ortaya qoyur. İmansız bir insanın mənsub olduğu cəmiyyətə fayda verdiyini görən olmamışdır, fayda verənlər də o qədər nadirdir ki, barmaqla saymaq olar. Məsələn, biri inanmır, amma iffətlidir. Başlıca meyarlarımız baxımından bu cür adamları fəzilətli hesab etmək olarmı, olmazmı, bunu bilmirəm. Çünki həqiqi fəzilətin bünövrəsində iman və mühasibə (özünü sorğu-suala çəkmə) hissi dayanmalıdır. Bəli, Allaha, axirətə, kitablara, həşrə və nəşrə (öldükdən sonra yenidən dirilişə), Cənnət və Cəhənnəmə iman həyatımızı nizama salan və onu mələklər səviyyəsində şəkilləndirən mühüm amillərdir.

Bu məsələlərə inanmaq və onların tələblərini yerinə yetirmək həyati əhəmiyyət daşıyır. Axirət məhkəmə salonu və sorğu-sual yeridir; burada bəxş edilən ömür nemətinin və ən mükəmməl biçimdə, insan kimi yaradılışın müqabilində Allaha edilən və ya edilməyən şükrün hesabını orada veririk. Dünyada yığın-yığın zalım, nankor, Allah-Təalanı tanımamaqda, Onun göz önünə sərdiyi sənət əsərlərini görməməkdə israr edən, hətta gözlərini "tıxayıb" bu qədər gözəlliyi görməməzliyə vuran, minlərlə rəng, səs, naxış, nizam və ahəngdən qafil olan bir xeyli kor, kar, qəlbsiz insan da vardır... Allah da həm belələri, həm də inananlar üçün həşrü-nəşri gerçəkləşdirəcək, cənnətini, cəhənnəmini hazırlayacaq, sorğu-sualdan sonra yaxşı, fəzilətli, qəlbən və ruhən kamal məqamlarına yönələn, mənəvi yüksəlişə müştaq olan bəndələrini - bu dünyada "insanlığın ən yüksək mərtəbəsin"ə ucalıb kamil və fazil insanlar olaraq yaşadıqları kimi, - axirətdə də fazil bəndələrə vəd edilmiş cənnətlərlə mükafatlandıracaqdır. Mömin məhz bunları düşünən və həyatını bu istiqamətdə tənzim edən bir insandır.

Beləliklə, əvvəla, həm fərddə, həm də cəmiyyətdə əqidə - inanc çox möhkəm olmalıdır ki, imanın gücü fərdin sapqın hisslərin təsirinə düşüb yoldan azmasına imkan verməsin. Gah inanıb, gah da inanmayan fərdlərdən ibarət ailədə də, cəmiyyətdə də bir xeyir yoxdur. Belə bir cəmiyyətdə də, onlardan təşəkkül tapan millətdə də xeyir yoxdur. İlk növbədə insan qüvvətli imana sahib olmalı və dünyanın sabahı olan axirətin bir gün gələcəyinə bütün varlığı ilə və qəti inanmalıdır ki, bununla Allaha yaxın, topluma da faydalı bir fərdə çevrilə bilsin.

Bəli, demək olar, hər bir fərd sağlam bir əqidəyə malik olmalıdır; necə ki, işləmədiyi təqdirdə ac qalacağına inanır və bundan qorxur, eləcə inancını əməllə ortaya qoymadığı zaman Allahın hüzurunda ağır bir sorğu-suala çəkiləcəyinə də şəksiz inanmalıdır. Məhz belə güclü imana sahib insan da inancından doğan "mərkəzdənqaçma qüvvəsi" ilə saleh əməllərə üz tutar və Allahın hüzuruna üzüağ çıxmaq üçün üz-gözünü yerə sürtər.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 312
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
asiklar
Gözəl xəbər üçün təşəkkürlər.
11 avqust 2019 16:23
1
Şirin

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri