Bu suallar övladlarınızı xoşbəxt edəcək - Analar oxusun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 451
Səs ver:
(səs: 5)
"Övladınıza xoşbəxt olmağı öyrədin"

Hər zaman xoşbəxt olmaq mümkün deyil, bunun üçün müəyyən səbəblər olmalıdır.

Bilirsinizmi bəzi suallar övladlarınızın xoşbəxt olmasına səbəb ola bilər?

Sizə ilk baxışda bəsit görünən, əslində isə övladlarınızı olduqca xoşbəxt edə biləcək sualları təqdim edirik.

1. Gününün ən gözəl saatı hansı oldu?
Bu sualı yatmazdan öncə verməniz ən doğrusudur. Çünki hər insan yatmazdan öncə gün boyu onu xoşbəxt edəcək saatları bir də nəzərdən keçirməlidir.

2. Bu gün kimə təşəkkür etmək istədin?
Bu sual üçün isə ən uyğun zaman axşam yeməyidir. Çünki belə olduqda tam yeməyə başlamadan öncə bütün ailə üzvləri bir-bir o gün yaşadıqları gözəl hadisələri xatırlayacaqlar.

3. Həftəsonu nə etmək istəyirsən?
Araşdırmalara görə, sevdiyimiz bir şeyi edəcəyimiz günü gözləmək bizi xoşbəxt edir. Məsələn, siz 6 ay sonra çıxacağınız tətili düşünəndə üzünüz gülür. Eynilə bunun kimi hələ həftənin əvvəlində olsanız belə, uşağınıza "şənbə birlikdə kinoya gedəcəyik" - deməyiniz onu xoşbəxt edə bilər.

4. Bir başqasını xoşbəxt etmək üçün nə edə bilərik?
Övladınızla birlikdə xəstə bir yaxınınızı ziyarət etmək, yardıma möhtac birinə kömək etmək, sosial məsuliyyətlərinizi hiss etmək hər kəsə xoş təsir edəcək. Psixoloqların fikrincə, "mən də yaxşı bir şey edirəm" hissi etimadı artırır. Birlikdə həqiqətən ehtiyacı olanlara kömək etsəniz, təkcə onu yox, ehtiyac sahiblərini də xoşbəxt edə bilərsiniz.

Yuxarıdakı sualları hər gününüzün adi halına gətirsəniz, həyatınız müsbət istiqamətdə dəyişəcək.
Xoşbəxt olmağın bir yolu da ailənizə xoşbəxtlik albomu hədiyyə etməkdir. Ən xoşbəxt anlarınızı özündə əks etdirən fotoşəkillərdən ibarət fotokitaplar hazırlaya bilərsiniz. Övladınızla birlikdə bir fotokitap hazırlamağa nə deyərsiniz? Qoy sizin xoşbəxt anlarınızı özündə əks etdirən fotoları onlar seçsin.

Unutmayın, övladlarınızın xoşbəxt olmasını istəyirsinizsə, öncə özünüz xoşbəxt olmalısınız.
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 2 451
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri