Uşaqlar arasında qısqanclıq hissinin aradan qaldırılması

Müəllif: NoName
Şərhlər: 6
Baxılıb: 459
Paylaş:
Səs ver:
(səs: 1)
Bacı - qardaş qısqanclığının bir sıra səbəbləri var. Bunlardan bir neçəsini misal göstərmək istərdim. Əgər ailədəki uşaqlar arasında hansısa dərslərində daha çox uğurludursa və digəri deyilsə, yəni, biri çox yaxşı oxuyur, digəri zəifdirsə valideyn daima onu tərifləyir, onu misal çəkir. "Bax sən ona oxşamalısan, sən niyə ona oxşamırsan? O, dərslərini yaxşı oxuyur, sən niyə onun kimi yaxşı oxumursan?” deməklə uşaqda özgüvən əksikliyi yaradır və bacı - qardaşına qarşı uşaqda aqressiya yaranır. Eyni zamanda hər şeyə əl atır ki, onu hər zaman pis çıxarsın, nəsə səhv eləmiş olsun və düşünür ki, ”həmişə mən danlanıram bir dəfə də o danlansın”. Bu problemin kökü də, həll yolu da valideynlərdədir. Əgər ailədə 5 yaşında bir uşaq varsa və daima diqqət, nəvaziş, qayğı onun üzərində olubsa, ailəyə yeni bir körpənin gəlməsi ilə təbii olaraq diqqət həmin körpənin üzərinə yönələcək və uşaq da bunu diqqət əksikliyi kimi qəbul edib düşünəcək ki, onu daha istəmirlər. Bu halda nə etmək lazımdır? Məsələn uşağı əvvəlcədən məlumatlandırmaq və öyrəşdirmək lazımdır ki, sənin bacın və ya qardaşın dünyaya gələcək. Siz bir yerdə oyunlar oynacaqsınız, dost olacaqsınız və s. Artıq körpə doğulduqdan sonra isə körpəyə yemək verilməsini və ya çimizdirilməsində onun köməyindən istifadə edə bilərsiniz. Bu zaman o hiss edəcək ki, kənarda qalmır və körpəyə qarşı aqressiyası formalaşmayacaq. 
Çox zaman valideynlər buna əhəmiyyət vermirlər. Halbuki, hal - hazırda cəmiyyətimizdə aktual olan problemlərin kökü, mal – mülk arasında olan mübahisələr bundan - uşaqlıq dövründən qaynaqlanır. 
Və bir amilə də diqqət çəkmək istərdim ki, körpənin dünyaya gəlməsi ilə uşağın baxçaya getmək dönəmi üst – üstə düşməməlidir. Bu zaman uşaq özünü uzaqlaşdırılmış – lazımsız hiss edə bilər. Bu zaman uşaqların əl atdığı üsullardan biri də evdəki əşyaları qırıb – tökməkdir ki, bununla da diqqəti öz üzərlərinə çəkməyə çalışırlar. 
Əgər valideynlər körpə dünyaya gəlməmişdən uşaqdakı aqressiyanı boğa bilsə və onu həmin şəraitə uyğunlaşdırmağa çalışsa uşaqlar ailədə problemsiz ve mehriban böyüyərlər. 

Könül Dəmirova

loading...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 459
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Leylas
Gozel melumat oldu.. Bele bir problemim varidi ..
1 aprel 2016 11:38
6
Offline
Nemka Matata
duz ben razi yazilanlarla
1 aprel 2016 01:04
5
Offline
vipbetul
usaqlar arasinda bu normal haldir bunun olmamasiiycinda gerek her bir usaqa eyni deregede sevgi qayqi gorsedesen
31 mart 2016 23:57
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
Totu
Her bir valideyin oz ovladlarina eyni gozle baxmalidir.O zaman usaqlar bir birlerine qarsi yaxsi mehriban olarlar qisqancliq aradan gotruler
31 mart 2016 21:56
3
Online
BARBI
Usaqlar arasinda yas ferqi az olduqda qisqancliq coxalir. Valideyn bunu anlayisla qarsilamalidir.
31 mart 2016 20:21
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Barbaris
helekii bir oglum var)
31 mart 2016 19:37
1
Heçkim Senden Artıq Deyil...!Nede Sen Heç Kim'den Artıq Deyilsen...!Yixildin, Dur...Vuruldun, Vur.. Heyat Acımasızdır, Sende Acıma...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook