Hansı daha yaxşıdır – döşlə əmizdirmək yaxud süd qatışıqları?

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 2 113
Səs ver:
(səs: 0)
Sizin uşağınız üçün ən uyğun və təbii qida ana südüdür. Bu mənada körpənin ilk qidası olan ağız südü xüsusilə qiymətlidir. Onun tərkibində çox sayda anticisim var və o, immunitetin formalaşmasına və orqanizmin kifayət qədər zülal almasına kömək edir. Uşağın həyatının ilk saatlarından onu döşlə əmizdirməyə başladıqda siz ətraf mühitdə yaşayan əksər infeksiyalara qarşı öz immunitetinizi ona verəcəksiniz. Tədqiqatlar göstərir ki, ən azı altı ay müddətində ana südü ilə qidalanan uşaqlar süni qidalanan uşaqlarla müqayisədə soyuqdəyməyə qarşı daha dayanıqlıdırlar və intellektual baxımdan daha yaxşı inkişaf edirlər. Lakin bir çox qadında döşlə əmizdirmə zamanı problemlər yaranır və ya onların südü az olur. Sizdə də belə problemlər varsa, əhvalınızı pozmayın. Uşağı döşlə əmizdirmək sizin vəzifəniz yox, seçiminizdir. Ağız südünüz və əsl südünüz az olsa da, bu, uşaq üçün son dərəcə faydalıdır.

Döşlə əmizdirmə çətin və uzun sürən doğuşdan sonra orqanizminizin normal hala qayıtmasına kömək edir. Bundan başqa, o, çəkinizi tez bir zamanda azaltmağa da kömək edir, belə ki, süd hasil edilərkən orqanizmdə çox sayda kalori “yanır”.

Döşlə əmizdirmə zamanı döşdə nələr baş verir?
Döşlə əmizdirməyə başladıqdan sonra ilk günlərdə sizin döş vəziləriniz ağız südü hasil edəcək. Əsl süd yalnız bir neçə gündən sonra əmələ gələcək (sizə qeysər kəsiyi edilibsə, bu müddət bir qədər də uzanacaq).

Döş südün hasilinə hazır olanda o, hiss olunacaq dərəcədə şişəcək, bərkiyəcək və ağırlaşacaq.

Çoxları düşünür ki, uşağı döşlə əmizdirmə bacarığı öz-özünə yaranır, lakin siz müəyyən çətinliklərlə də rastlaşa bilərsiniz, xüsusilə də lap əvvəldə. Hətta doğum evində həkim və ya tibb bacısı körpənizə döşü düzgün verməyi öyrətsələr də, evə qayıtdıqdan sonra yenə də köməyə ehtiyacınız ola bilər.

Belə kömək sizə uşağa döş verməkdən tutmuş əmizdirmə vaxtı ən rahat pozaya qədər bütün incəlikləri tədricən öyrənməyə imkan verəcək.

Döşlə əmizdirmənin lap əvvəlində bəzi analarda döş gilələri ağrıyır. Ağrının və çatların əmələ gəlməsinin qarşısını almaq üçün müxtəlif pozalarda əmizdirməyə çalışın.

Əmizdirmədən sonra döşə qatqısız lanolin kremi sürtmək olar. Kremi növbəti əmizdirmədən əvvəl silmək vacib deyil. Döş gilələri üçün təbii nəmləndirici kimi bir qədər sağılmış ana südündən də istifadə etmək olar. Unutmayın ki, döşlə əmizdirmə ağrılı olmamalıdır. Əgər döşləriniz ağrıyır və iltihablanırsa, deməli uşaq döşü düzgün götürmür. Həkimdən və ya tibb bacısından sizə kömək etmələrini xahiş edin.

Süni qidalanma zamanı döşdə nələr baş verir?
Siz uşağınızı süd qatışıqlarına keçirmək qərarına gəlmisinizsə, həkimdən laktasiyanın dayandırılmasının ən optimal yolunu məsləhət görməsini xahiş edin. Orqanizminizdə südün əmələ gəlməsi prosesinin artıq “yoluna düşdüyü”nə görə onun dayandırılması üçün bir qədər vaxt tələb olunacaq.

Süd gələndə döş şişdiyinə görə narahatlıq törədə bilər. Buna döş vəzilərinin bərkiməsi deyilir. Bu narahatlıq doğuşdan sonrakı üçüncü-beşinci gün xüsusilə çox hiss olunur, sonra isə tədricən azalır.

Bu müvəqqəti ağrı ilə mübarizə aparmaq üçün reseptsiz satılan ağrıkəsici vasitələrdən, buz doldurulmuş qrelkadan və ya döşü altdan saxlayan büsthalterdən istifadə edin. Əgər döş çox bərkiyibsə, döşdəki təzyiqi azaltmaq üçün, yəqin ki, əllə bir qədər süd sağmalı olacaqsınız. Bunu necə etmək lazım olduğunu həkim sizə göstərəcək.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 113
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri