Uşaqları fast-fuddan uzaq tutun!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 1 743
Səs ver:
(səs: 0)
Fast-fud haqqında nə qədər yazılsa da, zərərlərindən bəhs edilsə də, onlar azalmır ki, azalmır. Tez qidalar hazırlayan restoranların sayı günü-gündən artmaqdadır.
Bəs niyə belə olur? Həkimlərin xəbərdarlıqlarına baxmayaraq, hər gün daha çox insan tez hazırlanan qidalara üstünlük verir.
Məsələ burasındadır ki, müasir həyatın ritmi insanlara imkan vermir ki, normal qidalansınlar. Gənclər isə yemək hazırlamağa meyl etmirlər. Əziyyət çəkməkdənsə, yolustü fast-fud almağı seçirlər: tez, ucuz və hər zaman əl altında.
Tez hazırlanan qidalar uşaqların orqanizmlərində ciddi problemlərə səbəb olur.
 
Bu məlumat Ohayo Universitetinin araşdırmasının nəticəsində ortaya çıxıb. Tədqiqatçılar 10-14 yaş arası 20 min uşaq arasında araşdırma aparıblar. Onların 10%-i hər gün fast-fud yeyib. Digərləri isə həftədə bir neçə dəfə belə qidalanıblar. Fast-fuddan hər gün istifadə edən uşaqların zehinləri digərlərindən zəif olub.

Bir pors tez hazırlanan qidanın tərkibində insanın gün ərzində qəbul edə biləcəyi sutkalıq qida norması var. Amma heç kim bir pors ilə kifayətlənmir.

Elə insanlar var ki, fast-fudla qidalanmanı tamamilə dayandırıblar. Onlar öz səhhətlərində ciddi problemlər aşkarladıqları üçün belə  ediblər. Lakin belə adamların sayı azdır.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1 743
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri