Uşaq utancaqlığı piylənməyə gətirib çıxarır

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 2 258
Səs ver:
(səs: 1)
Alimlər müəyyən ediblər ki, həmyaşıdları ilə ünsiyyət problemi olan utancaq uşaqlar köklüyə daha çox meyilli olurlar.
mütəxəssislər tədqiqata 9-11 yaş arasında 8346 uşaq cəlb ediblər. Onlara həmyaşıdları ilə ünsiyyət qurmaq, valideynləri və yaxından tanımadıqları adamlarla ümumi dil tapmaq bacarıqları barədə suallar verilib. Məlum olub ki, təbiətən utancaq, özünə arxayın olmayan, gülünc vəziyyətə düşməkdən qorxan uşaqlar digər uşaqlarla ünsiyyət zamanı tez-tez stress keçirirlər və nəticədə çoxlu miqdarda kalorili qida və şirniyyat yeməyə üz tuturlar. Çox vaxt belə uşaqların 11 yaşından artıq çəki problemləri olur. Bu isə onların özlərinə qapanmaları, heç yerə getməmək və heç kəslə ünsiyyətdə olmamaları üçün yeni bir səbəb deməkdir.

Alimlər hesab edirlər ki, uşaqlara utancaqlıqla mübarizədə kömək etmək lazımdır. Bunu birinci növbədə valideynlər etməlidir. Özünə inamı olmayan uşaqları ruhlandırmaq, onlarda əminlik hissi oyatmaq lazımdır. Utancaqlıqla isə mübarizə aparmaq lazımdır. Bu mübarizənin yolları uşağa ünsiyyət qurmağı öyrətmək, əyləncəli hobbi tapmaq, onu idmana cəlb etməkdir.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 258
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri