Uşağın immunitetinin aşağı olmasını necə müəyyən etmək olar?

Müəllif: Wiyinka
Şərhlər: 11
Baxılıb: 1387
Paylaş:
Səs ver:
(səs: 4)
İmmun sistemi orqanizmi daxili və xarici "düşmənlərdən” - mikroblar (viruslar, bakteriyalar, göbələklər), yad hüceyrələr və orqanlardan (qanköçürmə və orqan köçürülməsi zamanı), özünün dəyişmiş hüceyrələrindən

(onkoloji xəstəliklərdə) qoruyur. Bütün bunlar sağlam immun sistemi tərəfindən yerinə yetirilir.

Müxtəlif zərərli faktorların (müxtəlif xəstəliklər, natamam qidalanma, radiasiya və digər zərərli ekoloji faktorlar, xroniki stres halları) təsiri altında zədələnmiş immun sistemi öz funksiyasını tam şəkildə yerinə yetirə bilmir. 3-5 yaşına qədər olan uşaqlarda immun sistemi öz vəzifəsini tam şəkildə yerinə yetirə bilmir, sonra isə sanki "özünu bərpa edir”. Ancaq bəzi uşaqlarda "özünü bərpa etmə” 5 yaşından sonra da baş vermir. Onlar yenə də tez-tez və uzun muddət soyuqdəymə ilə, virus infeksiyaları ilə, irincikli xəstəliklərlə xəstələnirlər. Bu xəstəlikləri keçirərkən onların immun sistemi daha da zəifləmiş olur.

İmmuniteti aşağı olan uşaqlarda ilk növbədə KRVİ, qrip xəstəlikləri yüksək hərarətlə müşayiət edilir, onlarda xroniki angina, tez-tez təkrarlanan bronxitlər, hətta pnevmoniyalara da rast gəlinir. Bundan başqa, belə uşaqlarda ishal, səbəbsiz köp və qarın ağrıları da xarakterik hesab olunur. Bəzi uşaqlarda sidik sistemi xəstəlikləri də təsadüf edilə bilər.

İmmuniteti aşağı olan uşaqlarda hər kiçik yara irinləyərək sağalması uzun müddət çəkərək dəridə çapıq əmələ gəlməsi ilə başa çatır. Onlarda tez-tez dodaq ətrafında, ağızda herpetik səpgilər əmələ gəlir, həmçinin müalicəyə pis tabe olan göbələk xəstəlikləri də olur (müalicədən bir qədər sonra təkrarən yenə də əmələ gəlirlər). Bundan başqa, immuniteti aşağı olan uşaqlarda bir çox limfatik (çənəaltı, ön və arxa boyun, körpücüküstü və altı, qoltuqaltı, qasıq) düyünlərinin böyüməsi də müşahidə edilir. Bəzi uşaqlarda dalaq da böyümüş ola bilər. Bundan başqa, belə uşaqlarda adenoid və badamcıqların böyüməsi də müşahidə edilir. Ancaq onu da qeyd etmək vacibdir ki, böyumüş limfa düyünləri yumşaq, toxumalarla və dəri ilə birləşməmiş, ağrısız olurlar. Bu da öz-özlüyündə xəstəlik hesab edilmir.

"Pis” immun sistemi bir çox zərərli faktorlara (toz, bitki tozları, qida maddələri, kimyəvi maddələr və s.) daha aktiv şəkildə reaksiya verə bilər ki, bunun nəticəsində allergiya adlanan xəstəlik əmələ gələ bilər. Uşaqlarda allergiyanın əmələ gəlməsinin əsas səbəbi də immunitetin aşağı olması hesab olunur.

loading...
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 1387
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Zeynep_Fatih
Faydali bir melumatdi
10 aprel 2015 16:58
11
Offline
emis
usaq ucun de pisdi bu hal boyk ucunde bu qeder melaumtim yox idi tesekkurler
10 aprel 2015 13:17
10
Offline
Dosta_inam
Allah bütün balalari saxlasin,menim qizlarim çox yaxşidir şükür,imunitet zeifliyi yoxdur.
10 aprel 2015 06:16
9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Luna-90
Usagimda hec bir problem yoxdu ne lazimdi etmisem onuncun ve ediremde sukur saglam agilli ve gozel oglum var tu tu tu bednezerden uzaq
10 aprel 2015 01:17
8
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
aliceWOnDer
Bələ usaqlar tez-tez xəstələnir və arzuolunmayan bir çey olur
9 aprel 2015 23:18
7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Tomris Müslümova
mende de balaca vaxti olub...
9 aprel 2015 23:14
6

Sən sadəcə mənimsən...!
Offline
BARBI
Usaqlarda bu probleme cox rast gelinir bele usaqlar tez tez xestelenir, ve sagalmagi cox muddet aparir
9 aprel 2015 23:12
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
SENSİZ
menim oqlumda imunitet zeyifdi ne edirem tam duzelmir 1 2 ay dan sonra hemin hemindi
9 aprel 2015 23:09
4
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
Nur k-off
Lazimli xeber idi tewekkur
9 aprel 2015 23:09
3
SVETA
Offline
vipbetul
usaqda imunitet xesteliyi olduqda hokmen hekime muraciyet etmek lazimdi
9 aprel 2015 23:06
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Fialka
Uşaqlarda immunitetin çatışmamazlığı zamanı orqanizm xəstəliklər üçün sanki açıq qapıdı , daha tez tutulub gec sağalırlar , Allah bütün uşaqlardan uzaq etsin xəstəlikləri Amin.
9 aprel 2015 23:04
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv