Klaviaturalar və sensorlu ekranlar uşaqlarda beyin inkişafına mane olurmu?

Müəllif: Bestoş
Şərhlər: 9
Baxılıb: 690
Paylaş:
Səs ver:
(səs: 3)
Yeni tədqiqat göstərir ki, əllə yazmağı öyrənmək prosesi bizim ümumiyyətlə öyrənmək qabiliyyətimiz üçün faydalıdır.

Məhz buna görə də klaviaturalardan və sensorlu ekranlarından getdikcə daha çox istifadə olunması uşaqların oxu qabiliyyətinə ziyan vurur. Bu isə bütövlükdə təhsil siyasəti üçün çətinliklər yarada bilər.

Bütün dünya boyunca uşaqlar qələm və kağızla yazmağın əvəzinə kompüterlər və sensorlu ekranlardan istifadəyə daha çox vaxt ayırırlar.

Lakin bu, uşaqların inkişafına və yaradıcılığına ziyan vura bilərmi? Yeni tədqiqatlardan biri bu suala müsbət cavab verir.

BBC-nin Forum proqramı öyrənmə üzrə neyro-alim Karin Jameslə əllə yazmağı öyrənməyin uşaqların beyin inkişafı üçün mühümlüyü barədə söhbət edib.
Əl yazısı və klaviaturalar

Bu nəticələrin əldə olunması üçün ABŞ-ın Bluminqton şəhərindəki İndiana Universitetindən professor James hələ oxuya bilməyən uşaqların üzərində təcrübə aparıb.

Alimlər uşaqları iki qrupa bölüblər. Bir qrupa əllə, digər qrupa klaviaturada yazmaq öyrədilib.

Tədqiqatçılar uşasqların hərfləri necə öyrəndiklərini araşdırıblar, lakin onlar həm də uşaqların beyinlərinin maqnit rezonans təsvirləməsini almaqla beyin fəaliyyətini müşahidə ediblər. Bu yolla uşaqların əlifbadakı hərfləri öyrənməsinin onların beyninə təsiri araşdırılıb.

Onlar uşaqların beyinlərinin təlimdən əvvəl və sonrakı təsvirlərini alıblar. Bundan sonra müxtəlif qruplar arasında beyin fəaliyyətini hesablamaq üçün beynin oksigen qidalanması tutuşdurulub.
Əllə yazmaq oxu qabiliyyəti ilə bağlıdır

Alimlər aşkar ediblər ki, beyin əllə və kompüterdə yazmağın öyrənilməsinə müxtəlif cür reaksiya verir.

Əllə yazan uşaqlarda savadlı adamların yazıb-oxumasına oxşar beyin fəaliyyəti müşahidə edilib. Eyni hal klaviaturalarda yazan uşaqlarda müşahidə olunmur.

Belə görünür ki, uşaqlar əllə yazmağı öyrənərkən beyin yazı prosesinə fərqli reaksiya verir və əl yazısı ilə oxu arasında bağlılıq yaranmış olur.

"Beynin rentgen təsvirləməsindən alınan məlumatlar göstərir ki, əllə yazmaq uşaqlarda beynin oxumaq sisteminə təkanverici təsir göstərir" – deyir professor James.

Professor James bildirir ki, hərflərin əllə yazılmasının tələb etdiyi bacarıq öyrənmə inkişafının bir çox başqa sahələri üçün faydalı ola bilər.
Məktəblərdə kompüterlər?

Tədqiqat nəticəsində məlum olmuş faktlar təhsil siyasəti üçün əhəmiyyət kəsb edir.

Professor James düşünür ki, "Dünyanın müəyyən yerlərində kompüterlərin məktəblərə uşaqların erkən yaşlarında daxil edilməsindəki tələskənlik əks nəticə verə bilər".

Bir çox ABŞ məktəblərində müəllimlərin əllə yazması könüllü əsasa keçirilib və əksər ali məktəblər bu fənni tədris etmirlər.

Alimin fikrincə, klaviaturalardan istifadəyə getdikcə daha çox vaxt ayrılır və hətta əllə "çap hərfləri" ilə yazılmasının da əhəmiyyəti azalır.

Problemin həllərindən biri də planşetlərdə əl yazısından istifadə ola bilər, beləki bu halda əl və qələmin fəaliyyəti gərək olur.

Lakin professor James-in tədqiqatı əllə yazmağı öyrənməyin səmərəli alternativi ola biləcək başqa bir vasitənin mümkünlüyü barədə sualı açıq buraxır.

loading...
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 690
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
yarpaq33
Bunu kewf edeenden sonra yoxlayib satiwa qoyardilarda hamini aliwdirandan sonra ziyanli terefin sadalamagin ne faydasi
22 may 2015 17:22
9
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Catwoman666
her ne qeder ziyanli olsa da artiq her kesin ayrilmaz hissesine cevrilib sensorlu telefonlar, plansetler komputerler ve s. Men de sensorlu ekranlardan uzaq durmaga calissam da alinmir...(
22 may 2015 16:28
8
Viking
Offline
my_angel
Umumiyyetle sensorlu ekranlar suadir,tebii ki ziyanlidir,amma indiki usaqlar boyuklerden qeseng bilir sensorlu telefonu
22 may 2015 10:58
7
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
Happy
Klaviatura insani tenbelleshdirir. Elle yazanda ise 1 sehvinde olsa, qaralasanda ushagin beyni inkishaf edir. Indi texnologiya ele genishlenib ki, evde kompyuter ve ya plansheti olmuyan chox azdi. Ona gorede ushaqlar texnologiyaya daha chox meyillerin veribler
22 may 2015 08:36
6
Offline
vipbetul
yebıkı elle yazıb oxumaq beyınde ınkısafı suretlendırır klavıyaturaysa tenbellesdırır beyın yorulmadan her sey hazır elınde olur buda savadsızlıqdır

yebıkı elle yazıb oxumaq beyınde ınkısafı suretlendırır klavıyaturaysa tenbellesdırır beyın yorulmadan her sey hazır elınde olur buda savadsızlıqdır
22 may 2015 01:07
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
lelos
telefon koputer planşet uşaqlara ziyanlidi bunlari lazim olduqu qeder uşaqlardan uzaq tutmaq lazimdi
22 may 2015 00:04
4
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
aziz a
Asiq gorduyun cagirar,usaglarda ne goryrler ondanda yapisirlar...
21 may 2015 23:52
3
Rebbim kömek olsun cümlemize Amin
Offline
Antikvar
Nəinki sensorlu və yaxud klavaturiya hətta az yaşlı uşaqların komputerlə məşğul olmaları beyin inkşafına zərərlidir.Amma normal yaş həddi gənclərimiz üçün beyin inkşafını dayandırmasına inanmıram ,sadəcə əl yazma qabilliyətinin zəiflənmısinə çıxara bilər,bunuda hər kəsə şamil etmək olmaz.Nə qədər komputerlər olsada bir çox yerlərdə əsas əl yazması daha çox üstünlük təşkil edir.Tşk.
21 may 2015 23:44
2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
BARBI
Mende mektebi bitirene qeder kompyuter telefon istifade etmemisem. Ona gore indiki usaqlarin gozleri zeifleyir.
21 may 2015 23:14
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv