Uşaq rəsmlərinin psixodinamikası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 482
Səs ver:
(səs: 2)
"Ev və ağac şəkli”
Övladınıza ev, ağac və insan şəkli çəkməyi təklif edin. Onun (Mən evi necə çəkim? Evin neçə pencərəsi olur? Ağacın yarpaqları necə olur? Və.s) suallarına isə cavab verməyin. Çalışın uşağınıza başa salasınız ki, rəsmi o özü tək, bir kimsənin köməyi olmadan çəkməlidir. Bu şəkli çəkmək üçün övladınıza tam sərbəstlik verin. O rəsm çəkməklə məşğul olan zaman siz onun verdiyi sual və şərhləri, həmçinin işləmə müddətini və digər vacib momentləri qeyd edin. Balaca şəkli bitirəndən sonra onunla söhbət edin:

Bu ev harda yerləşir?
Kim yaşayır bu evdə?
Şəkildə nə təsvir etmisən?
Rəsmdəki insan nə edir?
Sənin çəkdiyin ağacın adı nədir?
Şəkildəki ev, insan və ağacın hər hansı bir əlaqəsi varmı?


Bundan sonra rəsmin izahına, şərhinə keçmək olar.  Psixoloqların fikrincə, əgər uşaq rəsmini canlandırsaq, o zaman onun həyatında həqiqətən nələrin baş verdiyini görərik. Əgər ilk olaraq balaca ağac çəkirsə, hansıki, həyat mənbəyi sayılır, deməli onun üçün bu digərlərindən daha vacibdir. Yox əgər birinci ev şəkli çəkirsə, deməli onun üçün təhlükəsizlik və şəxsi uğurları daha önəmlidir.

Ağacın xarakteristikası
Əgər:

a) rəsmdəki agac daha böyükdür və qabarıq çəkilib, bu zaman sizin övladınızın enerji ehtiyyatı çoxdur və o həyata həddindən artıq pozitiv yanaşır;
b) ağac evə sarı əyilibsə, deməli köprə evə bağlıdır və onun sakit, rahat, ən əsası təhlükəsiz mühütə ehtiyacı var. Həmçinin, bu müəyyən dərəcədə balacanın qapalı olmasının da gizli əlamətidir;
c) yarpaqları üzü aşağı dikilmiş agac isə uşağın müəyyən həll olunmamış problemlərindən xəbər verir. Qapalı və depressiyaya meyilli uşaqlar çox vaxt söyüd ağacı çəkirlər;
d) Yarpaqları şək üzü yuxarı dikilən və öz kökü üstündə möhkəm duran ağac rəsminin sahibi isə özündə arxayın və gələcəyə can atan biridir;
e) Ağacın yarpaqları kənarlara baxırsa, deməli o digərlərinə yardım etməyə can atır;
f) Rəsimdəki ağacın yarpaqları bol çəkilib və onlar evə sarı meyillidirlər. Bu balacanın bir tərəfli maraq sahibi olduğundan xəbər verir;
g) Ağacın yarpaqları evdən uzaq çəkilibsə, o zaman bu uşağın ailədən uzaq şəxsi həyatının olduğu anlamına gəlir.

Evin xarakteristikası
Uşaq rəsmindəki ev müxtəlif cür görünə bilər: böyük və çoxmərtəbəli, bağ evi, kənd evi, köhnə daxma və hətta həbsxana. Evin içində insan təsvir olunubsa, deməli onun himayəyə, müdafiyəyə ehtiyacı var. Əgər şəkildə ev mühüm yer tutursa, bu balacanın maddi nemətlərə meyilli olduğunu göstırir.

Boru
Əgər balaca ev çəkərkən daha çox diqqəti onun borusuna yönəldirsə, deməli evdəki ab-hava onu ciddi narahat edir. Bu eyni zamanda güc və kişilik də deməkdir.

Dam
Əgər balacanı günah hissi və supereqo narahat edirsə, onun çəkdiyi ev şəklində dam sivri-uclu olacaq.

Pəncərə
Əgər şəkildəki evdə pəncərə yoxdursa, deməli balaca qapalı biridir.  Çoxlu sayda pəncərə isə əksinə, onun fəal və hər cür münasibətə açccedil;ıq olduğundan xəbər verir. Balaca pəncərələr isə övladınızın utancaq olduğunu göstərir.

Qapı
Qapısız ev uşağın psixoloji çətinliyinin göstəricisidir. Əgər balaca utancağdırsa, o zaman onun çəkdiyi evin qapısı kiçik ölçüdə olacaq. Evin yan tərəfində çəkilən qapı isə qaçma anlamına gəlir.

Pilləkan və cığır
Pilləkanlar əgər ən-ənəvi qaydada çəkilibsə, deməli balaca sosial fəallığa can atır. Ixtilaf və əlçatmazlıq isə pilləkanların lay divara dirənməsi deməkdir. Düz və səliqəli yollar, cığırlar balacanın öz hərəkətlərini tam idarə etdiyini bildirir. Uzun-uzadı yollar isə məsafəli münasibətlər deməkdir.

Insanı anlamaq üçün onun çəkdiyi insan şəklini analiz etmək lazımdır. əgər balaca daim özünü təsvir edirsə, bu o deməkdir ki, o öz həyatını tam idarə edir. Şəkildə başqa birinin olmasısa, bu insanın balacanın həyatında mühüm rol oynadığını bildirir.

"Mən insan çəkirəm ”
Qoyun balaca bir insan şəkli çəksin. Çalışın yaradıcı prosesə müdaxilə etməyəsiniz. Balaca sizdən yardım istəsə belə, yaxın durmayın. Imkan verin bildiyi kimi çəksin. Verdiyi suallara konkret cavab verməyin, amma onların hamısını qeyd edin ki, sonra analiz edə biləsiniz. Balaca rəssam işini bitirdikdən sonra, maraqlanın görün o nə isə əlavə etmək istəyir, ya yox. Iş tamam olandan sonra onunla bir səhbət edin. Öyrənin, bu şəkildəki kimdir, xasiyyəti necədir. Hardadır, hara gedir, nə işlə məşğuldur və s. Bundan sonra aşağıdaki plan üzrə rəsmin təfsirinə keçin:

1.  uşaq kimin rəsmini çəkib. Çox vaxt balaca özünün aid olduğu cinsin nümayəndəsini çəkir. Bu da normal sayılır. Identifikasiyanın (eyniləşmə) pozulduğu zaman uşaq ya cinsiyyətsiz varlıq, ya da əks cinsin nümayəndəsini çəkir.

2. rəsmdəki insanın hərərkətləri də çox önəmlildir. Uşaq onu istənilən vəziyyətdə təsvir edə bilər. Şəkildəki insan sola baxırsa, deməli balacaya keçmişini daha xoş gəlir, nəinki, yaşadığı zaman. Yox əgər sağa baxırsa, bu o deməkdir ki, balaca indiki mühütünə çox bağlıdır.  əgər baş profil, bədən isə anfas təsvir olunubsa, bu uşağın ünsiyyətə ehtiyacı olduğundan xəbər verir. Qaçıb gizlənmək hissini qaçan adam biruzə verir.  Xasiyyətinin müvazinətli olmasını isə rahat addımlayan insan şəkli üzə çıxarır.

3. əgər insan kağızın tam ortasında çəkilibsə,   bu onun tam normal və özünəarxayın bir şəxsiyyət olduğunu göstərir. əgər kağızın yuxarısında çəkilibsə, böyük ümidlərlə yaşadığını, özü haqqında yüksək fikirdə olan biri deməkdir. Kağızın aşağı hissəsində çəkilibsə, deməli depressiyadadır, özünü köməksiz, inamsızdır. Yox əgər şəkil kağızın qırağında təsvir olunubsa, bu zaman sizin övladınız sərbəst qərar verməkdə qorxur və sizə ehtiyacı var.

Baş – intellekt və xəyal simvolu sayılır. Hələ  erkən yaşlarından uşaq anlayır ki, baş bədənin çox vacib hissəsidir. Şəkildə başın alın hissə çəkilməyibsə, deməli balacanı zəka, ağıl bir o qədər də maraqlandırmır. Uşağın mənəvi və fiziki tarazlığını başın və bədənin ölçülərinin düzgün çəkilməsi biruzə verir. Uşaq  böyük bədənə balaca baş çəkirsə, deməli onun əqli inkişafı ləng gedir. əgər onu müdafiaya ehtiyacı varsa, o mütləq baş örtüyü çəkəcək.

Üz- isə ünsiyyətin simvoludur. Balacanın ünsiyyət qurmaqla bağlı problemi varsa, o insanın üz cizgilərini dəqiq çəkə bilməyəcək. Çənənin qabarıq təsviri onun hakim, daha üstün olma ehtiyacından irəli gəlir. Gözəllik vurğunu olanlarsa, cizgiləri çox səliqəli və qəşəng təsvir edirlər.

Qulaqlar – qavrama və mənimsəmənin dərəcəsini göstərir. əgər balaca iri qulaqlar çəkirsə, deməli, uşaqda hallyusinasiyalar olur. balaca qulaqlar və ya ümumiyyətlə qulaqların olmaması isə balacanın tənqid və kritika eşitmək istəməməsi deməkdir.     

Dodaqlar – seksual sahənin simvoludur.

Ağiz – açıq və dişlərlə dolu şəkildə  çəkilibsə, bu aqressiya göstəricisidir. əgər övladınız balaca ağız və ya ümumiyyətlə ağızsız üz çəkirsə, bu onun ətrafa söz vasitəsilə təsir qüvvəsinin olmadığı anlamına gəlir.

Gözlər - əgər iri çəkilibsə, deməli uşağınız qorxu və həyəcan içindədir. Yox əgər gözlər saç, papaqla örtülübsə, o zaman balaca xoşagəlməz görüntülırdın uzaq olmaq istəyir. "nöqtə” və ya  "xətt” formalı gözlər isə ona qoyulan ağlamaq olmaz qadağasını bildirir.

Burun – suz üz intellektual çatışmazlıqdan xəbər verir. Bəzi psixoloqlar isə burunu seksuallıq simvolu kimi qəbul edirlər.

Boğaz – nazik və uzundursa, bu tormozlaşmadan xəbər verir. Həmçinin, bu yüksək maraqdan da irəli gələ bilər. Gödək və yoğun boğaz isə onun istək və maraqları qarşısında gücsüz olduğu anlamına gəlir.   

Çiyinlər – fiziki güc və hömüranlıq nişanəsidir. Həyəcan və qorxudan iti çiyinlər xəbər verir. Maili çiyinlərsə, həyat eşqinin sönməsi, ümidsizlik, gunah hissinin yüksək olması anlamına gəlir.

Əllər – fəallıq və ünsiyyət göstəricisidir. əgər balaca sadə bir şəkli çəkirsə, bu onun nəyəsə qadir olduğundan xəbər verir. Barmaqların beşdən artıq olması, onun özünü çox güclü, az olmasısa çox zəif hiss etməsini deməkdir. Uzun əllər və dırnaqlar, həmçinin, yumruqlar aqressiyanın əlamətidir. Bədəndən ayrı çəkilən əllər uşağın gərgin olduğunu göstərir. Özlərində əmin olmayan, qapalı balacalar isə əlləri ya arxalarında, ya da ciblərində gizlədirlər. Ümumiyyətlə əlsiz bədən isə passivlik deməkdir.

Ayaqlar – dayaq  və sərbəst hərəkəti simvolizə edir. əgər balacanız sərbəstliyə can atırsa, bu zaman o uzun ayaqlar çəkəcək.

Bədən -  bu həyati gücün bir yerə toplanması deməkdir. əgər övladınız sivri və ya kvadrat bədən çəkirsə, bu onun cəsarətli olmasından irəli gəlir. Həddindən artıq iri bədən özündən narazılıq əlamətidir. Yox əgər bədən balacadırsa, bu o deməkdir ki, körpə tez-tez alçaldılır və təhqir olunur.

Bəzəmə və Rəngləmə
Uşağınız rəsm boyayarkən hansı rənglərdən istifadə etdiyinə fikir verin. Qara rəng -  aqressiya, qırmızı -  fəallıq, qəhvəyi – naxoşluq əlamətidir.

əgər balaca rəsmdəki bütün boş yerləri doldurmağa çalışırsa, bu o deməkdir ki, onu tənhalıq hissi narahat edir. Övladınızın qayğıya, sevgiyə ehtiyacı var. Bunu ondan əsirgəməyin. Duman, bulud çəkən balacar isə qorxu və həyəcan içindədirlər. Günəş, alov isə işıq və hərarətin simvolizə edir.

Rəsmdəki xətlərin keyfiyyəti
əgər balaca rəssam karandaşı kağıza bərk basırsa və çəkdiyi xətlər düzdürsə, deməli o iradəlidir, aydın təfəkkürü var və emosional cəhətdən heç bir problemi yoxdur.  Karandaşı həddindən artıq bərk basıb onu tez-tez sındıran, xətləri isə yarımçıq olan uşaq emosional gərginlik içindədir. Karandaşı xəfif basanlar isə özlərində arxayın olmayanlardı.    

Şəklin ölçüsü
əgər övladınız bütün vərəqi şəkillə doldurursa, bilin ki, uşağınız çox aqressivdir və tez coşan və sərhəd tanımayan biridir. Balaca rəsm isə natamamlıq komoleksindən və depressiyaya meyillilikdən xəbər verir.

Psixoloq məsləhətlərini diqqətlə oxuyun ki,  "uşağdı da şəkil çəkir ” deyib övladınızın daxili aləminə və emosional durumuna biganə qalmayasınız.

Nərgiz Məmmədzadə
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri