Ölümü uşağa necə izah edək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 042
Səs ver:
(səs: 1)
Uşaq doğulduğu gündən dünyanı tanımağa başlayır. Valideyn isə ona həyatın maraqlı, qayğısız, sevgi dolu olduğunu göstərməyə çalışır, kədəri, çətinliyi, pisliyi ondan uzaqlaşdırmaq istəyir. Düşünür ki, "onsuz da, böyüyəndə real həyatın problemlərini görəcək. Qoy uşaqlığını xoş, rəvan, gülərüz keçirsin” və yanılır.

Amma gec-tez uşaq həyatın o biri üzü ilə də tanış olur. Buna görə də rastına çıxan bütün pisliklərə, yaxşılıqlara qarşı valideyni onu hazırlamalı, başa salmalıdır. Lakin çox vaxt valideyn uşağı maraqlandıran, onu həyəcanlandıran, ölüm haqda olan suallara saymazı yanaşır və anlatmağa lüzum görmür. Onun fikrincə, uşaq özü hər şeyi dərk edib başa düşür. Ancaq uşaq qorxur, psixi sarsıntı keçirir və bu onun hərəkətlərində birbaşa olmasa da, gizli formada özünü göstərir: anası ilə yatmaq istəyir, pis yuxuya gedir və s.

Bəs o zaman uşağa ölümü necə anladaq? Həyatdakı bütün canlıların: itlərin, pişiklərin, böcəklərin, insanların da həmçinin ölümsüz olmadığını necə başa salaq? Və öldükdən sonra onları görə bilməyəcəyini, yaxınlarının da başına gələ biləcəyini necə deyək?

Birinci növbədə, valideyn ölüm haqqında söhbət zamanı həyəcanlanmamalıdır. Çünki uşaq artıq ölüm mənzərəsini görüb qorxub, sizin həyəcanınız onun qorxularını bir az da artıra bilər.  Ölümün həyatın bir qanunu olduğunu deyin: insan əvvəl doğulur, sonra vaxtı gələndə isə ölür.

Uşaq ətrafındakı hər bir şeyi görür, 3 yaşından isə gördüyünü dərk etməyə başlayır. Bu da sizə dünyanın dəyişkən və "vəfasız" olduğunu anlatmağa gözəl imkan yaradır. Ona bunu başa düşəcəyi dildə deyin. Uşaq görür ki, hər gün axşam günəş batır ay çıxır, səhər yenidən doğur və hər yeri işıqlandırır. Görür ki, hər payız yarpaqlar saralır və tökülür. Onları təzədən ağaca qaytarmaq olmaz. Yazda bu ağac yenidən yaşıl və xırda yarpaqlarla dolacaq. Yarpaqlar yazda əmələ gəlir, payızda isə tökülür.

- "Bəlkə onlar ölür?" - yox sadəcə formasını dəyişir. Tökülən yarpaqlar ağacın dibində yığılır və gübrəyə çevrilir. Ağac güclənir, dibi möhkəmlənir və yenidən yazda yaşıllaşır. Həyatın qanunudur: hər şeyin başlanğıcı və sonu var. Nə isə başlayıbsa, mütləq nə vaxtsa bitir.

Buna oxşar başqa misallar da göstərə bilərsiz, yarpaq əvəzinə uşağın sevdiyi gülün qurumasını və s. Əsas odur ki, uşaq sizin nə demək istədiyinizi anlasın.

Heyvanlardan da misal gətirə bilərsiz. Amma elə anladın ki, "insanda da belə ola bilər" kimi nəticə çıxarmasın. Misal üçün: "Balıqlar susuz "yuxuya gedirlər"".

- "Onlar ölür? - axı onlar suyun altında daha nə üzə, nə də nəfəs ala bilir".  Düzdür o, artıq nə üzür, nə nəfəs alır, amma buna baxmayaraq balığın sayı azalmır və başqa balıqlara, heyvanlara yem olur. Və beləliklə bütün heyvanlar, quşlar, bitkilər doğulur və ölür.

Bir yarpaq, bir dovşan və ümumiyyətlə hamısı doğulur, böyüyür, vaxtı çatanda ölür. Amma tək yarpaq, tək dovşan olmur, bizdə də belədir: biz bir-birimizin yanındayıq.

Bu söhbət çətin olduğundan valideyn bir az ehtiyyatlı olmalıdır, nəyi necə deyəcəyini qabaqcadan düşünməlidir. Uşağın emosianal səviyyəsi bu informasiyanı qəbul etməyə hazir olmalıdır və onu sarsmamalıdır. Əsas övladınıza qayğınızı, onu nə qədər sevdiyinizi hiss etdirməlisiz. Bilsin ki, hər vaxt onu dinləyən, nələrisə paylaşıb, bölüşə biləcək valideyni var.

İkinci növbədə, uşaqda mərhəmət hissini oyandırmaq lazımdır: gülü yerindən qoparanda, iti vuranda necə incidirsə, eləcə də insan pərişan olanda, ona rəhm etmək lazımdır.

Rəhmi, mərhəməti inkişaf etdirmək üçün ən yaxşı üsul bu hissi oyandıracaq nağıl və cizgi filmləridir. Uşağın bu cür cizgi filmlərinə baxması ölüm haqda söhbətlərinizi asanlaşdıra bilər. Filmdəki personajlar üçün uşaq narahatlıq keçirir, kədərlənir, onlara yazığı gəlir. Amma bu qorxu və həyəcan ona öz ölümünü xatırlatmır.

Valideyn hansısa səbəbdən, nə deyəcəyini bilmədiyindən ölüm haqda danışmağı gecikdiribsə və uşaq bunu artıq görübsə, təlaş etməyin, sakit davranın. Onu qucalayın, başına  sığal çəkin, isti süd verin və başdan-ayağa qavraya biləcəyi tərzdə hər şeyi başa salın. Düzdür, uşaq bütün bunları birdən-birə  öyrəndiyində təbii ki, sakit qarşılamır, həyəcanlanır. Amma siz həqiqəti anlatmadıqca özü də bilmədən beynində qorxulu təsəvvürlər yaradır, daha da sarsılır. Bu söhbətinizdən sonra uşaq kifayət qədər təsirlənəcək, ona görə çalışın onu bir müddət stressdən uzaq tutasız. Övladınıza həmişəkindən çox vaxt ayırın, qayğınızı artırın. Sizin anlayışlı olmağınız, dəstəyiniz, sevginiz ona bu mərhələdən daha asan keçməsinə yardım edir.

Uşaqlar müxtəlifdir - maraqları, istəkləri, düşüncələri və s. Bunları nəzərə alaraq davranın. Onalara özgüvən və sevgi hissini aşılayın.

Fərəh İslamzadə
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 042
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri