Körpənin 2-ci həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 542
Səs ver:
(səs: 0)
Artıq ikinci həftədir ki,körpənizi qucağınıza almısınız. Övladınızın 2-ci həftədəki bütün inkişaf xüsusiyyətlərini bu məqalədə oxuya bilərsiniz.

Görünüş
.
Artıq hiss etmisiniz ki, uşaq bir həftə ərzində çox dəyişilib. Onun göz qapaqlarının şişi çəkilib, gözlər daha aydın görünür. Dəri qabıqlanmır və məxməri yumşaq görünüş alıb.   

Hərəkətləri
Körpə görmə sahəsində hərəkət edən cisimləri izləyir, güclü səsdən diksinir və göz qırpır. Möhkəm səs və parlaq işığa narazılıqla reaksiya verir. Onu narahat edən şeylərə ağlamaqla reaksiya verir.     

Qidalanma
Körpə həyatının ikinci həftəsində də əsas qidasını ana süuuml;dü təşkil edir. Əmizdirmə vaxtını körpə müəyyən edir. Əgər sizin südünüzün miqdarı ilə bağlı probleminiz varsa, südsağan və ya əllərinizlə sağa bilərsiniz. Əgər döş gilələriniz yara olubsa, əmizdirdikdən sonra tərkibində lanolin və dekspantenol olan kremlərlə kremləyin.

Uşağın inkişafı
Həzm sistemi. İkinci həftədən etibarən körpənizdə qarın sancıları başlaya bilər. Bu zaman sutka ərzində bağırsaq sancıları 3-5 dəfə olur, nəcis isə sarı rəngdə və sıyığa bənzəyir.
Sidik-cinsiyyət sistemi. İki həftəlik körpə sutka ərzində on dəfələrlə sidiyə gedir.
Sinir sistemi. Bu həftədə uşaqda əmmə, müdafiə və tutma refleksləri müşahidə olunur. Bundan başqa sürünmə, yerimə, üzmə və Babkin refleksi əmələ gəlməyə başlayır. Babkin refleksi- körpənin ovucunu yavaşca sıxdıqda ağzını açıb,başını yana çevirməsidir. Bir çox yenidoğulmuşlar ikinci həftədə görmə sahəsində hərəkət edən obyektləri izləyə bilir.
Dəri. İkinci həftədə uşağın üzü ağ civzələrlə örtülə bilər. Bunu səbəbi tər vəzlərinin ağzının bağlanmasına səbəb olan hormonlardır. Adətən bu civzələr bir neçə həftə sonra itib gedir. Göbək yarası isə sağalmış olur.

Sağlamlıq.
Evə yazıldıqdan sonra mütləq ortoped müayinəsi lazımdır, əgər göstəriş olarsa, həm də cərrahın. Bundan başqa pediatrın zarəti vacibdir. Yenidoğulmuşlarada əmgəyin müayinəsi onun sağlamlığı haqqında çox məlumat verə bilər. O, körpəni həm qeydiyyata alır, həm də sağlamlığına nəzarət edir.
 
Bilmək vacibdir!

Ikinci həfətədə körpənin istilik tənzimi hələ qaydasına düşçəyib. Ona görə də onun bədəni tez-tez soyuya və isinə bilər. Buna görə də bədəndə susuzlaşma, narahatlıq və temperaturun yüksəlməsi ola bilər.
Bir qayda olaraq ikinci həftədə uşaq ilk həftədə itirdiyi çəkini bərpa edir. Təxminən 200 qram çəki yığmış və 1 sm boyu uzanmışdır.

Ülviyyə Səid
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 542
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri