Körpənin 6-cı həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 178
Səs ver:
(səs: 0)
Övladınız 6 həftəlikdir. Onun inkişaf xüsusiyyətlərini bu məqalədə oxuya bilərsiniz.
Bu həftənin ən xarakter xüsusiyyəti körpənin gülməsidir. Demək olar bütün körpələr eyni vaxtda, məhz 6 həftədən etibarən gülümsəyir. 6 həftəlik uşağın əldə etdiyi bacarıqları nəzərdən keçirək.
* körpəniz ona tanış üzlər və səslərə reaksiya verir və gülür;
* görmə əhatəsindəki cisimləri izləyə və diqqətlə baxa  bilər;
* səs gələn tərəfə başını çevirib səsin hardan gəldiyini araşdıra bilər;
* onunla ünsiyyət quran insana müsbət reaksiya verir;
* qarnı üstə uzanarkən başını dik saxlamağa çalışır;
* sait səslərdən ibarət olan səslər çıxarır;
* yan üstə olarkən kürəyi üstünə çevrilə bilir.
  6 həftəlik uşaq ətraf aləmə adaptasiya olunur, artıq anası çıxardığı səsdən onun nə istədiyini anlaya bilir. Bu yaş periodunda körpəni  ən xarakter xüsusiyyəti onun gülüşüdür. O, onunla maraqlanan hamıya təbəssüm bəxş edir. Ancaq o ağlamağı da unutmur. Axı ağlamaqla o hər istədiyini alır.
Bu yaşda körpələrin musiqidən xoşu gəlir. Musiqi sədaları altında səslər çıxarır, əl-ayaqlarını hərəkət etdirir. Təbii səslər ( saatın tıqqıltısı, küləyin səsi və s.) də körpənizin diqqətini cəlb edə bilər.
  6 həftəlik körpələrdə gecə yuxusu uzana bilər. Mütəxəssislər məsləhət görür ki, uşağı hələ yatmamış, yuxulayarkən öz yatağına qoymaq lazımdır. Bu uşaqda sərbəst yatma vərdişi yaradacaq. Uşaqda müsbət vərdişlərin formalaşdırmağa başlayın. Bu həftədə artıq uşaq massajına da başlamaq olar.

Ülviyyə Səid
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 178
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri