Körpənin 8-ci həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 094
Səs ver:
(səs: 1)
Körpəniz 8-ci həftədə ətraf aləmə adaptasiya olunmuş və ailənizin aktiv üzvünə çevrilmişdir. O, getdikcə dirçəlir və özünün varlığı nümayiş etdirmək istəyir. Bu dövrdə onun öz zövqü formalaşır: nələrsə onun xoşuna gəlməyə bilər.

8- ci həftədə körpənin çəkisi təxminən 800 qram artır. Doğrudur, hər bir uşaqda çəki artımı fərqli olur. Bəziləri daha çox, bəziləri daha az çəki yığa bilər. Bu, körpənin əsas sağlamlıq göstəricisidir.
Sinir sistemi mükəmməlləşməyə davam edir. Anadangəlmə refleks və hərəkətlərin təbiəti dəyişir. Uşaqda ərtraf aləmlə və qidalanma ilə əlaqədar yeni şərti reflekslər əmələ gəlir. Hərəkətlər istiqamətlənir; bu gələcəkdə məqsədyönlü hərəkətlərə hazırlıqdır. Əl və ayaqları yığılmış vəziyyətdə olsa da, bəzən körpə onları açıb düzəltməyə cəhd edir. Yumruqda sıxılmış əl yavaş-yavaş açılır.
Qarnı üstə uzanarkən başını qaldırmağı hələ bacarmasa da, bəzən buna nail olur. Ona başını saxlamağa kömək etmək üçün onu məşq etdirmək lazımdır. Bunun üçün onu gün ərzində bir neçə dəfə qarnı üstə uzatmaq lazımdır.
Bu həftədə körpə çimməyi çox sevir. Həm də yuxu rejimi də qaydaya düşür. Əgər heç bir narahatçılığı yoxdursa, sutka ərzində 7 saat olmaqla bir neçə dəfə yatır. Yenidoğulan körpənin əsas problemi olan bağırsaq sancıları olarsa, yuxunun davamlılığı pozular. Bəzi uşaqlar isə gecə ilə gündüzü səhv salırlar. Bu zaman da yuxu pozğunluğu yarana bilər. Bunu aradan qaldırmaq üçün körpəni günorta çox yatmağa qoymamaqla yuxu rejimini dəyişmək lazımdır. Uşaq yatan zaman ana onun vəziyyətinə diqqət etməlidir. Uşağın başında deformasiya olmaması üçün onun vəziyyətini tez-tez dəyişmək lazımdır.  
8-ci həftədə görmə və eşitmə orqanları inkişaf etməyə davam edir. O, 20 sm məsafədə olan cisimləri görür və diqqətlə nəzərdən keçirir. O, insanın üz cizgilərini seçir və diqqətlə baxır. Göz əzələləri hələ tam inkişaf etmədiyi üçün bəzən çəpgözlük müşahidə oluna bilər. Bu yaşda uşaqlar rəngli cisimlərə maraq göstərsələr də, yalnız ağ və qara rəngi seçə bilirlər.
Körpə eşitdiyi səslərə reaksiya verir, səsin gəldiyi səmtə baxır. Tanış səslər onu sevindirir.
Bu dövrün əsas ünsiyyət vasitəsi ağlamaqdır. Ana ağlama formasına görə körpənin nə istədiyini anlaya bilir.
 
Ülviyyə Səid
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 094
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri