Uşaqlara gecələr tualet təlimi: bezdən necə imtina etməli? - Analara TÖVSİYƏ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 238
Səs ver:
(səs: 1)
Əgər gündüzlər övladınızı ayaqyoluna getməyi öyrətmisinizsə, artıq gecələr də ona yerini islatmadan tualetə getməyi öyrətmənin zamanı gəlib.

- Gecələr quru qalmaq üçün təlimə nə vaxt başlamaq lazımdır? Bunun ən düzgün vaxtını siz hiss edəcəksiniz. Əgər bir neçə gün ərzində bezlər gecədən sonra quru qalırsa, onda bezdən yavaş-yavaş imtina etməyin vaxtı çatıb. Ola bilər ki, təklif uşağın özündən gəlsin. Əgər gecələr bez onu narahat edirsə, bezdən imtina edib gecə tualeti təliminə başlaya bilərsiniz.

- Yatmadan öncə uşağı oyadıb tualetə aparmaq. Düzdür bir çox mütəxəssislər hesab edirlər ki, uşaqlar yuxudan tam oyanmırlarsa, onlar nə baş verdiyini tam anlamırlar. Bununla belə, bu, uşaqlarda yuxudan durub tualetə getmək vərdişi yaradır. Əgər uşağınızdan sonra yatırsınızsa, özünüz yatmadan öncə onu oyadın və tualetə aparın.
Döşəyi qoruyan plastik qoruyucu və ya döşəyin gecə islanmasının qarşısını alan digər vasitələr əldə edin. Azərbaycanda çox az satılsa da, daha baha başa gələn birdəfəlik döşəklərdən də istifadə edə bilərsiniz. Bu, gecənin bir aləmi döşək dərdi çəkməkdən sizi azad edəcək.

- Yuxudan əvvəl maye qəbulunu azaldın. Uşaq yuxuya getməmişdən bir neçə saat əvvəl maye qəbuluna nəzarət edin. Susuzluğu olarsa, 1-2 qurtum su verin. Çox maye qəbul etmək gecə uşağın yerini islatma ehtimalını artırır.

- Yatağın yanına güvəc qoyun və əmin olun ki, həmin yerə gecə lampasının işığı düşür. Uşaq oyanıb tualetə getmək istəsə, bir də bu işi böyük həngaməyə çevirməmək üçün əvvəlcədən hazır olun.

- Səbrli olun. Uşaqların gecə yerini islatmaması zaman tələb edir. Ola bilər ki, 5-6 ardıcıl uğurlu gecədən sonra yenə də “uğursuzluqla” üzləşəsiniz. Amma səbrli olub təlimə davam edin.

- Quru gecələrə görə övladınızı tərifləyin və həvəsləndirin. Məsələn, hər “uğurlu” gecəyə görə bir kiçik hədiyyə edin. Amma uğursuzluğa görə də həddindən artıq məyus olmayın.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 238
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri