Uşaq əmizdirən anaların yeməyi necə olmalıdır?

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 8 013
Səs ver:
(səs: 0)
Ana südü körpənin sağlamlığının və immunitet sisteminin güclənməsi üçün böyük önəm daşıyır.

Ana südü ilə qidalanan uşaqlarda başda infeksiya xəstəlikləri olmaqla digər xəstəliklərin və allergiyaların görülmə sıxlığı azalmaqla bərabər, beyin və zəka inkişafı daha yaxşı olur. Buna görə süd verərkən qidalanmağa diqqət etmək lazımdır.
Yeniqadın.biz süd verən analara qidalanma qaydalarını təqdim edir

Bol meyvə və tərəvəz yeyin. Gündə ən az 5 pors yeyilməlidir.

Enerji verməsi üçün bol miqdarda çörək, düyü və kartof kimi nişastalı qidalar yeyin. Bəzi qadınlarda doğuşdan sonra bağırsaq və qəbzlik problemləri yaşanır. Lif bu kimi hallarda çox gərəklidir. Qəhvərəngli çörək, makaron, düyü, meyvə, tərəvəzlər liflə zəngindir.

Yağsız ət və toyuq, balıq (biri yağlı balıq olmaqla həftədə ən az iki dəfə balıq yeyin), yumurta, lobya, mərci kimi protein qaynaqları qəbul etmək lazımdır.

Süd, pendir, qatıq kimi kalsium tərkibli süd məhsulları da çöx önəmlidir. Kalsium sümüklərə faydalı olduğu üçün hamiləykən, həm də süd verərkən çox qəbul edilməlidir.

Hansı yeməklərdən uzaq durmaq lazımdır?

Həftədə iki ortaboy tənəkə qutu ton balığından çox yemək doğru deyil. Bunların tərkibindəki civə südünüzə qarışar və uşağın sinir sistemi inkişafında problem yaradar.

Digər qidaları normal miqdarda yeyə bilərsiz, ancaq allergik təsiri olan qidalara diqət edin.

Qatqı maddəsi olan məhsullardan uzaq durun.

Çox ədviyyat uşaqlarda qaz yaratdığından bir az ehtiyat edin.

Kələm, soğan, yaşıl bibər qaz yaradan qidalardır.

Unutmayın, sizə təsir edən qidalar körpənizə də təsir edəcək.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 8 013
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri