Alın Yazım (12-ci bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 6
Baxılıb: 4 218
Səs ver:
(səs: 0)
Azərlə münasibətimiz qəribə hal almışdı.Bəzən aydınlaşdırmaqda çətinlik çəkirdim,nə uzaq idik nə yaxın.Tək bildiyim o gündən sonra Azər mənə qarşı dəyişirdi.İşdə olduğu zaman gün içində tez tez zəng vurur,nə etdiyimlə maraqlanırdı,axşamlar söhbət edirdik.Azərin bir yönünü daha kəşf etmişdim,istədiyi zaman zarafatcıl ola bilirdi.Ciddi görünüşündən dolayı məni zarafatlarına asanlıqla inandırırdı.Beləcə günlərimiz bir birini əvəzləyirdi,o gündən 5 gün ötmüşdü,anası ilə bağlı heç nə üçün onu təkid etmək istəmirdim.Nə qərar verirsə versin yanında olacaqdım hər zaman.
Axşam yeməkdən sonra,Azər iş otağına çəkildi mən isə mətbəxdə işlərimi bitirməyə çalışırdım.Qapının səsinə əlimdəki boşqabı yana qoyaraq yaxınlaşıb açdım.Azərin atası Cavanşir ata qaş qabaqlı halda içəri daxil oldu.
-Axşamın xeyir qızım.
-Axşamınız xeyir ata necəsiz?
-Yaxşıyam qızım.Azər evdə?
-Bəli,buyurun.
Azərin otağına keçib qapını döydüm.
-Azər atan səni görmək istəyir.
-Gəlirəm.
Mətbəxə keçib çayları süzdüm.Əslində Cavanşir atanın tək gəlməsi və gərgin görünməsi məni narahat edirdi çünki hər zaman Gülçin yada Nəzakət ana ilə gəlirdi.Otağa daxil olduğumda hər ikisi səssizcə divanda oturmuşdu.
-Ata keşgə Gülçinidə gətirsəydiniz.
-Başqa vaxt,indi Azərlə danışmalıyam.
-Siz danışın mənim mətbəxdə işim var.
-Yox qızım çıxma,deyəcəklərimi səndə eşit.
Masaya əyləşib Azərə baxdım,qollarını dizlərinə dayayıb,əllərini bir birinə kilidləmişdi.
-Bu gün Səmədlə qarşılaşdım.O qadın onun xəstəxanasında yatırmış...Niyə getdiniz ora?
Sual o qədər sərt səslənmişdi ki,məni əsməcə tutmuşdu.
-Onu görmək üçün-Azər heç duruşunu pozmadan dilləndi.
-Sən yaşadıqlarını,onun bizə yaşatdıqlarını nə tez unutdun?
-Mən heç nəyi unutmamışam.
-Bəs niyə getdin ora? Bağışladın onu?
Azər ayağa qalxıb üzünü atasına tutdu.
-Xeyr ata bağışlamadım,bağışlamaq fikrimdə yoxdu.Onu görməyə getdim çünki ölüm ayağındakı birinin son arzusundan məhrum edə bilməzdim...Mən həkiməm,hər gün onlarca xəstənin son arzusunu həyata keçirmək üçün əlimdən gələni edirəm.O mənə yad olsada,hər gün həyat qurtaran həkim olaraq bunu edə bilməzdim.
-Həkimlik...-Cavanşir ata təsüfflə başını yellədikdən sonra ayağa qalxıb Azərlə üz üzə dayandı-Elə bilirsən niyə həkim olduğunu bilmirəm? O qadın balaca vaxtı "mənim həkim oğlum" deyə əzizlədiyi üçün həkim oldun.Dəfələrcə şirkətin başına keçməyini təklif etsəmdə dinləməyib həkimlik deyə tutdurdun.Sən o, qadının arzularını yerinə yetirdin ancaq.Həkim olmağını istədi oldun,səni atmışkən son arzusu deyib çağırdı getdin.Bəs mənim istəklərim?
-İşlərini Vaqif çox gözəl idarə edir.Mənim bizneslə anlayışım yoxdu.
-Səndə mənim oğlumsan yanımda olmağını istəyirəm...Mən səndən nə əsirgədim,nə istədin etmədim ki,mənim yox o qadının arzularını həyata keçirirsən?
-Nə əsirgədin deyim...Sevgini əsirgədin ata sevgini...Sənə xəyanət edən qadının oğlu olduğum üçün sən məndən sevgini əsgirgədin.
Azər o qədər əsəbi idi ki,atasının getdikcə rənginin dəyişdiyini belə görmürdü.Cavanşir ata divana çöküb başını əlləri arasına aldı.
-Azər bəsdi,görmürsən halı pisdi?
Sözümü deyib yaxınlaşaraq dizlərimi yerə qoydum.
-Ata yaxşısız?
Qalustuqunu boşaldıb köynəyinin bir iki düyməsini açdım.
-Azər su ver.
Azərdən səs çıxmadığını gördükdə arxaya döndüm.Şokda idi...Rəngi kağızdan fərqlənmirdi.Qorxu içində qalxıb yanına qaçaraq çiyinlərindən tutub silkələməyə başladım.
-Yalvarıram özünə gəl,çox qorxuram
Sarsmağımla Azər elə bil yuxudan ayıldı.
-Ata...Ata bağışla-qarşısında diz çöküb əllərini tutdu-Sənəm təcili yardım çağır tez...
Yarım saat sonra xəstəxanada idik.Həkimlər Cavanşir atanın özünə gəlməsi üçün əllərindən gələni edirdilər.Azər dəhlizə qoyulmuş oturacağa oturub başını əlləri arasına aldı.
-Mən nə etdim?...Mənə görə oldu.
Qarşısına keçib aşağı əyildim.
-Sakitləş xahiş edirəm.Hərşey yoluna girəcək.
-Mənə görə oldu...O cür danışmamalı idim...Mənə görə oldu.
-Sənin bir günahın yoxdu,bəsdi özünə əzab verdin.
Dəhlizin başında telaşlı halı ilə Nəzakət ana,Gülçin,Vaqif qardaş və yoldaşı Xavər göründü.
-Azər...Oğlum nə oldu?
-Ana bir anda oldu,mən...
-Sən etdin.-Vaqif qardaş əsəblə Azərin üzərinə gələrək yaxasından tutdu-Nə etdin atama?
-Mən heç nə etmədim...Çək əllərini üstümdən.
-Sənə inanacağımı gözləyirsən?
-Vaqifff-Nəzakət ananın sərt səsinə hər kəs diksinərən ona baxdı-Atanız içəridə can çəkişir siz burda dalaşırsız.Belə qardaşlıq olar?
Vaqif qardaş qollarını yana salaraq can alıcı cümləsini sərf etdi.
-O mənim qardaşım deyil.
Deyilən söz hərkəsi şoka salmağa yetmişdi.
-O nə deməkdi?-Nəzakət ana güclə dilləndi.
-Hə ana eşitdiyin...O mənim qardaşım deyil.Unutdun? Biz ögeyik.
-Kəs səsini Vaqif...Sənə deməmişəm o sözü birdə ağzına alma...Azəri mən dünyaya gətirməmiş olsamda o mənim oğlumdu.
-Hər zama belə idin ana,öz oğlun olmağıma baxmayaraq onu məndən çox sevdin,məndən çox ona dəyər verdin.
-Bu doğru deyil.İkinizdə mənim canımsınız.
-Buna inanmıram ana.Atamda Azəri məndən üstün tutur.Hər zaman şirkətin başına o keçsin istəyir.
-Bura bunları danışmağın yeri deyil.Şirkətdə mal mülkdə sənin olsun...İstəmirəm.
Azər axır ki dillənmiş və söznü dedikdən sonra oturacağa çökmüşdü.Onu belə,pərişan görməyə dayana bilmirdim.Yanına oturub əlini tutdum.Mənə tərəf dönüb məyus gözlərini üzümə zillədi.
-Atama nəsə olsa özümü bağışlamayacam.
-Heç bir şey olmayacaq.
Azər başını çiynimə yaslayıb gözlərini yumdu.
-Azər Vaqifi susturdun ki,bura yeri deyil amma özün xəstəxanada çirkin arvadınla romantizim yaşayırsan.-Xavər kinli baxışlarını bizə tuşlayıb sözlərini ünvanladı.
-Xavər yum ağzını...Sən Azər Qarayevin arvadı haqqında danışırsan,dediyin sözü iki dəfə düşün bundan sonra.
Azərin,şəhadət barmağını havalandıraraq dediyi sərt sözləri eşitdikdən sonra,Xavərin təhqiri mənə kapliment kimi gəlmişdi.Gözlərim Azərdə ilişib qalmış,ətrafada nə baş verdiyindən bixəbər idim.Yadıma Azərlə üzük alarkən ki,hadisə,onun mənə edilən təhqirlər zamanı susmağı gəlmişdi.Aramızda nə çox şey dəyişmişdi,nə çox yol qət etmişdik.
Həkimin otaqdan çıxması ilə hər kəs susub həkimin dilindən töküləcək kəlimələri gözləyirdi.Həkim gözlərini Azərə zilləyib aramla dilləndi.
-Azər həkim siz özünüz xəstəxana qayda qanunlarını yaxşı bilirsiz,burda atanızdan başqa xəstələrdə var,səs salıb onları narahat etməyə heç birimizin haqqı yoxdu.
-Bilirəm həkim,sadəcə aramızda anlaşılmazlıq oldu...Atamın səhəti neçədi?
-Atanızın vəziyyəti indi stabildi.Ürəyinə gedən damarda tıxanıqlıq var anju əməlyat olmalıdı.
-Onu görə bilərəm?
-Əlbətdə ancaq 5 dəqiqə çünki yorğunluq və stres olmaz.
-Oldu-Azər üzünü anasına tutaraq-Ana mən...
-Gözləyirəm oğlum.
Hər gün biraz daha heyran olurdum bu qadına,onun zərafətinə,anlayışına,duruşuna.
5 dəqiqə sonra Azər otaqdan çıxmışdı.Gözləri dolu dolu olsada üzündəki parlaqlıq diqqət çəkirdi.Nəzakət xanıma yaxınlaşıb qucaqladı.
-Atam dedi ki,Nəzakəti evə göndər dərmanlarını içməyib içsin.
-O,yaxşıdı?
-Yaxşıdı.Sən indi evə gedirsən,yatıb dincəlirsən,səhərdə atam üçün üst baş gətirirsən.
-Yox mən onu tək qoya bilmərəm,burda qalacam.
-Olmaz ana,mən burdayam həm Sənəmdə mənimlədi.Sən evə get xahiş edirəm.
-Azər mən...
-Ana...Sənədə bir şey olsa nə edərik...Mənə qulaq as.
-Yaxşı.
-Gülçin anam dərmanlarını içdikdən sonra mütləq yatıb dincəlmədi.
-Yaxşı qaqaş.
Vaqif qardaş hərkəsi aparmış,Azərlə ikimiz qalmışdıq.
-Dəhlizdə dayanmayaq,atam yatıb onsuz.Otağıma qalxaq.
Azərin otağına keçdiyimizdə ətrafı süzdüm.Otaq olduqca təmiz və səliqəli idi.Divar boyu Azərin sertifikatları və insan beyini ilə bağlı şəkillər asılmışdı.Azər otaqdakı divana əyləşib başını əlləri arasına aldı.Bu gecə ikimizdə çox qorxmuşduq,ona görə yanında oturub əlimi çiyninə qoydum.
-Azər atanla nə hərşey yolundadı?-Əslində soruşmamalı idim amma Cavanşir atanın bu halının səbəbkarı biz idik,ona görə bilməli idim.
Azər başını qaldırıb gözlərini üzümə zillədi.
-Narahat olma hər şey yaxşıdı...Bir mələk mənə öyrədib ki " Şərtlər nə olur olsun,gələcəkdə vicdan əzabı çəkməmək üçün bağışlamağı eləcədə bağışlanmaq istəməyi bilməliyik" Məndə o mələyin dediyni etdim.
Bu an özümü göydələnin başında hiss edirdim.Ürəyimin səsi otağın içində əks səda verirdi.Azər mənə yaxınlaşıb dodağıma incə öpüş qondurduqdan sonra məni bağrına basdı.Donmuşdum deyəsən nə tərpənə,nə də bir reaksiya verə bilirdim.Bu gün ilkləri yaşayırdım,ilk dəfə bu gün Azər məni qorumuşdu,ilk dəfə bu gün yaxınlaşmışdıq.Bu öpüş mənim üçün bir ilk idi və mən bu ilki sevdiyim adamla yaşamışdım.Başımı Azərin sinəsinə yaslayıb ürək döyüntüsünü dinləyərək yuxuya getdim...
Otağa düşən işıqla gözlərimi açıb tələsik qolumdakı saata baxdım 7:00.Azər yox idi,hər halda atasını görmək üçün enmişdi.Üstmə örtdüyü paltoya bərk sarılıb ətrini içimə çəkərək gecə yaşananları beynimdə canlandırmağa başladım.Azər məni öpmüşdü...Bu yuxu deyildi və biz bütün gecə bir birimizə sarılmışdıq.Daha əvvəldə bərabər yatmışdıq amma bu başqa idi,daha mehriban,daha içdən.Azərin ətri üstümə sinmişdi.
Ayağa qalxıb üst başımı düzəltsəmdə üzümdə ki,axmaq gülüşü yığa bilmirdim.Elə bu an bir xanım qapını belə döymədn özünü içəri atmışdı.Diksinsəmdə əsəbi baxışlarla qadını süzdüm.Hündür boylu və xəfif balıq ətli qadın,gözəl sayılmasada qəşəng qadın idi,mənə görə tək eybi özü qara yanız olsada saraltdığı saçları idi.Heç sevmirdim bucür dəyişim edən xanımları.
-Buyurun xanım.
-Azər hanı?
-Azər həkim aşağıdadı- Həkim sözünü xüsusi vurğulamışdım.
Qadın qəribə baxışlarla məni süzüb otaqdan çıxmışdı.Heç xoşum gəlməmişdi bu qadından.Tam xatırlamasamda siması tanış gəlirdi,hardasa görmüşdüm.Nəsə vardı onda,məni narahat edən bir şey vardı...

Yazar: Afaq.Q
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 218
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri