Alın Yazım (11-ci bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 3
Baxılıb: 3 739
Səs ver:
(səs: 0)
Bir həftə ötmüşdü...Azər vaxtı vaxtında dərmanlarını qəbul edir,yeməyini yeyib dincəlirdi və artıq sağalmış,işə başlamışdı.Bu həftə ərzində yanından ayrılmağımı istəmədiyi üçün onunla yatırdım.Hər gecə balaca uşaq kimi mənə qısılırdı,onu bu halda görmək məni çox incitsədə susub heçnə deyə bilmirdim.Anası ilə bağlı o,söhbət açmadan nəsə demək fikrim yox idi.Azər sanki bu məsələni tamamən unutmuşdu.Atasıgil onu tez tez görməyə gəlsədə bu haqda bir kəlimə bələ etmirdi.Soruşduqlarında isə "maşın xarab olmuşdu,yağışa düşdüm" deyib keçişdirirdi.Əslində səbəbini bilməsəmdə atası və qardaşı ilə aralarındakı məsafə diqqət çəkirdi.
Azər artıq yaxşı idi,ona görə öz otağıma keçmişdim.Səhər oyanıb otağımı topladıqdan sonra səhər yeməyi hazırlamaq üçün mətbəxə keçdim.Azərlə səhər yeməyindən sonra onu işə yola salıb ev işlərinə yönəldim.Axşam olmuşdu artıq,qapının səsinə əlimdə ki,ütünü yana qoyub qapıya tərəf getdim.Azər "tanımadığın heç kimə qapını açma" deyə tənbehlədiyi üçün əvvəlcə gözlükdən baxdım.Mən qapıdakı yaşlı adamı tanımadığım üçün açıb açmamaq arasında tərəddüd yaşarkən o,israrla qapını döyməyə davam edirdi.Sonunda qapını açdım.
-Buyurun.
-Azər Qarayevin evi buradı?
-Bəli,mən yoldaşıyam.
-Mən Mehparənin yoldaşı Talıb.
-Mehparə?
-Azərin anası...Danışa bilərik?
Əlim titrəsədə sinidəki çayı,gərginliyi hər halından sezilən adamın önünə qoyub masaya əyləşdim.
-Sizi içəri buyur etdim çünki halınız yaxşı görünmürdü ancaq Azər anası ilə bağlı heç bir söz eşitmək istəmir.
-Qızım səni başa düşürəm amma xahiş edirəm məni də anla.Sevdiyim qadın ölüm döşəyindədi və tək istəyi oğlunu son dəfə görməkdi.
-Mən nə deyəcəyimi bilmirəm.Azərlə danışdım evə gəlir.Özü ilə danışın.
Qapının yüngülcə döyülməsi ilə Azərin gəldiyinini anlayıb qapıya tərəf getdim.Əsəbləşəcəyini bildiyimdən,özümü sıxıb qapını açdım.
-Sənəm nəsə olub? Zəng vurub evə gəl dediyində narahat oldum.
-Narahat olma yaxşıdı hər şey.İçəridə səni görmək istəyən biri var.
-Kim?
Azər içəri daxil olduğu an qapıda donub qaldı.Adam Azəri görüb ayağa qalxdı.
-Azər məni dinləməlisən.
-Sənəm sənə nə demişəm? Tanımadığın adama qapı açma deməmişəm?-Azərin sərt baxışlarını üzərimdə hiss etdikcə qorxudan əsirdim.
-Oğlum...
-Sən kimsən mənə oğlum deyirsən?
-Xaiş edirəm dinlə məni.
-Nəyi dinliyim? Açıqlaman var? Mənim yetim böyüməyimin açıqlaması nədir çox maraqlıdı
-Biz bir birimizi çox sevdik.
Azər biranda dəli kimi qəh qəhə atmağa başladı.
-Sevdiniz demək...Sevdiniz...Lap yaxşı-Nisbətən səsini yüksəldərək davam etdi-Bəs bundan mənə nə? Gedin məndən uzaqda sevginiz yaşayın və məni rahat buraxın.
-O ölür...Son dəfə səni görmək istəyir...Xaiş edirəm sevdiyim qadının son istəyini həyata keçirməyimə izin ver-Adam masaya kağız parçası qoydu-Bu xəstəxanadayıq...Xaiş edirəm gel.
Cümləsini tamamladıqdan sonra başı ilə mənə razılıq bildirib getdi.
Azər ləng addımlarla divana yaxınlaşıb oturdu.Hələ də əsirdim amma buna fikir vermədən Azərin yanında oturub əlimi əlinin üzərinə qoydum.Kədərli gözlərini üzümə zillədi.
-Mən indi nə edəcəm.
-Yadındadı mənə demişdin,bu nifrətdən canımı qurtarmaq istəyirəm?
-Yadımdadı.
-Bunun üçün nifrətin səbəbkarı ilə,anan ilə üzləşməlisən.Demirəm bağışla,bağrına bas ən azından get gör ki,daha sonra peşimançılıq çəkməyəsən,niyə getmədim deyə üzülməyəsən.
Azər səsizcə otağına çəkildi.Mətbəxə keçib yüngülvari bir şey atışdırıb məndə öz otağıma keçdim.Beynim o qədər qarışmışdı ki,nə düşünməli olduğumu bilmirdim.Əlimə aldığım kitabı diqqətlə oxumağa çalışsamda yazılanlar mənə çatmırdı.Qapının yavaşca döyülməsi ilə yerimdə irkildim."Gəl" deyə səslənərkən səsim o qədər cılız çıxmışdı ki,özüm güclə eşitmişdim.Azər qapını aralayıb məyus gözlərini üzümə zillədi.
-Olar biraz söhbət edək?
-Əlbətdə.
Artıq onu tanıyırdım,heç böyüməyən uşaq yanı vardı.İçində ki,tərk edilmə qorxusu heç zaman onu rahat buraxmayacaqdı.Gəlib yatağa uzandı və gözlərini tavana zilləyərək sualını ünvanladı.
-Səncə "sevdim" demək,övladını atıb getmək üçün səbəb ola bilərmi?
Məndə uzanıb gözlərimi tavana zillədim.
-Hər kəsin fikri başqadı.
-Mən sənin fikrini bilmək istəyirəm.
-Məncə yox.
-Xatırlayıram mən uşaq olanda, o qadın atamla hər gün dava edirdi,hər gün döyülürdü,hər gün səs küy olurdu...Bir gün məhlədə bir uşaq mənə "anan nə səni nədə atanı sevmir" dedi.Sevginin nə olduğunu bilmirdim,evə dönüb ondan soruşdum."Yalandı,sən mənim nəfəs alma səbəbimsən" demişdi...Bəs məni necə atdı? İllər sonra nə üzlə qarşıma çıxdı?
-Bunları ondan soruşmalısan.
-Nə edəcəyimi bilmirəm.
-Hər kəs səhv edir amma tövbə edib Rəbbimizdən əff olunmağı diləyirik və o bizi bağışlayır.Allah bağışlayandırsa bəndə nə karədir.
-Səhvimiz olanda bağışlanmaq diləyirik amma o qadının etdiyi səhv deyil.Şəhvət uğruna ailəsni atıb gedib.Bu səhv deyil,ən böyük günahdı.Əffi yoxdu.
-Başa düşürəm...Getməsən,ona nəsə olduğunu eşitdiyin zaman çox üzüləcəksən.Bağışlayıb bağışlamamaq sənə qalmış birşeydi...Şərtlər nə olur olsun,gələcəkdə vicdan əzabı çəkməmək üçün bağışlamağı eləcədə bağışlanmağı istəməyi bilməliyik.mənim fikrimi bilmək istəyirsənsə ən azından gedib görməlisən.
-Əgər getsəm mənimlə gələrsən?
-Gələrəm.
- Məni tək buraxma heçvaxt.
-Heçvaxt.
Bu yuxu deyilsə biraz əvvəl biz bir birimizə söz verdik və bu an Azər mənə sarılıb.Allahım nə olar yuxu olmasın əgər yuxudursa məni oyadan olmasın.Sevincimin həddi hududu yox idi,bu qollarda özümü dünyanın ən güvənli insanı hiss edirdim.Onun ürəyinin döyüntüsünü eşidirdim,eşitdiyim bütün musiqilərdən gözəl idi.Azər dodaqlarını alnıma sıxıb dayandı.
-Yaxşı ki,həyatımdasan
O,otağına keçmişdi amma mən bu şokdan ayıla bilmirdim.Ürəyim boğazımda vururdu.İndi bu sevinclə yat görüm necə yatırsan...
Səhər hazırlaşıb xəstəxanaya yol aldıq.Azərin üzünə baxanda nə hiss etdiyini,nə düşündüyünü anlamaq olmurdu hər zamanki kimi qaş qabaqlı,gözrini yoldan ayırmadan sükanı idarə edirdi.Boyun damarlarının görünməsi gərgin olduğunun göstəricisi idi.
Xəstəxanaya çatıb yavaş addımlarla içəri daxil olduq.Azər o qədər yavaş gedirdi,sözün əsl mənasında sürünürdü.Dəhlizin başında dayanan Talıb bəy bizi görüncə ayağa qalxıb yaxınlaşdı.
-Azər gəldiyin üçün çox sağol.
Azər heç bir söz demədən,mənim əlimdən tutdu və otağa daxil olduq,yatağa yaxınlaşıb dayandıq.Nəzərlərimi Azərə yönəltdiyimdə ifadəsiz baxışların çarpayıdakı qadına zilləmişdi.
-Mehparə gör kim gəlib?-Talıb bəy yavaşca qadının dikəlməsinə kömək etdi.
Rəngi tamam solmuş qadın güclə göz qapaqlarını aralayıb bizə baxdı.Necədə bənzəyirdilər,üzü solğun olsada yenədə çox gözəl idi.Azərin yaraşığını kimdən aldığı məlum olmuşdu sanki bir almanın yarısı idilər.Qadının rəngsiz dodağına gülüş qondu.
-Oğlum...
Azərin üzündə istehzalı bir gülüş yaranmışdı.Lağlağı bir tonda sözə başladı.
-Hə oğlun...5 yaşım vardı tərk etdiyində...böyümüşəm elə deyil?
-Oğlum mən...
-Bəhanə eşitmək istmirəm.
-Məni bağışla oğlum.Mən sənə analıq edə bilmədim....Bağışla.-Gözlərindən süzülən yaşı əlinin tərsi ilə silib mehriban baxışlarını bizə zillədi.
-Bura gəlməyimin səbəblərindən biri,sənin yaşatdıqlarının cəzanı istəmədən bu məsum qıza çəkdirirəm və buna son vermək istəyirəm.Qəlbimə nifrət toxumlarını ən birinci sən səpdin amma cəzasını başqası çəkir...Səni Allah bağışlasın başqa sözüm yoxdu...Sən mənə yadsan,tanımram səni...Bəlkə də gedişinin özünə görə səbəbləri var amma mənim bu səbəbləri içimə sindirib əff etməyimi gözləmə çünki mən yaşadığımı yaşamışam.
Azərin cümləsini tamalayıb məni çəkişdirərək otaqdan çıxarkən arxadan Mehparə xanımın zəif səsi eşidildi.
-Oğlum sevgi elə bir hissdir ki,bir dəfə qəlbinə qonaq gəlir və bütün bədənini əsir alır.Bunları özümü müdafiə etmək üçün demirəm,mən öz günahımı bilirəm.Evli olduğum halda,övladım olduğu halda sevgi hissini ürəyimə yaxın buraxdım...Bax Allah cəzamı belə verdi.Mən öz cezamı özüm çəkirəm,başqalarlna cəza vermə.Tək arzum,tək diləyim siz xoşbəxt olun.
Azər əlimi sıxdıqca sanki nə hiss etdiyini anlayırdım.Heç bir söz demədən xəstəxanadan çıxıb maşına doğru getdik.Bir an belə əlimi buraxmırdı amma varlığımı unutmuş kimi iti iti addımlayırdı.Maşına çatıb qapını açdı və mən oturduqdan sonra sükana keçərək yenidən əlimdən tutdu.Yol boyu Azər yenə qaşlarını düyünləyərək,səssiz sədasız sükanı idarə edirdi.. Mən isə gah əlimdə ki ələ gah yola baxır,nə hiss etdiyimi bilmirdim.Getdiyimiz yolun evi yolu olmadığını görüb Azərə baxdım.
-Hara geirik?
-Boğuluram...Nəfəs almağa ehtyacım var.
Dəniz kənarına çatıb maşından endik.İrəliyə doğru addımladıqca Azər dərin nəfəs alaraq havanı ciyərlərinə hopdururdu.İti addımlarla dənizə yaxınlaşıb avazı yetdiyi qədər bağırmağa başladı.
-Niyəəə?
Onu belə görməyə dayana bilmirdim.Yanına qaçaraq kürəyini qucaqladım.
-Etmə belə,sakitləş.
Azər üzünü mənə dönüb məyus gözlərini üzümə zillədi.
-Mən onu bağışlaya bilmirəm,bunu bacarmıram çünki o məni atıb getdi,tək qoydu.Məni mənəvi cəhətdən təkliyə məhkum etdi,təklik mənim ən böyük qorxum oldu.Səbəbi isə sevgi olduğnu deyir,bəs mən,bəs atam?Bizi heçmi sevmədi?...Fərqində deyil amma gedişi ilə çox şey aldı məndən,insanlara güvənimi,inamım.5 yaşlı bir körpədə sağalmaz yara açdı.Bütün bunları təmir etmək üçün yenə bir qadından kömək umdum,ancaq o zamanda səhv etdim çünki o,da yarı yolda qoydu.Bu yaşanların cəzasını sən çəkirsən,istəmədən sənə çəkdirirəm.Bir qəbahətin olmadığı halda laiq olduğun həyatı sənə yaşada bilmirəm.Yenidən güvənməyə gücüm yoxdu,güvənsəm səndə məni tərk edəcəksən...Bəlkə,bəlkə mən heç sevilməyə laiq deyiləm? Yoxsa heç anamda tərk etməzdi məni.
Azərin yanağından süzülən bir damla sanki od olub məni yandırdı.Əlimin tərsi ilə gözlərim silib,Azərin üzünü əllərim arasına aldım.Bilmirəm bu cəsarət mənə hardan gəlmişdi,yanağına zərifcə öpüş qondurub gözlərimi gözlərinə zillədim.
-Səhf düşünürsən sən hərşeyin ən gözəlinə laiqsən,bu yaşananlar sadəcə qismətdi...Həm mən bu gün mən sənin cəsarətinə,gücünə heyran qaldım.Mən yanında xoşbəxtəm,başqa bir şey istəmirəm.
Azər qollarını belimə dolayıb məni özünə sıxdı.
-Sənəm məni heç vaxt tək qoyma.
-Yanındayam mən hər zaman...

Yazar: Afaq.Q
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 739
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri