Fərəhin şansı (10-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 4 151
Səs ver:
(səs: 0)
Gözümü açanda xəstəxanada idim. Başımın üstündə Nihat durmuşdu. "Şükür özünə gəldin" deyib əlimdən tutdu.Mənim isə yadıma Fərəh düşdü. Gözlərim dolmuş şəkildə "Fərəhi mənə getir"dedim. Alınmıdan öpüb "Söz verirəm Fərəhi sənə getirəcəm"deyib otaqdan çıxdı. Maşınına minib evlərinə sürdü. Babasından kömək istəyəcəkdi. İş ciddi idi bu dəfə. Nihat nəfəs ala bilmirdi sanki. Əlini dəfələrlə sükana çırpıb "Mən sənsiz qala bilmərəm Fərəh" deyirdi. Ardından göz yaşları qeyri ixtiyari gözlərindən süzüldü.Və aylar öncəni xatırlamağa başladı. Nə Fərəhi istəyirdi, nə də Mehrini ... Onlara pis davranıb, daim qəlblərini qırırdı. Sevginin nece bir hiss olduğunu bilmirdi çünki, Nihat.. Ona bu hissləri Fərəh ilə Mehri öyrətmişdi. Gözlərinin önünə avtobusda olanda 'Fərəhin ilk gülümsəməsin' gətirdi. Qarşılıq verməmişdi o gülmsəməyə amma Mehrinin isararı neticəsində zorlada olsa gülümsəmişdi. Həyatına saysıza qadın girib çıxan Nihatın, indi heyatında yalnızca Mehri və Fərəh vardı. Onlardan sonra hec bir qadınla əlaqəsi olmayan, Nihat həqiqi sevgisini Mehridə tapmışdı. Qəlbi indi o qədər möhkəm döyünürdüki, sevgidən idi hər şey sevgidən ...)Bunları düşünərkən üzünə xoş bir gülümsəmə gelmişdi. Amma Fərəhin indiki halın gözünün qarşısına gətirəndə, üzündə bir durğunluq yarandı... Fərəh bizsiz indi necedi deye düşündü... Nə olacaqdı Fərəhi necə qayatarcaqdı? Yara almış bir qızcığazın yaraların, yenidən nece saracaqdı? Bilmirdi Nihat...
Evlərinə gəlib çatdıqda, qapını döydü Nihat... Qapı açılana qədər sağa, sola baxıb dururdu. Nəhayət qapı açılanda, əsəbi bir şəkildə içəri daxil oldu. Qonaq otağında Nənəsi vardı. "Babam evdədi?" Deye təlaşlı şəkildə söyləyərkən, babası piləkanlardan aşağı enirdi. Babasın görüb "Salam baba. Məndə səni axtarırdım. Çox vacib bir məsələ haqqda səninlə danışmalıyam"dedi. Babası "gəl oğlum yuxarı çıxıb danışaq" dedi. Yuxarı çıxmışdılar. Nihat bir başa sözə başladı. "Fərəhi bizdən aldılar baba. Kömek et mənə, sənin adamların var nəsə et. Fərəhin indi halı yaxşı olmamalıdı, o bizsiz qala bilməz.." deyerken sonlara doğru səsinin titrədiyinim fərqinə vardı. Babası əlin Nihatın sağ çiyninə qoyub "Əlimdən gələni edəcəm, oğul..." deyib, nəvəsinə sarıldı. Polis idarəsinə gəlmişdilər. Babası danışıqlar aparırdı. Fərəhi hansı uşaq evinə aparmışdılar onun ünvanının öyrənirdi. Nihat artıq dözə bilməyib sözə başladı "Mən Fərəhi görməliyəm!". Polis temkinini pozmadan "Fərəh uşaq evindedi onu narahat etmeyin, ora öyrəşməsi lazımdı" dedi. Nihat səsinin tonunu qaldırdı bu defe "Öyrəşmək hə?! Mən bu dəqiqə nəfəs ala bilmirəm siz nə öyrəşməyindən danışırsız!"deyib divara yumruq vurdu. Babası Nihatı çölə çıxardıb "Özünə gəl Nihat.. Mən hər şeyi qayadasına qoyacam. Sən burda gözlə" deyib içəri keçdi. Təxmini 10 dəqiqədən sonra əlində bir vərəqlə çölə çıxdı. "İcazə ərzəsi və ünvandı" deyib Nihata uzatdı vərəyi.. Nihatın üzü gülümsəmişdi. Maşına minib yola düşdülər. Babası yolda Nihata Fərəhi necə ala biləcəklərini izah edirdi. Nihat düşünməyə başladı. Uşaq evinə artıq gəlib çatmışdılar. Müdür ilə görüşmək üçün yuxarı müdürün otağına çıxdılar. İcazə ərizəsin gösterdi. Orda işləyənlərdən biri onun ardınca gəlməyini bildirdi. "Bu otaqdadır" deyib getdi. Nihat qapını yavaşva açıb içəri daxil oldu. Fərəhin üzü divara tərəf yataqda uzanmışdı. Səsi... Ağlayırdı... Nihat yanına gəldi. Əlin ağzına tutdu ağlamamaq üçün. Fərəhin hər ağlayışını eşidəndə içində özünü lənət oxudu. Titərək səsi ilə "Qızım" dedi. Fərəh bu səsi eşidib qarşıya çöndü. Nihatı yanında görəndə qolların açıb ona sarıldı. Nihatda onu möhkəmcə qucaqladı. "Bağışla məni balacam.. bağışla məni" deyib ağlamağa başladı.Fərəh "məni buyaxma" dedi için çəkərək. Nihat saçlarına sığal çəkib "mən hec seni buraxmaq isteyerem, həə gözəl qızım.. hər şey yaxşı olacaq. Səni burda qoymayacam" dedi alnından öpərək. Təxmini 2 saata yaxın idi Fərəhlə vaxt keçirirdi. Mehri narahat olmalıydı. Amma Fərəhidə qoyub gedə bilmirdi. Fərəh yatmışdı Nihatın qollarında. Sağ qolu keyisədə Fərəhi yatağa qoymamışdı. İçəri babası ilə müdür girdi. Müdür Nihata baxıb "Sizə çox çətindir ayrı qalmaq bilirəm, amma artıq getmek vaxtıdır." Nihat "Fərəh yuxudan ayılsın" gedecem dedi. Müdür çölə çıxdı, babası isə Nihatın yanında qalaraq "Sehvə yol vermə"dedi. Nihat gözlərin babasından qaçırdaraq "etməliyəm başqa çarəm yoxdu, Mehridə Fərəhi isteyir" dedi üzgün şəkildə. Babası 'olmaz belə' baxışları ilə Nihata baxıb "Əgərki sən Fərəhi indi qaçırtsan düşərsən həbisə sonra onlara kim baxacaq hə? Mənim dediyim planla hərəkət etsən sona qədər Fərəhdə Mehridə səninlə qalacaq" deyib otaqdan çıxdı. Nihatın bu dəqiqə ağlından, Fərəhi burdan götürüb qaçmaq keçirdi. Amma babası düz deyirdi. Egər elə olsaydı, onların bir sonu olmazdı. Bu düşüncələri ilə Fərəh artıq gözünü açmışdı. Nihat Fərəhi qucağına alıb "Bax mən indi getməliyəm. Söz verirəm səni burdan götürməyə gələcəm. Mən gələnə qədər ağlama yaxşı?". Fərəhin gözü dolmağa başladı yenə. Qolların Nihatın boynuna sarıdı "getmə " dedi. Nihat sacalarına sığal çəkib "gələcəm səni burdan götürmək üçün gələcəm"deyib Uşaq evindən çıxıb xəstəxanaya üz tutdu Mehrini çıxartmaq üçün. Ağlaya - ağlaya sürürdü maşını. Az qalsın qarşıdan gələn maşın ilə toqquşacaqdı son anda xilas olmuşdu qəzadan. "Sözümü tuta bilmədim! Səni özümdə saxlamağı bacarmadım!"deyib qışqırırdı Nihat. Xəstəxanaya çatanda Mehriyə görə biraz yaxşılaşmışdı. Mehri ona dolmuş gözləri ilə baxdı, çünki yanında Fərəh yox idi.. Qaçaraq Nihata sarıldı. Nihat saçlarına sığal çəkib "Evə gedek hər seyi sənə danışacam"dedi. Evə gələndə ikisindən də səs çıxmırdı. Sakit şəkildə divanda oturmuşdular. Nihat yərə əyilib Fərəhin yerdə qalmış balaca mişkasın əlinə alıb sözə başladı "Kömək ücün babama getdim. Babamla polisə getdik. Sonra isə Fərəhi görməyə... Fərəhi bizə vermələri üçün Evlənməliyik ..." dedi.

Bölümün Sonu ...


Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri