Bir gecəlik günah: Əmanət (7-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 4 345
Səs ver:
(səs: 0)

Rüzgar yatıb durduqdan sonra Bahardan mesaj gəldiyini görüb gülümsünməyə başladı

Rüzgar: keçdi.. Sən necə hiss edirsən özünü
Bahar: hiss etmirəm desəm?
Rüzgar: Atasının, prenses qızının nağıllardan ayılmaq vaxtıdı
Bahar: mənim haqqımda hər seyi öyrənmisən?
Rüzgar: aha.. Kimi qoruyacağımı bilməli idim..
Bahar: burdan nə başa düşməliyəm mən?
Rüzgar: yəni, qorumağa layiq bir qızsan

Rüzgar bu mesajı yazıb whatsappdan çıxdı. Yeni sevgillər kimi whatsappda Bahar ilə yazışası deyildi. Bahar isə sonuncu mesajı oxuyub gülümsünməyə başladı. Bahar nəyə gülümsünürdü? Bahar atasının ona qarşı olan güvənin qıra bilməzdi. Üzündən gülüşün silib telefonunu yatacağının üstünə atdı. Texmini 2 saatdan sonra qapının zəngi çalındı. Gələn Səlim və Nazlı idi. Qonaq otağına kecib əyləşdilər. Səlim "İndi yaxşısan?"dedi. Bahar bir tərslik olduğunu bildirməmək üçün yalandan təbəssüm edib "Sizi gördüm daha yaxşı oldum. Amma əziyyət oldu sizədə" Nazlı Bahara dönüb "O nə sözdü dost nə üçün var bəs"deyib Bahara sarıldı. Bahar isə içində vicadan əzabı çəkdi sanki. Çünki dostlarından birinci dəfə idiki bir şey gizlədirdi. Əslində bu dostlarinin yaxşılığı üçün idi. Bu işə dostlarını qata bilməzdi. Az sonra Səlimə zəng gəldiyi üçün təcili getməli oldu. Bahar çəkinsədə Nazlıdan Rüzgar haqqında söz soruşmağa başladı.

Bahar: Nazlı sənin çevrən böyükdü. Unidə Qarışıq maddə deyə birini tanımırsan?
Nazlı: Onu tanımayan var. Yəni dildən dilə tanıyıram. Bizim qrup o oğlandan çox bəhs edir. Birdə yanında yaraşıqlı bir əsmər oğlan var Rəsul gözüm ona düşüb desəm yeridi.
Bahar: O oğlan haqqında nə deyirlər tam olaraq
Nazlı: Göründüyü kimi biri olmadığını
Bahar: acıq danışsan deyirəm
Nazlı: Günahı öz boynuna amma narkotikdən istifadə etdiyini deyirlər. Daha sonra anası atası xarici ölkədədi. Nənəsi ilə yaşayırdı nənəsidə 4 ildi vəfat edib. İndi tək yaşayır. Qızlara dəyər vermir o qədər çox sey varki həm sən niyə soruşursan?
Bahar: Hec hər kəs ondan bəhs edir bilmək istədim sadecə kimdi deyə.

Bahar Nazlı ilə olan söhbətindən sonra özünü olduqca narahat hiss etmişdi. Nazlıda evlərinə getdikdən sonra tək başına qalıb iç səsi ilə savaşa çıxmışdı. Özünü kədər bürümüşdü. Ağlının bir ucunda atası vardı.. digər ucunda isə Rüzgarla Ağa deyilən adam. Görünən o idiki, prenses qızının köməyə ehtiyyacı var idi. Səhər açılmışdı. Bahar kefsiz halda hazırlanıb univerisitetə getmişdi.

Zəngdə bufetə düşüb, pencərə tərəfdə tək başına oturmuşdu. Birdə qarşısında boş stolu cəkib oturan Rüzgarı gördü. Bahar ətrafa baxmağa başladı. Çoxsu onlara baxırdı "Nə edirsən? Hər kəs bizə baxır?" Rüzgar ətrafa göz gəzdirib "Baxsınlarda gözələ baxmaq savabdı" deyib təbəssüm etdi. Bahar getmək üçün ayağa qalxdı. Bunu görən Rüzgar "Hara gedirsən?"dedi. Bahar ayaq saxlayıb "Cəhənnəmə.. Gəlirsən?" Rüzgar ayağa qalxıb Baharın qulağına "Sən yeterki cağır, hara olsa gələrəm mən"deyə pıçıldadı. Bahar Rüzgarın bu dediklərinə daha çox önəm vermədən bufetdən çıxıb siniflərinə getdi. Fikirləri o qədər qarışıq idiki, dərsləri dinləmirdi. Bu işlərin sonu necə olacaqdı? Növbeti zəngdə Bahar kitabaxanaya düşdü. Boş yer tapıb kitaba göz gəzdirməyə başladı. Yanında bir kölgə hiss edib soluna baxdıqda yanında oturan Rüzgarı gördü. Artıq çox olmuşdu Rüzgar! Bahar kitabı bağlayıb Rüzgara dönüb "Nə istəyirsən məndən?"dedi. Rüzgar əlində tutdugu qablaşdırılmış sütü Bahara uzadıb gülümsünüb "Kitabı quru-quru oxuma. Al iç"dedi. Bahar Rüzgarın əlindəki sütü alıb "Gedə bilirsən indi" Bahar Rüzgarla görünməydən qorxurdu. Bu xəbər Səlimin qulağına çatsa, hecdə yaxşı şeylər olmayacaqdı.Rüzgar Bahara yaxınlaşıb sünicə gülümsünüb "Sənin ardından qacacağımı sanırsansa yanılırsan! Dünəndə sənə dedim sevgili kimi rol oynamalıyıq. İşi bu qədər çətinləşdirmə. Nəticədə özümə görə yox sənə görə edirəm. Gələn dəfə yanına gələndə mənə belə davranam! Mənimdə səbrimin bir həddi var!" deyib ayağa qalxdı. Bahar isə Rüzgarın gedişin izlədi "Özünü nə sayır! Axmaq!" Gözlərindən alov çıxırdı sanki. Yanına əsmər olan uzun saclı bir qızın gəldiyini gördü. Qız "Bahar sənsən?"dedi səs tempin yüksək tutaraq. Bahar "Hə mənəm nə lazım idi?" Bahar qıza bir az göz gəzdirdi. Olduqca zövqlü geyinmişdi. Bahar onun yanında uşaq qalırdı. Qız gözlərin yuxarı qaldırıb "Ağa xəbər göndəribki dərs çıxışı kafeyə gəlsin. Birdə Rüzgara hec nə demirsən" deyib göz vurub Baharın yanından uzaqlaşdı. Bu qız kim idi? Ağa Baharı yanına niyə çağırmışdı. Həmdə Rüzgarsız...Rüzgar olmadan Bahar özünü qoruya bilərdimi?

Bölümün Sonu...

Müəllif:İ.Goncha

(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 345
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri