Bir gecəlik günah: Əmanət (9-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 574
Səs ver:
(səs: 0)


Bahar qapını açıb ayaq saxlayıb divanda uzanmış Rüzgara baxdı. Vicadanı ilə bacara bilməyib Rüzgarın yanına qayıtdı. Rüzgar Baharı görəcək "Get demişdim.. qal deyil" Bahar Rüzgarın əlindən tutub "Sənə necə kömək edə bilərəm?"dedi. Rüzgar əslində tək başına bu tutma ilə bacara bilməzdi. Əli ilə gözlərini gizlədib "Otağa çıxaq başa salacam" Rüzgar yarı nəfəs ala - ala Baharla birgə otağına çıxdılar. Rüzgarın otağının divarlarında rəsim cizimləri vardı. Baharın gözü onlara sataşsada fikrini Rüzgara verdi. Rüzgara baxdıqda titrədiyini gördü. "Mən uzanacam senden tək xaihsim qan dövranımın normala düşməsi üçün saclarıma sığal çəkməyin birdə əlimdən tutmağındı.Yuxuya getsəm bilki hər şey kecib. Amma daha çox titrəməyə başlasam onda məni elə qoyub get" Bahar hec nə demeden başın aşağı yuxarı salladı.Daha sonra yatacağa kecib oturdu. Rüzgar isə başın Baharın dizlərinə qoydu. Dəşətli dərəcədə titrəyirdi deyə üstün örütmüşdü. Bahar, dediyi kimi bir əli ilə əlindən tutub digər əli ilə saclarına sığal çəkməyə başladı. Rüzgar, Baharın əlin olduqca möhkəm sıxmağa başlamışdı. Rüzgar Baharın əlin yanağına gətirdi. Bahar əlindəki islaqlığın fərqinə vardı. Rüzgar ağlayırdı... Bahar olduqca pərişan olmuşdu "Kececəy .. yanındayam.." deyib oda səssizcə ağlamağa başladı.. Getdikcə Rüzgarın titrəyişləri yavaşlayırdı... Nəfəs alış verişi qaydasına düşmüşdü. Yatmışdı deyəsən.. Baharın isə üzü gülürdü.. "Bacardıq.."deyib Rüzgarın başının altına yastıq qoyub ayağa durdu. Divarlardakı rəsimlərə baxırdı. Telefonuna gələn zəngin səsi ilə gözün rəsimlərdən çəkdi. Zəng 'Səlim'dən idi
Bahar Rüzgara baxıb yavaşca danışmağa başladı.

Eşidirəm
-Hardasan sən?
Tanış biri var olarda. Niyə soruşursan?
- Təcili görüşməliyik qulağıma bir iki xəbər çatıb!
İndi gələ bilmərəm sonra görüşsək
- İndi gəlirsən Bahar
Yaxşı..

Bahar Rüzgarı belə qoymaq istəməsədə getməyə məcbur idi. Qapıya yaxınlaşdıqda "getmə" deyə bir səs eşitdi. Dönüb Rüzgara baxdı.. Gözlərin yarı açmış vəziyyətdə tutaraq "getmə.."dedi yenidən. Bahar çarəsizcə Rüzgarın yanına qayıtdı. Səlimə "bağışla indi gələ bilmərəm" mesajını yazıb göndərdi. Baharın ürəyi hec getməyi istəmirdi. Rüzgar uzandığı yerdən qalxaraq yatacaqda oturuş vəziyyətin alıb Bahara gülümsündü. Baharda bu gülümsəməyə təbəssümü ilə qarşılıq verdi. "Sən olmasaydın bu qədər asand olmayacaqdı... Amma əlini icitmiş ola bilərəm" dediyi son cümləni olduqca acınacaqlı söyləmişdi. Bahar Rüzgarın əlindən tutub "Olsun... Sən indi yaxşısan o hər şeyə bəs edər. Amma mənim ağlımda çoxlu suallar var. Onlara cavab tapmaq istəyirəm" Rüzgar gözlərini yumub açıb "Mənimdə soruşmaq istədiyim suallarım var. Amma ilk öncə xanımlar" Rüzgar indi özün əzgin hiss etsədə, bunu Bahara bildirməməyə çalışırdı. "Nəyə görə Ağa deyilən adamlar sənə hec nə etmir?" Baharın ilk sualı bu olmuşdu. Rüzgar hec düşünmədən "Çünki onların başında mənim əmim durur.."dedi başın aşağı salaraq. Bahar isə bu cavabı gözləmirdi "Əmin? Necə oldu axı sənində bu həblərdən istifadə etməyinə göz yumdu?"növbəti sualı verdikdə Rüzgar yerə baxan gözlərini qaldırıb Bahara baxdı
"Əmim çoxdan belə işlər ilə məşğul idi. Hətda nənəm bu işlərə görə onu oğullaqdan çıxartmışdı. Mənim anam, atam və qardaşım Moskvada yaşıyır. Məni isə nənəm böyüdüb deyə mən valdeyinlərim ilə getmədim. Və onların üzün ildə 1 dəfə görürəm. Nənəm öldükdən sonra atam məni Moskvaya aparmaq istədə getmədim. Daha sonra Samirə qoşuldum.. Mənim istifadə etdiyim tam olaraq narkotik deyil baş alldadıcı bir seydir. Samir hər dəfəsində mənə təklif edəndə rədd edirdim. Amma xəbərim olmadan dəfələrlə çayıma qatırmış. Mən bunu öyrənəndə gec idi.. Bədənim tələb edirdi. O vaxtdan 3 il keçir.. Bu 3 ildə çox çalışdım atam amma 10 gündən o tərəfə dayana bilmədim.. Bu günki tutmam olduqca zəif idi hələ .. 4 gündü istifadə etmirəm .. Daha doğrusu etmək istəmirəm daha amma nə qədər dayanacağımı bilmirəm.."dedi üzgün bir şəkildə. Bahar isə eşitdiklərindən sanki şoka düşmüşdü. Prenses qız eşitdikəri qarşısında sadecə susa bilmişdi. O Rüzgara kömək edə bilərdi? Onun yanında qala bilərdi bundan sonra? Bahar kəkələyərəkdə olsa "Bəs indi niyə istifadə etmək istəmirsən?" Rüzgar üzündə zəif bir təbəssüm əmələ gəlib "Bu sualın cavabın tam olaraq məndə bilmirəm.. Bahar məndən uzaqlaşmağını istəmirəm ... Dayanmağa çalışacam bu dəfə..." Bahar özündən aslı olmayaraq qolların Rüzgarın çiyninə ataraq sarıldı ona. İndi özün olduqca rahat hiss edirdi. "Yanında olacam.. Birlikdə öhdəsindən gələcik"deyə qulağına pıçıladadı.. Rüzgar Baharı möhkəmcə qucaqlayıb daha sonra onu özündən çəkib "İndi mənim növbəmdi. Sənə kafeyə getmeyi kim dedi?" Bahar həmin qızı yadına salıb "Bir qız gəldi yanıma.. çox gözəl idi əsmər idi sacıda olduqca uzun"deyib dodaqlarını salladı. Rüzgar Baharın bu halına gülmədən dayana bilmədi. Həmin qız isə Ağa tayfasının göz bəbəyi Yasəmən idi. "Yasəmən imiş çox güman.. O hec də gözəl deyil. Başdan ayağa estetikdi"deyib Baharın burununu sıxdı. Bahar dərin bir ah cəkib "Bəs necə bildin mən o kafedeyem və tutmaların birdə nə vaxt olacaq?"deyə suallar soruşdu yenə. "Bilirdimki sən mənim sözlərimi ciddi saymayıb tək çölə çıxacaqsan məndə onun üçün dostum Rəsula səni izlətdirdim. Tutmalarıma gəlincə isə sabahda olar birisi gündə..." Bahar yenə zəng gəldi. Səlim idi yenə. Bahar ayağa qalxıb "Deyəsən getməliyəm artıq.. Özünə yaxşı bax sabah baş çəkəcəm sənə"deyib Rüzgarın üzünə heyranlıqla baxıb otağı tərk elədi.

Bölümün Sonu...

Müəllif:İ.Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 574
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri