Bir gecəlik günah: Əmanət (27-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 251
Səs ver:
(səs: 0)
İkisidə səssizcə bir birinə baxdı. Sanki gözlər danışırdı. Yasəmən kafedən çıxdı. Səlim isə içəri keçdi. Sadə sıradan bir insan kimi kafeyə çay içməyə gəlmişdi. Amma Səlimdə burda nələrinsə döndüyündən xəbəri vardı. Qaranlıq düşmüşdü artıq. Rüzgar evdə yalnız başına sənədlərə baxırdı. Bu dəfə ev ünvanlarından fərqli başqa məlumatlarda vardı. Qapının zəngin səsini eşitdikdə qapını acmaq üçün ayağa qalxdı. Gələn Yasəmən idi.. Amma özündə deyildi içmişdi deyəsən. Rüzgarı görəcək "Evində mənə yer var"dedi. Rüzgar məcburən Yasəməni içəri dəvət etdi. Yasəmən aşa-aşa divana uzandı "Rüzgar bilirsən mənim O oğlandan zəhləm gedir!" Rüzgar isə Yasəməni anlamış deyildi "Kimdən?"deyə qarşılıq verdi. Yasəmən gülümsünüb "Səlim denən yaraşıqlıdan" Rüzgar fikirə getdi. Bu Səlim O Səlim idi deyə fikiləşib "Hansı Səlim. Səni bu günə salan odu?" Yasəmən gözlərini Rüzgardan qaçırdıb "Baharın dostu olan əclafdı! Haqqlıdı amma mənim kimi bir qız kim neynəsin? İçki qoxuram!"deyib dəli kimi gülməyə başladı.Rüzgarın Yasəmənin bu halına acıyırdı "Səlimdən uzaq dursan yaxşıdı.. Çünki, O.."deyib sözünün ardın gətirə bilmədi. Yasəmən Rüzgarı hədələmiş kimi edib "Ayy səniii yoxsa oda Baharı sevir"deyib gözlərinin önünə düşən saclarını çəkdi. Rüzgar səssiz qalıb Yasəmənin özünə gəlməsi üçün məxtbəxə keçib onda tünd qəhvə hazırlamağa çalışdı. Yasəmən üçün üzülmüşdü.. Səlimə isə nifrəti artmışdı. Yasəmən isə ağlayaraq gülürdü. Bu an yenə qapı zəngi çalındı. Rüzgar tez mətbəxdən çıxıb qapını açdı. Bu dəfə gələn Rəsul idi. Rəsul içəri keçdikdə özündə olmayan Yasəməni gördü. Rüzgara 'bu nə iş burda'deyə baxış atdı.
Rüzgar gözü ilə 'sakit dur' işarəsi edib mətbəxə doğru göz vurdu. Yasəmən isə Rəsulun gəldiyini hiss etməmişdi. "Bu defəki dərdi nədi?" Rüzgar qəhvəni fincana töküb "Baharın dostu kimi görünən əclaf Səlim.."dedi. Rəsul "Onunla bunun nə əlaqəsi? Axı O oğlan sakit birinə bənzəyirdi"Rüzgar ya səbr çəkmiş kimi "Deməkki sakit deyilmiş.. Gəl gedək."deyib fincanıda götürüb Yasəmənin yanına keçdilər. Bu an yenədə qapı çalındı. Rüzgar əsəblə ayağa qalxıb "Görəsən indi kimdi?!" deyib qapını açdı. Qarşında isə gülərüz Baharı gördü. Rüzgar bu gün Baharı gözləmirdi.. Bahar "Nədi məni gördüyünə sevinmədin?"dedi. Rüzgar gülümsüməyə çalışıb "Yox Baharım kec içəri"deyib Baharı içəri dəvət etdi. Bahar içəri kecdikdə bir Rəsula birdə yarı yatmış, yarı oyanmış vəziyyətdə olan Yasəmənı baxdı. Yasəmən Baharı görəcək "Dostuna zəng elə oda gəlsin..."deyib qəh-qəhə çəkdi. Bahar anlamamış gözlər ilə Rüzgara baxıb 'nə deyir bu?'baxışı atdı. Rüzgar cavab vermək istəyərkən, Rəsul cəld davranıb "Səlimi nəzərdə tutur. Bizim qızın könlünə Səlim düşüb"deyib divana söykəndi. Baharın isə ağlına, bu gün bufetdə olduqları gün düşür. Yasəmən özü içə bilmədiyindən Bahar Yasəmənə yaxınlaşıb qəhvəni içizdirməyə başlayır. Əylənərək qəhvəni içən, Yasəmən divanın bir küncünə qısılıb gözlərini yumaraq yuxuya dalır. Daha sonra geriyə qalan, üçlü sənədlərə baxmağa başlayır. Bahar sənədlərə diqqətlə baxdıqda "Bu.. bu ola bilməz.."dedi

Bölümün Sonu...

Müəllif:İ.Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 251
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri