Susqunluğum (10-cu bölüm)

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 3 464
Səs ver:
(səs: 0)
Səhər anamgili yola saldıqdan sonra hazırlaşıb işə doğru yol aldım. Tıxaclı yollar, tələskən sürücülər insanı o qədər yorurdu ki, bura niyə döndüm deyə düşünmədən dura bilmirdim. Şirkətə çatıb içəri daxil olduğum da işim üçün nə qədər darıxdığımı başa düşmüşdüm. İşçilər məni görüb gülümsəyərək salamlaşırdılar...
-Əsma xanım xoş gəldiniz, necəsiz?
-Çox sağol Günay yaxşıyam. Qəhvəmi gətir və bu ay görülən işlərin qovluqlarını. İşimiz uzundu.
Otağıma keçib işə başladım. Artıq axşam idi və mən inanılmaz çox yorulmuşdum. Evə getmək üçün şirkətdən ayrıldığımda maşın sürəcək dərmanımın olmadığını anlayıb taksi ilə dönməyə qərar verdim. Bu gün Mahir ilə bir neçə dəfə danışmağa çalışsamda işi olduğnu deyib tez sağollaşmışdı. Bu fikirlərlə şirkətin önündə taksinin gəlməsini gözləyirdim.
-Hey qıvırcıq.
Başımı qaldırıb səsin gəldiyi tərəfə baxdım. Məndən bir neçə addım aralıdakı özünə məxsus xarizmatik duruşu və üzündəki şirin təbəssümü ilə dayanıb mənə baxan Mahiri gördüm. Gördüklərimin gerçək olub olmadığını ayırd edə bilmək üçün eynəyimi çıxarıb gözlərimi bir neçə dəfə qırpışdırdım.
-Mahir?
-Aycan.
-Demişdin 3 gün?
-Dayana bilmədim tez gəldim. İstəmirsənsə gedim?
-Dəli.
Qaçaraq Mahirin boynuna sarıldım və o an bütün yorğunluğum bədənimdən axıb getdiyini hiss etdim. 2 gündə nə çox darıxmışdım.
-Çox darıxdım sənsiz.
-Məndə qıvırcığım. Yan evin eyvanını daha da boş görməyə dayana bilmədim.
-Yaxşı ki, gəldin.
-Xoş gəldim amma ac gəldim, aclıqdan səni yeyə bilərəm... Əslində bu heç də pis fikir deyil.
-Yaxşı fikir deyil çünki məndə acam. Bəlkə restorana gedək?
-Gedək.
Taksiyə əylişib restoranlardan birinə doğru yol aldıq.
-Bir şey etiraf edim?
Mahirin məyus səsini eşidib baxışlarımı üzündə sabitlədim.
-Buyur,
-Bakı üçün çox darıxsamda geri dönmək fikrim yox idi daha doğrusu buna cəsarətim çatmırdı. Sənin həyatıma gəlişin mənim üçün çox şey ifadə edir. Sənin sevginin mənə verdiyi cəsarət ilə yenidən burda, məndən ailəmi alan küləklər şəhərindəyəm. Bakı çox dəyişib çox gözəlləşib amma yenə mənim içimdə bir qorxu var. Sanki bu şəhər məndən yenə nəsə alacaq.
-O zaman sevdiklərinə daha bərk sarıl.
Mahir çiynimdən tutub məni özünə sıxdı. Restorana çatdığımızda taksidən enib içəri daxil olduq. Masalardan birinə əyləşib sifarişlərimizi verdikdən sonra söhbətimizə davam etdik.
-Ev işini nə edəcəksən? Harda qalacaqsan?
-Gözəlim sən özünü niyə yorursan bunlara görə?
-Bilmək istəyirəm.
-Mən buraya gəlməyə qərar verdiyim gündən həll etməyə çalışıram. Burda dostlarım çoxdu, sağolsunlar köhnə evə alıcı və tam mənim istəyimə uyğun ev tapıblar. Qısa zaman içərisində hər şey qaydasında olacaq.
-Sevindim... Bəs bacın?
-Dəqiq ünvanını hələ bilmirəm.
-Öyrənəcəksən?
-Əlbəttə... İndi sən de görüm evlilik məsələsini həll etdinmi?
-Yox ailəm xaricə getdi danışa bilmədim. Qayıtdıqlarında danışacam.
-Əsma mən sənin adını başqa birinin adının yanında anılmasını istəmirəm. Ən qısa zamanda bu işi həll etməyə çalış, mən qarışsam heç yaxşı şeylər olmayacaq.
-Bilirəm. Atam gələn kimi danışacam.
Sifarişlərimiz gəldikdən sonra yeməyə başladıq. Kəntdə yaşadığmız günlərdən danışıb gülürdük. Bir anlıq sanki Turalın uzaqdan bizə tuşlanan sərt baxışını gördüm. Ətrafa boylansamda heç kimi görməyib, bunun bir növ göz yanılması olduğunu düşündüm. Yeməklər bitdikdən sonra bir qədər parkda gəzdik. Daha sonra Mahir məni evə ötürüb getdi.
Beləcə 3 gün keçmişdi... Hər axşam iş çıxışı Mahirlə görüşüb gəzir əylənirdik. Bir birimiz haqda hər gün yeni şeylər öyrənir, daha yaxından tanımağa çalışırdıq. Bu günlər ərzində Mahir köhnə evini satıb əvəzin yeni ev və bir maşın almışdı. Axşamdan danışıb yeni evin əşyalarını almaq üçün bərabər getməyi planlamışdıq. Mənə görə bu çox həyəcanlı idi çünki Mahirin evinin hər küncündə mənim izlərim olacaqdı. Səhər oyanıb şirkətə zəng vuraraq tapşırıqlarımı verdikdən sonra hazırlaşıb evdən çıxdım. Görüşəcəyimiz alış veriş mərkəzinə çatdığımda Mahir çoxdan gəlmiş və gözləməyə başlamışdı.
-Tənbəlliyindən heç əl çəkmə.
Yerimdə dayanıb baxışlarımı yerə dikdim.
-Əsma, bağışla.
Mahir yaxınlaşıb əlimdən tutmağa çalışsa da əlimi geri çəkib başımı yana çevirdim.
-Əsma, gözəlim bağışla.
İnciməmişdim... Sadəcə Mahirin bu vəziyyətdə nə edəcəyini görmək istəyirdim. Mənim səssiz dayandığımı görüb çənəmdən tutaraq başımı xəfifcə özünə tərəf çevirdi. Bir qolunu belimə dolayaraq məni daha da özünə tərəf çəkib dodaqlarıma zərif öpüş qondurdu. Bu ilk ağlımı başımdan almağa yetmişdi. Mahir ilə yaşadığım hər hadisə yaddaşımın əsla silinməyəcək küncünə həkk olunurdu. Bu ilk öpüşdə onlardan biri idi. Mahir alınını alınıma dayayıb asta səslə soruşdu.
-Bağışladın?
-Küsməmişdim ki.
-Ay səni şeytan.
Hər ikimiz gülümsəyərək alış veriş mərkəzinə daxil olub əşyaları seçməyə başladıq. Seçdiklərimizin bir gün sonra evə göndərilməsini bildirdikdən sonra yemək üçün restoranlardan birinə üz tutduq. İçəri daxil olub masalardan birinə əyləşərək sifarişlərimizi verdik.
-Nə yorucu işlərmiş. Heç belə düşünməmişdim.
-Mənim qıvırcığım çox yoruldu deyəsən?
Başımı razılıq mənasında yelləyib dilləndim.
-Əslində hər zaman deyirdim kaş anam əşyaları dəyişdiyi zamanlarda bizimdə fikrimizi soruşasa ancaq bu gün onun bu işi bizim öhdəmizə buraxmadığı üçün sevinirəm.
-Onda sən indidən enerji topla, evləndiyimizdə evimizin hər işi sənin öhdəndə olacaq.
İlk dəfə Mahir evlilik haqda cümlə qurmuşdu və bu mənim ağzımın qulaqlarıma çatmasına səbəb olurdu. Sifarişlərin gəlməsi ilə özümü ələ alıb yeməyə döndüm. Doyduqdan sonra qalxıb restorandan ayrılaraq maşına yaxınlaşdıq.
-Əsma, mənim bir neçə işim var. İstəyirsən sən yorulma səni evə ötürüm?
-Mən səninlə qalmaq istəyirəm.
Qəmgin ifadəmə Mahirin dayana bilməyəcəyini bilirdim. Yaxınlaşıb məni bağrına basdı. Rahat olduğum tək yerdən məni Mahirin telefonunun səsi ayırdı. İlk dəfə texnalogianın varlığına nifrət edirdim.
-Bəli.
-....
-Ünvanı göndərin zəhmət olmasa.
-....
-Aydındı sağolun.
Mahir gözlərini üzümə zillədi. Baxışlarındakı qəribə ifadə məni qorxudurdu.
-Mahir nə olub?
-Bacımın ünvanı.
O, heybətli güclü görünən adam bir anlıq sanki susqunlaşıb bulud kimi doldu. Bir əlimlə əlini tutub digər əlimi yanağına toxundurdum.
-Mahir, canım yaxşısan?
-Onu görməliyəm.
-Əlbəttə canım.
-Məni tək qoyma.
-Yaxşı canım... İstəyirsən maşını mən idarə edim?
Mahir başını razılıq mənasında yelləyib maşına mindi. Mən isə sükana keçib maşını işə saldım. Mahirin həyəcanı hər halından sezilirdi. Pəncərdən çölə baxaraq özünü sakitləşdirməyə çalışırdı.
-Canım, bacının adı nədi?
Mahir mənə baxıb gülümsədi.
-Mahirə.
Qeyd olunan ünvana çatıb qapının önündə dayandıq. Mahirin həyəcandan əlləri titrəyirdi. İlk dəfə idi onu bu qədər məyus halda görürdüm və bu məni çox üzürdü. Daha əvvəl gəlmədiyi üçün yaşadığı peşmanlıq açıqca sezilirdi.
-Yaxşısan?
Mahir çiynini çəkib qapının zəngini basdı. Qapı arxasında ayaq səslərini eşitdildiyində onun əlimi sıxması, gözlərimi üzünə sabitləməyimə səbəb oldu. Mahir o qədər gərgin idi ki, üzündə heç bir əzələ tərpənmirdi. Qapı açıldığı an hər ikimiz baxışlarımızı qapıda duran xanıma yönəltdik. Budur... Mahirin bir kopyası yəni Mahirə xanım qarşımızda dayanmışdı. Necə də bənzəyirdilər, sanki bir almanın iki yarısı idilər.
-Buyurun?
Mahirə xanımın sual dolu baxışları qarşısında biz səssiz dayanmışdıq. Başqa anadan olan bacı qardaş arasındakı bu bənzərlik məni çaşdırmışdı.
-Kimsiniz?
Mahirə xanım çaşğın bir ifadə ilə gözlərini Mahirdən çəkmədən növbəti sualını ünvanladı.
-Mən.... Ma.... Mahir.... Mahir Muradov.
Özünü o qədər çətinliklə ifadə etmişdi ki... Göz yaşları Mahirə xanımın yanaqları boyunca süzülərkən o, başını yana əydi.
-5 ildi səni gözləyirəm.... Niyə gəlmirdin?
Mahir donmuş kimi baxırdı. Nə bir söz, nə də bir reaksia sadəcə baxırdı. Mahirə xanım qollarını Mahirin boynuna doladı. Ancaq Mahir yenə tərpənmirdi. Əlimi tutan əlini yavaşca qaldırıb Mahirə xanım kürəyinə qoydum və mənə zillənən susqun gözlərindəki damlanı silib gülümsədim.
İçəri daxil olub evi süzməyə başladım. İki otaqlı evin içərisində çox az əşya vardı. Divar kağızı bir çox yerdən qopmuş, qopan yerləridə rütubətdən qaralmışdı. Oturduğumuz köhnə divan və yemək masasından başqa otaqda heçnə yox idi.
-Mənim varlığımdan çoxdan xəbərin vardı?
Nəhayət Mahir səssizliyi pozub dilləndi.
- Uşaq idim... Atam evə çox gec gec gəlirdi, iki üç aydan bir. Anamdan səbəbini soruşanda işi olduğunu deyirdi. Böyüdükcə anamla hər gün dava etməyə başladım. Bu necə iş idi ki, mənidə görməyə gəlmir. Daha sonra anam xəstələndi. Xərçəng... Tək istəyi mənim evləndiyimi görmək idi. O zamanlar yoldaşımla təzə tanış olmuşduq. Evləndik və bura, anamın yanına yerləşdik. Anamın vəziyyəti getdikcə pisləşirdi. Son günlərində sənin varlığından bəhs etdi. Qardaşın gələcək, sənə sahib çıxacaq dedi. Daha sonra dünyasını dəyişdi.
-Atam gəldimi?
-Bir iki dəfə gəldi amma heç danışmaq fürsətimiz olmadı. 1 il sonra qəzetdə ölüm xəbərni gördüm. Təsəvvür edirsən? Atamın ölüm xəbərini qəzetdə oxudum. Məzarı hardadır onu belə bilmirəm. Tamamən kimsəsiz idim ona görə hər zaman sənin yolunu gözlədim.
Mahir bacısının əlini sıxdı.
-Bağışla ki, gecikdim... Əsma olmasa daha da gecikərdim.
Mahirə xanım mehriban baxışlarını mənə yönəltdi.
-Allah səndən razı olsun.
Söz deməyə gücüm çatmadığı üçün gülümsəməklə yetindim.
-Əslində ilk başlarda sənə çox qəzəbli idim, atamı məndən aldığını düşünürdüm ancaq zamanla anladım ki, əsas mən almışam səndən atamı. Bağışla məni.
Mahir bacısını bağrına basıb saçlarına öpüş qondurdu.
-Həyat yəldaşın hanı?
-Yol qəzasında itirdim onu. 2 il oldu.
-Uşağınız varmı?
-Bir qızım bir oğlum var. İçəridə yatırlar.
-Başqa qohum əqraba, yoldaşının valdeyinləri... Heç kim yoxdurmu?
-Yoldaşım kimsəsiz idi, elə məndə... Anamı 6 ildi itirmişəm... Sonra atam... Sonra yoldaşım... İki uşaqla qaldım.
-Bəs necə dolandın?
-Evin əşyalarını satırdım yavaş yavaş. 1 ay əvvəl tanımadığım bir qadın parkda qızımı görüb və ona telefon nömrəsini verib ki, anana de bizə zəng vursun. Məndə zəng elədim, məni işə düzəltdilər. Uşaq baxçasında xadimə işləyirəm, uşaqlarımı da aparıram.
-Allah o, qadından razı olsun.
O an sanki yuxudan oyandım. Gözlərimi iri açıb Mahirə xanıma zilləyərək sualımı ünvanladım.
-Qızınızın adı nədi?
-Qəmzə.
Eşitdiyim ad dayanmadan qulağımda əks səda verirdi. İnana bilmirdim olanlara... Əlimi ağzıma tutub özümü ələ almağa çalışırdım. Alın yazısına inanan biri idim və bunlarında alın yazımızın bir parçası olduğunu düşünürdüm. Demək o kəndə getməsəydim də Allah Mahirlə məni mütləq bir araya gətirəcəkmiş.
-Əsma.
Səs gələn tərəfə döndüyümdə Qəmzə qapının kandarında dayanıb mənə baxırdı. Onun təbəssümü... Allahım mən 1 aydır Mahiri kiməsə bənzədirdim. Eyni təbəssüm... Artıq göz yaşlarımı tuta bilmirdim. Qaçaraq Qəmzəyə sarıldım.
-Qızım sən Əsmayı hardan tanıyırsan?
-Ana mənə don alan bacı budur.
-Mənim iş tapmağım... Aman Allahım... Nə deyim bilmirəm.
Qəmzədən ayrılıb Mahirə xanıma sarıldım.
-Heç nə deməyin.
Mahirin mənə tərif olunmaz baxışı utanmağıma səbəb oldu. Başımı əyib masaya keçərkən Mahir əlimi tutub qulağıma əyilərək pıçıldadı.
-Mənim qıvırcığım bir mələkmiş.
Mahir Qəmzənin qarşısında əyilərək əlini uzatdı.
-Salam mən Mahir. Sənin dayın.
-Anam demişdi dayın gələcək. Gəldin?
-Gəldim. Burdayam artıq...

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 464
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri