Susqunluğum (4-cü bölüm)

Müəllif: Love Angel
Şərhlər: 7
Baxılıb: 3 941
Səs ver:
(səs: 0)
Evə gəlib duş aldıqdan sonra marketə getmək üçün hazırlaşmağa başladım. Əynimi geynib çantamı götürərək evdən çıxdım və maşının yanında dayanan Mahiri görüb üz gözümü turşutdum.
-Artıq əminəm sən məni izləyirsən. Qurtuluş yoxdu deyəsən.
Gülümsəyib mənə tərəf addımladı.
-Marketə gedəcəm olar sənlə gəlim?
-....
-Yaxşı yaxşı elə baxma gəlmirəm. Onda mümkünsə mənə lazım olanları deyim sən al.
-Necə? Sənin üçün alış veriş edəcəm?
-Çox deyil bir neçə boy mismar birdə ki, iki rəng boya.
-Off... Keç maşına.
Maşına əyləşib mərkəzə doğru yol aldıq.
-Çox yavaş sürürsən, inşAllah axşama çatarıq.
Mahirin istehzalı sözləri məni cin atına mindirirdi.
-Bəyənmirsənsə düş özün get.
-Sən niyə bu qədər tərssən qıvırcıq.
-Adım Əsmadı... Əs-ma.
-Bilirəm ama mən qıvırcıq deyirəm.
-Niyə?
-Çünki mən sənin ilk saçlarını gördüm. Nə adını bilmirdim, nə üzünü görmədim.
-Necə?
-Yıxılmışdın.
-Aha demək kəndin dəlisi sənsən.
-Başa düşmədim?
Dünən olanları xatırladıqca gülməyim gəlirdi.
-Yıxılan birinə kömək edərlər, etmədiyin üçün düşündüm ki, kəndin dəlisisən.
-Əllərim dolu idi ona görə kömək edə bilmədim. Bir daha yıxıldığında kömək edəcəyimə söz verirəm.
-Ağzını xeyirliyə aç.
-Kəntdə mənə "təmiz ürəkli Mahir" deyirlər. Dedyim olur ehtiyatlı ol.
Mahirin zarafatları məni gülümsədirdi.
-Başqa nə işlə məşğul olursan?
-Memaram mən.
-Doğurdan? Bəs niyə burda yaşayırsan?
-Böyük şəhərlər mənə görə deyil... Bax ora- əli ilə arxada qalan kəndi göstərib davam etdi -Balaca yerdir, insanları sadə, dərdləri özü kimi balaca amma böyük şəhərlər elə deyil.
Anladığım qədəri ilə Mahirin dərdi böyük idi, həmdə bunlar şəhərdə yaşanmışdı.
-Sözlərində doğruluq payı çoxdu.
-Çox deyil tamamı doğrudur.
-Özündənrazı...
-Məndə Mahir.
-Necə dolanırsan burda?
-Bir neçə şirkətlə müqaviləm var, layihələrimi onlara satıram.
-Başa düşdüm. Niyə bura?
-Anam buralıdı. Məndə yaşamaq üçün məhz buranı seçdim.
-Bəs ailən harda yaşayır?
-Nə çox sual verdin? Həm çatdıq.
Xəfifcə gülümsəyib maşını saxladım. Çox sual verdiyimin fərqində deyildim ona görə utanmışdım. Marketə girdiyimdən bəri buralı olmadığımın anlamış olacaqdılar ki, hər kəs mənə yad planetli kimi baxırdı. Bu baxışlar altında güclədə olsa alış verişimi bitirib marketdən çıxdım. Mahir bəy ortalıqda görünmürdü yəqin mismar seçə bilmirdi. Başımı yelləyib maşını baqajını açdım.
-Mən sizə kömək edim.
Arxamı döndüyümdə üzündəki sırtıq gülüşlə mənə yaxınlaşan adamı gördüm.
-Sağolun ehtyac yoxdu.
-Sizin kimi gözəlin, ağır torbalar qaldırması heç düzgün deyil.
Oğlan yaxınlaşıb əlimdəki torbanı çəkişdirərkən bilərəkdən əlimə toxunmasına, ani olmuş kimi reaksiya verirdi. Onun bu yeniyetmə davranışları mənim olan qalan əsəbimi tarıma çəkirdi.
-Elcan...
Mahirin sərt səsinə ikimizdə geri döndük. Üzüdə ən az səsi qədər gərgin idi.
-Xanım ehtyac olmadığını dedi.
Oğlan tez əlini geri çəkib yanımızdan uzaqlaşdı.
-Gedə bilərik?
Onun səsindəki əsəb notlarını başa düşmürdüm.
-Nə olub? Mənə niyə belə davranırsan?
-Olmaz ki, biraz abırlı geyinəsən? Bura şəhər deyil, kənd yeridir.
-Nə varmış mənim geyimimdə?
Cins şalvar və qısa, göbəyi açıq kofta. Hələ üstünə çox açıq görünməsin deyə uzun jaketdə geymişdim.
-Nə yoxdur deməli idin.
-Sən... Sən...Həqiqətən kəndin dəlisisən.
Mahir heç nə demədən maşına mindi. Məndə dərin dərin nəfəs alıb özümə gəldikdən sonra maşını işə salıb evə doğru yol aldım. Heç birimiz dinmirdik, o qədər əsəbi idim ki, az qalırdım "düş aşağı" deyə bağıram amma bu əsl mədəniyyətsizli
k olardı. Evə çatıb baqajı açaraq torbaları çıxarmağa başladım.
-Kömək edim.
Mahirin biraz əvvəl ki, əsəb dolu səsindən əsər əlamət qalmamışdı. Mülayim bir tonda sözünü deyib əlini torbalardan birinə uzatdı. Torbanı geri çəkib sərt baxışlarımı üzünə zillədim.
-Lazım deyil.
Mahirin üzgün simasını görməzdən gəlib aldıqlarımı evə daşımağa başladım. İncimişdim onun sözlərindən çünki mən hər zaman hər şeyə diqqət edən biri idim ona görədə bu sözlər məni incitmişdi.
-Çox sağol.
Sadəcə başımı yelləməklə yetindim, onu eşitmək belə istəmirdim. İti addımlarla evə qalxıb qapını bağladım.
-Axmaq sən kim olursan... Geyimimə qarışacaq son insan belə deyilsən... Kəndin dəlisi... Kütbeyin.
Deyinə deyinə otaqda var gəl edirdim ancaq heç cürə sakitləşə bilmirdim. Ərzaqları soyuducuya yerləşdirib divana oturdum və dünəndən bağlı olan telefonumu açdım. Atamdan eləcə də anamdan sayısız zəngləri görməyim bir növ şok keçirməyimə səbəb oldu. Ailəm üçün çox darıxmışdım.
-Ana.
-Əsma qızım haralardasan sən, çox narahat olduq telefonunda bağlıdı.
-Ana elə danışdın elə bil bir aydı yoxam.
-İçimə sinməmişdi gedişin, telefonuna zəng çatmayanda da lap narahat oldum.
-Narahat olma ana hər şey yaxşıdı.
-Hardasan indi?
-Mən?
-Hə sən.
-Şey... Mən... Türkiyədə.
-Yaxşı qızım. Telefonunu açıq saxla.
-Baş üstə ana.
Yalana əl atmışdım... Əslində buna məcbur idim çünki ailəmi tanıyırdım mənim Azərbaycanda olduğumu bilsəydilər evə döndürmək üçün əllərindən gələni edəcəkdilər yada, böyük ehtimal Sahili yanıma göndərəcədilər. Anamla sağollaşdıqdan sonra, şirkətə zəng vurdum.
-Buyurun Əsma xanım.
-Günay şirkətdə vəziyyət necədi?
-Hər şey tapşırığnıza uyğun davam edir Əsma xanım.
-Bəs Qəmzənin anası əlaqə yaratdımı?
Onlarla niyə bu qədər maraqlandığımı heç cürə anlaya bilmirdim amma gördüyüm gündən bəri Qəmzə bir an belə ağlımdan çıxmırdı.
-Bəli zəng vurmuşdu, tapşırığınız üzərə özüm maraqlandım. Bu gündən etibarən uşaq baxçasında xadimə olaraq işə başladı.
-Aydındı Günay sağol.
Danışığı sonlandırdıqdan sonra ayağa qalxıb mətbəxə keçdim. Nə bişirəcəyimi bilmirdim çünki yemək bişirməyi bilmirdim. Çox düşünməyib makaron, yanında salat hazırlamağa başladım. Yeməklər hazır olduqdan sonra eyvanda süfrəni qurub hazırladıqlarımı düzdüm. Təmiz havada iştahla yemək yeyərkən yan evdən mənə baxıb gülümsəyən Mahiri gördüm.
-Yavaş ye boğularsan.
-Narahat olma.
Hələdə əsəbi idim... Əslində onun sözü məni niyə bu qədər incitmişdi bilmirdim.
-Mən kobudluğum üçün üzr istəyirəm.
Eşitdiklərim həqiqət idi? Ayağa qalxıb eyvanın başına doğru addımladım və qollarımı qoynumda birləşdirərək gözlərimi Mahirə zillədim.
-Yaxşı eşitmədim?
-Dedim ki, kobudluq etdim bağışla.
-Düşünməliyəm.
Mahir gülümsəyib başını sağa sola hərlədi.
-Şansını zorlama qıvırcıq.
-Yaxşı yaxşı 1 aylıq olsada qonşuyuq. Mehriban olmalıyıq, bağışladım.
-Əlbəttə mehriban olmalıyıq.
Heç bir söz demədən masaya dönüb yeməyimə davam etdim. İçim çox rahatlamışdı, sevimli qonşumun səhvini anıamış olması sevindirmişdi məni. Yeməyimi bitirdikdən sonra eyvan keyfimə çay süfrəsi ilə davam etdim.
-Salam qızım.
Eşitdiyim səsə başımı qaldırıb baxdığımda Məlahət xanımın gülümsəyən siması ilə qarşılaşdım.
-Salam, xoş gəlmisiz Məlahət xanım.
Məlahət xanım oturduqdan sonra onun üçün süzdüyüm çayı masaya qoydum.
-Buyurun Məlahət xanım.
-Qızım adın nədi sənin?
-Əsma.
-Əsma mənə Məlahət xala de həm rəsmiyyətidə yığışdır... Razılaşdıq?
Onun səmimiyyəti qarşısında razılaşmamaq mümkün deyildi.
-Razılaşdıq Məlahət xala.
-Bax belə... Buraları bəyəndinmi?
-Çox bəyəndim.
-Nə qədər qalacaqsan?
-1 ay.
-Nə vaxt darıxsan qonağım ol gözəl qızım.
-Çox sağolun xala.
-Məlahət xala necəsən?
Səs gələn tərəfə baxdığımda gülümsəyərək bizə tərəf gələn Mahiri gördüm.
-Sağol oğlum yaxşıyam, sən necəsən?
-Sağol məndə yaxşıyam.
-Necə yola gedirsən qonşunla? İncitmirsən ki, Əsma qızımı?
-Mən heçnə eləmirəm xala ancaq qonşum elə ilk gündən məni incidir.
Onun sözləri məni cin atına mindirmişdi. Ayağa qalxıb irəli bir neçə addım atdım.
-Mən sənə nə etmişəm?
Mahir iti addımlarla eyvana qalxıb mənimlə üz üzə dayandı.
-Haradan başlıyım?
-İstəyirsən mən başlıyım?
-Başla görək.
-Uşaqlar dalaşmayın.
Bu an heç birimiz Məlahət xalanı eşitmirdik.
-Mən yıxılmışdım, sən isə kömək etmək əvəzinə axmaq axmaq sual verirdin "qıvırcıq yerdə nə edirsən"(səsim qalınlaşdırıb ağzımı əyərək Mahiri yansılamağa çalışırdım).
-Birincisi əlim dolu idi, ikincisi də qıvırcıq səni mən yıxmamışdım ki, mən qaldırım. Düz yolda gedə bilməməyinin cəzasını niyə mən çəkməliyəm?
-İnsanlıqdan.
-Yaxşı bəs oğru məsələsinə nə deyək qıvırcıq xanım?
-Heç nə deməyək çünki mən evi boş bilirdim.
-Açıqlaman budur?
-Hə.
-Bəs o çubuq mənə dəysəydi?
-Keşgə...
-Dodağının ucunda mızıldanma, bərkdən de sözünü.
-Deyrəm ki, əsas odur dəymədi həm ehtimalları dəyərləndirəcək olsaq... Bəlkə mənə yıxılanda nəsə olurdu?
-Olmadı, turp kimisən.
-Səndə turp kimisən.
Hər ikimiz səs tonumuza fikir vermədən danışırdıq və getdikcə bir birimizə daha çox yaxınlaşırdıq hətta nəfəs nəfəsə dayanmışdıq. Ətrini hiss edirdim... Qəribə ətri vardı həm sərt həm də yumşaq sanki təbiət qoxurdu. Bu çox qəribə idi və məni bihuş edirdi. Daha əvvəl heç bu cür ətir duymamış olmağıma baxmayaraq o qədər doğma gəlirdi ki... Yavaşca başımı qaldırıb Mahirə baxdım. Gözlərini qırpmadan baxırdı mənə, elə məndə ilişib qalmışdım onun baxışlarında. Özümü ələ alıb bir addım geri çəkilərək masaya döndüm.
-Mən haqlıyam..... Məlahət xala?
O, yox idi... Ətrafa boylansamda onu heç bir yerdə görməyib yenidən baxışlarımı Mahirə yönəltdim.
-Məlahət xala hanı?
-O, qədər danışdın ki, qadın başını götrüb qaçdı.
-Sən özünə bax.
-Bir şey soruşacam olar?
-Buyur.
-Gecələr çənə əzələlərin ağrıyır?
-Səni öldürəcəm.... Kəndin dəlisi.
Masadan götürdüyüm çay qaşığını ona tərəf atdım. Mahir gülərək qaşığı havada tutub təkrar masaya qoydu.
-Sən niyə bu qədər tərssən qıvırcıq?
Sualını ünvanlayıb arxasını döndü və gülümsəyərək uzaqlaşdı. Mahir getdikdən sonra yavaşca oturacağa çökdüm. Mən bu qədər tərs biri deyildim... Mənə nə olmuşdu? Mən ki, ailənin susqun, valideyinlərinin sözündən çıxmayan və dindirməsən danışmayan qızı idim. Ancaq indi ailəmin bilmədiyi bir yerdə tətildə idim və üstəgəl onlara yalan danışırdım. Bu da yetməz kimi Mahiri ilk gördüyüm andan bəri, onu harada görsəm dalaşırdım hətta ağız dalaşına girmişdim bir az əvvəl. Bu olanlar ilk dəfə yaşanırdı və bu bütün bunların tək bir açıqlaması vardı. Mən böyüdüyümün indi fərqinə varıram...

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 941
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri