Cənnətin ətri (10-cu bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 895
Səs ver:
(səs: 0)
Olanların üstündən bir xeyli müddət keçmişdi. Evimizdə bayram ab-havası hökm sürürdü. Anam mənim üçün Nərminə elçi getməyə hazırlaşırdı. Ar- tıq xeyir iş üçün onların qapısına gələcəyimizi xəbər etmişdik. Geriyə yalnız elçi getmək qalırdı. Özümü çox xoşbəxt hiss edirdim. Axır ki, istədiyimə nail olacaqdım, Nərminlə evlənəcəkdim. Təkcə qorxum Nərminin valideynlərinin bu işə razı olmayacağı idi.
Anam:
– Bakıda evin də var, işin də, niyə verməsinlər? – deyərək mənə təskinlik verirdi. Özü də elə ürək rahat- lığı ilə deyirdi ki, sanardın bəlkə nəsə bildiyi var. Mən də biçarə aşiq anamın sözü ilə ürəklənərdim.
İki gün sonra atam, anam, qardaşımın yoldaşı və qonşumuz, çoxbilmiş Bəsirə xala maşına əyləşib Nər- mingilə yola düşdülər. O gün heç olmadığım qədər həyəcanlı idim, Nərminin ata-anasının razı olmayaca- ğı qorxusu bütün fikrimi əlimdən almışdı. Bizimkilər ünvana çatanadək Nərmin tez-tez zəng edib, – harda qaldılar? Gəlirlər? – deyə soruşduğunda – harda olsa- lar çatarlar, – deyə cavab verirdim. Nərmin yenə zəng edib:
– Gəldilər, evdə oturub söhbət edirlər, mən çay ha- zırlayıram, bizimkilər özlərin naza qoyub,
– dedi.
– Necə? Bəs dedin anamla danışmışam, o da atamla danışıb, verəcəklər. İndi nə oldu bəs?
– Hə danışmışam, mənə elə demişdilər, indi özlərin naza qoyublar.
– Birdən verməsələr, onda necə?
– Narahat olma, “qız evi, naz evi” yalandan demə- yiblər ki, day telefonu söndürürəm, çay aparmalıyam.
– Yaxşı, xəbər gözləyirəm səndən.
– Yaxşı, narahat olma, hələlik, öpdüm, – deyib tele- fonu söndürdü.
Ürəyim partlayırdı. Binanın həyətində bir əlimdə siqaret, bir əlimdə telefon var-gəl edərək qayınatam və qayınanam olacaq insanları ürəyimdə söyürdüm. Bu vaxt telefonuma zəng gəldi, həyəcanla telefona baxdım. Zəng edən Rauf idi. Telefonu açıb:
– Alo, salam Rauf, necəsən? Nə var, nə yox? – de- dim.
– Salam, qardaş, yaxşıyam, sağ ol, sən necəsən?
– Mən də yaxşıyam, çox sağ ol, işlər necə gedir?
– Yavaş-yavaş, şükür Allaha, özünü necə hiss edirsən? Yenə çəliklə gəzirsən?
– Yaxşı, şükür, çəliyi bu gün atdım, əvvəlki kimi- yəm, qəzaya düşməmişdən əvvəlki kimi.
– Hə, əladı ki, həmişə belə. Elçi işi nə oldu? Nə xəbər? Nişanlandın?

– Elə mən də xəbər gözləyirəm, bizimkilər elçiliyə gedib, görək nə xəbərlə gələcəklər.
– Nə xəbərlə gələcəklər ki, verəcəklər, yaraşıqlı oğ- lansan, sənə verməyib kimə verəcəklər ki?
– Yaraşığa baxan var? Day məni bağışla, zəng edim görüm nə oldu, sonra danışarıq, özünə yaxşı bax.
– Oldu, qardaşım, hələlik, özünə yaxşı bax, – deyib telefonu söndürdü.
Saata baxdım, iyirmi üç dəqiqə keçmişdi. Amma nə anamdan, nə də Nərmindən zəng gəlirdi. Mən “yəqin verməyiblər, versə idilər zəng edib xəbər edər, muştu- luq istəyərdilər” – deyə düşünürdüm. Siqaret çəkərək telefonu oynadır, zəng etməyə qorxurdum. “Birdən pis xəbər aldım, onda necə olacaq?” – fikri ilə qurca- landığımda Nərmindən zəng gəldi. Telefonu açar-aç- maz:
– Hə, nə oldu? – deyə soruşdum. O sevinclə söylədi:
– Verdilər.
Ürəyim sakitləşdi və gözlərim gülməyə başladı, onun sözünü təkrarladım:
– Verdilər! Şükür Allaha, day ürəyim partlamışdı.
– Çox sevinirəm, Rasim, yenə zəng edəcəyəm sənə, hələlik, – deyib telefonu söndürdüyündə anam zəng etdi. Telefonu açdığım an anam:

– Allah xoşbəxt etsin bala, yarıyanlardan olasan, al- dıq qızı, – dedi.
Mən utanırmış kimi:
– Çox sağ ol, ana, – dedim. Ardınca bir xeyli də xe- yir-dua verdi və mən elə – çox sağ ol, ana – dedim, çünki başqa nə deyəcəyimi bilmirdim.
Bir neçə gün sonra nişan etdik. Qonşu rayonda, onların evində qeyd olunan kiçik bir nişan oldu bi- zim nişanımız. Səssiz oldu, nə bir aşıq gəlmişdi, nə də hansısa musiqi aparatından səda vardı. Nərminin anası bacısı qızı Səidənin ölümünə görə belə olmasını istəmişdi. Belə olması mənim də ürəyimcə olmuşdu.

***
Nişanlandıqdan on üç gün sonra Bakıya qayıtdım, daha sağalmışdım, heç qəzaya düşməmiş kimi sağal- mışdım. İçərişəhər ətrafında yerləşən iş yerimə gedib əvvəlki işimə başladım. “Səssizlik” adlı böyük pub- da barmen vəzifəsi məni gözləyirdi. Müdir işə qayıt- mağıma çox sevinmişdi. Onun ən yaxşı işçilərindən biri idim. Çünki rus, ingilis dillərində danışmaq, müştərilərlə yaxşı ünsiyyət qurmaq bacarığım var idi. Həm də içkiləri qarışdırıb ortaya yeni təamlar çıxarmağı bacarırdım. Bunu necə etdiyimi bilmirdim, sadəcə qarışdırır və digər barmenlər kimi çalxalayırdım, amma bu məndə yaxşı alınırdı. Daimi müştərilər də məni çox sevirdi. Onlar da geri dönməyimə çox sevinmişdilər. Hamıdan çox özüm sevinmişdim bu- na. Axşamçağı saat dörddə işə gedir, gecə saat ikidə işdən ayrılırdım. Maaşım səkkiz yüz manat idi, dövrə görə pis maaş deyildi. Hələ müştərilərin verdiyi karlı bəxşişləri maaşa aid etmirəm. Elə imkanlı müştəri var idi ki, enerji içkisi və viski qarışığına görə əlli manat, bəzən yüz manat bəxşiş verirdi. Ayda ən azı dörd yüz- dörd yüz əlli manat bəxşişdən qazanırdım. Gündəlik xərclərimi elə bəxşişlərdən əldə etdiyim məvaciblərlə çıxarırdım.
Daha həmin zamanlar nişanlı bir oğlan idim, xərclərimə, pullarıma fikir verməli idim. Əvvəlki Ra- sim olsa idim, önümdə əyləşən xanımlara ya tekilla, ya da viski süzərdim və pulunu almazdım. Daha si- mic, xəsis olmalı idim. Yubkası qısa, ayaqları çöldə olan qadınlara qarşı hislərimi cilovlamalı, acgözlük etməməli idim.
Nişanlandıqdan sonra Nərmin hər gün azı yed- di dəfə zəng edib nə etdiyimi, puba qızların gəlib- gəlmədiyini soruşardı. Mən də həmişə “əşi, nə qız? Bura ancaq bığı burma kişilər gəlir, qızlar da ancaq oğlanlarla gəlir, o da ayda bir dəfə ola-olmaya” – de- yirdim. Məndən daha xoşbəxtinin olmadığını sanırdım. Sevdiyim qızla nişanlanmışdım, evim vardı, işləyirdim, özü də yaxşı maaşla. Müdirim xətrimi istəyirdi, iş yoldaşlarım məndən razı idi. Elnur hər dəqiqə gəlib kef-əhvalımı soruşub gedərək başımı xa- rab edirdi. Gecə saat ikidə işdən çıxıb evə qayıdardım. Evə çatan kimi yatağa girib yatır, səhər saat on bir- on ikidə oyanırdım. Zəng edib uzun-uzadı mənasız söhbətlərlə Nərminlə danışır, bir az evdə vaxt ke- çirib yenə işə gedirdim. Arada Rauf gələr, onunla oturardım. Bəzən marixuana gətirər, birlikdə çəkib hallanardıq. Sonra hallı-hallı işə gedər, müştərilərlə məzələnərdim. Bazar günləri Nərmini götürüb şəhərə çıxardım. Çoxlarının inanmadığı Tanrıdan daha nə istəyəcəyimi bilmirdim. Tanrı üçün böyük arzula- rı olmayan, sıradan bəndələrdən biri idim. İmkanlı müştərilər kimi həftədə yeni maşınla, yeni bir qızla gəzməyi arzulamırdım. Sadəcə bir qadınla, Nərminlə yaşamaq kifayət edirdi. İşləyib maaşımı toplayaraq maşın almaq arzum vardı sadəcə. Yaşadığım həyat, ürəyimdəki bir arzu mənə yetirdi.

***
Bazar günlərindən biri idi. Nərmini götürüb park- bulvara sinemaya getmişdim. Romantik olsun deyə qorxu filmi seçmişdim. İstəyirdim ki, filmdə qorxulu epizod gələndə o qorxaraq məni qucaqlasın və mən qorxmaz kişi kimi ona “qorxma, filmdi, yalandı” – de- yim.
Bilet almaq üçün növbəyə durduq. Orta sıralardan iki yer seçib popkorn və su alaraq film izləyəcəyimiz zaldakı filmin bitməsini gözlədik. Bir neçə dəqiqə sonra tamaşaçılar zalı tərk etdi və biz gedib öz sıra- mızda əyləşərək izləyəcəyimiz filmin başlanmasını gözlədik. Bu vaxtı iki qız əyləşdiyimiz sıraya yaxın- laşıb, əllərindəki biletlərin nömrələrinə baxaraq keçib sağ tərəfimdə oturdular. Yanımda qızların oturduğu- nu görən Nərmin:
– Gəl yerimizi dəyişək, – dedi.
Onun niyə belə söylədiyini bildiyim üçün qəsdən:
– Niyə? Yerim çox rahatdı, – dediyimdə sanki beyni oynadı yerindən, gözlərini bərəldib səsini boğaraq:
– Sənə deyirəm, dur, yerimizi dəyişək, – deyə üzə- rimə çımxırdı. Səs-küy salmasından qorxaraq:
– Yaxşı, – deyib yerimi ona verdim. Bir az sonra sol tərəfimdə üç qız əyləşdi. Nərminin ürəyinin part- ladığını hiss edə bilirdim. O gah filmə, gah da so- lumda əyləşən xanımlara baxırdı. Solumda əyləşən qızlar sanki çimərliyə gəlmişdilər, əsas yeri örtən qara qısa yubkada və döşlərin arasını açıqda qoyan dar köynəklə. Nərminin bunlara ürəyinin partlaması təbii idi. Oturacağımın sol yanındakı yuvarlaq boş- luğa içdiyim suyu qoymuşdum. Peşman olub dönüb götürmək üçün suya tərəf baxdım. Nərmin qolumdan çimdik götürüb:
– Hara baxırsan? – deyə qəzəbli tərzdə soruşdu.
Sudan bir qurtum içib, gülə-gülə:
– Suyu götürürdüm, – dedim. O:
– Yalan deyirsən, – deyib qaşlarını çataraq əsəblə filmi izləməyə davam etdi. O beş-altı dəqiqə əsəblə filmi izlədikdən sonra:
– Kino maraqsızdı, ürəyim sıxılır, dur gedək, – dedi.
Mən sadəcə:
– Yaxşı, – deyərək ayağa qalxdım. Para qalmış pop- korn qutusunu və suyu götürərək sinema zalını tərk etdik. Dənizkənarı bulvarda gəzişdiyimizdə Nərmin deyinməklə məşğul idi. O mənə sol tərəfimdə oturan qızın ayaqlarına baxdığımı deyirdi. O qızın ayaqlarına baxsam da and-aman edərək belə bir şey olmadığını deyirdim. Nərminsə israrla baxdığımın üstündə da- yanmışdı. Mən axır artistlik edib özümü əsəbiləşmiş kimi göstərərək:
– Sən nə danışırsan? Nəyimə lazımdı o qız? Ney- nirəm onu? Onun ayaqlarına baxmaq mənə nə verə-

cək? Dəli olmusan sən? Ya məni əsəbiləşdirmək istə- yirsən? Allah haqqı sən son zaman nə danışdığını bilmirsən, iki saatdı deyirəm ki, mən heç yerə baxma- mışam, söz batmır sənə? Gərək əsəbiləşəm, kobud- kobud danışam, onda inanasan mənə? Nə deyim ki, inanasan? Hə Nərmin, nə deyim inanasan? Tüpürüm o qıza, o qurbağaayağa görə mənlə mübahisə edirsən,
– deyə deyindim.
O, əsəblə deyindiyimi görüb susmaq mövqeyinə keçdi. Mənsə deyinməkdə davam etdim. O sıra “oğru elə bağırdı, doğrunun bağrı yarıldı” misalı ağlımdan keçərkən az qalmışdı ki, gülərək özümü ələ verəm. Nərmin qəzəblə deyindiyim üçün mənə inanıb, gözlərinə inanmaqdan imtina etdi. Halbuki, solum- da oturan qızın nəinki ayaqlarına, həm də iri sinəsinə baxmışdım. Necə o tüklü yeri lezvalanmış, bəmbəyaz zərif ayaqlara, köynəyin yaxasından pırtlayaraq çıxan tərli döşlərə baxmaya idim ki? Onlara baxmasa idim, bütün kişilik ehtiraslarına xəyanət etmiş olardım. Onlara baxmamaq qüsursuz vücud yaratmış Tanrı- ya belə acıq gedərdi. Şeytan özünü aciz sanıb yarat- dığı şəraitdən təəssüflənərək intihar edə bilərdi. Hər kəsə, hər şeyə hörmət edərək o döşlərə, ayaqlara bax- mışdım. Gəl ki, Nərmin mənə qarşı, yanıq gözlərimə qarşı üsyana çıxmışdı. Yaxşı ki, şivən qoparıb özümü doğru göstərməyə çalışmışdım. Nərmin tumanımı başıma atdığımı görüb söhbəti dəyişərək gülmüş- dü o zaman. Onun söhbəti dəyişməyi elə mənim də ürəyimdən olmuşdu. Qalan popkornu yemiş, sahildə daşların üzərində oturub dənizi seyr edərək söhbət etmişdik. Sonra Əcəmiyə, mənim evimə, Nərminlə birlikdə yaşamağı arzu etdiyim evə gəlmişdik. Öpü- şüb, sevişib axşam olandasa tələbə yoldaşları ilə birgə qaldığı kirayə evə yola salmışdım.

***
İyun ayının əvvəlləri, baharın son günləri idi. Ha- valar getdikcə istiləşirdi, yay mövsümünün növbədə səbirsizliklə gözlədiyi açıqca bəlli idi. Yetmiş üç gün öncə oyanmış təbiət çəmənlərlə, çiçəklərlə bəzənib gözəlləşərək insanın ruhunu canlandırırdı. Təbiətin ətri ilə sərxoşlaşmış quşlar yeni çiçək açmış gül kolla- rı, yaşıl ağac budaqları arasında gəzərək nəğmə oxu- yur, mavi səmada qanad çalaraq gözdən itirdilər. İki bəyaz kəpənək qoşalaşıb hər şeydən xəbərsiz son sa- atlarını da güllər içində sərf edir, bal arıları yorulmaq bilmədən çiçəkdən çiçəyə uçaraq şirə çəkir, zəhmətkeş qarışqalar qış üçün yem toplayırdı. Nərmin də bu vax- tı dörd divar arasında imtahanlara hazırlaşırdı. Altı fənn üzrə verəcəyi imtahanların aralıq müddəti dörd-beş gün idi. O dərslərini yaxşı oxuyurdu, üç kurs boyu hansısa fəndən kəsildiyini görməmişdim. İmtahanlar başladığından başı kitablarla qarışsa da boş vaxtları da olurdu. İmtahana iki gün qalmış suallara hazırla- şar, ondan əvvəlki vaxtları boş-bikar keçirər, tələbə yoldaşları ilə birgə parka dolaşmağa, piknikə, filmə baxmağa gedərdilər.
İyun ayında mənim iş vaxtlarım dəyişmişdi. O aydan saat axşam onda işə başlayar, səhər saat altı- da işdən çıxardım. Müdirim Teymur müəllim əsas müştərilərimizin, pulluların gecə saat ikidən sonra gəldiyini və mənim işlərimi bəyəndiklərini deyərək mənim iş vaxtımı dəyişmişdi. Maaşımı da yüz manat artırmışdı. Yüz manata görə qəti olaraq səs çıxarma- mışdım. Daha gecə saat onda işə gedir, səhər saat al- tıda işdən çıxır, günorta saat üçə, dördədək yatırdım. Günortalar oyanıb telefona baxdığımda Nərminin yeddi-səkkiz dəfə zəng etdiyini görərdim. İş vaxtının dəyişməsi ilə özümə, ətrafımdakılara vaxt ayıra bil- mirdim. Baxmayaraq ki, yuxudan sonra altı saat boş vaxtım olurdu, onun da necə gəlib keçdiyini anlamır- dım. Yay ərzində iş növbəmə görə Nərminlə saysız mübahisələrim düşürdü. O mənə – daha mənimlə maraqlanmırsan, əvvəlki kimi sevmirsən məni, hə- yatında başqa biri var, – kimi sözlər deyirdi. Ona nə qədər başa salmağa çalışsam da o məni anlamaq istə- mirdi.
İyunun axırı sonuncu imtahanını verib iyulun əvvəli rayona getmişdi və mən həsrət çəkməyə baş- lamışdım. Beləliklə, bazar günü görüşlərimiz yox olmuşdu. İki dayanacağım qalmışdı təkcə – iş və ev. Daha bazar günləri Nərminlə yox, Raufla görüşür- düm. Rauf hər bazar görüşdüyümüzdə – nişanla- nandan bəri adam zad saymırsan, – deyərdi. Mənsə həmişə – indi də görüşürük, ay mənim qardaşım, nə dəyişib anlamıram, – deyə cavab verərdim. O isə an- lamamaqda davam edərdi. Sanki o mənim nişanlım, Nərminsə dostum idi. İki qayanın arasında qalmış kimi hiss edirdim özümü.
Nərminlə yay ərzində bütün əlaqələrimiz tele- fon üzərindən olmuşdu ancaq. O mənə “darıxıram”
– deyər, mən ona “darıxıram” – deyər, “sevirəmlə” başlayıb, “sevirəmlə” sonlanan söhbətlər qurardıq. Avqust ayının axırlarında Nərmin:
– Evdə oturmaqdan ürəyim partlayır, bəlkə gəzintiyə çıxaq? Harasa gedək, gəzək bir az, bezmişəm day evdə oturmaqdan, – demişdi.
“Düz deyir də, yazıq bütün günü evdə oturur an- caq” – düşüncəsi ilə gəzmək üçün maraqlı yerlər ax- tarmağa başlamışdım. İnternetdə istirahət zonalarına baxdığımda qəfil Masallıdan əsgər yoldaşımın dedi- yi “Yaqubov, gəl bizim yerləri gəz bir, gör nə gözəl, səfalı torpaqlarımız var, səni İstisuya, Yanar dağa apa- rım, çıx Talış dağlarına təmiz hava al” – sözləri yadı- ma düşdü. Telefonu götürüb əsgər yoldaşımı yığdım. İlk zəngimə cavab vermədi. Səbirsizliklə ikinci dəfə yığdım. Nömrəmi dəyişdiyimə görə kim olduğumu bilmədiyindən telefonu açıb soyuq tərzdə:
– Bəli, kimdi danışan? – dedi.
Bu fürsəti əldən verməyərək səsimin bor yerinə sa- lıb:
– Alo, polis bölməsindəndi, danışan polis general- mayoru Rüfət Mirzəyevdi, – dedim.
O bir az susduqdan sonra cavab verdi:
– Ooo... Yaqubov, nə yaman özünü sıxa-sıxa danı- şırsan, elə bildin tanımayacam? Necəsən, nə var nə yox? Səsini eşidək.
Kef-əhval tutub ordan-burdan danışdıqdan sonra istirahət etmək üçün yerləri, qalmaq üçün otelləri, otellərin günlük haqqını, təxminən dörd günlük nə qədərxərciminçıxacağınısoruşdum.Omənəözünündə bilmədiyini,sabahöyrənibməlumatverəcəyinisöylədi. Saat onda işə yollandım. Yenə eyni barın arxası, eyni içkilər və bir sürü alkoqolla olan anlaşılmaz söhbətlər öz yerində idi. Saat gecə ikini keçdikdə puba yanlarında bir, ya da iki qız gəzdirən imkanlı şəxslər gələrdi. O gecə də daimi müştərilərdən biri iki qızla bərabər puba girib, həmişə oturduğu, pəncərə qırağı masada əyləşdi. Ofisiantı səsləyib:
– Üç dənə əla qarışıq meyvə qəlyan düzəlt, – ci- bindən çıxardığı kiçik sellofan bükülü otu uzadıb, – bunu da mənimkinin tütününə qarışdırmağı yaddan çıxarma, – dedi. Onun içəri girdiyindən bəri hallı ol- duğu aydın idi. Kefi yaman kök idi. Yağlı müştəri qız- lara nəsə deyib üzünü mənə çevirərək, – Rasim, bura üç dənə viski yolla, həmişəkindən, öpürəm, – deyə qışqırdı.
Mən başımla təsdiq edərək:
– Baş üstə, – deyib viskiləri hazırlamağa başladım. Jack Danielsla redbulu qarışdırıb onların masalarına qoyduğumda o qızlara özünü göstərərək cibindən bir xeyli pul çıxarıb içindən şax əllilik götürdü. Əlliliyi cibimə soxuşduraraq:
– Bunu qoy cibinə, get kef elə, – dedi. Hər zamankı artistliyimi edərək:
– Ehtiyac yox idi, təşəkkür edirəm, – deyib masa- dan ayrıldım.
Birinci dəfə idi ki, gətirdiyim ilk içkiyə görə bəxşiş alırdım, adətən onlar sərxoş olduqdan sonra bəxşiş verərdi. Ağ rəng tufli, tuflisi rəng köynək, köynəyi rəng şalvar geyinmiş və şalvarı rəng kəmər bağlaya- raq tamamən ağa bürünmüş, sıx bozumtul saçlarını arxaya daramış, qırmızısifət, azca qarınlı, hündür- boy, ortayaşlı bu dayının kefinin kök olduğuna söz ola bilməzdi. Qızları sağ-solunda əyləşdirib əllərini boyunlarına keçirərək laqqırtı vuran adamın lap xa- inliyini çəkirdim. Adam həftədə bir maşınla, hər dəfə də yeni qızlarla iki gündən bir gəlib düzəltdiyim içkilərdən içib çıxıb gedirdi. Sanki pulu çaydan torla yığırdı.
Adamın sifariş etdiyi qəlyan on dəqiqəyə masasına gəldi. Qəlyanı düzəldən ofisiantın gözləri qıpqırmı- zı olmuşdu. Yazıq onu yandırana kimi tüstüyə düş- müş, hallanmışdı yəqin. Yağlı müştəri hazırlanmış qəlyandan ciyərlərinə somurub tüstünü öskürərək çölə buraxdı. Qəlyanı düzəldən ofisiantı yanına ça- ğırıb qəfil bir şillə vurdu. Bu an pubda olan hər kəs diksinərək səsə tərəf dönüb baxdı. Orta yaşlı qudur- muş sakitləşmək bilməyib – bu nə zibildi gətirmisən,
– deyə çığıraraq ayağıyla qəlyanı aşırdı. Qəlyan aşa- raq kafel döşəməyə çırpıldığında şüşəsi sınaraq çi- lik-çilik oldu və içindəki su ətrafa çiləndi. Başına keçirilmiş qarpız parçalanaraq dörd bir yana düşdü. Kömürlər zala sərilmiş kiçik xalının üzərinə düşərək tüstüləməyə başladı. Dayı susmaq bilmirdi, dəliyə dönmüşdü sanki. Araya müdir, mən və digər ofisi- antlar girmişdi. Şillə yeyən ofisiantsa qırağa çəkilib başını aşağı salaraq yanlış əməl tutmuş uşaq kimi da- yanmışdı. Müdir yağlı müştərini əldən çıxarmamaq üçün başına dolanır, üzrxahlıq edirdi. Onunla gələn qızlarsa ağızlarını açıb sürpriz tamaşanı izləyirdilər. Qəzəbli müştəri sakitləşmək yerinə müdirin üzrxah- lıq etməsi ilə daha da lovğalanırdı. O əyilib masanın üzərindəki viski rumkasını götürərək ofisianta tərəf tulladı. Ofisiant başını azca sola çəkməsə idi zərblə atılan rumka üzünə isabət edərək göz-qaşını partla- da bilərdi. Xoşbəxtlikdən rumka yan keçərək divara çırpılıb çilikləndi. Bu hərəkətdən sonra hər kəs lal- dinməz dayanıb ona baxırdı. O bir azda deyinib, – bir daha bura gəlsəm kişi deyiləm, – deyərək cibindən çıxardığı əlli manatı masanın üstünə tullayaraq, qız- ları da götürüb çıxıb getdi. Ətrafı təmizləmək şillə ye- miş fağır ofisiantı gözləyirdi. Həmin gecə ən azından mənə bəxşiş verildikdən sonra mübahisə düşdüyü üçün sevinirdim. Hadisənin səbəbkarı olan ofisiantı o gecədən sonra bir daha görə bilmədim. Onu işdən ya müdir çıxarmışdı, ya da özü xəcalətindən çıxmışdı. Sabahı gün əsgər yoldaşım İsmayıl zəng edib Ma- sallıdakı hotellərin siyahısını, qiymətlərini, gəzməli yerlərin adlarını, bir həftəlik təqribən nə qədər xərcim çıxacağını söylədi. Gecə işə getdiyimdə dünənki səs- küyə görə müdirdən icazə istəməyə çəkinib bir həftə gözləməyi məqsədəuyğun bildim. Gəzinti barəsində Nərminə bir söz deməyib ona sürpriz etmək istədim. Həm də işdən icazə ala bilməmək də vardı. Hər şeyi dəqiqləşdirdikdən sonra söyləməyi düşünürdüm. Həmin gecə Elnurun iş növbəsinin dəyişildiyini, mənimlə eyni vaxta salındığını gördüm. Elnur ofi- siantlıq edir və qəlyan düzəltməklə məşğul olurdu. Yeni növbəsindəki gecə o mənə – uşaqlar deyir dünən gecə dava düşüb burda, müştəri ofisiantı vurub hə? Düzdü? – soruşdu. Dünən gecə baş vermiş hadisəni, nə səbəbə olmasını təfərrüatlı Elnura danışdım. Elnur hər şeyi diqqətlə dinləyib – məni vursa idi, Allaha and olsun qəlyanı başına geydirərdim, – demişdi. Mən də
– elə mən də, – demiş və puba gələn müştəriləri xoş üzlə qarşılayıb yola salmağa davam etmişdim.
Altı gün keçdikdən sonra müdirdən bir həftəlik icazə istədim, müdir iki həftəmin pulundan imtina edərsəm icazə verəcəyini söylədi. Onunla bu şərtlə razılaşıb Nərminə zəng edərək səyahətə çıxacağımı- zı, özü ilə kiçik bir çanta götürə biləcəyini dedim. Nərmin bizim bölgənin mentalitetində nişanlıla- rın birlikdə olmasının yaxşı qarşılanmadığını və bu səbəbdən ailəsinin icazə verməyəcəyini bildiyi üçün ata-anasına dərsləri ilə əlaqədar universitetə getməli olduğunu deyərək Bakıya yola düşmüşdü...
Onu günorta saatlarında avtovağzalda qarşılayıb evə apardım. Axşam kiçik səyahətimizdə lazım ola- caq geyimləri çamadana yığıb giriş qapısının önünə qoyduq. Öpüşüb-sevişərək gecələyib səhəri taksi ilə Masallıya yola düşdük. O taksidə sakitcə Pərinuş Səniinin “Mənim payım” romanını oxuyurdu, mənsə telefona qulaqcıqları keçirib mahnıya qulaq asa- raq yol boyu quraq düzənliklərə, boz dağlara, kiçik təpələrə baxırdım. O an birlikdə olmaq elə xoş gəlirdi ki, zamanın dayanmasını, keçməməyini istəyirdim. Evlənəcəyim günü səbirsizliklə gözləyir, xoşbəxt həyatımızın olacağını düşünürdüm. Hər şeyin dü- şündüyüm kimi olacağını, kiçik arzularımın yerinə yetəcəyini sanırdım, böyük həyat imtahanının qarşı- da məni gözlədiyindən xəbərsiz olmayacaq xəyallar qurur-bəzəyir, yeni xəyallar dalınca qaçırdım.

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 895
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri