Cənnətin ətri (14-cü bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 617
Səs ver:
(səs: 0)
Evin təmir işləri ilə əlaqədar tör-töküntü olduğun- dan heç nə anlaya bilmirdim. Telefonu götürüb öncə yaşca böyük ustaya zəng etdim, amma nömrəsinə zəng çatmadı. Ardınca yaşca kiçik olana zəng etdim. Onun da nömrəsinə zəng çatmadı. İstirahət etdiklərini düşü- nüb dincəldiklərinə vicdanımla haqq verərək yenidən yatağıma qayıtdım və axşam işə getdim. Səhər evə qa- yıtdığımda yatmadım. Çay dəmləyib heyva cemi ilə nahar edərək yenilənmiş qonaq otağında oturub te- levizorda xəbərləri izlədim. Kürdəmir, Dərnəgül yolunda baş verən qəzaları, atanın balasını öldürməsi ilə bağlı, qonşunun qonşusunu torpaq üstə bıçaqlaması ilə bağlı, oğurluqla bağlı cinayət xəbərlərinə baxır- dım. Oğurluqla bağlı xəbərləri izlədiyimdə beynimdə işıq yandı sanki. Telefonda saata baxdım, doqquzu göstərirdi. Ustalarsa həmişə saat yeddidə, maksimum səkkizin yarısında işlərinin başında olurdular, lakin hələ də gəlib çıxmamışdılar.
Nömrələrinə zəng etdim, lənətə gəlmişlərə zəng çatmadı. Siqaretimi söndürüb telefonu qulağıma qo- yaraq evdə narahatcasına var-gəl edirdim. Ustalara zəng çatmırdı ki, çatmırdı. Telefonu divanın üstünə atıb yataq otağından çıxarılıb qonaq otağına qoyul- muş çamadanın üstünə cumdum. Çamadanın ağzı- nı açıb Son Zəng albomumu vərəqləməyə başladım. Vərəqlər sona yetdiyində albomun arxasından tutub ağzı aşağı sirkələdim. Bir şey çıxmadı. Onu kənara ataraq çamadanın içini qarışdırdım, qarışdırdım, büsbütün ələk-vələk elədim, fəqət axtardığımı tap- madım. Pullar yox idi. Götürülmüşdü. Yerə oturaraq dizlərimi sinəmə çəkib əllərimi başımın arxasında da- raqlayaraq silkələnir, pulları götürənləri var-yoxdan çıxarırdım. İki min səkkiz yüz yetmiş manat. Üç aylıq maaş və bəxşişlərdən ibarət o pulları mətbəx mebe- li və ustalar üçün depozit kartından çəkmişdim. Ən azından adıma kart açdırıb bütün pullarımı karta qoyduğum üçün sevinirdim. Yoxsa əclaflar onları da apara bilərdi.
Yenidən telefona cumub ümidsiz halda oğrulara zəng etdim. Telefonda eşitdiyim yenə mobil operato- run – zəng etdiyiniz abunəçinin telefonu söndürülüb, zəhmət olmasa bir az sonra zəng edəsiniz, – söyləyən robotunun səsi oldu. Qəfil onların nömrəsini verən qonşum Cavid yadıma düşdü. Tez evdən çıxıb onla- rın qapısını döydüm. Qapını Cavidin on beş yaşların- da oğlu açıb atasının işdə olduğunu dedi. Mən də evə qayıdıb Cavidə zəng edərək əhvalatı ona nağıl etdim. O təəssüflə:
– Ən yaxşısı polisə ver, onların nömrəsini iş yolda- şımdan almışdım, iş yoldaşımın evində işləmişdilər, iş yoldaşım da yaxşı tanımır onları, o da kimdənsə alıb nömrələrin, tapmağa çalışarıq, xəbər çıxsa zəng edəcəm, amma ən yaxşısı polisə deməkdi, – demişdi. Eşitdiklərimlə kədərlənərək bütün gün otaqda var- gəl edib, siqaret çəkib pullarımı düşündüm. Tez-tez Cavidə zəng edib nəsə öyrənib-öyrənmədiyini soruş- dum. Axşama kimi ondan ürək açan məlumat, xəbər gəlmədi. Axşam işə gedib başıma gələnləri işdəkilərə
də danışdım. Müdirim Teymur:

– Puldan əlini üz, polis oğruları tapsa da, sənin pulun tapılmayacaq, indiyə xərcləyiblər, – deyərək “gözəl güzəranıma sevinclər” bəxş etdi.
Səhəri işdən gəldiyimdə yeməyimi yeyib yatmaq bilmədən birbaşa şöbəyə qaçdım. Polis nəfəri şika- yətimi qeydə alıb adımı, soyadımı, nömrəmi, ünvanı- mı götürərək xəbər çıxdığı anda məlumatlanacağımı dedi. Şöbədən evə qayıdıb qardaşıma zəng edərək ba- şıma gələnləri ona da danışdım. Qardaşım:
– Niyə ustaların başında dayanmırsan axı? İndi kimə etibar var? Bu da axırı, day neynək, oldu, oldu, evdə də işlər para qaldı, hə?
– Cəhənnəmə qalsın, hə.
– Narahat olma, burda yaxşı ustalar tanıyıram, on- ları gətirəcəm, özüm də gəlib işin başında duracam.
– Allah razı olsun, qardaş, nə zaman başlaya bi- lərlər? Ev tör-töküntüdü, evə baxdıqca ürəyim sıxılır.
– Sabah, uzağı biri gün orda olacam, fikir eləmə, özünə yaxşı bax, oğruların tapılsa xəbər edərsən.
Mən:
– Yaxşı, qardaşım, sən də özünə yaxşı bax, evdə- kilərə salam de, – deyib yatmaq məqsədi ilə çarpayı- ma uzandım, amma telefon zəngləri yatmağa aman vermədi. Qardaşım olanları evdə kimə danışmışdı- sa hamısı zəng etmişdi. Yarım saat atamla, bir saata

yaxın anamla, əmioğlumla, əmimlə – nəslimin yarısı ilə oğruluqdan danışıb telefonu səssizə ataraq güclə yata bildim. Axşam iş, səhər ev. Yataqda qurcalan- dığımda qapı döyüldü. Qapını açıb qardaşımı və iki nəfər cavan ustanı qarşıladım. Onunla qucaqlaşıb-gö- rüşüb gələn qonaqlarla salamlaşıb evə keçirdim.
Qardaşım:
– Səhər oyanıb yola çıxmışıq, birbaşa bura gəlmişik, acından ölürük, yemək yeməmişik, yeməyə nəyin var?
– deməsi ilə soyuducunu yoxladığımda yeməyə nəsə tapmadığımdan bayıra çıxıb yaxınlıqdakı dükandan sobada bişirilmiş cücə, isti təndir çörəyi, salatlıq po- midor, xiyar, içməyə su alaraq geri qayıtdım. Gələn yeni cavan sənətkarlar yemək yeyib cana gəldikdən sonra təmirdən çıxmış otaqlara baxıb:
– Gör nə gündə vurublar, heyf sənin pulundan,
– deyərək yarım qalmış yataq otağına keçib işə qo- yuldular. Qardaşımla çay içərək söhbət edib axşamı yetirib işə yollandım. Səhəri gün mebel salonundan bir nəfər gəlib mətbəxdə ölçülər götürərək getmiş- di. Günortaçağı telefonuma tanımadığım nömrədən zəng gəlmişdi. Nömrədə eyni rəqəmlərin çoxluğun- dan kasıb adamın zəng etdiyini hiss etdim. Telefonu açıb: – Alo, buyurun, – dedim.
Telefondakı:

– Salam, polisdən sizi narahat edirik, Yaqubov Ra- simdi?
– Bəli, mənəm, buyurun.
– Sizin oğruları tapmışıq, gəlib üzləşə bilərsiniz, – dedi.
Polisə təşəkkürümü bildirdim, telefonu söndürüb qardaşımı da götürərək bölməyə getdim. Evimdə işləyən həmin adamlar yazıq-yazıq oturub gözümün içinə baxırdılar. Söyüş söymədən dişimin dibindən çıxanları deyib şikayətimdən dönməyərək əliboş geri qayıtdım. Müdirimin dedikləri doğru çıxdı. Mənim oğurlanan pullarım xərclənmiş, geri qayıtmamışdı. Pullarım geri qayıtmasa da, ən azından onların cəza almalarına sevinmişdim.

***
Evimin təmirinə hardasa bir ay vaxt sərf olundu. Qardaşımın mənə yazığı gəldiyindən ustaların haqqı- nı özü ödədi. Belə baxdıqda mənim hardasa min üç yüz manat pulum oğurlanmışdı: oğurluq edənlərin zəhmət haqqını çıxmaqla qardaşımın yardım etməsini nəzərə alsam.
Evdəki işlər bitdiyində evin yeni dizaynını bəyə- nərək xoş sözlər söyləyəcəyini umduğumdan Nər- mini həyəcan, səbirsizlik qarışıq məmnunluqla evə baxması üçün dəvət etdim. O öncəliklə yataq otağın- dan başlayaraq bir-bir təmirdən yeni çıxmış otaqlara könülsüzcə nəzər yetirib quru tərzdə:
– Pis alınmayıb, yaxşıdı məncə, – dedi. Mən onun əllərini ağzına tutaraq sonsuz sevincini gizlədə bilməyib necə reaksiya verəcəyini gözlədiyimdə o sadəcə quru tərzdə “pis deyil” – demişdi. Yetim bir uşaq günlər öncə itirdiyi anasını sabah da görməyəcəyini başa düşərək hər gecə yatağa girdiyində necə məyus olursa, mən də elə məyus oldum.
Otaqlara göz gəzdirdikdən sonra çay içərkən Nərmin söz arası: – Bəs nə zaman maşın alırsan? – dediyində söhbəti dəyişməyə çalışıb evə çəkdiyim xərclərdən, təmir haqqından, oğurluqdan danışmış- dım. Onu kirayə qaldığı evə yola salıb tək başına oturduğumda “yazıq qız belə baxanda düz deyir, o da maşında gəzmək istəyir. Allah kino çəkənlərin evin yıxsın, baxırlar o kinolara, sonra da belə deyirlər. Ala- cam inşallah, toya kimi alacam, əlimdə bir az pul var, qalanın da atamdan borc alaram, mən də özümə ca- maatın kişiləri sayağı maşın alaram, Nərminlə gəzib şellənərəm” – deyə fikirləşdim. Buna görə də müdirə
– toya pul yığıram, yoxsa deməzdim, – deyərək söhbət açıb maaşımı artırması şərti ilə iş saatımı artır- masını istədim. O əvvəlcə etiraz etsə də xahiş-minnət, uzun-uzadı şirin söhbət qəlbini yumşaltdı. Beləcə xoş ünsiyyətlə ilanı yuvasından çıxararaq saat beşdən sübh saat beşədək min iki yüz manat qarşılığında ra- zılaşıb ağır iş rejiminə yazıldım.
Əmək qanunvericiliyini pozaraq on iki saat işləmək yorucu olsa da karlı idi, çünki iş saatının çoxluğu müştərinin verdiyi bəxşişin də çoxluğu demək idi. Al- tıya qalmış evə çatır, saat ikiyə, üçə, bəzən də dördə kimi yatır, saat beşdə yenidən işə gedirdim. Gecələr oyaq qalıb səhərlər yatdığımdan günəşlə vidalaşıb ulduzlarla dostlaşmışdım. Bu yeni rejim Nərminlə əlaqəmə maneə olduğundan münasibətimizə mənfi təsir etmişdi. Daha əvvəlki kimi günortalar görüşə, danışa, harasa gəzməyə çıxa bilmirdik. Ancaq iki həftədən, üç həftən bir, bazar günləri görüşsək, gö- rüşürdük, görüşməsək, üzümüzü görmək bir ay çəkirdi. Bu minvalla vaxt keçir, evlənəcəyimiz gün yaxınlaşırdı.
Yazın son günləri axır nəfəsin verməyə, isti yay günləri dünyanı işğal etməyə, Nərmin diplom işinə ha- zırlaşdığında mən maşın almaq üçün pul toplayırdım. O diplom işi yazdığı ərəfələrdə əlaqələrimiz tamamən azalmışdı. Zəng etdiyimdə tələsik danışar, müdafiəyə hazırlaşdığını deyib sağollaşardı, bəzi günlər işdən zaman ayırıb heç zəng edə bilməzdim. O günlər bizim evdə toy hazırlıqları görür, toya dəvət olunacaq adamların siyahısını çıxarır, dəvətnamələr yazırdılar. Qardaşım əsgər yoldaşlarıma, dostlarıma dəvətnamə yazmaq üçün hər dəfə zəng edib adlarını soruşdu- ğunda çox sevinirdim. Bir az da həyəcanlanırdım. Bəylik kostyumunda, solumda Nərmin... səkkiz yüz göz üzərinə zillənmiş, alqış sədaları altında şadlıq sa- rayında addımladığımı düşündükcə özümü qəribə hiss edirdim. Bəlkə də bir il sonra qızım olacaqdı, ya da oğlum. Atalıq necə hissdi, deyə düşünməyə başla- mışdım artıq. Məndən necə ata olacaq, görəsən? Mən bunu bacaracammı? Nərminlə birlikdə bir ömür sürə biləcəyəmmi? Suallar beynimdə fırlana-fırlana işləyir, pul yığmaqda davam edirdim.

***
Məşğuliyyətimin, ağır iş rejiminin üstündən aylar ötmüşdü. Bir az pul topalamağı bacarmış, bir az da atamdan borc almışdım. Daha hansı maşını alacağımı düşünürdüm, amma hər şeyi Nərmindən gizlədərək sürpriz etmək istəyirdim. Buna görə də ona heç nə demədən bazar günü yetdiyində Sumqayıtın maşın bazarına yollandım. Özümlə birlikdə Raufu da yol- daş etmişdim, Rauf da maşın dəllalı olan dostu Sa- miri özü ilə gətirmişdi. Üç nəfər bazarı ələk-vələk edib mənim bəyəndiyim, Samirin müsbət rəy verdiyi ağ rəngli “Kia Optima” almışdım. Sabahı gün maşı- nı öz adıma keçirmiş, bütün sənədlərini almış, qey- diyyatını aparmışdım. Bazar günü Nərminə zəng etdiyimdə zəng çatmadığı üçün bazar ertəsi zəng edib xoş xəbəri demək istədim. Amma bazar ertəsi də ona zəng çatmadı. Onun necə sevinəcəyini görmək, duy- duğu sevinclə xoşbəxt olmaq istəyimdən səbirsizlənib Aytənə zəng vurdum. İlk iki zəngdə onun telefonu çağırsa da, o cavab vermədi. Usanmadan üçüncü dəfə zəng etdiyimdə nəhayət, o sönük səslə cavab verdi:
– Salam, Rasim, necəsən?
Səsindəki narahatlığı hiss edə bilirdim.
– Salam, Aytən, yaxşıyam, sağ ol, sən necəsən? Ba- ğışla, narahat elədim, Nərminə zəng çatmır iki gün- dü, yanındadısa telefonu ver danışım.
– Heç yaxşı deyiləm, sənə necə deyim bilmirəm?
Nə deyim bilmirəm?
– Nə olub? Pis nəsə baş verib? Ürəyimi partlatma daha, de, Nərminə nəsə olub?
– Yox, heç nə olmayıb, əslində olub, amma, yəni sağ- lamlığında bir şey yoxdu, bunu sənə necə deyəcəyimi bilmirəm.
Əsəbiləşib:

– Daha de görüm nə deyirsən? Ürəyim partladı, nə olub? – deyə çığırdım.
Kövrək səslə dilləndi:
– Əlini tanıyırsan? Nərminin qrup yoldaşı Əli? Səbirsizlənsəm də sakit tərzdə:
– Yox, nə olub ki? Onun bura nə əlaqəsi? – deyə soruşdum.
O günahkar kimi:
– Bir qulaq as da, Əli var idi ha, Nərminin ad gü- nünə də gəlmişdi, arıq, qaraşın, sakit oturmuşdu hey... – danışdığında sözünü para qoyub çəmkirdim:
– Hə bildim, sözünün canın de daha. Aytən ah çəkib:
– Məni bağışla, əlimdən bir şey gəlmədiyi üçün, olanı deyirəm, sakit olmağa çalış, xahiş edirəm, – dediyində ürəyimin döyüntüsün barmaq uclarımda hiss edərək sözünü yenə kəsib:
– Day deyəcəksən nə olub? Çərrətmə məni, de, – deyə ikinci dəfə üstünə bağırdım.
– Nərmin, Nərmin Əli ilə birlikdə olurdu haçandır, mən elə bilirdim onlar dostdu, yoxsa sənə deyərdim. Eh nəysə, uzatmayacam, Nərmin iki gün əvvəl axşam evdəki əşyalarını yığıb Əlinin maşınına qoyaraq çıxıb getdi. Niyə getdiklərini açıqlamağıma yəqin ki, ehti- yac yoxdu. Nə demək istədiyimi başa düş. Eşidirsən, Rasim, ordasan?

Onun sözlərin dinləyərkən sanki başımdan qaynar su tökürdülər, alnımın tərini silib dilimi yaşlayaraq:
– Hə, hə, eşidirəm, necə yəni Aytən?! Başa düşmə- dim! – dedim.
Aytən:
– Yəni Nərmin sənə xəyanət elədi, o Əli ilə birlikdə yaşamağı seçdi, – dediyində bütün bədənim keyləşdi, telefon əlimdən sürüşüb düşdü. Gözlərimdə qığılcım- lar sayrışaraq ətrafı qaranlığa bürüdü.

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 617
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri