Otaq yoldaşım Pinti (3-cü bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 350
Səs ver:
(səs: 1)
Həyat
İki il bundan öncə, abituriyent olduğum vaxtlarda başqa bir şəhərdə, evimdən uzaqda, hazırlıq kurs­ larında idim. Həmin kursun abituriyentlər üçün olan yataqxanasında qalırdım, ora həbsxanadan betər bir yer idi. Yataqxananın balaca yataq otaqlarında ən azı 10 nəfər, böyük otaqlarında 18 nəfər uşaqla birlikdə qal­ maq məcburiyyətində idim. Səhərlər yuxudan oyanıb, otaqdan bayıra çıxıb yenidən otağa qayıtdıqda 18 nəfərin otağa buraxdığı üfunətli havanın qoxusunu duymaq olurdu, bir üfunət iy gəlirdi ki, elə pis qoxu duyulurdu ki, sanki içimizdə adam ölmüşdü! Kursun ikinci mərtə­ bəsini tutan, 80­100 nəfərlik abituriyent yataqxanasında əl­üz yumağa sadəcə 2 kran, çimmək üçünsə 3 duş var idi. Yemək vaxtı sıraya düzülür, növbə gözləyirdik. Çox vaxt da növbə pozuntusuna görə uşaqlar arasında mübahisələr olurdu. Bu mübahisələr, demək olar ki, hər gün baş verirdi. Yataqxana nizam­intizam qaydalarına görə biz səhər 7­də qalxıb axşam 12­də yataqda olmalıy­ dıq, ən pisi isə o aralıqda, sadəcə, gözümüzü kitaba dikməli idik. Oradan kənara çıxmağa icazə yox idi, sadəcə, bazar günləri 3 saat ərzində kənarda olmağa icazə verilirdi. O 3 saatın necə gəlib­keçdiyini heç anla­ maq da olmurdu. Kurs həyətindən icazəsiz kənara çıxan bəzi dələduz uşaqlar olurdu, onlar özbaşına hərəkətlərinə görə kurs müdiriyyəti tərəfindən cəzalandırılırdılar. Bəzilərini çarmıxa çəkmişdilər, bəzilərini isə günlərlə susuz buraxırdılar yaza bilməyəcəyəm, ona görə ki, sadəcə, kursdan uzaqlaşdırır, evə xəbər edirdilər. Ya­ taqxana müdiriyyəti çarmıxa­filana çəkməsə də, valideynlərin nə edəcəyini özün bir düşün! O üzünü çe­ vir, tüpürsünlər, bu üzünü çevir, tüpürsünlər. Çimməyə ehtiyacın qalmır. Bütün günü yataqxanada olmaq bilirsənmi necə streslidir? İcazəsiz bayıra çıxanları qına­ maq olmur, adamın orada ürəyi partlayırdı. Hələ bizim bir pis yataqxana müdiri var idi. Ona hələ də nifrət edirəm. İstək qutusunu ondan şikayət yazmaqla doldur­ muşdum. Həmin o pis müdirdən əvvəlki müdir isə çox yaxşı insan idi, uşaqlarla necə dost kimi, bir qardaş kimi əlaqə yaratmaq lazım gəldiyini bilirdi. Orada qaldığım zamanlar yataqxanada yaşayan abituriyentlərlə saysız mübahisələrim, davalarım olmuşdu. Günlərin birində birini altıma yıxıb təpikləyirdim, sonra buraxırdım, yenə üstümə cumurdu, yenə yıxıb təpikləyirdim. Biri də var idi, onunla savaşanda burnum partladı, gözümün altı qaraldı. Çünki əlimi tutmuşdular, buraxsaydılar, parçalayardım onu, inan mənə. O tarixi unuda bilmirəm, aprelin 14­ü, 2014­cü il, saat günorta 3 olardı. Həmin adamı kənarda görsəm, dalını təpikləyəcəyəm. Daha bundan danışmaq istəmirəm, kefim pozuldu. Mənim yataqxanadan dostum var, adı Əhməddir, 1­ci qrup üzrə hazırlaşırdı. Dərslərini yaxşı oxuyan, yaraşıqlı dostumla ilk tanışlığımızın çox xoş olduğunu deyə bilməyəcəyəm. Çünki mən onların qaldığı yataqxana otağına girib sö­yüş söymüşdüm, buna görə də Əhməd səsini atmışdı başına, özünü öldürürdü. Ona görə yox ki, mən ona, ya da başqa kiməsə ağır söyüş söymüşdüm. Əhməd özünü ona görə didib­tökürdü ki, həmin otaqda söyüş söyənlər cərimələnməli idilər, mən isə cərimələnməmişdim. Əhmədinsə pulu qalmamış, cəriməyə ödəmişdi. Mən onların otağının qayda­qanununu bilmirdim deyə sö­ yüş söymüşdüm, amma qanunu bilməmək məsuliy­ yətdən azad etməsə də, onların cılız qanunundan azad olmuşdum. Əhməd o zamanlar heç bir dinə­məzhəbə qulluq eləmir, Allaha inanmırdı, bunu məndən bir il gizlətmişdi nədənsə. O vaxtlar Əhməd özünü elə apar­ mışdı ki, mən onun bir il əsl müsəlman olduğunu san­ mışdım. Sünnət olmuş, lakin müsəlman olmayan, hətta kərbəlayı bir imansız imiş, sən demə. İmansızlığını bil­ diyim dostumla birlikdə teizm və ateizmlə bağlı uzun­ uzadı söhbətlər edirdik. Mən ona Allahın varlığını sübut etməyə, bu mövzuda olan mürəkkəb fikirləri aydınlaş­ dırmağa çalışırdım. O da öz növbəsində əks­arqumentlər gətirir, fikirlərimi inkar edirdi. Əhmədin inancının ol­ mamasına baxmayaraq, onun düşüncəsi, insanlığı, qəlbinin saflığı əksər dindar kimi özünü qələmə verənlərdən, saqqalına altdan­üstdən xətt atmış, uzun qollu, uzun ətəkli köynək geyinib, başında araqçın, əlində çərəkə gəzdirən, dini atributlarla dona girmiş dindarlardan dəfələrlə yaxşıdır. Realda da tanısan, görərsən ki, necə yaxşı insandır, səndən yaxşı olmasın. Onunla bu kimi söhbətlərdən sonra Allahın varlığı ilə bağlı içimə şübhə düşmüşdü. Daha sonralar Əhmədlə mövqelərimizi dəyişmişdik. Mənim kursu bitirməyimə, TQDK­ya sənəd verməyimə 2­3 ay qalırdı. Həmin vaxtı kursdan dönüb evdə hazırlaşmaq qərarı aldım. Çünki son aylar kursda hazırlaşmaq çətinləşmişdi. Demək olar ki, vaxtımızın çoxunu çay içməklə, meyvə yeməklə, boş­ bikar keçirirdik. Bu isə mənə yaxşı görsənmirdi. Bu kimi bir çox səbəblərə görə evə qayıtmışdım. 2014­cü il, may ayının axırları idi, həmin vaxtlar mən də bütün 11­ci siniflərin etdikləri kimi məktəbli sinif yoldaşlarımla “Son zəng” hazırlıqları görürdüm. Məktəbdə balonlar şişirdir, divarlara rəngli kağızlar yapışdırır, stol­stul da­ şıyıb tədbir keçirəcəyimiz otağa yığırdıq. “Son zəng” tədbiri ilə əlaqədar mayın 26­sı rayon bazarına getmiş özümə yeni geyimlər almışdım. Bir çox məzunlar kimi ağ köynək, qara şalvar, ayaqqabı­filan alıb, məktəbə yeni başlayacaq uşaqlar üçün hədiyyələr seçdim. Hədiyyə vermək üçün mənim adıma iki nəfər uşaq düş­ müşdü. Bu səbəbdən də iki hədiyyəyə pul xərcləmək məcburiyyətində qaldım. O uşaqlar aldığım hədiyyələri bəlkə də xoşlamayacaq, sevməyəcəkdilər, amma 11­12 il oxuduqdan sonra həmin hədiyyələri yenidən görəcək­ lərinə əmin idim, nə 11­12 il, bir ömür xatirə qalacağına. İki uşağa da aldığım hədiyyənin məbləği bərabər ol­ muşdu, birinə böyük çərçivəli şəkil almışdım. Digərinə isə gipsdən hazırlanmış böyük çita heykəli. Bunlar elə hədiyyələr idi ki, çətin bütün uşaqların etdikləri kimi sındırıb­dağıdaydılar. Bazardan uşaqların hədiyyələrini, özümə aldıqlarımı qoluma vuraraq evə qayıdıb əl­ üzümü yumaq üçün hamama getdiyimdə evdə aldıqla­rım barədə danışıqlar başlamışdı artıq. Əl­üzümü yu­ yub quruladıqdan sonra xəstələnmiş nənəmin olduğu otağa getdim. Nənəm də məni görcək sevinclə: “Gətir baxım hələ hədiyyələrinə, görüm sənə nə alıblar?” – dedi. Ah, yaşlı nənəm, elə sanırdı ki, artıq “Son zəng” olub, mənə hədiyyə veriblər. Evdəkilər nənəmə anlat­ mışdılar ki, onlar mənim uşaqlar üçün aldığım hədiyyələrdir. Nənəm də bunu anladıqda: “Əhh, oyana elə, elə bildim, hədiyyə veriblər sənə”, – demişdi. Mən də gülərək otaqdan ayrılmışdım. Sabahısı gün məktəbə gedib sinif yoldaşlarımla birlikdə “Son zəng” hazırlıqla­ rını davam elətdirdik. Mən yenə bir xeyli stol­stul daşı­ dım. Balon şişirtməkdən sinəm çıxmışdı, sel kimi tər axırdı bədənimdən, işləyərkən özümü çox yorğun hiss edirdim. Oradakı işlərin bir qismini etdikdən sonra hərə bir küncdə oturub dincini aldığında “Son zəng” üçün yazdığım məqaləmi istirahət edən sinif yoldaşlarıma oxudum. Məqaləmi duyduqlarında bir neçəsinin gözləri dolmuşdu, əsas da ki, qızların. Hələ bundan başqa, meyxana sözləri də yazmışdım, onu sinif yoldaşım, həm də yaxın dostum olan Toğrulla birlikdə oxuyacaqdıq. Toğrul hündürboy, enlikürək, dava­dalaşı sevən, dediyindən dönməyən, həm də ürəyiyumşaq, mərd oğ­ landı. Mən və bu mərd oğlan qabaqcadan həmin sözləri əzbərləmiş, “Son zəng”də guya bədahətən deyirmişik kimi artistlik edəcəkdik. Toğrulla meyxana barəsində çənə vurub, sinif yoldaşlarımla sağollaşaraq məktəbdən ayrılıb evə gəldim. Günün axşamı oğlan dostlarımla yı­ ğışıb çay içərək musiqili meyxanamızın ritmini tutmaq üçün çalışdıq. Meyxananın sözlərini mən yazdığım üçün Toğrula harada necə vurğu qoymaq, hansı tempdə oxumaq lazım gəldiyini göstərirdim. Hə, dostum, alınır­ dı bu bizdə. Hər şey yerli­yerində, super gedirdi. “Son zəng” yaxınlaşdıqca həyəcanlanırdım. Bir şeyə az qal­ mış da, elə bilirsən ki, nəsə olacaq və sən o şeyə yetə bilməyəcəksən sanki. Belə fikirlər insanı daha da həyəcanlandırırdı. O qədər illəri saatlar içində sonlandı­ racağımız günə cəmi 3 gün qalmışdı, həyəcan zirvədəydi. O 11 il gözümün önündən bir film kimi keçir indi, həqiqətən də çox gözəl illər idi. Universitet illəri o illərin yerini vermir, dostum.

Həyatın dəyişməyən üzü axşam qalstukumun olmadığını, qalstuksuz tədbirin keçməyəcəyini düşündüm. Səhəri
gün – mayın 28­i kəndimizdən 14­15 kilometr aralı olan rayon bazarına yollandım. Bu bazar həm köhnə, həm də dağınıq bir bazardır. Hər şeyin düzülüşü yer­ li­yersiz, çox səliqəsiz olmasına baxmayaraq, bu bazar bütün rayon camaatının əsas alış­veriş mərkəzidir. Ba­ zara girib bir az gəzib­dolanıb axtarış etdim, azlıqdan çarəsiz qalıb çox da xoşuma gəlməyən bir qalstuk al­ dım. Bazardan çıxıb kəndimizə işləyən marşrut avto­ busuna oturdum. O böyüklükdə marşrutda məndən başqa cəmi iki nəfər adam var idi. Hava da o qədər isti idi ki, o havada iti qovalasan, çölə çıxmazdı, amma bu üç nəfər çıxmışdı. Gün düşməyən pəncərə qırağında yer seçib, şüşələri açıb özümü küləyə verməyə başla­ dım. Avtobusun hərəkət vaxtı kəsdiyi küləyin üstümə çırpılmağına baxmayaraq, bütün bədənim tər içində idi. Kəndə az yol qalmış cibimdən tərdən islanmış telefo­ numu çıxarıb baxdığımda qardaşımdan mesaj gəldiyini gördüm. Mesajı açıb oxumağa başladım: “Hardasan? Atam əsəbiləşib”. Mesajı oxumuşdum ki, atamdan zəng gəldi. Ta bu vaxta kimi hər şey çox gözəl gedirdi. Tele­ fonu açdıqda dünya əhvalımı unitaz edib üstündən su da tökmədi. Telefonu açdım: “Telefonuna niyə zəng çat­ mır? Tez evə gəl, nənənin əhvalı pisdir”, – dedi atam.

Mən həyəcanlanmış: “Hə, yaxşı”, – deyib telefonu sön­ dürdüm. Dayanacaq olmayan bir məkanda marşrutu durdurub endim. Yolda taksi saxlatdırıb oturduğum­ da əmimin maşınla yanımızdan sürətlə şütüyüb kəndə tərəf getdiyini gördüm. Mən daha da qorxmağa başla­ dım. O anlar ürəyim hər döyünəndə sanki bir damarı qı­ rılır, əzab vermək üçün birləşir, təkrar qırılırdı. Taksiyə oturub sürətlə sürməsini istədim, amma taksidə başqa müştəri də olduğundan bu məni zaman etibarilə 4­5 dəqiqə geri atdı. O qoyun müştəri taksidən enəndə xır­ da pulu yox idi, pulu xırdalamaq üçün tələsik cibimdən 50 manat xırda pul çıxartdım, o qoyun şit gülümsəmə ilə 20 manat göstərdi mənə. Əlbəttə, buna çox əsəbiləşdim. Sonra qoyunluğun özümdə olduğunun fərqinə varmış­ dım, mən niyə 50 manat üçün xırda pul çıxarmışdım ki? Bu, bəlkə də, həyəcandan idi. Nənəm can verir, mən isə yolda yubanırdım. Əlim­əlimə dolaşa­dolaşa pulu ve­ rib, sürücüdən sürəti artırmasını istədim. Evə çatar­çat­ maz: “Nə olub?” – deyə soruşdum. “Nə olub nənəmə?” Eşitmək istəmədiyim sözü eşitdirdilər. Evə çatdıqda daha gecikmişdim. Səhər sağollaşaraq yanından ayrıl­ dığım, mənə: “Yolu keçəndə ehtiyatlı ol, bala” – deyən nənəmin indi otağına girdiyimdə gözlərini əbədi ola­ raq həyata yummuş cansız bədəninin eləcə yatağında donub qaldığını, hərəkət etmədiyini gördüm. Gözü­ mü açandan bəri gördüyüm insan – beşiyimi yelləyən, mənə şirin şeirlər söyləyən, nağıllar danışan, saçı ağar­ mış, əlləri qırışmış, o üzü nurlu insan artıq yox idi. Daha nə şeir deyə bilər, nə nağıl danışa bilər, nə də mənim bir vaxt olacaq uşağımın beşiyini yelləyə bilərdi. O nur üzlü insan bir daha bizə qayıtmayacaq, bir daha bu dün­ yaya gəlməyəcəkdi. Nənəm 28 may – Respublika günü dünyasını dəyişdi. Bu gün bütün Azərbaycan xalqına olduğu kimi mənim üçün də unudulmaz bir tarixə ma­ lik idi. Amma həyat mənim üçün bugünkü gündə ikinci tarixi bir iz qoydu qəlbimə. 28 may – Respublika günü Nənəmin ölüm azadlığına qovuşduğu gün oldu. Həmin vaxt tez­tez nəfəs aldığımı, sinəmin deşildiyini hiss edirdim, gözümdə yaş yumrulanıb qalmışdı, nəfəsim kəsiləcək kimi idi, ağlaya da bilmirdim. O an çarəsiz nə edəcəyimi düşünürdüm, mən nə edə bilərdim? Mən nəyə qadirəm? Heç nəyə. Mən necə də aciz varlığam düşüncəsi, acizliyim, suallar, düşündüklərim beynimi yeyirdi. Ən çox sevdiyim insanlardan birini itirdim. Həmin insan üçün, o nurani insan üçün canımdan keçə bilərdim, amma əlimdən gələn nə idi? Əlimdən heç nə gəlmirdi! Axı mən nənəmi çox sevirdim, niyə belə oldu? Axı mən onu itirmək istəmirdim, axı atam anası­ nı itirmək istəmirdi, niyə həmişə belə ağrılı olur həyat? Sevdiyin insanı itirmək qədər acısı yoxdur. Həmin gün o qədər də ağrılı olmur hələ. Ağrılı günlər bilirsənmi nə vaxt başlayır? Həmin vaxtdan günlər, aylar keçdikdən sonra. O insan üçün darıxdığın zaman, onunla da­ nışmaq, söhbət etmək istədiyin vaxt, səsini eşitmək istədiyin vaxt. Bax onda bıçaq sümüyə dayanmış kimi olur, əlindən heç nə gəlmir. O, artıq yoxdur. Daha onun­la söhbət edə bilməyəcək, səsini eşitməyəcək, üzünü görməyəcəksən.
O gün bir qoşun insanla qosqoca qadını öz əllərimizlə aparıb torpağa gömdük. Atam, əmim, bibilərim özbəöz analarını əlləri ilə torpağa gömdülər. Mən onda insanın necə aciz bir varlıq olduğunu, necə çarəsiz olduğunu an­ ladım. O gün hamıdan çox atamın halına acıyırdım. O necə dözəcək anasını itirməsinə? Atam atasını 15 il bun­ dan əvvəl itirmişdi. İndi də, bu gün anasını itirdi. Atama baxdıqda onun üzündən acısı­əzabı aydınca oxunurdu. O, anasını – dünyada ona ən əziz olan insanlardan biri­ ni itirmişdi. Mənim tanıdığımdan da uzun bir müddət tanıdığı anasını... Ona laylalar deyən, belində gəzdirən, əsrin çətin günlərində, yeməyə çörək zar­zor tapılan bir dövrdə, yoxsulluqla vuruşaraq min bir əziyyətlə onu böyüdən, gecələrini haram etdiyi o müqəddəs insan, ömrünü övladına həsr etmiş insan artıq yox idi. Bu necə də pis həyat qanunudur, insanlar sevdiklərini, atasını, anasını, bacı­qardaşlarını, zamanla bütün yaxınlarını itirirlər. Bu çox pis bir hissdir insanlar üçün, həm də çox pis. Ən pisi isə bilirsənmi nədir? Ən pisi bu hissi hər kəsin yaşayacaq, görəcək olmasıdır, şanslı olan­ larsa tez öləcəklər. Uzun ömür isə çox əzab deməkdir. Lakin ölmək də hər şeyin sonu demək deyil, onda da bir ümid var. Ölüm yaşayanlar üçün var. Ölüm, sadəcə, müvəqqəti ayrılıqdır. O nə zaman bitəcəyi bilinməyən bir həsrətdir. Amma, əlbət ki, bir gün bitəcək. Qara tor­ pağın altına qoyduğumuz sevdiklərimizlə qovuşacağıq sonunda. Bunu unutma, dostum, ölüm yaşayanlar üçün var, o, yaşayanlar üçün həsrətdir, zamanı bilinməz bir həsrət.
***
O gün mənim üçün sarsıdıcı bir gün oldu. “Son zəng” həyəcanı da o sarsıntı ilə yox olmuşdu ağlım­ dan, sanki qorxularım öz üzünü göstərmişdi. Sanki boş­ boşuna həyəcanlanmamışdım. Nənəmin ölümündən sonra həyətimiz, evimiz başsağlığı deməyə gələn in­ sanlarla dolmuşdu. Yaxın­uzaq qohumların hamısı burda idi. Başsağlığına gələnlərin bəzilərini mən tanı­ mırdım, sanıram, onların çoxunu heç rəhmətlik də ta­ nımırdı. Axı onlar niyə gəlir? Nə mənası var ki bunun? Əgər sağlığında sən o insana gərək deyildinsə, üzü­ nü göstərmirdinsə, yoxluğunda nəyinə gərəksən ki? Üzücü, yaslı günün üzərinə 3 gün gəlmiş, 31 may, “Son zəng” günü, nənəmin ölümünün dördüncü günü ye­ tişmişdi. Dostum Toğrul, Rəmzi, Kərim və başqa si­ nif yoldaşlarım məni məktəbə – “Son zəng” tədbirinə aparmaq üçün gəlmişdilər. Onlar məni o məlul, sar­ sılmış halımla tədbirə aparmaq istəyirdilər, mən isə getmək istəmirdim. Onlar israrla aparmaq istəyir, mən isə inadla getməyəcəyimi bildirirdim. Evdən bir neçə nəfər, əsas da əmim tədbirdə iştirak etməyimi istəyirdi. Nəinki evdəkilərlə əmim, həmçinin hüzrə gəlmiş digər yaxın qohumlarım da tədbirə getməyimi istəyir, təkid edirdilər. Əmim o gün mənə əminliklə: “Bax, getməsən, gələcəkdə peşman olacaqsan”, – demişdi. O günün üstündən artıq illər keçib, mən getmədiyimə hələ də peşman deyiləm. Elə yaxşı eləyib getməmişəm, buna görə də özümlə razıyam və doğru qərar verdi­ yimi düşünürəm. Hədiyyə verəcəyim, məktəbli ola­ caq uşaqlar hədiyyəsiz qalmasın deyə, həm də aldıq­ larım bir küncə atılmasın deyə hədiyyələrimi yeni məktəbli olacaq uşaqlara çatdırması üçün dostum Toğrula həvalə etdim. O da, sağ olsun, həmin uşaqla­ rı sevindirmiş, hətta mənə də hədiyyələr gətirmişdi. “Son zəng” günündə olduğu kimi digər günlər də hüznlə, səssiz­səmirsiz keçirdi. Beləcə məlul sükutla nənəmin öldüyü gündən 39 gün keçmiş, nənəmin 40­ı yetişmişdi. 28 may nənəmin öldüyü gün insanın necə aciz olduğunu, ölümünün 40­cı günü isə necə unutqan olduğunu görüb, şahidi oldum. Daha qəlbimdəki qüssə yavaş­yavaş ərimiş, başım dərslərimlə qarışmışdı. Ar­ tıq həmin vaxt imtahana bir ay qalırdı. Mən yenə bü­ tün fikrimi, gücümü toplayıb oxumalı idim, yoxsa yaxşı müvəffəqiyyət qazana bilməzdim. İmtahana günlər qal­ dığı üçün sarsılmış ağlımla kitabları yenidən ən birinci səhifədən təkrarlayırdım. Hansı mövzu, hadisə, düs­ turlar yadıma düşmürdüsə, bir də oxuyurdum. Tarixi bir yandan öyrənirdim, bir yandan yadımdan çıxırdı. 10­cu sinif tarix mövzusu mənə yaman çətin gəlirdi. Ədəbiyyatdan qəzəllər hansı bəhrdədir, hansı şeir han­ sı formadadır, bu əsər kimindir, o şeir kimindir və sair bu kimi yadımdan çıxan yerlərə baxırdım. Beləcə bütün kitablarda fikrimdən çıxan yerləri yenidən təzələyirdim, günümün bütün hissəsini oxumaqla keçirərək bütün ki­ tabları tamam bitirmişdim. Yalnız unutduğum yerləri təkrar açıb oxuyurdum. Tez­tez yadımdan çıxan yerləri isə 12 vərəqli solğun yaşıl üzlü dəftərə yazıb ordan oxu­ yurdum, beləcə kitabları vərəqləyərək vaxt itirmiş ol­ murdum. Bu axışla günlər keçmiş, imtahana 1 gün qal­ mışdı. Daha sabahı gün imtahan günü idi, mən özümə güvənirdim, çünki hər şeyi oxumuşdum və hər şeyi bilirdim. Hətta imtahan gecəsi də oxumuşdum. Bütün mövzuları bildiyimə əmin və özümdən razı idim. İm­ tahan gününü səbirsizliklə gözləyərək azca yata bilmiş­ dim. Səhər 6­da oyanmışdım, özümü fərəhli, həm də tam hazır hiss edirdim, nədənsə heç həyəcanlı deyil­ dim. Bəlkə də həyəcanlı idim, amma həyəcanlı olmağı­ mı hiss etmirdim, lakin rahat da deyildim. Saat 7­də iki gün əvvəlcədən danışdığım taksiyə zəng edərək çağırıb imtahan olacağım ünvana, Lənkəranın Stamurdov kənd məktəbinə tərəf yola düşdüm.

Yazar: Elmar Şahbazov
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri