Otaq yoldaşım Pinti (8-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 076
Səs ver:
(səs: 0)
Mən düşündüyüm şeylərə görə özümü çox yorğun, çəkdiyim siqaretlərə görəsə dilim­dodağım qurumuş, yaman susuz hiss edirdim. Mətbəxə keçib iki stəkan su içərək gecəyarısı ayrıldığım yatağıma döndüm. Bir az yerimin içində sağa­sola fırlanıb rahat səth tapdıqda telefonu atdığım yeri əlimlə gəzib­axtardım. Telefo­ nu tapdıqda yenə “Facebook” profilimi açıb mesajlar bölməsinə girdim. Bu dəfə Arzunun mesajını oxuyub, digərlərindən fərqli bir şey yazıbmış kimi nə yazdığını görmək istədim. Arzuya olan əsəbim, eşqə olan qəzəbim saatlar öncəkinə nisbətən azalmış, beləcə ürəyimlə ba­ carmayıb mesajı açıb oxumağa başlamışdım: “Salam, Kənan, film təzə başlamışdı, sən qalxıb getdin, niyə elə tez getdin? Film qurtardıqdan sonra müəllim sənə zəng etdi, deyəsən, cavab vermədin, bir az narahat ol­ duq, bir də dünən mənə bir şey deyəcəyini demişdin, nə deyəcəkdin? Onu da demədən getdin”, – yazmış, sonunda kiçik smaylik atmışdı. Mesajı oxuduqdan sonra telefonu söndürüb yenə saatlar öncəki əsəb və nifrətlə bir qırağa atdım. Onun son yazdığı cümlələr, elə bil ki, qəsdən iynələyici yazılmışdı. “Nə deyəcəkdin? Demədən getdin”. Telefonu söndürdükdən sonra da bu cümlələr beynimdə təkrarlanırdı: “Nə deyəcəkdin? Nə deyəcəkdin? Nə deyəcəkdin?”. Öz­özümə ürəyimdə: “Nə deyəcəkdim, azar deyəcəkdim, dərd deyəcəkdim, nə deyəcəkdim, cəhənnəm ol başımdan, get rədd ol deyəcəkdim, nə deyəcəkdim, Arzu, nə deyəcəkdim, səni sevdiyimi deyəcəkdim mən, səni sevdiyimi, hə demədən getdim, nə edəcəkdim? Gəlib sənə ondan ayrıl, mənimlə get deyəcəkdim? Nə deyəcəyimi bilib, sevgilini gözümə soxmaq üçün qəsdən götürüb gəlmisən, zibil, axmaq zi­ bilin biri” – deyinə­deyinə son sözləri həm Arzuya, həm onun sevgilisinə, həm də özümə aid etmiş, gözü yaşlı, bazar günü səhəri açılar­açılmaz yenə yuxuya getmiş­ dim.

***
Oyanıb ilk işim olan telefonu götürüb baxdığımda saat 16:53­ü göstərirdi. Elə bir vaxt oyanmışdım ki, hava bir saatdan bir az keçmiş yenə qaralacaqdı. Yatağımdan çıxıb aynabəndə keçdiyimdə Zamin aynabənddəki di­ vanın yanına qoyulmuş kreslolardan birində telefonu ilə, Kənansa divanda oturmuş çay içə­içə kompüteri ilə oynayırdı. Kənan məni görüb:
– Nə qədər yatırsan, ə? – dedi. Zamin də:
– Dünən axşamçağından yatır, – deyərək Kənanın sözünü təsdiqlədi.
Onlar görünüşümdən nəsə məndə işlərin düz getmədiyini anlayıb, “Nə olub? Niyə kefin yoxdur?” kimi suallar verdilər, mənsə lal kimi səssiz­səmirsiz ge­ dib, mətbəxdən götürüb gətirdiyim fincana çay süzüb sakitcə ikinci, boş kresloda əyləşdim. Zamin:
– Deyəsən, Arzu döyüb bunu, – deyərək kiçik gülümsəməylə zarafat etdi.
Kənan:
– Ə, neynək, düzələr, kef elə, – kimi zarafat­məsləhət qarışığı bir şeylər deyib, mənə baxa­baxa gülümsədi.
Mən də:
– Döyülsəm, bundan yaxşı olardı, özüm ölüm... Niyə mən filmə getdim axı... Bu dəfə çətin düzəlsin, Bu mövzuda başqa sual verməyin mənə, heç kefim yoxdu...
– deyib fikirli halda təbəssüm göstərməyə çalışaraq üzü­ mü onlara tutdum.
Onlar: “Ə, canın sağ olsun, qızdan çox qız var, sənə qız tapılmayacaq? Heç nəyi dərd etmə özünə”, – deyə bu kimi sözlərlə zarafat edib, kefimi düzəltməyə çalış­ dılar.
Mən də yasa batmış simamla, könülsüz, yalançı bir gülümsəmə göstərib, kiçik masanın üzərindən içindən 3­4 siqaret götürülmüş yeni bir siqaret qutusunu əlimə götürdüm. Bu qutunu mən yatan vaxt, ehtimal ki, Za­ min gedib dükandan almışdı, çünki mən gecə bütün siqaretləri çəkib qurtarmışdım. Siqaret qutusundan iki siqaret çıxarıb, birini Zaminə verərək digərini də dama­ ğıma qoydum. Siqaretləri yandırıb, bir az öncə son qoy­ maq istədiyim söhbəti özüm açıb:
– Sevgilisi var imiş, – dedim.
Kənanla Zamin qeyri­normal bir hadisədən danışır­ mışam kimi təəccüblə mənə baxaraq, sual verməyə baş­ ladılar.
Zamin:
– Ağlına gələni danışırsan da... Hardan bilirsən? Kənan:
– Özü dedi, sevgilim var? Mən:
– Gözlərimlə gördüm.
Kənanla Zamin hər ikisi birdən:
– Harda?
Mən:
– Harda olacaq, sinemada. Dünən filmə baxmağa sevgilisi ilə bir yerdə gəlmişdi.
Kənan:
– Neylədin bəs? Zamin:

– Nə eləyəcək, sevgilisi var imiş də. Mən:
– Bir az filmə baxdım, sonra səbrim çatmadı, çıxıb gəldim.
Hə, dostum, onlarla olanlar barəsində uzun­uzadı söhbət etdik. Onlar yenə mənə qızların bolluğundan, yaraşıqlı oğlan olmağımdan, hər şeyin əla olacağın­ dan danışdılar və bir az yalan, bir az doğru ümidve­ rici sözlərlə məni dirçəltməyə çalışdılar. Yalan, ya da doğru olduğunu bilmədiyim sözlər mənə sanki azacıq kömək etdi. Söhbət əsnasında siqaretin hamısını çəkib bitirdiyimizdən Zaminlə dükana gedib yenə siqaret alıb gəldik. Gecə kompüterdə internet üzərindən bir film saytına girib, türkcə tərcümə olunmuş, aksiyon dolu amerikan filmi izlədikdən sonra, hardasa gecə saat 2­də hər kəs öz yatağına getdi. Bu gün ayın 29­u idi, sabah 30­ u, o biri gün isə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1 yanvar da Yeni il, iki gündən sonra 8 gün dərs olmayacaqdı. İki gün sonra doğma kəndimə, evimə gedəcəkdim deyə çox sevinirdim, sadəcə, iki gün də dözüb səbir etməli idim. 8 günlük dostlarımla, ailəmlə birlikdə olmağın, istirahət etməyin mənə çox yaxşı gələcəyini düşünürdüm. 2014­cü il tələbə olma­ ğımdan başqa bir şans tanımamışdı, bu il heç düşərli olmamışdı mənə. 2014­ü yaman­yaxşı tərk edib Yeni ilə nikbin baxışlarla girib bütün kədərimi keçən ildə qoyub, xoşbəxt bir yeni ilə başlamağın xəyalları ilə başımı balışa qoyub gözümü yumdum.

***
Səhər yatağımın sirkələndiyini hiss edib cəld ya­ taqdan çıxıb ayağa qalxdım. Ətrafa göz gəzdirdiyimdə evdə nə varsa sirkələndiyini gördüm. Hər şeyin laxla­ ması, sirkələnməsi, əşyaların öz yerindən başqa yerə diyirlənməsi – bunların hamısı zəlzələ əlaməti idi, ya­ man da dəhşətli dalğa idi. Elə bu vaxt Zamin də yatağın­ dan ayağa sıçradı. Mən Zaminə:
– Tez ol, tez ol, ev uçacaq indi, – dedim.
İkimiz də çaşmış halda bir­birimizə baxırdıq, ada­ şım Kənan isə yatağında öz kefində xorul­xorul yat­ maqda idi. Zaminlə birlikdə:
– Kənan, Kənan, ayə, oyan, – deyə çığır­bağır salıb onu oyandırmağa çalışırdıq. Tavandan üstümüzə toz tökülür, əşyalar aşaraq sınırdı, divarlarda çat əmələ gələrək evi daha da dəhşətli hala salırdı. Çöldə qorxu­ dan doğmuş hay­həşir səsləri otağımızdan aydın şəkildə eşidilirdi. Biz də “Kənan” deyə ikinci mərtəbədə çığırır, o hay­küy səslərinə səsimizi qoşmuşduq. Birdən Zami­ nin qorxu içində əli ilə çiynimdən yapışıb:
– Ayə, hey... oyan day, gecikirik, müəllim qayıb ya­ zacaq, geciksək, – dediyini eşitdim.
Gözlərimi açdığımda hər şeyin Zaminin məni sirkələyərək “Kənan, Kənan” deməsi ilə beynimin mənə oynadığı qorxulu yuxu oyununda olduğumu anladım. Saniyələr içində beynimdə film yaranmış, evi xaraba qoymuşdum. Şükürlər olsun ki, o gördüklərim həqiqət yox, yuxu imiş. Tətilə yaxın bir vaxtda kirayə ev axtar­ maq fikrim yox idi heç. Röyadan gerçək həyata atılıb, paltarımı geyinib Zamin və Kənanla birlikdə Akademi­ yaya yollandıq. Bir daha heç zaman görmək istəmədiyim üz orada mənə görünən ilk üz oldu. Arzu mənə yaxın­ laşaraq:
– Salam, Kənan, necəsən? Filmə getdiyimiz gün mesaj yazmışdım “Facebook”dan, oxuyub cavab verməmişdin, – deyə gözəl səsi ilə dedi.
Mən də minillik düşmənimlə danışırmış kimi:
– Əleykəssalam, yaxşıyam, yuxulu idim, cavab yaza bilmədim, – dedim. Arzu:
– Hə, anladım, bir də həmin gün nəsə deyəcəkdin axı mənə, onu hələ də deməmisən, – deyib gülümsədi.
Durğun halda, solğun sifətimi ona tutub:
– Hə, düzdür, sənə nəsə deyəcəkdim, yadımdan çıxdı nə deyəcəyim, yadıma düşsə, deyərəm, indi sinfə getməliyəm, sağ ol, – dedim.
Arzu:
– Hə, yaxşı, hələlik, – deyib narahat baxışları ilə baxıb gülümsədiyində mən onun yanından tələsik ay­ rılıb dərs olacaq sinfə sarı getdim.
Arzunun “hələlik” deməsinə ilişib öz­özümə: “Hələlik yox, birdəfəlik, Arzu xanım”, – düşündüm. Axı o mənə heç nə etməmişdi, mən sarsaq niyə ona kin edir­ dim ki?!
Həmin gün vaxt keçmək bilmirdi, sanki çolaq olmuş­ du, elə yavaş­yavaş keçirdi ki, 1 dəqiqənin 60 saniyədən yox, 5 dəqiqədən ibarət olduğunu düşünürdüm. Həmin günü sinifdə oturub bütün 90 dəqiqə ərzində dərsi dinləməyə səbrim çatmırdı, buna görə də hər dərsin ortasında icazə alıb sinifdən çıxırdım. 4­5 dəqiqə ko­ ridorda dolanıb sinfə döndüyümdə dərsin bitməsini səbirsizliklə gözləyirdim. Bayrama qalan bu son iki gün ömrümdə gördüyüm ən uzun günlərin siyahısındadır.
Səhərisi gün Akademiyada Arzu ilə rastlaşdığımda salamlaşdıqdan sonra o məndən:
– Deyəcəyin yadına düşmədimi? – sanki bir az zara­ fatyana soruşdu.
Mən də:
– Yox, düşmədi, düşsəydi, deyərdim də, Arzu xa­ nım, – özümdən ixtiyarsız acıqlı halda dedim.
Arzu:
– Hə, yaxşı, sağ ol, – deyə bir az pərt olmuş halda kiçik, zərif addımlarla məndən uzaqlaşdı.
Onun pis olması, inciməsi mənim heç vecimə də deyildi. Axı mənə nə?! Öz­özümə düşünürdüm ki, o da əzab çəkməlidir, mənim kimi. Amma bunu niyə düşün­ düyümün səbəbini bilmirdim. Bayramla sərhəddə duran sonuncu gün cənuba doğru gedən, bizim kəndin qaba­ ğından keçən axşam qatarına bilet almışdım. Elə bu gün bu şəhərdən ayrılıb evə gedəcəkdim, buna görə özümü yaxşı hiss edir, evə getmək həyəcanını yaşayırdım, kefim kök idi. Qısa zaman ərzində olsa da Bakıdan, dərslərdən, pis yatağımdan və Arzudan yaxa qurtarıb vətənimə, ata­anamı, qardaşlarımı, kənddəki dostlarımı görməyə, həm də istirahətə gedəcəkdim. Kəndimin havası, suyu üçün, palçıqlı yolları üçün belə çox darıxmışdım. Həmin gün son gün idi deyə müəllimlər çox sıxmırdı bizi, dərsi olan müəllimlər, rastlaşdığımız Akademiyanın digər işçi heyəti qarşıdan gələn yeni il münasibətilə bizi təbrik edir, onların adından ailələrimizi də təbrik etməyimizi söyləyirdilər. Son dərs bitdikdən sonra tələsik kirayə qaldığım evə qayıdıb, ehtiyacım olacaq paltarlarımı, bir də çirkli paltarlarımı çantalarıma yığıb kirayə evdən ay­ rılmaq üçün hazırlaşdım.

Səfər
ənanla Zamin səhəri gün gedəcəklərdi deyə heç hara tələsmirdilər. Onlar öz keflərində olsalar
da, evə getmək üçün səbirsiz, həyəcanlı görünürdülər. Onlarla sağollaşıb, çantalarımı götürüb küçəyə çıxdım, yüküm çox, həm də ağır olduğundan məcburən bir taksiyə əyləşib “28 May”a getdim. Vağzala çatdığımda telefonda saata baxıb qatarın hərəkət vaxtına bir saat qal­ dığını gördüm. 1 saat boşluğu qəsdən nəzərə alıb nizam­ lamışdım, çünki yola çıxmazdan əvvəl içmək istəyirdim. Ona görə də vağzal yaxınlığındakı kafelərdən birinə getdim. Kafedə boş gördüyüm ilk masada əyləşərək bir bakal pivə, yanında da noxud gətirilməsini sifariş et­ dim. Həmişə içdiyim qədər, 4 bakal içib, üç qab noxud yemiş, 27 dekabr hadisələrini beynimdə canlandırıb za­ manı keçirmiş, özümü qətlə yetirilmiş Pakistan lideri və fələstinli uşaqlar kimi hiss etmişdim. Axırıncı bakalı biti­ rib kafedəki saata baxdığımda qatarın hərəkət etməsinə 10­15 dəqiqə qalmışdı. Tələsik hesabı ödədim, çantala­ rımı götürüb vağzala gəldim. Biletdə göstərilən vaqo­ nu soruşa­soruşa tapmış və vaqon nəzarətçisinin biletə nəzərindən sonra öz kupemə girmişdim. Yerim yaxşı yer idi, birinci mərtəbədə əlimi­qolumu uzadıb rahatca yata bilərdim. İkinci mərtəbədə olduğu kimi yıxılmaq təhlükəsi yox idi. Özümlə sürüdüyüm yüklərimi yata­ cağın altındakı yerə sıxışdırıb TQDK imtahanında ümid etdiyim kimi kupeyə heç olmasa bir qızın gəlməsini ümid etdim. Kupedəki ümidlərim puça çıxdı, yer tut­ duğum kupeyə 60 yaşlarında ağsaqqal kişi ilə ağbirçək bir qadın gəldi, onlar ər­arvad idilər, deyəsən. Kupedə yeri olan 4­cü adamsa uzun boylu, orta yaşlı, başı kuba bənzər, saçları bozarmış kişi cinsi idi. Kupeyə bilet alan o yaşlı ər­arvadın birinin yatacağı ikinci, birininsə birinci mərtəbədə olduğundan yaşlı kişi mənim yerimi göstərib üzünə yorğun, halsız ifadəsi verərək:
– Ay oğul, bura sənin yerindir? – soruşdu məndən, Mən:
– Bəli, dayı, mənimdir, – deyib növbəti söz üçün özümü hazırladım, o yaşlı xeyirsizin nə deyəcəyini bi­ lirdim daha.
Elə o təxmin etdiyim kimi:
– Mənim yerim ikinci mərtəbədədir, mən ora çıxa bilmərəm, sən cavan oğlansan, bir hə deyib atılıb çıxar­ san, gəl yerimizi dəyişək, – dedi, mən də içimi xıs kəsə­ kəsə, birtəhər gülümsəmə göstərib:
– Hə, dayı, problem yoxdur, – dedim. Yaşlı kişi:
– Çox sağ ol, bala, cavan oğlansan, indi heç yatan vaxtın deyil, – dedi.
Bu da dayının təşəkkürü. Mən yenə bir yalançı gü­ lüş göstərərək:
– Hə, elədir, – deyib yatağımı işğalçıya verib, ikinci mərtəbəyə qalxa­qalxa ürəyimdə: “Bilet alanda, lal de­ yilsiz ki, deyin, aşağı yer versin də. Gəlib adamın başını bu cür xarab edirsiz. Deyəcəksən, vermirəm, olacaqsan pis. Elə bir kupe bağlatdırıb yolboyu ər­arvad sevişərdiz də”, – deyindim.
Öz yerimi bilərək işğala məruz qoyub, çıxıb ikinci mərtəbədəki yeri düzəldib uzanmışdım ki, yaşlı qadın suallar yağdırmağa başladı: “Hardansan, bala? Bakıda işləyirsən? Nəylə məşğulsan?” Bu kimi filan­filan su­ allar... Hardasa 40 dəqiqəmi o xalanın suallarına cavab verərək itirdim. Axır ki, xalanın gözlərinə yuxu gəldi və canım qurtuldu, yoxsa səhərə kimi çənə döyməli olacaq­ dım. Elə 5­10 dəqiqə olar başımı atıb gözlərimi yummuş­ dum ki, dili susan bu qadının yatdıqdan sonra burnu da­ nışmağa başlamışdı. Bu canavar xalanın ağzında sanki motorlu mişar işləyirdi. İndi gəl səhər altıya kimi döz bu səsə. Bunun əri, yazıq kişi, necə dözüb bu səsə bir ömür görəsən? Yaxşı ki, qulaqcıqlarım yanımda idi, tez götürüb qulaqlarıma keçirərək telefondan bir həzin musiqiyə səs verib dinlədim. Daha rahat yata bilərdim, şükürlər olsun. Gecə saat 3­4 olardı oyandım, dilim­dodağım qurumuş­ du. Ciyərlərimi susuz səhra kimi hiss edirdim, yaman susamışdım, yediyim üç qab duzlu noxuddan olma­ lı idi. Su içmək məqsədilə yatağımdan kimsəni nara­ hat etməmək üçün ehmalca enib, vaqon nəzarətçisinə yaxınlaşdım. 4­5 stəkan su alıb içdikdən sonra yatağıma döndüm. Saat 7­yə işləmiş qatar mən enəcəyim kəndin qabağında yerləşən stansiyaya çatmışdı. Evə piyada 20 dəqiqəlik yol var idi, hava da hələ açılmamışdı. O za­ manlar itdən çox qorxurdum, elə indi də qorxuram, çarəsiz cəsarətimi toplayaraq stansiyadan ayrılıb yola düzəldim. Kənddə hürən bütün itlərin səsini eşidir, yolboyu Allahla bağlı bütün suallarımın üstündən xətt çəkib “Bismillahir­rəhmanir­rəhim1. Əşhədu ənlə ilahə illəllah2. Əşhədu ənnə Muhəmmədən rəsulullah3. La ilahə illəllah4. Allahu­əkbər5. İyyakə nəbudu və iyyakə nəstəin6. Ləm yəlid və ləm yuləd7. Və ləm yəkul­ləhu kufuvən əhəd8. Subhanə rəbbiyəl Əla və bihəmdih9” deyə­deyə evə gedirdim. Evimizə 150­200 metr qalmış üşənməyə başladım. Məni vəsvəsə bürüdü, içimə qorxu düşdü, sanki kimsə arxadan tutacaqmış kimi bir hiss yarandı başımda. Bu qorxu ilə həmin məsafəni qaça­ qaça evə getdim. Evin qapısına çatdığımda qorxularım çəkildi və bir anlıq “nənəm məni görüb sevinəcək” deyə düşündüm, o fikir saniyələr içində yarandı və yarandı­ ğı kimi də yox oldu. Bir anlıq nənəmin öldüyünü unut­ muşdum. İçəri girib evdə oyaq olanlarla görüşdüm. Evdəkilər “ac olarsan” deyib yemək hazırladılar mənə, yediklərim mədəmə çatar­çatmaz yuxu qapını döyməyə başladı. Qatarda yatmağıma baxmayaraq, özümü yor­ ğun hiss edirdim, buna görə gedib üzərində 3 ilə yaxındı ki, rahat yata bilmədiyim yatağıma uzandım.

1 Bağışlayan və mehriban Allahın adı ilə
2 Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur
3 Şəhadət verirəm ki, Məhəmməd Allahın elçisidir
4 Allahdan başqa məbud yoxdur.
5 Allah böyükdür
6 Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik
7 O nə doğmuş, nə də doğulmuşdur
8 Onun heç bir tayı, bərabəri, bənzəri yoxdur.
9 Rəbbim pakdır, ucadır və həmd sahibidir

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 076
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri