Ürəyimdə karantina (9-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 836
Səs ver:
(səs: 0)
Xəyyam: Yatmısan Ella?
İzabella: Həə yorğun düşüb yatmışam. Evdə qalmaqda sıxıcı imiş
İzabella: Niyə soruşurdun?
Xəyyam: Səndən bir mesaj gəlməyincə darıxdım
İzabella: Oyy mənim quzum darıxarmışda
Xəyyam: Yenə quzu?
İzabella: İstəmirsənsə demərəm birdə
Xəyyam: İstəyirəm..
Xəyyam: Sənə hec nə də yox deyə bilmirəm
Xəyyam: Saatın 10 olmağına az qalıb. Gecə sənin yerinə kim yatacaq?
İzabella: Yatmaq problemim yoxdu. Ayı kimi yatanlardanam mən
Xəyyam: Oo işimiz var səninlə onda
İzabella: Nə işi?
Xəyyam: Səni hər səhər yuxudan durğuzmaq var. Ayı kimi yatırsansa, gərək üzünüdə mən yuyam)
İzabella: Sən belə seylər yazanda, həycanlanıram mən
Xəyyam: İstədiyin bu deyildi?
Xəyyam: Evlənmək istəmirdin mənimlə?
İzabella: Zarafata yazırsan, hə bu sözləri
Xəyyam: Belə bir seyin zarafatı olar?
Xəyyam: Belə bir cümlə oxumuşdum kitabda
Xəyyam: 'Görnüşü mənə maraqlı deyildi. Çünki, onun yanında gülürdüm...'
Xəyyam: Mesajlarına, sənə həyatımda bir yer vermişəm. Və bu bir zarafat deyil..
Xəyyam: Mən sənin qəlbini görürəm, geri qalan hər sey boşdu
İzabella: Mən nə yazım bilmədim
İzabella: Xəyyam, mən əslində çirkin bir qız deyiləm. Onsuzda çirkin anlayışı yoxdu. Baxımsız qızlar var. Sən mənə gözəl olarkən baxmadın, görmədin məni... Mənim qorxum buna görə idi. Bircə dəfə belə olsun, diqqətini çəkmədim. Ona görə sənə anonim şəklində yazdım. Məni belə tanı deyə.. Məni belə bir şəkildə gör deyə...
İzabella: Sənin qəlbindən, sənin gözündən istəyirəm ❤
İzabella: Səni bu ürəyim çox sevdi. Sona qədərdə sevməyə davam edəcək. Məndə çox sevgi sözləri yoxdu. Bildiyin kimi içimdə bir Ələddin dayı yatır. Amma bunu bilki Ələddin dayının başqa xoş sözləri olmasada, ailəsini çox sevir. Məndə eynən səni elə çox sevirəm.
İzabella: Gözəl günlər, bizi gözləyir :)
Xəyyam: Gözəl günlər sənsən, Ella ...(oxundu)



İzabella: Uzun bir aradan sonra ağlayıram
İzabella: Bununda səbəbkarı sənsən
İzabella: Sən fərqli idin
İzabella: Amma indi səndə hər kəs kimisən...
Xəyyam: Ella bu nə mesajlardı?
İzabella: Oxuman yazman yoxdu?!  Ya korsan görmürsən?!
Xəyyam: Bax bilmirəm yenə nəyə hirslənmisən. Amma insan ən azından belə bir şey yazmadan, nə olduğunu yazar
Xəyyam: Qarşındakı insanı bilib - bilmədən qırırsan
İzabella: Bəs mən? Məni necənci dəfə qırmağındı?!
Xəyyam: Nə etmişəm?!
İzabella: Karantində, hec yerə çıxa bilmirsiz deyə. Gedib marketdə görüşdün, qızla! İnana bilmirəm sənə!
Xəyyam: Bir insana güvənməyi nə vaxt öyrənəcəksən? Biz nə vaxta qədər bu güvən problemini yaşayacağıq? Yenə, təkrar edirəm yenə eyni səhvləri edirsən sən.
İzabella: Bu dəfə haqqlıyam
İzabella: Alınmır bizdə...
İzabella: Sən və sənin yalanlarınla mən hec nəyə davam edə bilmərəm
Xəyyam: Peşman olacağın sözlər yazma
İzabella: Qızla qucaqlaşmamısan marketdə?! Üzünə gülməmisən...?! Maşınına mindirməmisən?!
Xəyyam: Etmişəm
İzabella: Onda nə?!
İzabella: Niyə belə etdin? Mən xoşbəxt olmuşdum, sənin mesajlarına...
Xəyyam: İnsanlar hər zaman, gördüklərini danışır
Xəyyam: İnsanlar hər zaman, inanmaq istədiyi seylərə inanarlar. Demək, sənə sərf etdi ki, Xəyyam marketdə bir qıza sarılıb. O, qız bacım idi... Ata bir, ana ayrı bacım... Anası görüşməyimizə icazə vermir deyə, bizdə belə bahələr ilə görşürük. Mənim tək həyatım o kitabaxandan ibarət deyil. Sənin gördüyün tərəf yalnız o kitabxanadı. Amma mənim yaşadığım, həyatdan hec xəbərin yoxdu.
Xəyyam: Ella, nə vaxt güvən problemini aşsan onda mənə yazarsan. O günə qədər, mənə bir mesaj olsun belə yazma... (oxundu)




3 gün Sonra
İzabella: Üzüm gəlmir yazmağa
İzabella: Bu xasiyyətimi hec sevmirəm. Hər sey yaxşı gedərkən, birdən - birə hər seyi özüm korladım. 3 gündü əzab çəkirəm...
İzabella: Çox pisəm(
İzabella: Bununda səbəkarı özüməm
İzabella: Dayana bilməyib, yazdım
İzabella: Nə desən yeridi, nə yazsan haqqındı..
İzabella: İtirmək istəmədiyim, hər kəsi itirirəm
İzabella: Bu da mənim zəif tərəfim olsun (02:37)
Xəyyam: Bu saatda niyə yatmamısan?!
İzabella: Səndə yatmamısan..
Xəyyam: Səni düşünməkdən, yata bilmirəm
Xəyyam: Amma sən yatmalısan. Saat gecdi..
İzabella: Məni düşünmə
İzabella: Cəzamı çəkirəm
Xəyyam: Off...
Xəyyam: 3 gündü sənə, yazıb - yazıb silirəm. 3 gündü yazmağını gözləyirəm. Bəlkə dünən yazarsan deyə, bütün günü gözlədim. Günah məndə idi... Sənə deməli, idim...
İzabella: Günahı öz üstünə atma
İzabella: Hər seyi edən mənəm. Ancaq yersiz şit zarafatlarım var. Sevilməz tərəflərim ilə gəldim sənə mən...
İzabella: Karantinində bitməyinə az qalıb. Hər kəs öz həyatına qaldığı yerdən davam edəcək.
Xəyyam: Sənin o yersiz şit zarfatların mənim üzümü güldürür... Az qalıb, səni görəcəm.
Xəyyam: Səni bu an, bu dəqiqə qucaqlmaq istəyirəm
Xəyyam: Amma edə bilmirəm...
Xəyyam: İlk dəfədi bir seyə, əlim çatmır
Xəyyam: Barışaq?
İzabella: İcazə vermirsən bir az əzab çəkməyimə
Xəyyam: Çünki, əzab çəkməyinə dözə bilmirəm
İzabella: Barışmayaq
İzabella: Qoy bir azda sürünüm
Xəyyam: Barışaq məncə
İzabella: Yox barışmayaq
Xəyyam: Tək sürünən sən deyilsən axı
İzabella: Başqa nə sürünür?
Xəyyam: İlanlar)
İzabella: -_-
Xəyyam: De görüm əynin qalın idi işə gedəndə?
İzabella: Soruşduğun suala bax
İzabella: Biz küsük hələdə
Xəyyam: Özünü küsdürən sənsən. Mən hər gün səni düşünürdüm
İzabella: Yox qalın deyildi
Xəyyam: Əsəbləşdirirsən adamı. Havanı görmürsən sən?
İzabella: Havanı görmək olur?)
Xəyyam: Ella!
İzabella: Mən qalın bir sey geyinə bilmirəm. Qışda yay kimidi mənə)
Xəyyam: Sonrada xəstə olursan
İzabella: Xəstə olsam, bəlkə ağıllanaram.
İzabella: Bu başla yaşamaq ağır gəlir mənə daha
Xəyyam: Barışdıq demək)
İzabella: Barışdıq (oxundu)




İzabella: Sabahın Xeir
İzabella: Saat 23:26 da güzgü qarşısında durub, 3 dəqiqə güzgüyə baxsan, nə olar?
Xəyyam: Nə olar?
İzabella: Saar 23:29 olar)
Xəyyam: Gülmədim
İzabella: Gül
Xəyyam: De görüm, göydə uçan kəpənəyə nə deyirlər?
İzabella: Nə deyirlər?
Xəyyam: Göydə uçan kəpənək)
İzabella: Nə qədər güldüm -.-
Xəyyam: Darıxmışdım belə yazışmalarımız üçün
Xəyyam: Birdə, məndən bu şəkildə getmə..
İzabella: Soruşmaq çətin olsada, soruşacam.
İzabella: Bir bacının olduğunu bilmirdim...
Xəyyam: Hə, atamın etdiyi xəyanət nəticəsində dünyaya göz açan bir bacım var. 18 yaşı var indi.
Adı Əfsanədi. Dünyada bir tək onu çox sevirəm. Anası, anam israrla bizi bir - birimizdən ayrımağa çalışırlar. Düzün desəm, valideyinlərimin yanına ona görə getmədim. Məni burda tək qoyub, getmə dedi. Məndə o sözdən sonra hec herə gedə bilmədim...
İzabella: Bu vaxta qədər bunu mənə niyə deməmişdin? Heyatda bir sevdiyin insanın olmadığını düşünürdüm
Xəyyam: Ən çox onu sevirəm. Bir gün tanış olarsız mənim canımın içi ilə :)
İzabella: Sizi niyə bir - birinizdən ayrımaq istəyirlər?
Xəyyam: Analarımızın bir birinə olan düşmanlığı nəticəsində, bizidə bir - birimizdən qoparmağa çalışırlar. Amma, alınmır onlarda hec cürə. Hamısına nifrət etsəmdə, bir tək Əfsanəyə edə bilmirəm. İnsan öz canına necə nifrət etsin? Onu hər nə olursa, olsun sevməyə davam edəcəm.
İzabella: Sənə yenidən aşiq oldum...
İzabella: Belə bir ürəyə aşiq olmamaq, günah olar❤ (Oxundu)

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 836
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri