Ürəyimdə karantina (10-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 661
Səs ver:
(səs: 0)
İzabella: Salam
İzabella: Necəsən?
Xəyyam: Salam
Xəyyam: Salam da, niyə rəsmi yazırsan?
Xəyyam: Nəsə etmişəm yenə?
İzabella: Hə etmisən..
Xəyyam: Mən yazıq evdə otura - otura nə etmişəm?
İzabella: Mənim ürəyimi oğramısan, dilim - dilim doğramısan)
İzabella: Yenə ardın bilmirəm -.-
Xəyyam: Qorxdum birdə belə eləmə
İzabella: Son günlərdə hər sey yaxşı gedir. Buna sevinirəm
Xəyyam: Marketə getməyədə qorxuram bilirsən?
İzabella: Özüm o marketdə olmasamda, sənin üstündə olan çox gözlər var
Xəyyam: Məni nə çox sevərmişdə
İzabella: Oyy oyy sənin xəmirin, artıq tam yoğrulmağa hazır olub
Xəyyam: -_-
Xəyyam: Nə bişirəcəksən məndən?
İzabella: Quzudan nə bişirirlər?
Xəyyam: Quzu kababı
İzabella: Eynen :)
Xəyyam: Neynək belə olsun. Mən gedirəm bişməyə
İzabella: Dayan sözüm var sənə
Xəyyam: Nə söz?
İzabella: Duzla istiotu vurmaq, yaddan çıxmasın
Xəyyam: Həmişə sənə inamıramda
İzabella: Yaxşı həqiqətən sənə bir söz deməliyəm amma
Xəyyam: Buyur de
İzabella: Quzudan kabab edəndə, qoyun ağlayırki Mənim balamı gözüm qarşısında oda atırsız
Xəyyam: Ella
Xəyyam: Görüşəndə bunların cəzasını çəkəcəksən
İzabella: Görüş gününə qədər belə olmağa davam
İzabella: Mənim sevdiceyim (Oxundu)


Xəyyam: Bu vaxta qədər hardaydın?
İzabella: İşdə idim
İzabella: Nəsə olub?
Xəyyam: O mənada soruşmuram
Xəyyam: Bu vaxta qədər mənə niyə yazmamışdın?
Xəyyam: Sənsiz nə boş adam imişəm
Xəyyam: Bu gün bunun fərqinə vardım
Xəyyam: Birinci dəfədi kitabı yarım saxladım. Kitab oxuyandan beynimə girdin. Hec çıxmadın..
Xəyyam: Səni düşünmək gözəl bir seydi
Xəyyam: Görmədiyin bir insanın gülüşünü sevmək, onun saclarına toxunduğunu hiss etmək, başqa bir sey imiş
Xəyyam: Bu hissləridə, mənə yaşatan sənsən
Xəyyam: Ürəyimə birdən birə bir ağrı girir. Sənə bu qədər uzaq gec qaldığım üçün
Xəyyam: Yaxşı ki məni sevmisən
Xəyyam: Yaxşı ki sənə yazmağa davam etmişəm
İzabella: Yazdıqlarına bir cavab verməsəm olar?
Xəyyam: Olar
Xəyyam: Çünki, bunun özü bir cavabdı
İzabella: Xəyyam özümü xoşbəxt hiss edirəm
İzabella: Bunun hər zaman belə olmağını istəyirəm
İzabella: Olacaq?
Xəyyam: Başda özümü soyuq apardım. Amma sonra sənə qapanıb getdim..
Xəyyam: Deyəsən, xoşbəxt olmaq sırası bizdədi
İzabella: Ancaq belə romantik - romantik danışacağıq?
Xəyyam: Odunsan sən
İzabella: qışda odun əvəzi, peçə məni atarsan
Xəyyam: Deyəsən elə olacaq
İzabella: Bilirsən romantikliyi sevmirəm mən
Xəyyam: Bir - iki xoş sözdə deməyək onda
İzabella: De, amma belədə yoxda
Xəyyam: Səni evimin xanımı edəcəm yazım?
İzabella: Ayy bax buna varam^^
Xəyyam: Yaxşı
Xəyyam: Hörmətli Ella xanım
Xəyyam: Siz mənim evimin xanımı olarsız?
İzabella: Yox demək istəyərdim. Amma təsüfki bu təklifə mən buna dünəndən razıyam)
Xəyyam: Allah xoşbəxt eləsin onda (Oxundu)



Xəyyam: Çox düşündüm
Xəyyam: Bizim hec mahnımız yoxdu
Xəyyam: Bizim mahnımız nə olsun?
İzabella: Axtarışa çıxaq onda
İzabella: Nə də olmasa axtaran tapar)
Xəyyam: Bizdə niyə tərsində hər sey?
İzabella: Nə tərsinədi?
Xəyyam: Mən xoş seylər yazıram. Sənsən məni dəstəkləmirsən. Hec xoşunada getmir.
İzabella: Nə demək istəyirsən mənə?
Xəyyam: Demək istəyirəmki bu münasibətdə altdan alan tərəf mənəm. Mənim səndən çəkəcəklərim var.
İzabella: Öküz deyirsən sən mənə?
Xəyyam: Öküz nədi? Bir xanıma deyiləcək sözdü o?
İzabella: Sözündən elə çıxdı! Sətir altı mənalar var!
Xəyyam: Sənə söz deməli deyil
Xəyyam: Günümü qara edəcəksən mənim
İzabella: Ariel ilə ağardarıq, problem yoxdu)
Xəyyam: Görürsən, bax bunu deyirəm
İzabella: Ya yaxşı evimin rəisi
İzabella: İstədiyin mahnı olsun
İzabella: Mən mahnımızı tapmışam artıq
Xəyyam: De görüm nədi
İzabella: Nurcanım
Xəyyam: -_-
İzabella: Üzün niyə asırsan
Xəyyam: Hər seyi lağa qoy
Xəyyam: Mən gedirəm yatmağa
İzabella: Küsmə
İzabella: Getmə
Xəyyam: Belə niyə edirsən? Sənə yanaşdıqca qaçırsan məndən..
İzabella: Yaxşı bağışla
Xəyyam: Səndə yat gecdi
İzabella: Bağışla dedim sənə
Xəyyam: Məndə get yat dedim sənə
İzabella: Hansı daha vacibdir?
Xəyyam: Sənim yatmağın
Xəyyam: Çünki hər seyden əvvəl, mənə sən lazımsan (oxundu)




İzabella: Huu
İzabella: Xəyyammm
Xəyyam: Yatmışam hələdə
İzabella: Bəs kim yazır?
Xəyyam: Barmaqlarım
İzabella: -.-
İzabella: Birdə yersiz, elə zarafatlar etməyəcəm
Xəyyam: Problem səndə deyil, problem məndədi
Xəyyam: Məndədiki sənə elə söz yazıram
İzabella: Off yaa nə gözəl, gül keçinib gedirdik
Xəyyam: Həə
İzabella: Ürəyimi sıxma mənim
Xəyyam: Ürəyin mənə görə sıxılmasın
Xəyyam: İşə gecikirsən
İzabella: Bağışladım yaz
İzabella: Yoxsa bütün günü səni fikirləşib duracam
Xəyyam: Bağışladım
İzabella: Elə yox, ürəkdən yaz
Xəyyam: O necə olur?
İzabella: Yazki "Səni bağışladım. Səndən küsmək olmur"
Xəyyam: Səndən küsməmişəm
İzabella: Özünü küsmüş kimi aparırsan
Xəyyam: Karantinin bitməyinə az qalıb
İzabella: Hə nə olsun?
Xəyyam: Biz görəşəndə, bunun bədəlin çox pis ödəyəcəksən
İzabella: Qorxudursan məni
Xəyyam: Qorx məndən
İzabella: Xəyyam
Xəyyam: Ella
İzabella: Karantin bitsədə görüş olmayacaq
Xəyyam: Bal kimidə olacaq
Xəyyam: Görüş yerimizidə sən sec
İzabella: Kitabxanan?
Xəyyam: Əminsən?
İzabella: Aha
İzabella: Sən, mən birdə kitablar ❤ (Oxundu)

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 661
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri