Ürəyimdə karantina (14-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 3 901
Səs ver:
(səs: 0)
İzabella: Birdə səninlə görüşməyəcəm
Xəyyam: Niyə ki?
İzabella: Niyə olacaq yol boyu tutdurdun, evlənəkdə evlənək -_-
Xəyyam: Yaxşı
İzabella: Nə yaxşı?
Xəyyam: Hec nə demirəm sənə
İzabella: Küsmə
Xəyyam: Küsmədim
Xəyyam: Mən səni tanımırdım belə sən mənə yazanda. Amma sənin mənimlə evlənmək istədiyini bildikdə mən sənə bu qədər qarşı çıxmamışdım.
Xəyyam: Bağışla..
Xəyyam: Niyyətim səni bezdirmək deyildi
Xəyyam: Səndə özünə görə haqqlısan.
Xəyyam: Sənə hec 'Səni Sevirəm' belə deməmişəm. Amma durubda sənə gəl evlənək deyirəm.
Xəyyam: Mən belə bir dəlilik edəcək, oğlan deyildim
Xəyyam: Gecən xeirə Ella
İzabella: Dayan Xəyyam!
İzabella: Mən yatmıram. Səndə çıxma
İzabella: Mənə səni sevirəm deməsən belə olar. Onsuz o söz çox klassik və mənasız bir sözdü. Nə önəmi var o sözü deməyin...
İzabella: Bilirsən, demək istəmirdim sənə. Amma karantində bitdi. Və mənim anam artıq xalamın yanına getmək istəyir..
İzabella: Mən bu dəqiqə getməmək üstündə anamla dalaşıram. Ona görədə sənə bir cavab tapıb verə bilmirəm. İncimə məndən qıyıq gözlüm..
Xəyyam: Bunu 2 gündü niyə demirsən?
İzabella: Sıxmaq istəmədim səni
Xəyyam: Sənin həyatından niyə sıxılım? Sən mənim həyatımdan sıxılırsan?
İzabella: Təbiki yox... Amma nə bilim 2 gündü bir - birimizi gördük. Durubda belə bir sey deməyi, özümə yaraşdıra bilmədim. Utandım...
Xəyyam: Bizimkilər yay tətilinə bura gələcək. Gəlib ananla tanış olarlar. Biz evlənərik ananda sonra çıxıb gedər...
Xəyyam: Ya da niyə gedir? Bizimlə yaşasın
İzabella: Sənin ailən qəbul edəcək məni? Anamında bizimlə yaşamasını gözləmə...
Xəyyam: Ailəm adı üstündə ailədi. Yəni, valideyin kimi üstünə düşən vəzifəni yerinə yetirəcəklər. Başqada hec nə ola bilməz... Daha əvvəldən demişəm mənim Əfsanədən başqa hec kimim yoxdu
İzabella: Aydın oldu...
Xəyyam: Əfsanə səni görmək istəyir
İzabella: Danışmısan mənim haqqımda ona?
Xəyyam: Hə, həmdə ilk gündən. Səninlə yazışmağımı O istədi... Yoxsa mən bir anonimə mesaj yazacaq, qədər bekar insan deyildim
İzabella: Mənim anonimliyimə söz atdın?
Xəyyam: Əvvəl belə biri deyildim mən. Sonra dəyişdirdin məni :)
İzabella: :(
Xəyyam: Gül baxım :)
İzabella: Gülməyəcəm. Mən gedirəm Selenaya baxmağa. Bu arada da bacın ilə görüşməyi səbirsizliklə məndə gözləyirəm :)
Xəyyam: Na - na - na Selena!
Xəyyam: İlk mesajın^^
İzabella: Səndə öküz kimi 'Nəə?' yazmışdın)
Xəyyam: Biri sənə belə mesaj atsa nə yazardın?
Xəyyam: Öküz deyiləm həm mən
İzabella: 3 ay səni yola gətirməklə məşğul oldum :)  Əvvəl soyuq buz kimi cavablar verirdin
Xəyyam: Soyuq buz kimi insan olduğum üçün...
İzabella: Elə deyilsən... Özünü elə görsədirdin.
Xəyyam: Ella...
İzabella: Nəə?
Xəyyam: Dediyin kimi oldu...
İzabella: Nə oldu?
Xəyyam: İlk gün yazmışdınki, karantin çıxandan sonra evlənəcik :) Dediyin kimidə olur :)
İzabella: Yadıma salma o günləri) Nə qədər anonim hekayləri oxumuşdum. Çoxsunda da evlənmək haqqında seylər yazılmışdı. Məndə bəxtimi sınayım dedim :)
Xəyyam: Yazdığın üçün bir ömür sənə borclu olacam. Hətda qızımız olduqda, adını Selena qoyacam :)
İzabella: Oğlumuzda olduqda Hades qoyarıq)
Xəyyam: Mən nə edim səninlə? Ciddi söz yazıram araya yenə zarafat qatırsan
İzabella: Mən hardan bilim, ciddi yazdığını
Xəyyam: Hər seyi çox gözəl bilirsən. Sadecə sənə sərf eləmir
İzabella: Off xətirinə dəydim(Oxundu)



İzabella: Cavab vermədən çıxırsan demək?
Xəyyam: Nə cavab verəydim?
İzabella: İndi bir dənə ad üstündə dalaşdıq biz?
Xəyyam: Ad üstündə dalaşmadıq. Ümumiyyətcə dalaşmamışıqda. Sadecə düşündümdə mən çox gözəl xəyal qururam...
İzabella: Layiq deyiləm xəyallarına?
Xəyyam: Xəyallarıma layiq olan yeganə insan sənsən. Səndə qəbul etmək istəmirsən... Məndən qaçırsan...
İzabella: Xəyalının ardın necə davam etirəydim? Hə bir qızımız oldu adıda Selena oldu... Sonra nə?
Xəyyam: Qızımız böyüdükdə, adının necə qoyulması haqqında bizdən soruşduqda, bizdə öz sevgi hekayəmizi ona danışa bilərdik... Adının bizim üçün necə dərin bir mənaya sahib olacağını deyə bilərdik... Nə bilim, məndən bizdən bəhs edərdin ona...
İzabella: Tək günahım, belə cümlələr yaza bilməməyimdi...
İzabella: Alınmır məndə
Xəyyam: Yaxşı Ella... Bu söhbəti bağlayaq, birdə açmayaq
İzabella: Yox... Hər çətinə düşəndə söhbəti bağlayıb, qaça bilmərik... Məndə öyrənməliyəm.. Öyrət mənədə...
İzabella: Sən mənim şit zarafatlarımı öyrəndin. Mənə görə dəyişdin... Məndə cəhd eləməliyəm
Xəyyam: Sən bunları öyrənsin, biz sonra nə üstündə dava edəcik?)
İzabella: Dava etməyimizə çox səbəb var :)
Xəyyam: Nə səbəb?
İzabella: İşin vaxtıdı. Axşam çıxanda yazaram. Bolca dava edərik)
Xəyyam: Ucundan qulağından bir xəbər ver. Hansımız haqqındadı?
İzabella: Mən haqqındadı :)
Xəyyam: Başqa bir ip ucu daha istəyirəm
İzabella: Axşam yazacam (Oxundu)



Xəyyam: Gəldin işdən?
İzabella: Hə, indi yemək yeyib öz otağıma keçdim.
Xəyyam: De indi, davamız nə üstündə olacaq?
İzabella: Bir az səbrin olsunda :)
Xəyyam: Necə saatdı səbr edirəm
İzabella: Keçənlərdə dostumun sözü olmuşdu ha :)
Xəyyam: Həə, olmuşdu. Bundan sənə, mənə bizə nəəə?
İzabella: Dayan bir yazıramda
İzabella: Demişdin oğlanlar olacaq. Məndə, hə olacaq. Amma biz bir yerdə böyümüşük hec nə olmaz demişdim...
Xəyyam: Eee?
İzabella: Demək olardan biri, sən demə məni sevirmiş
Xəyyam: Nə yazım?
İzabella: Böyük dava:)
Xəyyam: Bizim aramızda deyil amma
İzabella: Bəs kimin arasında?
Xəyyam: Həmin oğlanla, mənim!
İzabella: Off gərək hec deməzdim sənə. Mən sənə aramızda gizli hec nə olmasın deyə dedim.
Xəyyam: Əsəbiyəm.. Həmdə çox... Təxmim belə edə bilmədiyin qədər, daha çox...!
Xəyyam: Sən onlara dost gözündə bax onlarda səni sevinsinlər. Normal dostluqlar olmayacaq bu həyatda?! Necə insanlar var...
İzabella: Deyəsən bu gündə küs yatacıq
Xəyyam: Dəlisən? Səndən niyə küsüm?
Xəyyam: Bu qədər, gözəl olmaq sənin secimin deyildi...
Xəyyam: Tanrı tərəfindən, qusursuz yaradılmısan...
Xəyyam: Yalnızda mənə aid ola bilərsən
Xəyyam: O oğlanada sevgilinin olduğunu de
İzabella: Gözəl dediyin üçün, ilk əvvəl təşəkkürlər. Sonrada bir sevgilim olduğunu dedim. Amma mənə inanmadı...
Xəyyam: Sabah onda mən inandıramam onu! (Oxundu)

Bölüm sonu

Müəllif: Goncha

Ps. Finala son 1 bölüm
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 901
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri