Ruhum sənə əmanət (10-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 6 578
Səs ver:
(səs: 0)
Bizi bir araya gətirən, məcburi evlilik idi.
Cəhhənəmin tam orta yerinə gəlib, yanmağı düşünərkən Ayaz mənə cənnəti yaşadırdı. Mənim yaxşı ola bilməyim, üçün əlindən gələn hər seyi edirdi. Hər kəsin qarşısına belə bir insan çıxardımı? Çıxmazdı, məncə...
Mənimdə qarşıma O, çıxdığı üçün şanslı idim. Atamgil ilə olan o söhbətdən sonra araya qısa bir səssizlik çökmüşdü. Ayazı nə deslərdə, susdura bilməyəcəklərini görüb, daha çox üstünə getməmişdilər. Səhər açılar, açılmazda mənə tərs - tərs baxaraq sağollaşıb getmişdilər. Ailəm dediklərim, mənə ailə olamdı hec. Ayazı isə ailəm kimi qəbul etmədim. Amma O, mənə tam bir ailə oldu...
Aldığı kicik dərs masasında oturub, özüm üçün dərsləri təkrarlamağa çalışırdım. Əlimdəki qələmi sağa - sola fırladıb, Ayazın gəlməsini gözləyirdim. 1 saat idi aşağı düşmüşdü. Hələdə yuxarı çıxmaq bilmirdi. Bəlkədə, Fidanla dərdləşirdi. Kim bilir...?
Madam pəncərə küncündə olduğundan rahatlıqla çölə baxdım. Əsən ağaclardan, havada külək və bir ayaz olduğunu hiss etdim. Ağac olduğu yerdə qalmışdı... Küləyə rəğmən...
Kitabı vərəqləməyə başladıqca, qulağıma mesaj səsləri gəlməyə başladı. Mənim telefonumdan gəlmirdi bu səs. Başımı arxama çevirib baxdıqda, çarpayının künc çəkməsinin üstündə olan Ayazın telefonunu gördüm. Ona ard - arda mesaj atan kim idi?! Mesajın səsinə baxmayıb, irəli çöndüm. Çönməyim ilə yenə bir mesaj səsi gəldi! Telefonu səssizə atmaqdan başqa bir çarə görmədim. Fikirmi dağıdırdı! Ayağa qalxıb telefonu əlimə alıb ekranın yandırdıqda "Ceki" adında bir oğlandan mesaj gəldiyini gördüm. Adı deyil yazdığı sonuncu mesaj diqqətimi çox çəkdi.

"Ayaz yarışın yerini dəqiqləşdirik. Zamiqlərin məkanında olacaq. Bir az tez gələrsən"

Mesajı oxuyar oxumaz ürəyim çırpındı, əllərim əsdi. Mesajı yenidən oxudum, həmdə böyük xəyal qırıqlığı ilə... Gedirdimi yarışlara yenidən? Gedəcəkdim? Özümü ələ almaq üçün telefonu olduğu kimi yerinə qoyub, masama əyləşdim. Söz vermişdi mənə... Getməzdi... Bəlkədə, indi məni görüb getməzdi...
Qapının açıldığını hiss etdikdə, kitab oxuyur kimi etdim. Ayazın içəri girdiyini hiss etdikdə, isə başımı kitabdan qaldırıb ona baxdım. Əlində bir bardaq süd ilə, gülümsəyərək yanıma gəlib "Xırda, bu südün hamısını içəcəksən. İçməsən, dərslərini yaxşı oxuya bilmərsən"dedi.
Tədirgin olan halımı ona bildirməməyə çalışıb, saxta şəkildə gülümsünərək bardağı əlindən aldım.

"Südü içdikdən sonra bərabər aşağı düşüb film izləyək?"dedim.

Hə, mən dedim... Bəlkə, o yarışa getməz deyə... Mənə bir bardaq süd gətirən adam getməzdi...

"Mən dostlarım ilə görüşməli idim. Əgər onlar görüşməyəcəksə, bərabər film izləyirik"dedi.

Sonra yanımdan ayrılaraq telefonunu əlinə götürdü. Telefona ciddi bir şəkildə baxaraq, üzünü asdı. Bu getməyəcəm deməkmi idi?
Gözlərinə bir ümüd yeri axtararaq baxdım. Amma O, isə "Mən təcili getməliyəm... Filmi sabah izləyərik"dedi. Deməyi ilədə, ümüdümü məhf etdi... 'Getmə' də deyə bilmədim... Dəri çəketini əyninə geyinərkən, son dəfə bəlkə gətməz deyə "Ayaz dostların ilə sabah görşüsən, mənim axı ürəyim sıxılır"dedim.
Saclarının qarşısını düzəldərkən "Tez qayıdacam, narahat olma. Vacib olmasa, getməzdim"deyib otaqdan çıxdı. Vicdanı sızlamırdımı? Onun yarışdan başqa, gözünün hec nə gördüyü yox idi...! Mən indi nə etməli idim? Yenə maşın yarışan qurban getməsinə gözmü yummalı idim?! Qələmi əlimdə fırlatmağa başlayıb, düşündüm. Nə edə bilərdim? Sözünü tutmayacaq qədər, maşın yarışını çox sevirdi... O, sözü mənə vermişdi... Bu dəfə rollar dəyişməli idi. Onu o cəhənnəmdə, tək yanmağa qoymayacaqdım!

Fidanla bərabər, Ayazın yarış keçiriləcəyi yerə gedirdik. Son çarəm, Fidanın yanına getmək idi. Oda ünvanı bildiyindən, evə əhlinə kicik bir yalan deyib Fidanın maşınına minərək yola çıxmışdıq. Olduqca, həycanlı idim... Həmdə, Ayazdan nigaran qalmışdım. Bəlkədə yarış başlamışdı... Bu gün nə çox bəlkələri keçirtdim, ağlımdan...
Düz yoldan çıxdıqdan, sonra yol kənarları ağaclardan ibarət olan toz dumanlı bir yola giriş etmişdik. Bu cür yoldamı maşın yarışı keçirildi? Tənha və düzəngahlıq bir yerə bənzəyirdi. Bir az daha getdikdə gözümə oda parçaları birdə tüstülər görsəndi. Fidana dönüb baxdıqda maşını saxlayıb "Buradı... Ayazın həyatını, qurban vermək istədiyi yer buradı" dedi. Bura onun yeri olmayacaqdı daha!
Maşından aşağı endikdə Fidan ilə irəlləməyə başladıq. Bir yol belə çəkilməmişdi, yer torpaq daş kəsəkdən ibarət idi. Yarış maşını düz yolda keçirələrdi... Bəlkədə, qəza səbəbləri torpağın belə olması idi. Bir sözlə, canına qəsd etmək istəyirdilər. Əmin bir tərzdə addımı atmağa başladım. Ətrafda təkərlər, təkərlərin içinə yığılmış odun parçaları vardı. Yanan odun parçaları ətrafı işıqlandırırdı. Bir xeyli topalaşmış oğlan və qızlar vardı. Səs küyləridə ətrafı götürmüşdü! Bir nəfər ortalığa düşüb hərədən pul yığırdı... Ortada, bəhs söhbəti var imiş...!
Fidan qoluma toxnub əlini digər sağ tərəfə uzadaraq "Bizimki ordadı..."dedi. Gözümdə onu axtarırdı... Ətrafında 2 oğlan vardı... Gülürdü... Məni görəndə də gülə biləcəkdimi?! Əsəbləşsə belə yanına gedəcəkdim. Yanındakı adamlara hec baxmadan... Çünki, `can bir oyuncaq deyildi...

Yanına tərəf əsəblə addımladım. Üzünü yanındakı adama döndərib, güldükdə məni gördü. Diqqətli secməyə başladığı an, üzündəki təbəssümü kəsdi. Məndə artıq yanına varmışdım! Tam qarşısına dikildiyim an, yanındaki iki oğlan mənə baxdı. O, isə donmuşcasına, həqiqət olub olmadığıma daha dəqiq vardı.

"Asya..." dedi

Hə, Asya! Canından bezdirdiyin Asya!
Yanındakı əsmər uzun boylu oğlan "Tanışsız?" deyə soruşdu.
Çox tanış idik! Həmdə ən yaxın dərəcədən!
Ayaz ruh görmüş insan kimi "Ceki, siz bizi tək buraxa bilərsiz?"dedi.
Mesaj yazan oğlan idi bu! Arsızca gülüb ardından "Hay hayy"dedi. Bizə baxaraq yanımızdan ayrıldıqda, arxama çönüb baxdım. Fidan yox idi getmişdi...

Tam yanıma gəlib əsəbini mənə bəlli edəcək bir şəkildə "Sənim burda nə işin var?!"dedi.

"Söz vermişdin..."dedim sualını görməməzlikdən gəlib. Qolumdan incitməyəcək bir şəkildə tutub məni özünə tərəf çəkdi.

"Sözü boş ver! Hansı cəsarət ilə bura gəlmisən?! Ürək yemisən sən?!"

Ürək yemişdim! Göz görə - görə daha nə qədər təhlükəyə atacaqdı canını!

"Söz vermişdine söz! Söz verməyin nə olduğunu bilirsən?! Səni almamış burdan gedən deyiləm! Bu yarış oynanılmayacaq! Mənimlə gəlirsən!"

Əsəbləşdiyindən, əsəbini necə çıxdığını bilmədiyi üçün gülməyə başladı. Hər zaman belə edirdi. Əsəbləşəndə, gülürdü...

"Bura necə gəlmisənsə çıx elədə get! Bura gəlməyinin, cavabını evdə verəcəksən mənə! Dua elə ətraf adam qaynayır!"dedi.

"Nə edəssən döyəcəksən?!"dedim burnun dikinə gedib.

"Asya əsəbləşirəm! Döymək nədi?! Get, Fidan səni maşının yanında gözləyir"

Onu almadan getməyəcəkdim. Onu burdan necə aparacağımıda bilmirdim.

"Sözünü tutacaqsan! Əgərki sözünü tutmasan, qayıdanda məni evdə görməyəcəksən! Qaçıb gedərəm evdən... Secim sənində ya mən, ya da o maşın! Mənsizliyə dayana biləcəksənsə, maşını sec... Çıxım gedim buralardan"

Arada yaranan qısa səssizlik... Bir mənə baxdı, birdə arxasında olan insan yığınına. Sonra maşınlara...Ən sonda yenə mənə tərəf döndü.

"Sənsiz nəfəs belə, almadığımı çox gözəl bilirsən! İndi səni secəcəyimidə çox gözəl bilirsən! Amma burdan bu şəkildə çıxıb gedə bilmərəm... Pullar yığılıb, hesablar açılıb"dedi.

Məni secirdi... Amma secimi başdan səhv idi. Ceki yanımıza gəlib əlindəki açarı Ayazın ovcunun içinə qoyub "Yarış başlayır dostum! Mavi maşın hər zamanki kimi sənindi"dedi. Gözüm mavi maşını tapdı. Məndən o qədərdə uzaq deyildi! Bu gün Ayaz tək yanmayacaqdı... Ayazın fikirli olduğunu görüb, əlində tutduğu bir göz qırpında alaraq mavi maşına doğru qaçmağa başladım.

"Asya! Asya dayan" deyib arxamca gəldikdə maşınım qapısını açarla açıb, qarşıya oturdum. Tamda məni bu an yaxladı. Qapını örtməyimə icazə vermədi.

"Asya bu bir oyuncaq deyil! Düş aşağı! Yarışın başlamasına 10 dəqiqə qalıb! Sən dəli olmusan?! Düş sənə dedim aşağı!"

Düşməyəcəkdim! Yarışa gedirdisə, məndə yanında gedəcəkdim!

"Düşmürəm! Eşitdin məni, düşmürəm! Hec bir qüvvədə məni bu maşından aşağı düşürdə bilməz! Canını yandırmağına icazə verməyəcəm!"

Dərindən ya səbr çəkdi. Mən onun yaxşılığı üçün edirdim... Maşının qapısını möhkəmdən vurub örtərək, maşına mindi.

"Məni necə çətin bir vəziyyətdə qoyduğunu bilmirsən! İkimizdə yanacağıq"dedi.

"Ortada yanmaq söhbəti varsa, sənin tək yanmağına icazə verə bilmərəm. Birlikdə yanaq...!"dedim
.
Gözlərindəki əsəb qıvılcımı yavaş - yavaş itməyə başladı.

"Lənət olsun! Lənət olsunki, bu gün səninlə film izləmək yerinə bu yarışa gəldim. Geri dönüşümdə yoxdu! Mən sözümü tutmazkən, sən mənə görə birgə yanmağı gözə alırsan... Buna görədə özümü hec vaxt bağışlamayacam!"

Mənə tərəf əyilib, öz əlləri ilə kəmərimi bağladı. Etdiyim hərəkətin, onun üçün necə böyük bir dərs olduğunu görə bilirdim. Və nə yaxşıda bura gəlmişdim... Kəməri bağladıqdan sonra mənə daha yaxın durdu. Göz qapaqlarını bağlayıb dodaqlarını, mənə tərəf yaxınlaşdırdıqda dodağımdan öpəcəkmi deyə fikirləşdim. O, isə dodaqlarını alınıma basdırdı. Alınımada dərin bir öpücük qondurduqdan sonra "Səni itirmək istəmirəm mən... Səni itirsəm, mən bir daha özümə çətin gələm" deyib təkrar möhkəm bir öpüş qondurub geri çəkildi. Alınımdan öpməsinimi, düşünüm? Dediyi sözümü? Ya başlamaqda olan yarışımı?!
Ayaz mənə tərəf dönüb baxmadan maşını sürməyə başlayıb digər 4 maşının yanına gətirdi. Yarış başlayırdı... Mənimdə içim - içimi yeyirdi. Ağ bayraq sallanıb, fit çalındıqdan sonra maşın işə düşdü. Ayazın maşını ilk öncə yavaş sürürdü. Sonra isə sürətini qaldırırdı... Nə etmək isdəyini hec başa düşə bilmirdim!
"Niyyətin bizi öldürməkdi sənin?!"deyib qışqırdım. Gözü yolda ola - ola "Diqqət çəkməmək üçün belə edirəm. Qorxma, hec nə olan deyil"dedi. Necə qorxmayım?! 5 maşının içində 2 ci 3 cü yeri paylaşırdıq.

"Ayaz, sürəti zəyiflət! Mən qorxuram!"dedim
Deməyim ilə mənə dönüb "Qorxma..."dedi.

Bircə saniyə gözünü, yoldan çəkməsi nəticəsində rolu əlindən itirdi. Deyəsən, birlikdə yanmağın tam vaxtı idi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 6 578
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri