Gülümsə Qadın (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 14
Baxılıb: 5 772
Səs ver:
(səs: 0)
Hər səhər olduğu kimi bu gündə, ilk işim Mələyi bağçaya aparıb qoymaq, sonra isə öz işimin başına keçmək olmuşdu. Həmdə, Ceyhun ilə eyni otaqda eyni işi görərək...
Başımın üstünü kəsdirib, etdiyim işə baxırdı. Bu isə mənim əsəbimi pozurdu. Mən bir iş gördükdə, həmin iş hazır olmamış ona kimsə baxanda çox narahat olurdum. Artıq, dayana bilməyib narahatcılığımı ona bəlli etməli idim.

"Başımın üstündə dayanmasan, yaxşı olar"

"Niyə ki?"

"İşimi yaxşı görə bilmirəm deyə"

"Mane törədirəm sənə?"

"Daha necə acıq dil ilə başa salım səni? Hə, bir insan işimə baxdıqda, fikrim dağılır mənim"

"Fikrinin dağılması elədə bir böyük problem deyil. Məncə sən mənə baxamadan işini görməyə davam et"

"Davam edə bilmirəm!"dedim dişimin dibindən.
Nə söz başa düşməz adam idi!

"Sualıma cavab versən, başının üstündə dayanmayacam daha"dedi.

"Sualını ver ve başımın üstündə durmaqdan əl çək"dedim.

İş masama söykənərək "Mesajıma niyə cavab vermədinki?"dedi. Ah, aydın oldu! Başımın üstündə kəsdirmələr buna gör imiş.
"Əhəmiyyətsiz mesajlara, cavab vermirəmdə ondan"deyib onun üzünə baxmadan notebookuma baxmağa başladım.

"Əhəmiyyətsiz bir mesaj deyildi. Qızın haqqında yazmışdım... Mesajımda böyüdəcək bir seydə yox idi. Qızının nece yaşı var?"dedi.

"4 yaşı var başqa sualın?"dedim ikrah hissi ilə.

"Sən xəyanətə, görə boşanmışdın hə?"dedi.

Artıq çox olmuşdu!

"Olmaya anket doldurursan, mənim xəbərim yoxdu! Xahis edirəm işinin başına kec"

Söykəndiyi iş masamdan geri çəkildi. Getmək üçün irəli bir - iki addım atdı. Sonra isə dayanaraq, mənə tərəf dönüb "Sənə xəyanət edən, kişinin ağılı yox imiş. Bu cür gözəlliyidə, insan hec xəyanət edər? Məncə, indi O çox peşman olmalıdı..."deyib irəli dönərək otaqdan çıxdı.

Ceyhunun bu səmimiliyin hec sevməzkən, ya da səmimi adlandırdığı, amma hec səmimi olmayan tərəfin gördükcə, qızların onda nəyi görüb sevdiyini düşünürdüm. İnsan bu qədərmi yapışqan olardı? Həqiqətən qızlar belə tiplərimi sevirdi? Yenədə fikirlərimi kənara ataraq yeməkxanaya düşmüşdüm. Bu gün iş yoldaşlarımızdan olan Nərminin ad günü idi. Onun üçün, ad günü tortu bişitdirmişdik. İndidə Nərmin sevinərək tortunu kəsirdi. Bir insana sevinc hissi bəxş etmək necədə gözəl bir sey idi. Digərləridə, uşaqcasına tort üstdə dava edirdi. Tortun o tərəfi, bu tərəfi mənə düşsün deyə. Məndə sadecə olanları bir kənardan izləyirdim. Tort paylandıqca kənarda qaldığımdan, tortdan mənə qalmadığını gördüm. Bunu problem edəcək bir insan deyildim. Bir tort diliminə görə, ortalığı bir birinə qatmaq niyə? Eləcə, ətrafa baxmağa davam edərkən Ceyhun əlində olan tort dilimi ilə yanıma gəldi.

"Sənə tort çatmayıb. İstəsən, tortumu səninlə bölə bilərəm"dedi.

"Tort sevmirəm mən onsuzda, sənə nuş olsun" dedim. Tortu sevməyən vardı? Həmdə şokaladlı torta kim yox dəyərdi? Təbiki, mən axmaq!

"Ay səni, bildim tortu niyə istəmədiyini"

"Niyə istəmədimki?"

"Yarısını verəcəm deyə. Tam versəydim tortu istəyəcəkdin"

"Getdikcə, sənin bu möhtərəm ağılına heyran qalıram!"

"Nə xoş mənəki sənin tərəfindən ağılım sevilir. Sevindim buna"

"Tortu ver onda mənə"

"Al sənin olsun"deyərək boşqabda olan tortu mənə uzatdı. Ətrafdakı maraqlı gözlərə fikir vermədən tortu alıb, yaxın tanışlarımın yanına gəlib onlarla bir masada oturdum. Oturar oturmaz Nüşabə "Ceyhun tortun sənə verdi? Ayy nə yumşaq ürəyi var"dedi. Yanında Xəyal olduğu üçün, Xəyal boğazını təmizlədi. Məndə bu halına gülmədən keçə bilmədim.
Aysel çayından içib yerə qoyaraq, özündən razı tərzi ilə "Ceyhun hər kəsə elə davranır onsuz. Niyə, bu qədər böyütdün Gözələ bir tort verməsini. Bu gün Gözəl, sabah başqa birisi"dedi.

Haqqlı idi dediklərində. Nə də böyüdəcək bir sey yox idi. Bu tort söhbəti bitərkən araya, həftə sonu bir günlük Qubaya istirahətə getmək fikri ortaya atılmışdı. Təbiki, mən hec yerə gedə bilməzdim. Onun üçün söhbətlərinə hec baş qoşmadım. Söhbətləri davam edərkən, Ceyhun yanımıza gəlib mənim yanımda boş olan stola əyləşib "Hər kəs gedir Qubaya? Etiraz istəmirəm"dedi. Görünür fikrin əsl qaynaq səbəbi O idi. Mən sakit qalmağı secərkən, Aysel araya girib "Bir tək Gözəl getmir"dedi. Ceyhunda mənə dönüb baxaraq "Niyə?"dedi.
"Qızımı, həftə sonu hec yerə qoya bilmərəm. Onsuzda bir yerə getmək mənim içimə sinmir onsuzda"dedim yarı can ilə gülümsüməyə çalışaraq. Qızımı hər seydən, öz həyatımdan belə üstün tutmağım bəzən öz canımı yandırırdı. Bu yanmaq, ömrümü ona fəda etdiyimdən irəli gəlmirdi. Onun ata sevgisi görməməsindən irəli gəlirdi. Ona həm ana həm ata idim... Amma bəzən ata olmağa gücüm çatmırdı...

"Qızınıda gətir onda. Həm məndə tanış olmuş olaram onunla"dedi.

"Olmaz... Hec kim uşağını gətirməzkən, onu gətirməyim düzgün olmaz"dedim təklifini istəmədəndə olsa geri çəkərək.
Nüşabə dodaqların büzməyə başlayıb "Gözəl inad eləmə, Mələyi gətir. Ceyhun, Mələyi görsən çox sevəcəksən. Elə sevimli qızıdıki"dedi.
Ceyhun gözlərini qısıb mənə baxmağa davam edərək "Ona şühbəm yoxdu... Angel onda həftə sonu bizlədi"dedi mən qəbul etməmiş. Yenə Angel deməyidə gözümdən qaçmamışdı.
"Mələkdə getmək istəsə razı olaram. Hər sey `Mələyə bağlıdı"dedim Mələyin adını vurğulayaraq.

"Angel buna razı olar yəqinki "dedi yenə öz dediyini deyərək.

"Mələk"dedim ətrafımdakılara hec fikir vermədən.

"Angelll"deyibdə gülərək ayağa qalxdı.
Ona elə səslənməsini hec sevmirdim.
Getməsini gözləyərkən, aşağı əyilib qulağıma "Tortun əvəzin çıxmaq üçün, axşam yazdığım mesaja cavab ver" deyib pıçıldayaraq yanımızda yarıldı. Mənədə hər seyi həzm etmək düşdü.

***

Mələyi yatızdırmaq üçün otağına gətirib, çarpayısına uzanaraq sacları ilə oynamağa başladım. Ona Qubaya getmək fikrinidə necə deyim bilmirdim. Getmək istədiyinə adım kimi əmin idim. Amma ondan bu sualı soruşacağım üçün bunun altında nəsə axtaracaqdı. 4 yaşı olsada, çox ağıllı idi. Verdiyi suallarından arası kəsilməzdi.

"Qızım biz iş yoldaşları ilə Qubaya istirahət mərkəzinə getmək istəyirik. Onlar istəyir ki səndə bizlə gələsən. Getmək istəyirsən?" dedim böyük bir insanla danışırmış kimi.
"Məni Sahilə xalanın yanında, qoymamaq üçün aparırsan"dedi çoxbilmişliyini işə salıb. Onu hər dəfə kimlərəsə əmanət edib gedə bilməzdim.
"Sən gəzmək istəmirsənki? Bu sənində haqqındı canım qızım mənim"dedim alınından öpüb.
"Yaxşı gedərik onda"dedi üzümdən öpüb. Onu yatızdırdıqdan sonra otağından çıxıb qonaq otağına gəldim. Ceyhunun dediyi söz yadımda qaldığı üçün instagrama girdim. Ondan yenə bir mesaj vardı. Bu dəfə tortun əvəzini çıxacağım üçüm cavab verməli idim.

İam.ceyhunn: Gələcəysiz?
İam.ceyhunn: Yenə oxuyub yazmayacaqsan
İam.ceyhunn: İnadını necə qırım sənin?
Gozel.kalandar: İnad etmirəm hec nəyə mən. Bu arada hə MƏLƏK razı oldu
İam.ceyhunn: Bir an bu gündə mesajımı cavabsız qoyacağını düşündüm. Birdə 2050 ci ildə cavab yazacağınıda düşünmədən edə bilmədim
İam.ceyhunn: Angeli yaxından görəcəm deyə səbirsizlənirəm
Gozel.kalandar: Niyə Mələyi gətirməyimi istədinki?
İam.ceyhunn: Angel gəlməsəydi, sənində gələcəyin yox idi. Sənin asıq üzünü çəkməkdənsə, Angelin gülən üzünü çəkərəm.
Gozel.kalandar: Mələk anasının qızıdı :)
Onu güldürmək elədə asand deyil
İam.ceyhunn: Mən onu yola gətirərəm. Sən hec narahat olma
Gozel.kalandar: İlk əvvəl Mələk ona angel deməsindən xoşlanmaz :)
Bir xal burdan itirirsən :)
İam.ceyhunn: Mən dedikdə sevəcək. Mənə yox deyən bir qız, tanımıram hələ mən
Gozel.kalandar: Onda Mələk sənin üçün bir ilk olacaq sənə yox deməyi bacaracaq :)
İam.ceyhunn: İddaya girirsən?
Gozel.kalandar: Əlbətdə girirəm. Nəydən?
İam.ceyhunn: Axşam yeməyindən? Uduzan axşam yeməyinə aparacaq
Gozel.kalandar: Onda sən indidən ən gözəl restoranı tap. Çünki, bizim kitabımızda udumzaq kəliməsi yoxdu

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 14
Baxılıb: 5 772
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri