Yaz Əfsanəsi (8-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 438
Səs ver:
(səs: 0)
Bu gün ilə tam 1 ay idi... Tam 1 ay idi ordan gəldiyim. Bakıdakı həyatıma qaldığım yerdən davam edirdim. Amma ağlımdan Rauf çıxmırdı... Orda az müddətdə qalsamda, orda yaşadığım xatirələrim unudulmurdu. Və hər gecə onları xatırlayırdım. Bu qədər düşünmək mənə zərər idi. Ətrafım bu qədər doluykən niyə məhz O? Onu düşündükdə üzümdə yaranan təbəssüm adım-adım böyüyürdü... Hələ mənə qalan, xatirə bir şəkilini demirəm.. Hər gün saatlarca o şəkilə baxırdım. Bəzən çox yaxına yaxınlaşdırdım, bəzəndə uzaqlaşdırırdım. Bu şəkil mənə bu dünyada, insanlığın ölmədiyini hiss etirirdi. Görəsən O məni düşünürdü? Ya o günü onun üçün yaddan çıxmışdım... O yenidən Selcanı maviliklər deyə əzizləməyə davam etsədə, mənə mavliklər deyən biri daha olmamışdı... Bəlkədə, o söz ürəyimdə böyük bir yer tutmuşdu. Halbuki, onu gördüyüm yox idi... Dəfələrlə onu instagramda tapmağa çalışsamda, bütün cəhdlərim boşa çıxmışdı. Çünki, soyadın bilmirdim... Bir telefon nömrəsi belə yox idi məndə... Onu tapmağım çətin bir iş idi. Bəlkədə, oda məni axtarsaydı biz qarşılaşardıq... Dünya balaca dünya idi çünki... Elə demişdi... Ümüd var idi yəni... Ümüd etmək gözəl bir seydir. Amma olmayacaq bir seyi ümüd etmək, incimək demekdir. Amma mən ümüd edirəm. Ümüd edirəmki bir gün onunla bu Bakıda qarşılaşacağıq. Və bu şəhərə bizim şəhərimiz olacaq. Onu orda qoya bilmədim. Ordan gələrkən xatirələrimidə özümlə gətirdim. Və onlar mənim içimdə günbəgün böyüməyə başladılar. Niyə belə olduğumu başa düşmürəm... Bir insanla yenidən görüşməyi ümüd etmək nə demək idi axı? Bəlkə, bir gün demişdik... O bəlkə bir gün nə vaxt gələcəkdi? Gözləməkdən başqa əlimdən bir sey gəlmirdi... Ya da nə vaxtsa yadımdan çıxacaqdı və mən onu unutmuş olacaqdım. Bu gündə onu düşünməyi bir kənara qoyub vinetka çəklişimə getdim. Məktəbin son günləri olduğundan bir çox siniflə müvaqilə imzalamışdım. Başım onlara qarışmışdı amma bu gün bir ad günü partisidə vardı. 2 fotoqaraf olacaqdı. Biri mən idim biridə tanış dostlarımdan biri olan Xəyyam idi. Fotosesiyya işin Xəyyama həvalə etmişdim. Mən isə axşam çəklişinə gedəcəkdim. Onun üçün evə gəlib bir az dincəldim. Hava artıq qaralmağa başladığında ayağa qalxıb üstümə rahat bir şeylər geyinib, sacımı topuz şəkilində yığıb evdən çıxdım. Mənə verilən ünvana gəlib takisidən endim. İmkanlı şəxslərin ad günü partisi bitmək bilməyəcək kimi görsənirdi.

Böyük qapıdan içəri girib sağa sola baxdım. Hovuzun ətrafında insanlar toplaşmışdı. Hər yer şarlarla bəzədilmiş və böyük yazılarla yazılmış 'Selcan' yazısını gördüm. Yazını görməyim ilə gülümsündüm... Yenə onları xatırladım.. Bu qədər təsadüf? Eyni ad... Xəyyamın bir qıraqda dayandığını görüb ona yaxınlaşdım.

"Hey salam" dedim

Məni görüb "Şükür gəldin. Sən buralığı idarə et mən getməliyəm daha"dedi.

Bir nəfəs alaydım hec olmaya? Ona nəsə demək istəyirdimki, gözüm bir insana sataşdı. Cins şalvarda, ağ köynək geyinmiş, saçlarının önü qıvrım olan bir oğlanı gördü. İnanmayassız, amma gördüyüm oğlan Rauf idi... Bu Rauf idi... Bu Selcanın ad günü partisi idi... Mən onları görmüşdüm... Bəlkələrim, bu gün hec gözləmədiyim şəkildə gercək olmuşdu... Necə sevdiniyimi təxmin edə bilməzdim. Üzümün güldüyünə adım kimi əmin idim. Xəyyamın qoluma toxunması ilə gözlərimi Raufdan çəkdim.

"Baxdığın şəxs partinin sahibidi. Parti qızınındı. Gəl səni tanışım edim"dedi.

Bir sey demədən onunla Raufa tərəf irəllədim. İçimdə yaranmış sevinc, uçan kəpənəyə bənzəyirdi. Xəyyam məndən irəlidə idi. Və Raufa toxunub "Rauf bəy ikinci fotoqarafcı gəldi. Tanışım edim sizi Əfsanə.."deyib əli ilə uzaqda qalmış məni işarət etdi. Raufun baxışları məni tapdıqda üzündə xəfiv gülümsəmə yarandı. Mən isə olduğum yerdə qaldım. Bir addım belə ata bilmədim daha... Xəyyam getikdən sonra Rauf mənə tərəf yaxınlaşıb "Demişdim, dünya balaca yerdi.. Gördün düz demişəm" dedi.

Mənim isə dilim bir söz tutmurdu... Hər gecə düşünüdüyüm insan qarşımda idi... Amma mən ona bir şey deyə bilmədim. Sadecə gülümsündüm...

"Dilini udumusan deyəsən. Deməki xatırlamadın məni"

Səni xatırlamamaq? Həmişə ağlımda idi...

"Xatırladım... Ad günün səbəbakarı hardadı?

Çox gözəl! 1 ay sonra qarışlaşmışıq və mənim ilk qurduğum cümlələrə bax!

"Ad günü səbəbkarı yatıb indi. İstəyirsən onun otağına çıxaq. Yatmış yerdə də onun bir şəklin çək"dedi

Yuxarı çıxmaq? İkimiz? Hey özünə gəl Əfsanə! Otaqda uşaqda var... Həmdə sən işini görməlisən. Sənin peşən şəkil çəkməkdir!

"Yaxşı gedək..."dedim

Ətrafa fikir vermədən birlikdə evə girib piləkanlar ilə yuxarı çıxmağa başladıq. Ürəyim, niyə bu qədər sürətlu döyünürsən? Bir otağın qapısını açdı. İçəri girdikdə nağıllar ailəminə bənzəyən bir otaqla qarşılaşdım. Hər sey cizgi film qəhramanlara aid əyşalarla bəzədilmişdi. Saraya bənəzəyən beşiyə tərəf yaxınlaşdım. Selcan necədə məsumca yatmışdı. Yavaşca əlimi əlinə yaxınlaşdırıb əlindən tutdum.

"Salam balaca... Yaxşıkı doğulmusan"dedim yavaş səsim ilə. Arxamda Raufun olduğunu hiss edib arxaya tərəf çevrildim. Gözlərimə diqqətlə baxırdı... Məni görməyinə sevinmişdi görəsən?

"Maviliklərin üçün darıxmışdım..."dedi
səsizcə... 1 aydan sonra ilk dəfə idi bu sözü eşidirdim... Və necə həycanlandığımı bilə bilməzdiz... Fikrimi toparlayıb "İş.. Mən bura iş üçün gəlmişdim..."dedim. Offf! Mən niyə onunla rahat söhbət edə bilməmişdim?! Yəni, bu gün burda olmağım ilə yenə onu görməyəcəkdim hə daha? Utanmasam telefon nömrəsini belə istəyəcəkdim?! Mən hansı ara bu qədər üzsüz oldum?! Bu iç səsim mənim sonuma çıxacaqdı bir gün! Rauf boğazını təmizləyib "Getdiyin gün... Otağına gəldim ... 11 yarısı idi mən gələndə... Amma sən 9 da artıq getmiş olmuşdun..."dedi.

Niyə gəlmişdiki otağıma? Gedəcəyimi bilirdi...

"Gəliş səbəbin?"dedim hec çəkinmədən bu dəfə.

"Səni birdə harda və necə tapacağımı soruşmaq istəyirdim... Amma görünən oduki, Tanrı bizi yenidən qarşılaşdırmaq üçün, əlindən gələn her seyi edir onsuzda..."dedi.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 438
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri