Yaz Əfsanəsi (4-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 5 201
Səs ver:
(səs: 0)
Bu gün yeni bir sey öyrənmiş oldum. Öyrəndimki, insanların üzü gülsədə, içləri qan ağlayır. Mənim bu yaşıma qədər sakit bir həyat tərzim olub. Ağrı, acı nədir bilməmişəm... Bu gün Raufun danışdıqlarını eşitdikdən sonra qəribə oldum. Birlikdə otelə gəlmişdik. Mən öz otağıma çıxmışdım. İndidə yatacağımda idim. Yatmaq istəyirdim amma yata bilmirdim. Hec cürə yuxu tutmurdu... Ağlımın bir yerində Rauf vardı... Raufun yaşadıqları vardı... Təsəvvür edirdim... Dediklərini bir-bir beynimdə canladırmağa başladım. Və gözümdən bir damla yaş axdı... O balaca böyüyəndə anasını, atasını hec vaxt tanımayacaq... Rauf onu qızı kimi sevsədə, gün gələcək O qız bir ana axtaracaq... Onda necə olacaqdı? İnsanlar göründüyü kimi deyil... Onun üzünə baxanda belə bir həyat hekayəsi olduğunu düşünməmişdim. Artistə bənzəyirdi çünki... İşin qəribə tərəfidə var. O mənim adımı belə bilmədən, içindəkiləri mənə açıb dedi. Bu yaz mənim ağlımdan hec çıxmayacaqdı... Son 2 günüm qalmışdı... 2 gündən sonra Bakıya qayıdıb olduğum yerdən həyatıma davam edəcəkdim. Görəsən, bir gün qarşıma Rauf çıxacaqdı? Ya o mənim üçün bir əfsanə olacaqdı? Danışdıqca onu daha çox tanımaq istədim. Olduqca, fərqli birinə bənzəyir... Bir anlığına unutdum onunla hər seyi... Sanki, həyatım tək burdan ibarət imiş kimi... Başqa bir həyat yaşamamış kimi... Artıq gözlərimin qapandığını anlayıb özümü yuxunun qollarına təslim etdim. Səhəri zəngli saatın səsinə ayıldıqda bir an özümü hələdə yuxuda imiş kimi sandım. Dünəni xatırladıqda, içimə bir kədər çökdü... Dünən, gerecek idi... Bir duş alıb daha sonra yemek yemek üçün aşağı endim. Restorana girdikdə gözüm masaların birində oturmuş olan Raufu və Selcanı gördü.
Rauf Selcana çay icizdirirdi... Üzü gülürdü... Bu oğlanın üzün güldürə bilən yeganə sey, qızı idi... Onlara daha çox baxmağı kəsib onlardan uzaq olan bir boş masaya əyləşdim. Görəsən, məni görəcəkdi? Amma gözlərini çəkmədən, Selacana baxırdı. Dünən, Selcandan bəhs etdikdə gözlərindən 'Maviliklər' deyə bəhs etmişdi... Mənimdə gözüm mavi idi... Və mən bu günə qədər 'Maviliklər' sözün eşitməmişdim. Bir gün kimsə bu sözü mənə deyəcəkdi? Bir an onlara baxıb gülümsədiyimin fərqinə vardım. Onlara baxıb gülümsəməmək əldə deyildi... O an Raufun baxışları mənə tapdı. Mən isə hələdə axmaq kimi gülümsünürdüm. Özümü ələ alıb təbəssümü üzümdən sildim. Bu dəfə isə Rauf mənə baxıb gülümsündü... Onların yanına getmək istəyirdim. Amma bilin baxım kim 'olmaz' deyirdi? Tebiki iç səsim olan pis Nazoş! Qürur edib olmaz getmə deyirdi! Amma bir yanımda ora gedib onlara qoşulmaq istəyirdi. Mən bunları düşünərkən, Rauf mənə əli ilə 'gəl' işarəti etdi. Mənə etdidə hə? Allahım başqasına etmiş olmasın... Yoxsa utanc hissi ilə nə edəcəyimi bilməzdim. Ayağa qalxıb Rauf olan masaya tərəf yaxınlaşmağa başladım.

"Salam cücə qız görürəm təksən. Bizimlə oturmaq istəyərsən?" dedi.

Cücə hə?! Allahım səbrimi nə ilə sınayırsan mənim?! İç səsim 'Məndə elə sizlə oturmaq' istəyirəm desədə, mən təbiki ağıllı qız oldugumdan iç səsimə qulaq asmayıb "Olar... Amma mənə cücə demə birdə"deyib qarşı stola keçərək əyləşdim. Baxışlarımı isə Selcanın üstünə çevirdim. Ona gülümsənməyə başladım... Oda mənə gülümsündü... Dünyanın ən saf, ən təmiz gülüşü...


"Xatırladımki adını bilmirəm hələdə"

Raufun bu sözünə baxışlarımı ona çevirdim. Yenə başa qayıtmışdıq? Dünənki oğlan harda idi? Ki,əslində dünənki kimi pis olmağını istəmirdim.
"Əfsanə..."dedim hec bir üz mimikası yaratmadan. Əlindəki çəngəli yerə qoyub "Maviliklərinə yaraşan addı"dedi qıyıq gözlərini qısıb. Mənim gözümədə 'Maviliklər' demişdi? Maviliklər deyişinin, səs tonu möhtəşəm idi. Braziliyada yaşamağın müsbət cəhətləri bu olsa gərək. "Təşəkkür..."dedim mızmızlanaraq. Başqa nə deyə bilərdim? 'Ay çox sağ ol məndə səhərdən bunu gözləyirdim' kimi cümlə quracaqdım? Amma etiraf edim bu günə qədər eşitdiyim ən gözəl söz idi...

"Deyəsən, bir az utanmış kimi olduq?" deyişi ilə baxışlarımı Selcana çevirdim. Niyə hər seyi o dəqiqə başa düşürdü? Artist idi çünki! Söhbəti dəyişməli idim!

"Utanmağı bir kənara qoyaq. O gecə şərabı üzünə necə yedin hə?"dedim gülərək. Möhtəşəm bir söhbət dəyişdirmək halına sahib idim hə?! Acıq aydın ' gəl silahlarımızı çıxardaq və savaşmağa başlayaq' kimi bir sey demis olmuşdum. Ağılsız başım! Hamısı O pis Nazoşa görə oldu!


"Bəs sən necə cücəyə oxşayırdın hə?"dedi rahatlığını hec pozmadan. Normal söhbət edə bilmirdimki? Özüm qaşınmışdım bu dəfə! Bu sırada Selcan ağlamağa başladı. Rauf isə onu sakitləşdirməyə çalışırdı.


"Deyəsən, Selcanın yuxusu gəlir səhər saat 6 dan durub deyə... Mən qalxsam yaxşı olar"

Ayağa qalxıb Selcanı qucağına aldıqdan sonra telefonunuda əlinə aldı. Daha sonra ilk 2 dəqiqə kimi telefona baxdı. Və üz ifadəsi çox dəyişdi... Sanki müharibənin ortasına düşüb

"Əfsanə sənə bir söz demeliyəm amma həycanlanma yaxşı?"deyib mənə yaxınlaşaraq dodaqlarını qulağıma yaxınlaşdırdı "İndi xəbər gəldi mənə... Burda bir qatil var imiş... Başqa adla bura gəlib gizlənib. Sən otağına get və hec yerə çıxma bu gün yaxşı? Dediyimə əməl et. Hec kimlədə ünsiyyət qurma"dedi. Biri sizə belə bir sey desə nə deyərdiniz ona? Bir qatil ilə eyni əyləncə mərkəzində olmaq?

"Mən indi getməliyəm. Narahat olma güvənlik tam olacaq"deyib yanımdan getdi. Məni isə bu qorxulu düşüncələr ilə burda qoydu. Bu gün bütün günü otağımdan çıxmamış, son dediklərini düşünmüşdüm Raufun. Axı bir qatilin niyə gizlənmək üçün buranı seçmişdi. Ya kimlərəsə zərər versəydi? Görəsən tapmışdılar kim olduğunu? Mən qorxu içində bunları düşnərkən qapı döyüldü.

Qapının döyülməsi ürəyimin sürətli döyülməsinə səbəb oldu. Düşün sizinlə eyni yerdə bir qatil var. Siz nə reaksiya göstərərsiz? Qapı yenidən döyüldükdə, yavaş addımlar ilə qapıya yaxınlaşdım. Qapını açdıqda qarşımda durub mənə baxan bir Raufu gözləmirdim. Bəs mən kimi gözləyirdim? Qatili...?! Ona bir sey demədiyimi görüb içəri keçdi.


"Kimi gözləyirdin? Qatil gəlib qapını döyəcəkdi?"dedi gülərək. Gülməli bir sey vardı? Ya mən görmürdüm?


"Sən hardan gəldin? Qatil tapıldı? Aydın izah et mənə hər seyi"dedim

Rauf çox rahat bir tərzdə yatacağıma irəlləyib yastığı düzəldərək yatacağa uzanıb qolların iki yana birləşdirdi. Bu oğlan nə edirdi hə? Biri məni başa sala bilərdi?

"İnandın hə? Qatilin burda nə işi var? Braziliya filmi çəkilir burda?"deyib qəh-qəhə çəkdi. Bildiyiniz oyuna gəlmişdim mən?! Necə inana bilmişdim hə?! Safam mən?! İntiqam almışdı məndən! Ona yaxınlaşıb qoluna vurmağa başladım.


"Sənə görə mənim bütün günüm məhv oldu! Mənim burda sabah son günümdü! Sənin üzündən mən bu gün otaqdan çıxa bilmədim!" deyib daha möhkəm vurdum. Tarazlığımı itirib yatacağın boş qalan yanına düşdükdə, qollarımdan tutub məni özünə tərəf çəkdi...

'Mavliklərim, qəhvəliklərinə taxılıb qaldı'

Bölüm Sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 201
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri