Yaz Əfsanəsi (10-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 871
Səs ver:
(səs: 0)
Əfsanə: məni əsəbləşdirirsən bilmiş ol!
Rauf: uzaq başı 'aişqəm' yazacaqdın nə uzadırsan?
Əfsanə: deyəsən özündə deyilsən! 10 gün içində tanıdığım insana nə aşiq olacam mən?! Niyə bu qədər üstümə gəlirsən?!
Rauf: əslində mən üstünə gəlmirəm... sən özün öz üstünə gəlirsən. Açıq aydın izah etsəm
Rauf: yəni mənə aşiq olmasaydın rahatlıqla bunu yazardınki 'hə aşiqəm sənə,səni çox sevirəm falan' Amma sən israrla inkar edirsən. Nəsə var səndə. Yolunda getməyən nəsə var... Və mən bunu tapacam.
Əfsanə: bunun onunla nə əlaqəsi? Əsas sən israrla danışırsan və mən bunu sevmirəm.
Əfsanə: gecdi daha yatıram
Rauf: bir dəqiqə
Əfsanə: nə?
Rauf: şəkilləri sabah sən hazırlayıb gətirərsən yaxşı?
Əfsanə: onlar 1 günə düzələcək iş deyil. Nə vaxt düzəlsə Xəyyam gətirəcək
Rauf: mən sənin gətirməyini istəyirəm
Əfsanə: əsas fotosesiya edən fotoqrafçı odu onun üçündə o gətirəcək. Söhbəti daha çox uzatma
Rauf: o şəkilləri mənə sən gətirəcəksən
Əfsanə: indidə bunun davasın edəcəkiyik? Sənə nə lazımdı? Şəkillər lazım deyil? Gətirəcəkdə!
Rauf: şəkil bəhanə, sən isə şəhanə)
Əfsanə: ciddi ol!
Rauf: sən niyə bu qədər aqrissiv bir qız olmusan? Ah sən onsuzda aqrissiv idin.
Əfsanə: xoşun gəlmirsə yazma!
Rauf: Ya gəlirsə?
Əfsanə: Off!
Əfsanə: mən çox yorğunam davamızı sonra edərik indi yatıram
Rauf: Gecən xeirə o zaman

Raufun yazdığı son mesajdan sonra whatsappdan çıxdım. Telefonu yatacağın bir küncünə atıb, başımı yastığa qoyub sol tərəfə çevrilib düşünməyə başladım. Mən həqiqətən aqrissiv bir qız idim... Dediyi kimi onun 'aşiqsən' sözünə gülüb keçib, əylənə bilərdim. Amma mən bu sözün üstünə gedib, yanlış olduğunu izah etməyə çalışırdım. Rahat deyildim indi... Amma onun yazmağına sevinmişdim... Nə özümü nə də sizi aldada bilməzdim... Onun yazmağını çox istəyirdim... Onunla günboyu danışmaq istəyirdim. Onun həyatında bir yerim olmasını istəyirdim. Qısaca çox sey istəyirdim... Beynimin içi qarışıq bir vəziyyətdə idi indi. Qaçası bir yerim yox idi. Aşiq olmaq necə bir sey idiki? Yox belə bir sey ola bilməzdi. Ən yaxşısı bu günü yaddan çıxartmağım və yatmağım idi. Gecəni bu düşüncələr ilə keçirdikdə səhər açılmışdı artıq. Və mənim görüləsi bir çox işlərim vardı. Normal həyatım, normal həyatımda günboyu etdiklərim... Bu güb bir love story çəklişim vardı.Sözün düzü çox yorulmuşdum bu gün. Amma yorulduğuma dəymişdi. Çəkilişi Venesiya şəhərəciyində etmişdim. İndi isə evə qayıdırdım. Havada qaralamağa doğru gedirdi. Bir taksiyə minib oyalanmaq üçün telefonumu çıxardıb internet şəbəklərində gəzməyə başladım. Bildirimdən Raufdan yeni mesaj gəldiyini gördükdə, bir az həycanladım. Sanki iç içimə sığmadı... Bir az gec cavab verəcəkdim... Amma yox niyə gec cavab verim? İç səsimi bir qırağa qoyub mesaja daxil oldum

"Əfsanə, işin yoxdusa görüşə bilərik?"yazılmışdı

Mənimlə görüşmək istəyirdi? Görüşməli idim? Dünən mənə dediyi sözlərdən sonra necə cəsarət edib görüşəcəkdim? Bu halımla görüşməyə hazırda deyiləm...

"İşim var başqa vaxta qalsın"yazıb göndərdim. Nəticədə gəl dediyində, qaca- qaca yanına gedəsi deyildim... Yenidən mesaj gəldikdə bu dəfə çox gözlətmədən mesaja daxil oldum.

"Bu qaranlıqda nə iş? Görüşmək istəmirdinsə anlayardım... Mən özümü pis hiss edirdim... Bir az danışmağa ehtiyyacım vardı.. Onun üçün yazmışdım... Nəysə"

Nəyə görə pis idi görəsən? Nəyin qürurun etdimki mən?!

"Hardasan? Yerini de gəlirəm..." yazaraq onun bir cavab verməsini gözlədim. Ondan yeni bildirimin gəldiyini gördükdə mesaja daxil olmuşdum. Bulvarda idi... Taksinin gedəcəyi ünvanı dəyişdirib bulvara getməsini istədim. Bulvara gəlib çatdıqda gözüm onu axtarırdı. İstilərdə düşdüyündən adam çox idi. Harda idi axı? Bir az daha irəlləməyə başladım. Amma gözümə hələdə görsənmirdi. Ən sonuna gedib çatdım.. Burda hec kim yox idi... Yalnız başına oturub dənizə baxırdı "Rauf.."deyib yanına gələrək məndə əyləşdim. Məni görüb gülümsünərək "Gəldin..."dedi.
Gəlməyə bilərdim? Üzündəndə görünürdüki nəsə bu gün işləri hec qaydasında getməyib.

"Danışa bilərsən... Yadında, istirahətdə dənizə baxıb danışmışdın. Yenə dənizə bax və içindəkilərini ona danış"dedim keçmişi xatırlayaraq. Bir dənizə baxdı ... Daha sonra dərin bir iç çəkdi... Sonra mənə döndü.
"Bu dəfə dənizin mavisinə deyil, sənin maviliklərinə baxıb danışmaq istəyirəm"deyib gözlərimin içinə dərin-dərin baxdı. Rauf maviliklərə tam olaraq taxmışdı. Varsada yoxsada bu maviliklər... Bir şey demeyimi gözləmədən "Bu gecə... Bu gecəəə..."dedi amma sözünün ardın gətirmədi. Bunu deyərəkəndə səsidə titrədi hətda... Bu gecə nə baş vermişdi? Sözünün ardını gətirməsini istəmiş kimi gözlərinə baxdım...


"Bu gecə... Uzun bir aradan sonra... Bacım ilk dəfə idi yuxuma girdi"deyib ağlamaq səsini öz içinə basdırdı. Əli dodaqlarını tutub başını yerə əydi. Ağalayırdı... Qızının ad günündə onun yuxusuna girmək nə təsadüf idi?

"Bilirsən... Sanki, hec ölməmişdi... Sağ idi... Yanımızda idi... Gülürdü"dedi baxışların yerdən qaldırıb yaşlı gözləri ilə mənə baxaraq. Ona bir sey deyə bilməzdim... Amma ona sarıla bilərdim... Ona bir sey demədən ona yaxın gələrək qollarımı boynuna sardım. İlk öncə hec bir reaksiya vermədi. Özünə məxsus olan qoxusu isə burunuma dolmuşdu... Özümü geri çəkmək istədikdə, onun qollarıda mənim belimi sarıdı. Və başını boyun girəcəyimə yerləşdirərək için-için göz yaşı tökdü...

O ağladıqca mənimdə içimdə bir seylər qopmağa başladı... Dəqiqələrcə eyni vəziyyətdə qaldıq... Daha sonra başını boyun girəcəyimdən qaldırıb yaşlı gözlərini mənə dikdi. Və o nəmli gözləri ilə mənə gülümsəməyə çalışıb "Köynəyinidə su elədim"dedi. Bu anı dəyişmək istədiyi, üçün ilk düşündüyü sözü demişdi. Ondan ayrılmaq istəmirdim indi. Bu vəziyyətdə ona tam nə deməli olduğumuda bilmirdim.

"Hec nə olmaz ... Özünü indi necə hiss edirsən?"

Çox mənasız sual vermişdim? Amma həqiqətən nə deməli idim?

"Əlini ac və mənə uzat"

Dediyi kimi edib əlimi ona uzatdım. Əlini cibinə saldı. Daha sonra əlini ovuc içimə yaxınlaşdırıb ovuc içimə nəsə qoyaraq əllərimi yumub, əllərini əlimdə saxladı "Bu məndən sənə bir hədiyyə olsun"deyib əllərini əlimdən çəkdi. Əlimi açıb ovuc içimə baxdım. Ovuc içimdə olan bir bilərzik idi. Əlimə alıb daha yaxından baxmağa başladım. Sadə gümüşə bənzər bir bilərzik idi. Üstündə isə sadecə yarım ay olan bir simvol vardı.

"Bu bilərziyin dəyəri mənim üçün çox önəmlidi"dedi.

Gözlərimi bilərzikdən çəkib, gözlərimi ona dikdim.

"Bunu bacıma almışdım... Amma ona verə bilmədim... Bax məndə də var eynisindən"deyib sol qolunu mənə göstərdi. İndi fikir vermişdim...
Həmin bilərzikdən onunda qolunda vardı... Bu qədər dəyərli bir seyi mənə niyə vermişdi?

"Çox sag ol amma mən qəbul edə bilmərəm... Bu bilərzik sənin üçün çox dəyərlidi..."deyib bilərziyi yenidən ona uzatdım. İndi bəziləriniz mənə əsəbləşə bilərki, hədiyyəni qaytaramaq olmaz... Amma mən onun bu əmanətinə sahib çıxa bilmərəm... Ya bir gün itirsəm?

"Bilirəm bunun ağrılığını çəkmək istəmirsən amma qəbul et... Xahis edirəm səndən..."

Bu sözdən sonra nə deyə bilərdim daha? Ən yaxşısı qəbul etmək idi... İtirmək əvəzinə, gözüm kimi baxmağa çalışardım...

"Qəbul... Amma niyə məhz mənə verdin? Sənin üçün dəyərli olan bir seyi.."dedim

Səssizlik oldu... Bir cavab gəlmədi... Deyəsən cavabı olmayan bir sual soruşmuşdum..

"Hec özümdə bilmirəm... Bəzən bir seylərin cavabı olmur... Deyəsən, buda ona bənzər birseydir"dedi

Düşündüyüm kimi idi... Bəlkədə, belə olması lazım imiş... Biləyimi ona uzadıb "Sən tax" dedim. İlk növbədə üzündə qalmış göz yaşlarını sildi. Daha sonra bilərziyi alıb qoluma bağladı. Sonra isə hec gözləmədiyim bir hərəkət etdi. Bilək içimə kiçik bir öpüş qondurdu...
Bu oğlanın hər hərəkəti ürəyimin sürətlə döyünməsinə səbəb olurdu. Ürəyimdə mədəmdə sanki kəpənəklər uçuşurdu indi... Mən deyəsən, dediyi kimi ona aşiq idim... Qəbul etməliydim... Yoxsa niyə özümü belə hiss edim ki? Arxaya çəklib dənizi seyr etməyə başladı. Mənsə onu izlədim... O mənim ən xoş təsadüfüm idi... Bu gecəni dəniz kənarında onunla baş-başa öz həyatlarımız barədə danışmağa başladıq. Və O danışdıqca mən ona daha çox aşiq olurdum. Centilmən biri olub, məni evimə qədər gətirdi. Kim? Məni ilk dəfə hovuza atan oğlan... Yatacağıma girib qolumdaki bilərziyə baxdım. Və bilərziyi burnuma yaxınlaşdırdım. Eyni ilə bilərzikdə, Rauf qoxurdu... Bu sevgi idi...? Sevirdim onu... Üzümdəki gülümsəmə getdikcə yayılmağa başladı... Sevgi hissin dadmaq çox gözəl bir sey idi... Ən əsasda Raufu sevmək... O gözəl bir ürəyə sahib idi... Bu ürəyi tanıdığım üçün şanslı idim mən... İlk dəfə onun haqqındaki düşüncələrimi nəzərə almasaq onun haqqında olan düşüncələrim dəyişmişdi. Bu günü böyük bir sevinc ilə yatdıqda səhər açıldıqda telefonda ilk onun mesajın aldım

"Sabahın xeir maviliklərin ən gözəli. Dünən üçün sənə yenədə təşəkkür edirəm. Axşam çox rahat yatdım sənin sayəndə"

Mesajı oxuyar oxumaz gülümsədim. Bu günə qədər aldığım ən gözəl mesaj idi...

Bölüm Sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 871
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri