Yeraltı Bənövşə (14-cü Bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 5 407
Səs ver:
(səs: 0)
Mənə şokalad aldıqdan sonra evə çıxmışdım. Həyatımda, mənə şokalad alacaq bir insan peyda olmuşdu. Ona səni yuxumda görmüşəm deyə bilmirdim. Onu yuxumda görsəmdə, xəyalımdakı insan deyildi. Mənə bu axşam yaxşı davrandı deyə onu xəyalımda olan insan adlandıra bilməzdim. Xəyalımdakı insan, Yunis idi... Son vaxtlar Ülvi ilə vaxt keçirtsəmdə, mənim həyatımda Yunisdə vardı. Yunis, Ülvi kimi deyildi... Ülvi etdiyi hər hərəkəti, özünü düşündüyü üçün edirdi. Yəni, bir qarşılıq gözləyirdi. Eyni ilə bu gün məni qucaqlaması kimi... Birinə ehtiyyacı olduğu üçün məni qucaqladı... Ulduz'unun hekayəsini ondan eşitmək istəyərdim... Amma mənə bir şey deyəcəyini düşünmürdüm. İnsanlar ilə arasına hördüyü divarı, yıxacaq gücə malik deyildim mən. Buna gücüm çatmazdı...
Başımı yastığa qoyub, yatmaq üçün gözümü yumdum. Hec nəyi fikirləşmədən yatmağa çalışmaq istəyirdim. Ancaq olmurdu...
Telefonuma gələn mesaj səsi ilə gözlərimi açdım. Bu saatda mənə yazan kim idi? Buna telefonuma baxsaydım biləcəkdim. Yastığın kənarına qoyuduğum telefonu əlimə götürüb ekrana baxdığımda, gələn mesajın Ülvidən olduğunu gördüm. Saniyə çəkmədən mesaja daxil oldum

"Səni qucaqlamaq istəyim, bir anlıq olan bir sey idi. Səni qucaqladığım üçün indi çox peşmanam... Ətirinin qoxusu üstümə çöküb... Bu mənim üçün çox ağır bir seydi. Yanındaykən, başa düşmədim... Tək qaldığımda isə başa düşdüm... Səninlə görüşmək istəmirəm daha... Mənə yaxşı gəlmirsən... Həyatında hər sey düzəldiyinə görə, bir birimizin həyatından çıxa bilərik. Bunları üz üzə deməli idim. Amma üzünü görmək istəmirəm daha. Bizimkisidə bura qədərmiş Zeynəb"

Mesajı oxuyub bitirdiyimdə, ürəyimə kicik bir ağrı daxil oldu. Az əvvəl məni qucaqlayıb, mənə şokalad alan insan indi mənə belə mesaj yazmışdı? Mən onu qıracaq nə etmişdim?
Əllərimin əsməsinə fikir vermədən "Zarafatdı bu?"yazaraq göndərdim. Saniyə keçmədən mesajımı oxuduğunu gördüm. Sonra dəqiqə keçdi... Hələdə bir cavab yox idi... Ondan ümüdü üzdüyüm anda mesaj gəldiyini gördüm

Ülvi: Zarafata oxşar yanı var?
Zeyno: Sən ciddi ola bilmərsən
Ülvi: Niyə uzadırsan... Burda bitir hər sey
Zeyno: Səbəb de
Ülvi: Səbəbi yoxdu, ürəyim belə istəyir
Zeyno: Məni həyatın çətinlikləri ilə tək qoyub gedirsən?!
Ülvi: Düzəldi həyatın... İndi gedə bilərəm... Həmişəlik yanında qalmağa gəlməmişdim mən
Zeyno: Çox aidisən! Sənə zərər verib işidən etdim deyə məni belə cəzalandırırsan! Və mənim ilə parkda hec nə olmamış rəftar edirdin!
Ülvi: İşlə əlaqəsi yoxdu! Niyə uzadırsan sən?! Ömür boyu səninlə qala bilmərəm... O insan mən deyiləm... Nə də sən tək deyilsən... Yunis var... O məndən daha yaxşıdı
Zeyno: Yaxşı... Yanımda qal deyə sənə yalvaramayacam! Amma bunu bil bir gün nəyəsə ehtiyyacım olsa, başıma pis bir iş gəlsə belə qürurumdan hec vaxt sənə zəng edib sənə nəsə deməyəcəm! Bunu yaddaşının bir kənarına yaz!
Ülvi: Yunis buna icazə verməz... O səni məndən daha yaxşı qoruyacaq... Əlvida dəniz gözlü

Yox ağlamamalı idim mən... Mənə dəyər verdiyini sandığım, amma hec deyər verməyən insan üçün ağlamamalı idim. İş şokalad almaqla deyilmiş... Mən isə şokalada inanacaq qədər axmaq bir qız olmuşdum... İşi bitdiyində məni necədə bir kənara atdı... Həyatımdan çıxdığın üçün pis olmayacaqdım... Minnətdar olmalı idim...

Günə ruhsuz şəkildə başlamışdım. Bütün gün Fəridə sən niyə belə olmusan, deyib soruşmuşdu. Mən isə ona hec nə deyə bilməmişdim... Nə olduğunu özüm belə başa düşə bilməzkən, ona olanları başa sala bilməzdim. Bir an'da olmuşdu hər sey... Bir an'da...
Fəridə yanımdan bir necə dəqiqəliyinə ayrılmışdı. Məndə bufetdə tək qalmışdım. Çöldən yağan yağışı izləyirdim. Aprel ayına keçid etdiyimizdən yağışlar yağmağa başlamışdı. Yağış göz yaşına bənzəyirdi... Pəncərədən gördüyüm üz ilə donub qaldım. Arazın yanımda nə işi vardı?!
Sol yanıma keçib yağan yağşı seyr etməyə başladığında "Zeynəb, Zeynəbb, Zeynəbb" dedi. Dönüb onun üzünə baxdım. Üzündəki ifadə xoşuma gəlməməyə başlamışdı. Bununda altından nəsə çıxacaqdı. "Sabahki gününü mənə ayıracaqsan bərabər vaxt keçirdəcəyik səninlə"dedi çoxbilmiş bir şəkildə

"Nə dediyini eşidirsən?!"

"Şş sakit ol mənim gülər üzlü mələyim"

"Mənə mələyim falan demə Araz! Yediyin yumruq bəs etmədimi sənə!"

"Elə yediyim yumruq haqqında danışmaq istəyirdim səninlə"

"Araz sözü de"

"Sevgilin model imiş... Məndə xəstəxanaya getmişdim döyüldüyüm gün... Videolarımızı çəkəndə var. Şikayətçi olsam nə olar?"

"Bu qədərinidə edə bilməzsən alcaqlıq olar!"

"Sabah mənə vaxt ayırmasan, dediyimi edəcəm. Sən otur düşün hər seyi... Sən sonunda mənim olacaqsan. Bunu beyninə zorlada olsa yazacam" deyib yanımdan getdi. Mən nə çarəsiz için işinə düşdüm belə? Ağılsız qız deyildim mən... Onunla görüşmək mənim sonum olardı... Görüşməsəydimdə Ülvinin sonu olacaqdı... Mənə görə işin itirmişdi. İndi polisədəmi düşəcəkdi? Ya Ülvinin dediyi kimi mən hər seyi atama danışmalı idimmi? Atam deməzdimi, məndən xəbərsiz nə film çevirmisən...

Ülviyədə dünənki mesajlardan sonra hec nə deyə bilməzdim... Nə olursa olsun, onu narahat etməyəcəkdim. Həmdə ilk gündən... Belə olduğunda tək sığına biləcəyim yer Yunisin yanı idi. Onuda bu işə qatsaydım, işin içindən hec çıxa bilməyəcəkdim. Amma ən azından Yunis, Ülvi kimi məni yarı yolda buraxmazdı... Onun dəyərini o qədər gec başa düşdüm mən...
Univeristet bitdiyində evə getmədən kursa gəldim. Yunisin tez gəlməsini istəmişdim. Dərs vaxtına qədər onunla danışa bilərdim. Yağan yağış davam etməkdə idi... Otaqda tək başına qalmış Yunisin gəlməyini gözləyirdim. Otağın qapısı açıldığında Yunis içəri gülər üzü ilə daxil oldu. Yağış damlaları saclarının üstündə qalmışdı. Yanıma gəldiyində "Sacın... Sacında yağış damaları var"dedim

"Aprel yağışı məni isladmağa davam edir"deyib əlini saclarına dəydirib qarışdırmağa başladı. Damlalar ətrafa sacılmağa başaladığında, dayana bilməyib əllərimi islaq olan sac tellərinə toxundurdum. Üzündəki gülüş daha çox böyüməyə başladığında "Biz Ülvi ilə sevgili deyilik..." deyib əlimi tez şəkildə saclarından aşağı saldım

"Bilirəm... Ülvi mənə hər seyi danışıb"

"Nə qədərini bilirsən?"

"Səninlə yalandan sevgili olmasını. Səni narahat edən birini döyməsini... Dünən axşam səni mənə əmanət etdi. Onu qoru dedi"

"Belə bir seyi səndən niyə istədi?!"

"Ülvi belə biridi... Sənə başından bəri bunu deməyə çalışırdım... O insanları yarı yolda qoyub getməyi çox sevir"

"Bunun O ulduz ilə əlaqəsi var?!"

"Sən ulduz məsələni hardan bilirsən?"

"Sən mənim sualıma cavab ver. Səbəbsiz hec nə olmur!"

"Ülvi söhbətini bağla daha... O olmayacaq... Çıxır gedir burdanda"

"Nəə? Hara gedir?!"

"Moskvaya... Biletidə axşamadı... O gedici insanadı... Səndə qalan, insan yalnız mənəm"

Gedirdi... Bir insan niyə getsin? Mənim beynimi, ürəyimi qarışdırmağa nə haqqları vardı axı?! Çantamıda alıb otaqdan çıxdım. Bu halım ilə dərs keçmək istəmirdim. Yağışa fikir vermədən, evə qədər piyada gəlmişdim. Üstüm başım hamısı su olmuşdu... Yağışda islanmaq hec bu qədər yaxşı gəlməmişdi mənə... Bilmədiyim sirrlərin içində bitirdim mən... Öz binamıza çatmağa az qaldığımda, əlində çamadanı olanı Ülvini binadan çıxan gördüm. Sol tərəfinə dönüb baxdığımda məni gördü... Addımlarımı iri - iri atıb yanına gəldim. Qollarım ilə öz bədənimi sarıb səssizcə onu baxdığımda "Sən dəli olmusan?! Bu yağışda bütün günü çöldə niyə gəzmisən?!"dedi. Kipriklərimi isladan yağışa inad, gözlərimi qıpdırmadan ona baxmağa davam etdim. Hec nə demədən bir insan necə gedə bilərdi? Məndən gedirdi? Ya bu şəhərdən? Məni bu çətinliklər ilə buraxıb niyə gedirdi?!

Geyindiyi pencəyi əynindən çıxardıb, mənim kürəklərimə atdı. Hərəkət etmədən, onun gözlərinin ən içinə baxdım.
"Soyuq olacaq sənə... Sən evinə get..." dediyində susan dilim nəhayətində danışmaq üçün aralandı

"Gedəcəksən...?"dedim gözlərinə 'Getmə' deyə baxarkən

"Mənim burda olan işim bitdi... Mənim üçün getmək ən yaxşısıdı. Sən tək deyilsən... Yunis var yanında..." dedi dili topuq vurmağa başlayaraq

"Gediş səbəbin nədi? Bunuda mənə deməyəcəksən? Mən hec nə bilməyəcəmmi Ülvi?"dedim

"Mən belə bir insanam Zeynəb... Bir yerdə, bir insanın həyatında çox qala bilmirəm... Xasiyyətim budu... İnsan sevmirəm mən... Səndə öz həyatına gözəl bir şəkildə davam et. Özünə yaxşı bax"

Sonra əlini cibinə atdı. Cibindən kiçik bir kağız parçası çıxardıb mənə uzadaraq "Bunu maşına minib getdiyimdə oxu" dedi. Yağış damlarları kağızı islatmasın deyə, əlindən tez alıb öz ovuc içimdə möhkəmcə saxlamağa başladım. Gözlərimə son dəfə baxıb, çamadanı əlinə alaraq yanımdan uzaqlaşdı. Maşınına minib yola düşdüyündə kağız parçasına açıb baxdım. Kicik kağız parçasında sadecə bu söz yazımışdı

"Xəzər dənizi, gözlərini mənə xatırladırdı deyə Bakıdan köçdüm mən..."

İçimdəki qəhər hissini boğub, kağızı əlimdə sıxaraq getdiyi yola dönüb baxdım. Yadıma Sezen Aksunun bir mahnı sözü düşdü

"Bende yoluma giderim
Ezdirmem kendimi..."

Öz yoluma baxmağın vaxtı idi

Bölüm sonu
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 407
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri