Çəhrayı Yalan (10-cu Bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 651
Səs ver:
(səs: 0)
Cahadın üstünə hec getməmişdim, nə də O, məni qıracaq ya incidəcək bir söz deməmişdi. Deyəsən, onunla yola gedə bilirdik... İlk dərsdən başqa, qalan digər dərslərə daxil olmuşduq. Əkbərdə biz tərəfə hec yaxınlaşmamışdı. Hər sey xaricdə yaxşı görünürdü. Bəs daxildə necə? Daxilimizdə xaricimiz kimi idi? Mənim ağılımda təbiki, Cahadın danışdığı keçmişi vardı. Onu zirzəmiyə salan kim idi? Kim ona belə axı yaşatmışdı? Axı ailəsi elə biri kimi görsənmirdi... Bəs bunlarla İlkinin necə əlaqəsi vardı? Bax, bu sualların cavabını hec bilmirdim...

Dərs çıxışı Cahad ilə bərabər bir kafeyə yollandıq. Kafedə Fəqanda, İlkində olacaqdı. Birdə tanımadığım bir qızda onlarla idi. Adi Rəvanə imiş. Bizimkilərin ən yaxın qız dostları imiş. Məncə buna görədə Cahad ilə İlkin bir araya gələcəkdi...
Kafeyə daxil olduğumuzda, bizimkiləri bir küncdə oturan gördüm. Birdə yanlarında sarışın bir qız vardı. Və çox gülər üzlü biri kimi görünürdü... Onlara tərəf addımladıqda, Cahad qolumdan tutub məni saxladı

"Rəvanə eşitmə əngəllisidi... Onda bu hal sonradan yaranıb deyə, danışa bilir. Sənində nə dediyini dodaqlarından az - çox oxuyub başa düşə bilər"dedi

Bunu bildiyim yaxşı olmuşdu. Səhv hərəkət etmək istəməzdim. Yanlarına tərəf getdiyimizdə, bizim ilk fərqimizə varan Rəvanə oldu. Bizi görər görməz, üzündə böyük bir təbəssüm ilə ayağa qalxdı. Əlini mənə uzadıb "Mən Rəvanəyəm, bizimkilərin dostu. Sənlə nəhayət tanış ola bildim Jasmin"dedi. Onun isti münasibətinə eyni tərzdə yanaşıb, əlini sıxdım. Salamlaşdıqdan sonra məndən ayrılıb, Cahada kecdi. Cahad ilə qucaqlaşdıqlarında "Darıxmışdım..." dedi. Bu sözündən sonra Cahad sarı saclarını bir - iki saniyə oxşayıb geri çəkildi. İşarət dili ona nəsə dedi. Nə dediyini başa düşə bilməmişdim. Ancaq oda darıxdığını deyər düşündüm... Masa ətrafına keçib əyləşdik. Fəqanla mən yanaşı oturmuşduq. Digər yanımda da Cahad vardı. İlkin isə qarşımda oturmuşdu. Və onu gördüyüm ilk dəqiqədən bəri üzündəki gülüş silinmirdi. Qaynaq səbəbi məncədə bəlli idi. Rəvanənin üz çöhrəsinə baxdıqda, insan xoş aura alırdı. İlkin ilk söhbəti açaraq "Rəvanə səni necə vaxtdı görmək istəyirdi. Ona görə hamı bir araya gəlsin istədim. Rəvanə bizim qiymətlimizdi" dedi. Gülümsəməyə başladım, çünki edəcək və ya deyəcək başqa bir sözüm yox idi. Sözün açığı çəkinirdim... Onlar bir - birin tanıyırdı... Mən isə yad idim. Arada qalmış kimi hiss edirdim. Misal ilk dəfədi, Fəqanın qulağında qulaqcıq görmürdüm. Tam diqqəti Rəvanənin üstündə idi. Gözünü belə qırpmadan ona baxırdı, desəm yer idi. İlkin onu sahiblənmiş kimi, öz yanına çəkmişdi. Əli, belində idi...
Deyəsən mən, onların digər tərəfləri ilə qarşılaşmışdım. Məndən gizlədilən tərəf ilə... Masaya çay gəldikdə, birdə ayrı süd gəlmişdi. İlkin südü Rəvanə üçün özü soyutduqdan sonra ona içizdirməyə başladı. "İstidisə de ha, balaca dilin yanar edər sonra başıma iç açmayım" deyib burnunu sıxdı.
"İlkin çox şükür əlim tutur özüm içəcəm" deyərək süd bardağını İlkinin əlindən alıb özü içməyə başladı. "Jasmin sən süd sevmirsən?" dediyində başımı 'yox' mənasına yellətdim. Nə mənə süd iç deyə yalvaranım olmuşdu, nə də mənə süd içizdirənim...

"Cahadda səni kimi sevmir. Ona görə ikinizdə balaca qalmısınız"deyib güldü. Gülüşü keçici idi. Çünki masa ətrafında hər kəs onun dediyinə güldü. Mənlədə yaxın olardı görəsən? Belə bir dosta ehtiyyacım vardı... Onlar İlkin ilə öz aralarında işarət dili danışdıqlarında, göz altı Cahada baxdım. Və baxışlarımız üst - üstə düşdü... Qulağıma tərəf əyilib "Sıxılmadın?" dedi

"Yox əksinə sizin bu tərəfinizi görmək xoş oldu mənim üçündə"

"Biz bir tək Rəvanənin yanında belə görə bilərsən. Digər günlərdə özün bilirsəndə düşmanıq"

"Nə qədər şanslı olduğunuzu, hec biriniz bilmirsiz"

"Şanslı deyildim mən, ta ki səni tanıyana qədər. Mənim şansım sənsən"deyə fısıldayıb geri çəkildi. Utanmışdım... Utanmağımı görməsin deyə Fəqan tərəfə çevrildiyimdə, Cahada zəng gəldi. Telefon ilə danışmaq üçün masadan qalxdı. Cahad gedər getməz Fəqan yavaşcadan "Qulaqcıq alacaqsan mənə"dedi. Qulaqcığını qırdığımı xatırladım...

"Almayacam. Qoy qulaqların bir az bayram etsin" dedim

"Mən bayram sevmirəm"

"Novruzuda?"

"Bayramlar mənlik deyil"

"Bir şəkərbura necə sevilməz? Sən dünya ilə əlaqəni kəsmisən sanki"

"Mənim dünyam qarşımdadı" dediyində qarşısına baxdım. Yəni, Rəvanəyə... Rəvanə ona baxdığımı gördüyümdə "Fəqan, məndən sənə bir sey dedi hə?"dedi. Necədə bilmişdi... Dodaqlarımı aralayıb cavab vermək istəyimdə, Fəqan araya daxil oldu. İşarət dili ilə ona nəsə dediyində, Rəvanə "Fəqan sən düzəlməyəcəksən" dedi. Fəqana dönüb "Nə dedin ona?"dedim

"Dünyam olduğunu dedim"

"Həqiqətən dünyandı?"

"Həə, qulaqcıqlardan ayrılmışamsa demək ki dünyadanda o tərəfədi"

"Nə gözəl... Sənin normal olmağına sevindim"

"Normal olmağı sevmirəm əsəlində. Anormallıqdı mənim işim. Amma iş Rəvanə olanda məcbur dəyişməli oluram"

Rəvanə ilə necə tanış olmuşdular bilmirdim. Amma həyatlarında ona böyük yer vermişdilər. Dəqiqələr sonra Cahad yanımıza gəlmişdi.
"Mənim bir işim çıxdı getməliyəm. Fəqan Jasmini evə sən apararsan"dedi
Məni niyə Fəqan aparırdı? Təkdə gedə bilərdim... Nə də Fəqanın aparacağını düşünmürdüm

"Mən özüm gedəcəm Cahad" dedim

"Fəqanla eyni evə gedirsiz deyəsən"

"Olsun... Bəlkə onun başqa işi var?"

"Başqa bir işin var Fəqan?"deyə Fəqana baxıb soruşdu

"Mənim Jasmin vecimə deyil. Kimlə gedirsə getsin. Məndən uzaq olsun"dedi

Bu cümləsindən sonra, mənlə getsə belə mən onunla getməzdim... Qəlbimin qırıldığını hecmi düşünməz insan? Necə belə qırıcı danışa bilər?
"Fəqan bu nə danışıqdı?!"deyə Cahadın dilləndiyini gördüyümdə ayağa qalxdım.

"Cahad sən öz işinə ged, mən başımın çarəsinə baxacam"dedim

Bir evə getmək bu qədər problem yaradacaq bir sey olmamalı idi. Amma Fəqanı bir kənara yazdım... İlkin araya girib "Söhbəti nə böyüdürsüz? Mən özüm ilk Jasmini apararam, sonrada Rəvanəni" dedi. Bu da özünü ağıllı sayan daha birisi!

"Hec birinizi istəmirəm! İstəmirəm!"dedim onların üzünə sərt baxıb. Rəvanəyə baxdığımda isə gülümsəyib, ona əl edərək yanlarından ayrıldım. Kafedən çıxdıqdan sonra Cahadın arxamca gəldiyini gördüm. Amma mən hec birini istəmirdim. Sanki, daşınılmaz bir əmlak idim... Rəvanənin yanında məni bölə bilmirdilər... Utanc verici bir sey idi
"Gəlmə Cahad... Hər seyi onsuz sən başlatdın!" dedim yolu gedərək

"Fəqanın irəli gedib elə düşünəcəyini bilmədim mən"

"Düşünməli idin! Onun hec kəs vecinə deyil!"

"Jasmin, gəl minək bir taksiyə gedək evə"

"Sənin işin vardı Cahad... Çıx get işinə... Mən ayaqla gedəcəm"

"Baş bəlası sən pis ola - ola mən necə gedim?"

Səssiz qalmağı secdim. Üzümü asıb yoluma davam etdim. Cahad da mənimlə bir addımlayırdı. "İş ciddidi deyəsən" dediyində atdığım addımı saxladım. İş ciddi deyildi, mən özümü nəsə hesab eləmişdim... Əslində isə kimsəsiz biri idim

"Cahad ayaqlarına əziyyət vermə. Nə işin vardısa get həll et. Çünki, həqiqətən danışmaq istəmirəm" dedim
"Yaxşı... Danışmayaq... Amma səni bir yerə aparacam"
"Evə gedirəm mən"
"Mənimlə gəlməsən, çox seyi qaçırdacaqsan"
"İstəmirəm"
"İstə... Mən pis olanda hər zaman ora gedirəm. Dünya ilə əlaqəmi kəsirəm"
"Hara aparacaqsan?"
"Gedəndə görərsən"
"Pis yer olsa, səni döyəcəm"
"Bəs olmasa necə?"
"Bazarlıq edirsən mənimlə?"
"Həə. Sən edəndə olar, mən edəndə olmazki? De görüm, xoşuna gəlsə nə edəcəksən mənə"
"Cahad sənin işin yox idi?"
"İşi boş ver. Sən hər kəsdən daha vacibsən mənə"

Biri üçün vacib olmaq hə? Qulağa bir az qorxuducu gəlirdi...

Ətrafa qaranlıq çökmüşdü. Amma olduğumuz yerdə Bakının bütün işıqları görünürdü. Məni Bakıda yerləşən bir təpəciyə gətirmişdi. Burdan baxanda bütün Bakı ayaqlarımızın altında idi. Belə yeri necə kəşf etmişdi bilmirdim. Ancaq insana hüzur bəxş edirdi...
"Xoşuna gəldi?" dedi

"Nə yalan deyim, çox bəyəndim. Sanki, başqa bir dünyadayıq"

"16 yaşımda buranı kəşf etdim. Pis olduqda bura gəlirəm. Burdan göyüzünü seyr edib, ulduzları izləmək daha yaxşıdı. Arada mahnı qoşuram, məndə qışqıraraq oxuyuram. Hec kim eşitmir... Çünki, bura dünyadan uzaq bir yerdi"

"Sənin görülməyən tərəflərin çoxdu... Mənimdə belə yerə ehtiyyacım var imiş"

Amma bura çox soyuq idi. Külək öz sözünü belə yerdi deyirdi... Cahad ilə dib dibə oturmuşduq. Bu qaranlıqda üzümü diqqətlə incələdiyini gördüyümdə "Mənə elə baxma"dedim. Dodaqlarını isladmağa başlayıb, alt dodağını dişlədi. Sonra üzünü qarşıya çevrib "Baxmıram" dedi. Azca gülməyə başladım. Çox şirin demişdi.
"Baxmadıqda darıxıram amma"deyib yenidən mən tərəfə döndü

"Doyunca bax onda darıxma" dedim

Əllərini hava qaldırıb, külək uçurdan saclarıma toxunmağa başladı. Üzündə uşaqyana olan şirin bir gülüş vardı. Gülüşünü üzünə daha çox yayıb
"Get - gedə məni özünə bağlayırsan... Və bundan hec xəbərin yoxdu" dedi

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 651
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri