Çəhrayı Yalan (33-cü Bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 114
Səs ver:
(səs: 0)
Cahadın dilindən

3 il əvvəl
Jasminin ürəyi çiyələk istəmişdi. Bir çiyələk istəməsinə sevinmişdim. Eşq məni nə hallara qoymuşdu. Amma bu halımdan hec şikayətçi deyildim. Ağılımda sadecə bəzi seyləri götür qoy edirdim. İlk növbədə bu iş idi. Mən iş tapmalı idim. Əlimdə olan pullar üç, dörd aya bitərdi. Ona görə ilk işim iş tapmaq, sonraki işimdə bir ev tapmaq olacaqdı. Eyni evin içində onlarla yaşa bilməzdik. Jasmin rahat etməzdi. Həm bizdə dəstək duracaqda çox az adam vardı. Düşündükcə bir açıq meyvə tərəvəz satılan dükan tapmışdım. Bu vaxta çiyələk qalmazdı. Amma yenədə şansımı dənəyəcəkdim. Dükana daxil olub ətrafa göz gəzdirdiyimdə çiyələk görmədim. Yayı ayı olduğundan hər yerdə vardı. Ancaq axşama qalmazdı...
Dükandan çıxdım. Bu dükandan bir az aralı yerdə yenə bir dükana rast gəldiyimdə ora daxil oldum. Yenə ətrafa baxdım. Ah deyəsən burdanda əli boş çıxacaqdım. Tez tapsaydım, Jasmində tez yemiş olardı. Burdanda çıxıb daha qarşı yerlərə baxmağa başladım. Bir necə mağazaya daha baxdıqdan sonra çiyələk tapmışdım. Oda yarım kilo qalmışdı...
Olsun, hamısını təkcə Jasmin yeyərdi. Çiyələyi alıb dükandan çıxdım. Gözüm yolun qarşı tərəfində olan uşaq mağazasına taxıldı. Gördüyüm qədəri ilə bağlayacaqdılar. Beynimə gələn fikir ilə yolun qarşı tərəfinə keçdim. İçəri daxil olduğumda satıcı olduğunu düşündüyüm gənc  xanım "Mağazamız artıq bağlıdır" dedi.

"Çox yox 5 dəqiqə vaxtınızı alacam" dedim

Razılaşdığını gördüyümdə gözüm ətrafı gəzməyə başladı. Uşaq ayaqqabıları olduğu reyon tərəfə keçib ayaqqabılara baxmağa başladım. Necə bir sey alım görəsən?
"Necə köməklik edə bilərəm?" deyə satıcı xanım yanıma yaxınlaşdı.

"Ayaqqabı almaq istəyirəm. Amma hansını götürüm bilmirəm. Qərarsızam"

"Qızdı ya oğlan?"

"Hələki bilinmir"

"Onda mən sizə ağ rəngdə bir ayaqqabı almağınızı məsləhət görürəm. Hər ikisinədə uyğun gedər"

Yox ağ olmazdı... Mavi hec olmazdı... Gözüm onsuzda çəhrayı rəngli ayaqqabıya taxılıb qalmışdı. Hər sey ona çəhrayı əlcək aldığım gündən sonra başlamamışdımı? Bu rəng mənim qismətim idi. Mənim çiyələk qızımada çəhrayı rəngli ayaqqabılar yaraşardı. Əlimi çox kicik olan çəhrayı rəngli ayaqqabıya uzadıb "Bu... Bu olsun" dedim. Pulun ödəyib mağazadan çıxdım. Ayaqqabıya baxa - baxa qalmışdım. Bu qızımın ayaqlarında çox gözəl görsənəcəkdi. İlk yerişini xəyal etdim... Bir - iki adım yeriyərək yerə yıxılacaqdı. Yerə yıxılacağı an tutacaqdım onu. Onunda Jasmin kimi sarışın olmasını istəyərdim... Hər seyin ilə anana bənzə qızım... Çünki, mən ananı hər kəsdən çox sevirəm. Hətda özümdən belə çox...
Getdikcə üzümdə böyüyən təbəssümün fərqinə vardım. Kaş, atamda məni belə sevsəydi... Mən sevgi əskiliyi yaşamazdım. Yaşadığım sevgi əskiyliyini mən Jasmində tapmışdım. Jasmini, dünyaya göz açacaq körpəmizi düşünüb yoluma davam etdim. Dar qaranlıq küçəyə giriş edib irəllədim. Yolumu səhv gəlmişdim... Döngədən dönmək istədiyimdə gözümə çarpan maşın işığı ilə dəqiqələr sonra özümü yerdə tapmağım bir oldu...

(3 il Sonra) (Bu günümüzdən)

Qarşımda dayanmış qadın əvvələr sevdiyim qadın idi. İndi isə sadecə qızımın anası... Bizim aramızda yeganə bağ qızımın var olması. İllər sonra ilk dəfə idi onu bu qədər yaxından gördüyüm...
Məni görməyi gözləmədiyindən şoka düşmüşdü. Mən özümdə onu yaxından görməyimin şokun yaşayırdım. Bu gün üçün özümü hazırlasamda, indi bütün sözləri unutmuşdum. Hələdə onu sevirdim deyəsən... Bu dəfə hisslərimdən tam əmin deyildim. Qızımsız qaldığım üçün bütün insanlara qarşı içimdə kin yaranmışdı. Qızımsız qaldığım illərin hesabatını kim mənə verəcəkdi?

"Sə - sənn" deyə kəkələyərək danışmağa çalışıb, əlini ürəyinin üstünə yerləşdirdi. Hə, mən... Gələcəyin ola bilməyən keçmişin...

"İçəri almayacaqsan məni?" dedim, sakitliyimi qorumağa çalışıb. Qorxaq baxışlarını üstümdə gəzdirikdən sonra kənara çəkilib, içəri keçməyim üçün şərait yaratdı mənə. Bərabər yaşadıqları evə ayaq basmaq mənim üçün çətin olsada başqa yolum yox idi. Bura niyə gəldiyimi unutmamalı idim. İçəri keçdik. Gözüm evə gəzəcək deyildi... Amma gözün divardan aslı olan rəsim çərçivələrinə taxıldı. Qonaq otağının bir divarı Fəqan və qızımın rəsimləri ilə dolu idi. Əyləşim deyə divanı göstərdiyində çəkinərəkdə olsa oturdum. Gözüm televizor altılığının yanında olan qırmızı rəngli çərcivəyə sataşdı. Rəsimdə Fəqan, Jasmin vardı. Ortalarında da Günəş... Orda bir yaşını qeyd edirdilər. Mənə bu şəkilləri Ramin gösdərmişdi... Mən qızımı ancaq şəkillərdən görüb tanımışdım. İlk dəfə onu görəndə heyrətlənmişdim. Hər seyi ilə mənə bənzəyirdi... Bir qız atasına bu qədərmi bənzəyərdi? O alma yanaqları sıxmaq üçün nələri verməzdim...
Gözümü çərçivədən çəkdim. Yanı başımda ayaq üstə dayanan Jasminə tərəf çevrildim. Danışacaqdıq? Yoxsa susacaqdıq belə...

"Sağsan... Gözümün qarşısındasan... İllər sonra gəldin... Sənin həqiqət olduğuna inanım?" dedi

"Çox tez unutdun məni Jasmin"

"Mən səni unutmamışam! Gedən səni idin! Sən! Niyə gəlmisən hə?!"

"Mən hec yerə gedib eləməmişdim! Görməyəli yaman çox dəyişmisən... Bilib bilmədən insanı yarğılayırsan"

"Əməyi keçənlər sağ olsun! Nə deyirsənsə tez de sonrada çıx get!"

"Öldümmü qaldımmı deyə niyə maraqlanmadınız? Hecmi düşünmədin məni çox sevən Cahad hec yerə getməz. Getsədə mənsiz getməz... Sən sevdiyin insanı tanımamışdınmı?"

"Cahad bunları bu dəqiqədən sonra danışmaq mənasızdı... Aradan 1 ay 2 ay keçməyib... Aradan uzun illər keçib!"

Ayağa qalxdım. Tam qarşısına keçib dayandım. Qucaqlamaq istədiyim insana necədə yad qalmışdım. Ona hər seyi necə varsa elə danışacaqdım. Qızıma qovuşmaq üçün son şansım bu idi

"O dediyin bir, iki ayda mən komada yatırdım... Hətda 6 ay komada yatmışam. Ayıldığımda hec nəyi xatırlamırdım... Yaddaşımı itirmişdim... 8 ay hec nə xatırlamadım. Xatırlayanda isə çox gec olmuşdu... Evimizə gəldim. Qapını döydüm. Açan olmadı... Ağılıma Raminin iş yerinə getmək gəldi. Məni gördüyündə oda şoka düşdü. İlk işim səni və körpəmizi soruşmaq oldu. Amma Ramin hec nə demədi. Mən başıma gələnləri ona danışdım. Sonra O səndən danışdı. Hər seyi biləndən sonra kaş dedim... Kaş ki o qəzada ölərdim... Kaş yenidən xatırlamaz olaydım... Bu günü görəcəyimə ölərdim dedim"

Onun dolan gözlərinə qarşılıq mənim gözlərim sözümə baxmadı... Oysa ağlamağa göz yaşım qalmamışdı...

"Kaş ki... Kaş ki öləydim Jasmin... Amma sizdən bu şəkildə ayrı düşməzdim. Səni Fəqan və qızımla bir yerdə gülən görməzdim. Mən uşaqlıqdan bəri özümə ölməyi arzu edən həmin uşaq deyiləmmi? Böyüdüm yenə dəyişən bir sey olmadı... Gətirməyəndə adamın bəxti əvvəldən gətirmir. Nə atam sevdi məni... Nə də sən..." dedim

Yenə o günə qayıtdım. Çiyələk almaq istədiyim həmin günə... Həmin o bərbad gecəyə... Məni maşınla vuran adam imkanlı biri olduğundan məni bir xəstəxanada gizlətmişdi. Ayıldığımda yanımda həmin adam vardı. Məndən illərimi alam həmin insan... Məni bir qəza öldürməsədə, Jasmin ilə Fəqanın evlənməsi məni öldürmüşdü. Yenədə borclu idim onlara. Jasmin qızımı aldırmamışdı... Fəqan qızıma sahib çıxmışdı...
"Sonra... Sonra nə oldu? Digər qalan illəri harda oldun?!" deyə nifrət dolusu danışdı.

"Ramin onların ailəsinə kölgə salma dedi. Razı olmadım başda... Ancaq araya əsgərlik söhbəti daxil oldu. Qaçaq kimi bir sey gedirdim. Ona görə sizə görünməməyimi istədi. İndi qarşısına çıxsam yenə hər sey yarım qalacaqdı... Əsgər getdim. 1 il 6 ayda əsgərlik çəkdi... Hərbidə bir az artıq qaldım. Məni tək ayaqda saxlayan sey qızımın şəkilləri oldu. Bir tək Ramin sağ olduğumu bilirdi. O mənə qızımın şəkillərini gətirirdi. Mən qızımı yalnız şəkillərdən tanıdım... Deyirlər şəkilləri qucaqlamaq olmur. Yox olur... Amma şəkillər insana qoxu gətirmir. Qızımın qoxusunu belə bilmirəm mən" dedim

Ağlamayım deyə arxamı ona tərəf çevirdim. Dərindən nəfəs almağa başladım. Qulağıma bir ağlayış səsi gəldi. Jasmin ağlayırdı... Ancaq onu qucaqlaya bilmirdim mən. Mən ağırlar içində böyüməyə alışmışdım...
Televizorun yanına yaxınlaşdım. Üçünün olan çərçivə şəkilini əlimə aldım. Onlar gülürdü... Bəs mən?

"İtən illərə çox heyif olub... Raminə qulaq asmasaydın bəlkədə indi hər sey daha fərqli olacaqdı..." dedi

Bu qədər danışdığım sözdən sonra bumu? Bumu yəni?

"Gəldim Jasmin... Gəldim... Sənə hər seyi danışmağa gəldim. Amma bilirsən nə gördüm? Gördüm Fəqanın üzündən öpürsən... Fəqanda səni möhkəmcə qucaqlayıb alınına öpüş qondurur. Bax onda dayandım... Dedim dəyərmi? Məni bu tezliyində unudan qız üçün dəyərmi?!"

"Sənn hər seyi çox səhv başa düşmüsən!"

"Bunun səhv başa düşünülər yanı yoxdu! Sizə sahib çıxdı, bunu başa düşdüm. Ömür boyuda ona bocrlu olacam. Ancaq bu yaxınlığı hec vaxt qəbul edə bilmərəm! Mən bura sizi ayırmağa gəlməmişəm... Mən bura özümə aid olan bir seyi almağa gəlmişəm"

"Sən çox olursan Cahad! Sən qızımı məndən ala bilmərsən! Mən qızımı hec kimə vermərəm!"

"Hec kim dediyin adam qızının əsl atasıdı! Yəni mən! Kimi kimdən uzaq tutursan sən hə!?"

Əsəbimdən əlimdə olan çərçivəni yerə çırpdım. Çərçivənin şüşəsi çilik - çilik oldu. Jasminin ağlamaq səsi daha çoxaldı... Aşağı əyilib şüşəni yığmaq istədiyimdə yanıma gəlib aşağı çökdü.

"Dəymə sən! Rədd ol evimdən! Mənə düşman olan insan mənə lazım deyil!" dedi

Demək, düşman hə? İndi düşman olduq? Qırılan şüşə paçalarını ovucumda sıxmağa başladım. Sıxdıqca ovuc içimi kəsirdi... Amma bu mənim canımı yandırmırdı. Canımı yandıran sey tamam başqa bir sey idi. Gözü əlimə tərəf çevrildi. Əlimdə olan islaqlıqdan əlimin qanadığını hiss edə bilirdim. Əlimə baxdım. Qan damlaları şəkilin üstünə bir - bir düşürdü.
"Dəli! Əlini kəsirsən!" deyə qışqırıb əli ilə sıxdığım əlimi açmağa çalışdı. Sadecə onun gözlərinin içinə baxırdım. Kicik bir mərhəmət axtarırdım...
Əlimi açıb əlimdəki şüşə qırıqlarını təmizləməyə çalışdı. Qanayan ovuc içimə baxdım. Bu qan, ürəyimin qan ağlamasının yanına hec bir sey idi.

"Qızımı göstərəcəksən mənə?" dedim çarəsizcə.

"Cahad indi getməlisən sən. Bax harda olsan Fəqan ilə Günəş gələcək... Yalvarıram sənə indi çıx get" dedi ağlaq səs tonunda. Onun əksi mənim ona qıya bilməməyim idi. Mən cümlələrim onu incitməsin deyə xüsusən seçərkən, O necə gəldi danışırdı.
"İndi get... Söz verirəm sonra onu sənə görsədəcəm" deyə danışdığında ayağa qalxdım. Əlimin qanı yerə axmasın deyə digər əlimi ortaya tutdum.

"Gedirəm... Amma geri qayıdacam. Qızımı məndə qucaqlayacam. Qızımın qoxusunu məndə içimə çəkəcəm. Qızımın qoxusunu məndə biləcəm. Kipriklərinə qədər mənə bənzəyən qızıma məndən qovuşacam. O qız mənim talehimdi" dedim

Jasmin'inin dilindən davam

Cahad getdiyindən sonra qapı ağızına çöküb oturdum. Həyəcan, qorxu hamısı bir birinə qarışmışdı. Eşitdiyim həqiqətlər məni paramparça etmişdi. Ən çətin günüm bu gün olmuşdi... Onu qarşımda canlı şəkildə görməyim, onun evimə gəlməsi, qızımı məndən istəməsi məni bitirmişdi...
Fəqan ilə Günəş gəlmədən ortalığı yığışdırmışdım. Hamama keçib üz gözümü yumuşdum. Mən Fəqana hər seyi danışmalı idim. İllər sonra bu şəkildə qarışma çıxması tam bir fəlakət idi. Ən əsası haqqlı olaraq qızını məndən istəməsi. Ancaq Günəşin bir həyatı vardı. Onu o həyatından ala bilməzdimki mən...
Fəqan Günəşi yatdızdırıb yanıma oturdu. Səssizliyimdən bir seylər tərs getdiyini başa düşmüşdü.

"Jasmin bu gün gözümə yaxşı görsənmədin. Niyə beləsən?" dedi

Ona başımıza gələn fəlakəti necə deyim? Cahadın sağ olmasınmı sevinim yoxsa qızımı məndən almaq istəməsinəmi üzülüm?
"Cahad... Cahad gəlmişdi" dedim uzatmayıb qısa kəsərək.

"Nəə? Nə Cahadı?" dedi təşvişə düşərək.

"Hansı Cahad olacaq? Qardaşın Cahad!"

"Ciddi ola bilmərsən... Zarafatdı de!"

"Zarafat olmasını istəyərdim. Amma zarafat deyil!"

"İllər sonra bizi bölmək üçün gəlib?!"

"Hec getməyibmiş ki..." dedim az əvvəl yaşananları təkrar xatırlayıb. Cahadın danışdığı hər seyi Fəqana danışmağa başladım. Danışdıqca Fəqanın rəngi dəyişilirdi... Onun nə hisslər keçirtdiyini çox gözəl başa düşürdüm. Çünki az əvvəl məndə elə hiss etmişdim.

"Günəşi bizdən almaq istəyir?!"

"Tam bilmirəm... Danışmağa çox fürsət olmadı. Gördüyüm qədərini danışdım sənə"

"Qardaşımla bu mövzuda üz üzə gəlmək istəməzdim... Amma mən Günəşi ona verən deyiləm. Günəşin psixologiyası alt üst olar"

"Çox qorxdum... Günəş gəlib onu O şəkildə görəcək deyə çox qorxdum"

"Jasmin... Mənə sözün vardı... Bir gün Cahad gəlsə məni atıb getməyəcəyinə aid mənə söz vermişdin. Məni atıb getmərsən hə?"

"Dəlisən sən? Bizimki onunla çoxdan bitib. Bundan sonra onda qızıma olsa - olsa əmi olar. Günəşin atası sənsən... Hər zamanda sən olaraq qalacaqsan"

Mən Fəqana üzümü çevirə bilməzdim. Bu işdə Cahadın günahı olsada olmasada... Fəqan qollarını boynuma dolayıb məni qucaqladı. Mənim birini qucaqlamağa ehtiyyacım var imiş...

"Keçəcək... Bu da keçəcək..." dedi

Biz bərabər nələrin öhdəsindən gəlmişdik. Bununmu öhdəsindən gələ bilməyəcəkdik?

"Günəş sənlə çox xoşbəxtdi" dedim

Aramıza bir az məsafə qoyaraq məndən ayrılıb "Bəs sən? Sən mənimlə xoşbəxtsənmi?" dedi.

Bölüm sonu
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 114
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri