Yetim qız (11-ci bölüm FİNAL)

Şərhlər: 6
Baxılıb: 8 400
Səs ver:
(səs: 1)
"Əvvəlin nədirsə axırın odur"

Artıq o evdən çıxırlar hara gedəcəklərini, nə edəcəklərini bilmədən addım atırdılar, ünvansız addımlar idi. Lakin bu addımların bilinməyən bir mənzili vardı xoşbəxtliyə doğru gedirdi bu iki gənc bəlkə də sadəcə çalışırdılar. Artıq heç kimin də onlara qarışacağı yox idi ikisidə yetkin gənc idi. Sadəcə xoşbəxt olmaq istəyirdilər. Artıq üç gün küçələrdə gecələmişdilər. Dördüncü gün səhər saatlarında Eynərə prokuror dostundan zəng gəlir. Biləndə ki Eynər üç gün çöllərdə sevdiyi ilə ac susuz qalıb ağzına gələni deyir niyə bir kəlmə deməmisən deyə.
Və onları şəhərdəki evlərindən birində bir müddət qonaq eliyir. Artıq bir ay keçmişdi. Eynər hətta Asiya ilə rəsmən evlənmişdi, özü də prokuror dostunun əliylə dəstəyilə yavaş yavaş özünü toplayırdı.
Bir gün prokuror dostu Elçin xəbər tutub olanları bu iki aşiqə danışır.
Sən demə Asiyanın nənəsi çoxdan ölmüş Evini və bir miqdar pul qoyub getmişdi yetim nəvəsi üçün.
Onu da yetimlər evinin müdiri Elçin vasitəsilə çatdırır Asiyaya. Hətta anası və atasının şəklini və anasının məktubunu da Asiyaya çatdırırlar. Asiya günlərlə ağlamışdı kövrəlib, tək təsəllisi isə sevdiyi ona görə hər şeyi atıb onu seçən Eynər idi. Artıq imkanları normal olmuş. Asiyanın evində yaşayırdılar iki sevgili.
Leylaya gəldikdə isə ruhi xəstə olmuş və nevroloji ruhi əsəb dispanserinə yatırılmışdı.İntiqam artıq iflasın eşiyində idi. Boşandığı yoldaşı onu müflis etmişdi demək olar ki.Arzu isə hansıki hər gün sevişdiyi 22 yaşında katibəsi sən demə saxtakarın biri imiş. Bir gün təsadüf nəticəsində onun əsl şəxsiyyət vəsiqəsi Intiqamın əlinə keçmişdi. Talıbova Ləman İntiqam qızı imiş o sən demə. Hansı ki, 20 il əvvəl Intiqamın itkin düşən qızı Ləman imiş sən demə bu. Bunu isə ilk vaxtlar nə Ləman nə İntiqam bilməyib. Artıq Intiqamın qeyrəti Ləmanın namusu ayaqlar altında idi. İntiqam şəhərdə nəyi var nəyi yox satıb getmişdi şəhərdən.
Ləman isə saxtakarlıq və başqa günahlardan həbsxana həyatı sürürdü.
Bir gün məlum olur ki Leyla xəstəxanadan qaçıb. Eynər işə gedən vaxtı onun qabağını kəsib son dəfə halallaşmaq istəyir. Eynərin maşınına otururlar. Biraz söhbətdən sonra isə Leyla deyir sən mənim olmadınsa heç kimin olmayacaqsan və çantasından böyük bir daş parçası çıxarıb Eynərin başına vurur. Eynər özündən gedir və çox güclü qəza baş verir.
Elçin və Asiya müəyyən vaxtdan sonra ora getdikdə isə yolun kənarında polis ambulans camaat və cansız iki bədəndən başqa heç nə yox idi. Leyla və Eynər artıq yox idi.
Asiyanın naləsi dağları daşları yarırdı. Hətta o an güclü yağış başlamışdı. Eyniylə Asiya doğulduğu gün anası öləndə yağan yağış kimi. Yer göy ağlayırdı sanki. Səndəmi Eynər səndəmi vəfasız çıxdın deyib sevgilisinin cansız bədənini öpüb qucaqlayırdı.
Artıq heç nə dəyişməyəcəkdi sadəcə olaraq 7 ay sonra Asiyanın dünyaya gələcək körpəsi heç vaxt atasını görməyəcək atasız böyüyəcəkdi...

Müəllif: Rəvan Nişançı Məmmədli
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 8 400
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri